Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

Biz uşaqların təqdim etdikləri həll yollarına baxır və onların öz fikirlərini izah etməsinə 

şərait yaradırıq. Heç şübhəsiz, bu yerdə bəzi suallar meydana çıxacaq! Müəllim bilmək istəyir:

Xoşniyyətli və ya bədniyyətli sehrbazın hansısa əməlini və ya planını görə bilərsinizmi?



Sonuncu   dəfə   nə   vaxt   sehrbaz   olmağı   arzulamısınız   və   həmin   vaxt   nə   etmək,   nəyi 

dəyişmək ürəyinizdən keçib?

Bu an sizin ən böyük arzunuz nədir?



Müəllim   şagirdləri   öz   fikirlərini   söyləməyə   həvəsləndirir   və   onların   hamısına   pozitiv 

dəstək   verir.   O,   növbəti   bir   neçə   dərsdə   də   sehrbazlar   haqqında   danışacaqlarını   bildirir   və 

şagirdlərə tapşırır ki, jurnallarda, yaxud kitablarda sehrbaz şəkilləri axtarsınlar və mümkün olan 

halda   həmin   şəkilləri   dərsə   gətirsinlər.   Şəkillər   və   kitablar   gərək   kiçik   bir   sərgidə   nümayiş 

olunsun.

Dərsin qalan hissəsi ərzində uşaqlar sehrbazın və adi adamın rəsmini çəkib qurtarmalı və 

onları rəngləməlidirlər.

Dərs 2


Həftə   ərzində   müəllim  dönə-dönə   şagirdləri   sehrbaz   şəkilləri   və   sehrbazlar   haqda 

kitabları tapıb gətirməyə, çəkdikləri rəsmlər üzərində işi tam yekunlaşdırmağa ruhlandırır.

İkinci dərsin başlanğıcında müəllim əvvəlki dərsin məzmununu xatırladır, sonra isə cari 

dərsin   prosedurunu   izah   edir:   indi   biz   sizin   gətirdiyiniz   şəkillərə   və   kitablara,   eləcə   də 

hazırladığınız fiqurlara baxacağıq. Siz bunlar arasında bir-birinin eyni olan, yaxud bir-birindən 

fərqlənən şeyləri müəyyən edə bilərsiniz?

Uşaqlar   dairəvi   əyləşirlər.   Müəllim   onlara   söyləyir   ki,   bir   neçə   illər   bundan   öncə 

uşaqların həyat və şəraitləri ilə bağlı olan xüsusi hüquqlar tərtib olunub. Bu yerdə biz Uşaq 

Hüquqları Bəyannaməsini (1959) oxumağı tövsiyə edirik. Bəyannaməni oxuyarkən müəllim onu 

lazım bildiyi şəkildə sadələşdirə və müəyyən yerlərini ixtisar edə bilər. İxtisara xüsusi diqqət 

yetirilməlidir. Sənədin ixtisar edilmiş versiyası aşağıdakı kimi təqdim oluna bilər:

Uşaqlara   sağlam   şəkildə   və   normal   şəraitdə   böyümək   imkanı   yaradılmalıdır.   Bura 

onların:

fiziki



mənəvi


psixoloji

əqli və


sosial inkişafı daxildir.

Uşaqlar azad olmalı, onların şəxsi ləyaqət hisslərinə hörmət olunmalıdır.

Uşaqlar  gərək ilk mərhələdəcə bu prinsipi başa düşsünlər. Müəllim uşaqların fikir və 

rəylərini ümumiləşdirərək, yuxarıdakı anlayışları və onların bir-biri ilə necə əlaqəli olduğunu 

izah edir. 

Bunun   üçün   o,   özünün,   yaxud   şagirdlərin   əvvəlcədən   kağızdan   hazırlamış   olduğu 

təqribən 40 oğlan və qız fiqurunu döşəməyə düzür. Onları dörd qrupa bölür.

I qrup fiziki cəhətdən sağlam böyüyüb.



II qrup mənəvi cəhətdən sağlam böyüyüb.

III qrup əqli cəhətdən sağlam böyüyüb.




IV qrup sosial cəhətdən sağlam mühitdə böyüyüb.

Sonra müəllim uşaqlardan soruşur ki, hər hansı bir uşağın nəyi olmaya, çatışmaya bilər. 

O,   şagirdlərin   nümunələr   gətirməsini   xahiş   edir   və   lazım   gəldikdə,   özü   də   bir-iki   nümunə 

söyləyir.

Fiziki cəhətdən sağlam böyümə



isti paltarı yoxdur

Mənəvi cəhətdən sağlam böyümə



pis dostları var

Əqli cəhətdən sağlam böyümə



yaxşı kitabları yoxdur

Sosial cəhətdən sağlam mühitdə böyümə



heç bir dostu yoxdur

O, bu çatışmazlıqları kağızdan düzəldilmiş müvafiq uşaq fiqurlarının üzərinə yazıb, yenə 

hərəsini öz yerinə qoyur. Sonra isə uşaqlardan öz nümunələrini söyləməyi xahiş edir. Ola bilsin, 

uşaqlar dörd kateqoriyanın dördü üçündə nümunələr gətirə bilməsinlər; bu halda müəllim onlara 

kömək etməli, ancaq onların əvəzinə nümunə gətirməməlidir.

Uşaqların   ehtiyacları   müəyyən   edilib   kağız   fiqurların   üzərinə   yazıldıqdan   sonra 

sehrbazların işi başlayır. Uşaqlar üç qrupa bölünür və hər qrupa qrupun bütün üzvlərinə çatacaq 

sayda kağız fiqurlar verilir.

Onların vəzifəsi aşağıdakılardan ibarətdir:

Hər   uşağın   vəziyyətinə   diqqət   edin   və   onu   nələrin   sevindirdiyini,   nələrin   isə 



kədərləndirdiyini tapmağa çalışın.

Sehrbaz necə kömək edə bilər?



Uşağın sabah da, birisi gün də, ondan sonrakı gün də özünü yaxşı hiss edəcəyinə əmin 

olmaq üçün sehrbaz nə edə bilər?

Oğlanın və ya qızın özünün nə isə edə bilməsi üçün sehrbaz ona necə kömək edə bilər?



Adi adam sehrbazı necə əvəz edə bilər?

Şagirdlər  yenidən  bir araya   gəlib  dairəvi  əyləşir  və  müxtəlif  problemlərin  həlli  üçün 

özlərinin fikirləşdikləri sehrli həll yollarını bir-birləri ilə bölüşürlər.

Dərs 3

İndi isə gəlin real həyatdakı konkret vəziyyətləri nəzərdən keçirək. Müəllim bir daha uşaq 



hüquqlarının   10   prinsipini   xatırladır   və   şagirdləri   gündəlik   həyata   xas   olan   situasiyalar 

fikirləşməyə təşviq edir; elə situasiyalar ki, orada sinif yoldaşları, dostları, aşağı və ya yuxarı 

sinif şagirdləri, yaxud da elə özləri heç də yaxşı durumda qalmırlar. Şagirdlərin xatırladıqları 

situasiyalar və yerlər aşağıdakılar ola bilər:

Yerlər:



sinif otağı



məktəbin həyəti

məktəbə gedən yol



Situasiyalar:

mübahisə və dava baş verir



günorta yeməyə heç nə olmur

ev tapşırığını etmək yaddan çıxır




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə