Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

olmalıdırlar. Heç kim məktəbdə problemlərin öhdəsindən gələrkən bu günü qabaqcadan görə 

bilməz. Ona görə də gərək şagirdlərimiz kooperativ öyrənmə, layihə işi, prosesi qiymətləndirmə 

və   problemin   həlli   sahələrində   mütəxəssis   olsunlar.   Bu   dərslikdə   uşaqların   öyrənən   olaraq 

həyatlarının ilk çağlarında atması təklif edilən bəzi addımlar təsvir olunub.

Müəllimə köməkçi vasitə kimi, hər bölmənin təsviri hissəsində cədvəl verilmişdir. Həmin 

cədvəllərdə   müəllimin   fikir   yürütmə   mərhələsində   yararlana   biləcəyi   əsas   suallar   yer   alıb. 

İstifadəçi hər bölmənin əvvəlində bu köməkçi vasitəyə rast gələcək.

Bu köməkçi vasitənin sinifdə uşaq hüquqlarını öyrənmə prosesinin hər üç kateqoriyasını 

əks etdirən strukturu aşağıda verilir.

Şagirdlərin nə öyrəndiyi barədə həm müəllim, həm də şagirdlər özləri düşünməlidirlər. 

Birinci sıradakı suallar müəllim üçün, ikinci sıradakı suallar isə şagirdlər üçün nəzərdə tutulub. 

Həm müəllim, həm də şagirdlər üçün olan suallar öyrənmə prosesinin hər üç kateqoriyasını əhatə 

edir. Öz şagirdlərinin həmin suallara cavab olaraq nə söyləyəcəklərini təxmin etməyə çalışmaq 

müəllim üçün faydalı olar.



Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?

İstifadəçinin   hər   bölmənin   təsviri   hissəsində   rast   gələcəyi   bu   cədvəldə   müəllim   və 

şagirdlərin həmin suallara verə biləcəyi potensial cavablar göstərilib. Bu, cədvəldən istifadəni 

asanlaşdırmaq və dərsdən hansı nəticələrin gözləndiyini istifadəçiyə göstərmək məqsədi daşıyır. 

Əlbəttə, müəllim suallara cədvəllərdə göstəriləndən fərqli cavablar verməkdə sərbəstdir, eləcə də 

şagirdlərin   öz   təcrübələri   (“vasitəsilə”)   barədə   düşünərkən   verdikləri   cavablar,   yaxud 

öyrəndiklərini necə tətbiq edəcəkləri (“üçün”) barədə söylədikləri fikirlər cədvəldəki cavablara 

uyğun   gəlmədiyi   halda   “yanlış”   sayıla   bilməz.   Onların   cavabları   istənilən   halda   dərsin 

qiymətləndirilməsinə  öz  töhfəsini  verəcək  və müəllimin  öz  iş keyfiyyətini  yaxşılaşdırmasına 



yardım edəcək. Fikir yürütmək üçün olan bu köməkçi vasitə sayəsində əldə edilən materialdan 

müəllimin və ya şagirdin portfoliosunda istifadə oluna bilər.



Tapşırıqlarla öyrənmə və müəllimlərin yeni rolları

Bölmələr  kiçik layihələr şəklində tərtib olunub; yəni şagirdlərin qarşısına layihə işinə 

xarakterik olan problemlər – predmetlə bağlı, habelə işin təşkili, ünsiyyət, vaxta qənaət və sair ilə 

əlaqədar problemlər qoyulur. Bu problemləri müəyyən edib, onları çözməklə şagirdlər çoxlu 

müxtəlif qabiliyyətlərə yiyələnirlər (tapşırıqlarla öyrənmə).

1-ci bölmədə şagirdlərə üzərində adı və şəkli olan çiçək yaratmaq tapşırığı verilir. Çiçəyi 

necə təsvir etmək, bunun üçün materialları haradan əldə etmək, şəkli haradan tapmaq və bunları 

etmək   üçün   iş   vaxtını   (vaxt   bölgüsünü)   necə   planlaşdırmaq   kimi   məsələlər   şagirdlərin   öz 

ixtiyarına buraxılır. Bu yolla şagirdlər “iş haqqında” çox şey öyrənəcəklər. Ancaq müəllim gərək 

tapşırığı müəyyən edərkən diqqətli olsun, bu kimi suallara özü üçün cavab tapsın: Uşaqların bu 

tapşırığı etmək üçün nə qədər vaxtı olacaq? Onları hansı materiallarla təmin etməliyəm? Onları 

çiçəyin   bəzi   hazır   hissələri   ilə   təchiz   edimmi?   (1-ci   bölmədə   təsvir   olunmuş   layihədəki 

variantlara bax).

Bu   nümunə   onu   göstərir   ki,   uşaqlar   ən   erkən   yaşlarından   sinifdə   öz   işlərinə   görə 

məsuliyyət daşımağa həvəsləndirilir və mahiyyət etibarilə, bu məsuliyyəti müəllimlə bölüşürlər. 

Bu cür öyrənmə təcrübəsindən istifadə, daha sonrakı mərhələlərdə şagirdlərə öz işlərini daha 

müstəqil şəkildə planlaşdırmaq lazım gəldikdə, xüsusilə vacibdir.

Uşaq hüquqlarının DVT-nin bir qanadı kimi tədris olunmasında müəllim çox müxtəlif 

rollarda çıxış edir.

Uşaq hüquqları “haqqında” tədris öyrətməyin və informasiyanın klassik funksiyasına – 

mühazirə, oxu tapşırığı, video klip və sair – uyğun gəlir. Uşaq hüquqları “vasitəsilə” və uşaq 

hüquqları   “üçün”   tədris   müəllimdən   həm   də   tələb   edir   ki,   uşaqlarla   rəftar   edərkən   və   öz 

xarakterini  nümayiş  etdirərkən  müəyyən  mənada təqlidçi rola  girsin. Axı  uşaqlar böyüklərin 

sözlərinə o vaxt inanırlar ki, həmin sözlər böyüklərin nümayiş etdirdiyi xarakterə, məsələn, səs 

tonuna,   anlayış   göstərməsinə,   dözümlü   və   ədalətli   olmasına,   arxa   durma   və   ruhlandırma 

xarakterinə uyğun gəlsin. Bu kitabdakı bütün bölmələrdən göründüyü kimi, öyrətmə və öyrənmə 

üsulları predmetlə sıx uzlaşır. Tapşırıqlarla öyrənmə müəllimdən dərslə bağlı dəqiq planlaşdırma 

və hazırlıq tələb edir, bilavasitə dərsin gedişində isə müəllim o qədər də aktiv olmur. Ancaq 

şagirdlər   işləyərkən   müəllim   onları   diqqətlə   müşahidə   etməlidir,   çünki   o,   bilik,   bacarıq   və 

dəyərlər baxımından şagirdlərin nələri mənimsəyib, nələri mənimsəmədiyini  müəyyən etməli 

olacaq.

Müəlliflərdən minnətdarlıq

Bu kitabın ilk nəşri Bosniya və Herseqovinanın  Banya Luka şəhərindəki bir pedaqoji 

institutun təşəbbüsü ilə hazırlanmışdır. Bir qrup müəllim Bosniya və Herseqovinanın Srpska 

Respublikasının məktəblərində bu kitabda təsvir olunan proqramın layihə versiyasını sınaqdan 

keçirmişlər.   Həmin   layihə   sonra   silsilə   treninq-seminarlarda   müzakirə   olunaraq   daha   da 

təkmilləşdirilmişdir. Ona görə də biz ilk növbədə Banya Luka şəhərinin pedaqoji institutunun o 

vaxtkı prorektoru cənab Zdravko Sunkiçə öz minnətdarlığımızı bildiririk. Onun təşəbbüsü və 

inadkarlığı olmasaydı, indi kitab halına gəlmiş həmin layihə də həyata keçirilməzdi.

Daha   sonra   biz  bu   kitabın   bilavasitə   sinif   otağında   dərs   deyənlərin   tələblərinə 

uyğunlaşdırılmasına özlərinin qətiyyətli və şövqlü fəaliyyətləri ilə böyük töhfə vermiş Srpska 

Respublikasının   müəllimlər   heyətinə   təşəkkür   edirik.   Bu   müəllimlər   aşağıdakılardır:   xanım 

İliyana Vidakoviç, xanım Daniça Kruniç, xanım Lyilyana Maystoroviç, xanım Mira Kuruzoviç, 

cənab  Zoran  Blaqoyeviç,  cənab  Lyubomir  Umiçeviç,  xanım  Sandra Novakoviç,  xanım  Zora 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə