Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

Fotoşəkillər çiçəyin ortasına yerləşə biləcək ölçüdə kəsilir.

Öz işlərini daha tez başa vuran uşaqlar başqa kiçik çiçəklər çəkirlər.



Güldan rəsmlə ifadə edilmiş uşaq hüquqlarının yığcam formasını nümayiş etdirir (Maddə 

7, 28).



Müəllim uşaqların çəkdikləri şəkillərin hamısından bir rəsm yaradır.



Dərs 4

Ətraf şərait:

Plakat yazı taxtasından və ya divardan asılıb.



Şagirdlər böyük yarımdairə şəklində əyləşiblər; böyük sinifdə iki yarımdairə lazım gələ 

bilər. Bütün şagirdlərin rəsmi görmək imkanı təmin olunmalıdır.

Şagirdlər aşağıdakı suallar ətrafında fikir yürüdürlər:

Mən bu fəaliyyət zamanı nədən zövq aldım?



Mən nə öyrəndim?

Mən başqa uşaqlar haqqında nə bilirəm?



Mən müəllim haqqında nə bilirəm?

Müəllim şagirdlərin öz cavablarını və fikirlərini bir-birləri ilə bölüşməsi prosesinə 



bələdçilik edir.

Sonda müəllim şagirdlərə uşaq hüquqları haqqında müəyyən məlumat verir. Xüsusilə də 

o, güldanda ifadə olunan sözügedən iki hüquqdan bəhs edir. O, uşaqları “Uşaq Hüquqları Günü 

(20 Noyabr)” barədə məlumatlandırır.

O,  plakatın   harada,   məktəbin   dəhlizində,   yoxsa   foyesində   nümayiş   etdirilməsinin 

məqsədəuyğun olduğunu şagirdlərlə müzakirə edir. Şagirdlər hər iki variantın müsbət və mənfi 

tərəflərini müzakirə edirlər. Hamının görə bilməsi üçün plakat haradan asılmalıdır? Sinfimizə 

yeni uşaqlar gələndə biz nə edirik? 



2-ci sinif

ADLAR SADƏCƏ HƏRFLƏRİN BİRLƏŞMƏSİ DEYİL!

Dərsin planı

Əsas sual / dərsin 

mövzuları

Əsas tapşırıq

Əyani vasitələr

Dərs 1


Bizim adlarımız!

Bütün uşaqlar bir-

birlərinin adları 

haqqında daha çox şey 

öyrənirlər (interaktiv 

A4 ölçülü vərəqlər




yanaşma).

Dərs 2 


Necə olub, mənə bu adı 

qoyublar?

Sinif uşağa ad 

qoyulmasının səbəbləri 

haqqında düşünür.

Üzərində əsas 

cümlələrin yazıldığı 

kağız lentlər (dar, uzun 

kağız parçaları); 

tezislər komplekti

Dərs 3 və 4

Bütün uşaqların 

danışmağa öz hekayəsi 

var!


Şagirdlər öz həyatları 

barədə bir-birlərinə 

müəyyən məlumat 

verirlər.

Onlar özlərinin boy 

ölçülərində öz 

rəsmlərini çəkirlər.

Uşaqların ailələri 

haqqında informasiya 

(ev tapşırığı); hər uşaq 

üçün bir flipçat vərəqi; 

markerlər və rənglər



Dərsin məqsədləri

Uşaq hüquqları Konvensiyasının 7-ci maddəsi uşağın ada malik olmaq hüququnu təmin 

edir. Soyad uşağın öz ətrafındakı qrupla əlaqəsini göstərir.  Ad isə uşağı fərdə, bu dünyanın 

təkrarsız varlığına çevirir.

Uşaqlar öz adları ilə fəxr etməlidirlər. Uşaq öz adının hansı mənanı kəsb etdiyini, hansı 

ümidləri özündə ifadə etdiyini və valideynlərinin onun üçün niyə məhz həmin adı seçdiyini 

bilməlidir.

Müəllim bu mövzuda söhbət edərkən hər ehtimala qarşı ehtiyatlı olmalıdır; sinifdə öz 

həqiqi valideynləri ilə birgə yaşamayan, yaxud məcburi miqrasiya və ya mühacirət edərək öz 

adlarını dəyişmək məcburiyyətində qalmış uşaqlar ola bilər. Müəllim belə uşaqlarla işləyərkən 

həssas olmalı, onları başa düşməlidir.

Bu dərsdə uşaqlar öz sinif yoldaşları ilə birgə özlərinə nəzər salırlar. Ona görə də bu 

bölmə əvvəlki bölmədə başladılmış xətti davam etdirir, hərçənd öz-özlüyündə ayrıca bir bölmə 

kimi də götürülə bilər.



Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

7, 8, 12 və 13-cü maddələr

Məktəb bizim həyatımızın bir 

hissəsidir; sinif öz hüquqları 

olan bir mikro-icmadır. 

Mənim sinifdəki bütün digər 

Uşaqlar plakatın harada 

asılmalı olduğu barədə 

qərarın verilməsində iştirak 

edirlər. Ola bilsin, plakat 



uşaqların adlarını bilən bir 

şəxsiyyətim var və sinifdəki 

uşaqlar da mənə mənim adım 

vasitəsilə müraciət edirlər.

Solda göstərilən maddələr bu 

bölmə vasitəsilə sinifdə 

təcrübədən keçirilir.

üçün yer ayrılmasına xüsusi 

ehtiyac yaransın, bu halda 

məsələ başqa müəllimlərlə, 

texniki heyətlə və ya məktəb 

direktoru ilə müzakirə oluna 

bilər.

Şagirdlər



Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?


Uşaq olaraq bizim xüsusi 

hüquqlarımız var: 

Bizim adımız var və heç kəs 

bizi adımızdan məhrum edə 

bilməz (Maddə 7).

Bir uşaq kimi, mənim öz 

həyat hekayəm, başqa 

uşaqların yaşadığı həyatdan 

fərqli, özünəməxsus bir 

həyatım var. Bu, həmişə 

mənim şəxsiyyətimin bir 

hissəsi olaraq qalacaq 

(Maddə 8).

Mənim öz fikrim ola bilər və 

öz düşündüyümü söyləyə 

bilərəm, bütün başqa uşaqlar 

da həmçinin (Maddə 12 və 

13).


Mən gördüm ki, bütün qalan 

uşaqlar və müəllim mənim 

söylədiklərimdən qeydlər 

götürürdülər. Onların hamısı 

mənə qulaq asırdılar və indi 

hər kəs mənim adımı bilir. Öz 

adımla mən xüsusi, 

başqalarından fərqli bir 

fərdəm.

Mən sinifdəki bütün başqa 



uşaqların adlarını bilirəm. 

Mən onların həyatları 

haqqında da nəsə bilirəm.

Mən həyətdə və ya başqa bir 

yerdə kimisə görəndə onun 

adını soruşacaq və öz adımı 

ona söyləyəcəyəm.

Əyani vasitələr

Kağız lentlər

Plakat ölçüsündə vərəqlər

Köhnə şəkilli jurnallar

Müxtəlif rəngli boyalar

Fırçalar


Bir neçə qayçı

Yapışqan


Tezislər komplekti (aşağıya bax)

Prosedur

Dərs 1: Bizim adlarımız!




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə