Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

döyülürsən

dostun yoxdur



isti yun jaketin yoxdur

idman paltarın yoxdur



Bundan sonra biz balaca sehrbaz roluna girir və bu problemlərin həlli yollarını tapmağı 

məşq edirik.

Hamı birlikdə  iki, yaxud üç situasiyanı nəzərdən keçirir. Sonra şagirdlər kiçik qruplar 

formalaşdırır və hər qrup ürəyi istədiyi bir situasiyanı seçir (belə ola bilər ki, “xuliqan şagirdlər 

başqa şagirdləri döyürlər” və sair bu kimi situasiyaları eyni zamanda bir neçə qrup seçsin).

Şagirdlər seçdikləri situasiyaları rol oyunu şəklində səhnələşdirməli və bu rol oyununda 

həmin situasiyadan çıxış yolunu təsəvvür etdikləri kimi canlandırmalıdırlar.

Müəllim   qrupları   dəstəkləyir,   onları   dinləyir   və   lazım   gəldikdə   onlara   təkliflər   verir. 

Dördüncü   dərsdə   şagirdlər  xüsusi   kostyumlardan   və   butaforiyadan   istifadə   etməklə   öz   rol 

oyunlarını daha da təkmilləşdirirlər.

Dərs 4

Şagirdlər öz rol oyunlarını sinifdə nümayiş etdirirlər.



Sonra şagirdlər öz aralarında müzakirə edirlər ki, görək, göstərdikləri bu səhnələr onların 

gündəlik həyatlarına necə tətbiq oluna bilər.

Biz hansı situasiyaları müəyyən etdik?



Sinifdə bu situasiyalar barədə danışan kimi bizim reaksiyamız necə oldu?

Biz bir-birimizə necə dəstək ola bilərik?



“Xeyirxah Sehrbazlar” klubu yaradaqmı?

Birinci, ikinci və dördüncü sinfin şagirdlərinə Beynəlxalq Uşaqlar Günü (20 Noyabr) 



haqqında məlumat verməyə cəhd göstərəkmi?

4-cü sinif

BİZİM HÜQUQLARIMIZ – BİZİM XƏZİNƏMİZ



Dərsin planı


Əsas sual / dərsin 

mövzuları

Əsas tapşırıq

Əyani vasitələr

Dərs 1


Nəyə görə bizim xüsusi 

uşaq hüquqlarına 

ehtiyacımız var?

Şagirdlər “xəzinə qutusu” 

layihəsi ilə tanış olur və onu 

necə planlaşdırmağı və həyata 

keçirməyi müzakirə edirlər.

Müəyyən uşaq 

hüquqlarını 

xatırlatmaq üçün 

istifadə edilə bilən 

əşyalar; uşaq 

hüquqları kartları

Dərs 2 


Mənim şəxsi xəzinə 

qutum – bu, nə isə 

əlahiddə bir şeydir

Şagirdlər öz xəzinə qutularını 

bəzəyir və onları özlərinin 

“uşaq hüquqları xəzinəsi” kimi 

hazırlayırlar.

Hər uşaq məktəbə 

dəmir, taxta və ya 

karton qutu gətirir; 

rəngli düymələr

parça kəsikləri və 

sair; yapışqan və 

qayçı


Dərs 3 (bir 

neçə 


həftədən 

sonra)


Mənim xəzinə qutum, 

sənin xəzinə qutun!

Şagirdlər partaları üzərində 

mini-sərgi təşkil etməklə öz 

xəzinə qutularını nümayiş 

etdirirlər.

Şagirdlərin xəzinə 

qutuları (içindəkilərlə 

birgə)

Dərs 4 (20 



Noyabr 

ərəfəsində)

Biz sərgini necə təşkil 

edə bilərik? 

Uşaqlar məktəbdəki bütün 

başqa uşaqların da görməsi 

üçün öz xəzinələrinin və 

xəzinə qutularının sərgisini 

keçirirlər. 

Şagirdlər sərgi üçün 

otaq, yaxud yer 

tapırlar. 



Dərsin məqsədləri

Şagirdlər uşaq hüquqları haqqında daha dərin biliyə yiyələnirlər. Uzun müddət ərzində 

onlar hər bir uşaq hüququnu xarakterizə edə bilən, yaxud bu hüququn simvolu rolunu oynaya 

bilən əşyaları axtarıb tapmağa səy göstərməklə, bu hüquqların məqsəd və məramını öyrənirlər. 

Hər uşaq bu işin öhdəsindən özünəməxsus şəkildə gəlir. Bununla da uşaqlar uşaq hüquqları ilə 

bağlı sözügedən maddələri başa düşmüş və özləri üçün aydınlaşdırmış olurlar.

Öyrənmə nəzəriyyəsi baxımından, bu tapşırıq öyrənənlərə imkan yaradır ki, öz öyrənmə 

proseslərini   özləri   təşkil   etsinlər,   bu   isə   onların   davamlı   şəkildə   biliklərini   artırmaq   şansını 

əhəmiyyətli dərəcədə yüksəldir.

Hər şagird öz xəzinə qutusunu hazırlayır. Şagirdlər uşaq hüquqlarının daşıdığı ideyalarla 

həm intellektual, həm də emosional cəhətdən daha dərindən mənimsəyirlər.

Bu, uzun müddət ərzində davam edən və şagirdləri mütəmadi olaraq öz ideyalarını bir-

birləri ilə  bölüşməyə və müzakirə etməyə təşviq edən bir layihədir.

Uşaq Hüquqları  Günü  (20 Noyabr)  münasibətilə  məktəb  binasında  şagirdlərin  xəzinə 

qutularının sərgisi keçirilə bilər. Bu, əlavə stimul olar və aşağı sinif şagirdlərində bir həvəs – bir, 

yaxud iki ildən sonra buna bənzər şeylər etmək həvəsi oyadar.




Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

Bütün uşaq hüquqları elan 

edilir və müzakirə olunur.

Hər bir şagird öz fikrini bədii 

şəkildə, özünəməxsus ifadə 

etmək hüququndan faydalanır. 

Bu yolla şagirdlərdə özünə 

inam hissi artır, onlar özlərini 

və bir-birlərini daha yaxından 

tanımış olurlar.

Şagirdlər qərar verməyi və 

tapdıqları həll yollarını 

əsaslandırmağı öyrənirlər.

Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?

Mən uzun müddət uşaq 

hüquqları haqqında 

öyrəndim. Mən hər maddə ilə 

bağlı bir qərar verdim və 

mən yalnız maddənin 

mahiyyətini başa düşdüyüm 

təqdirdə qərar verə bildim. 

Mənə aydın oldu ki, uşaq 

hüquqları konvensiyasını 

başa düşmək heç də həmişə 

asan olmur.

Məktəb çoxlu rəsm əsərlərini 

görə bildiyimiz bir yer olsa, 

əla olar. İndi mən məktəbdə 

olmaqdan zövq alıram.

Uşaq hüquqları 

konvensiyasının heç də 

bütün maddələri mənim 

üçün eyni dərəcədə vacib 

deyil. Mən hansı maddələrin 

keşiyinə qalxmağa qadir 

olduğum barədə 

düşünmüşəm. Mən başqa 

ailələrdəki, başqa 

regionlardakı, yaxud başqa 

ölkələrdəki uşaqlar üçün 

hansı maddələrin xüsusilə 

vacib olduğu və onları 

dəstəkləmək üçün nələr edə 

biləcəyim barədə 

düşünmüşəm.



Əyani vasitələr

Uşaq hüquqları kartları

Xəzinə qutuları

Əvvəlki tədbirlərdən qalmış materiallar

Yapışqan

Qayçı



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə