Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   34

Nəyə görə mənə məhz bu adı qoyublar?

3-cü sinif

BİZ SEHRBAZIQ!

Dərsin planı

Əsas sual / dərsin 

mövzuları

Əsas tapşırıq

Əyani vasitələr

Dərs 1


Adi adam problemi necə 

həll edə bilər? Bəs 

sehrbaz necə həll edə 

bilər?


Şagirdlər müxtəlif tip 

problemlərin real və möcüzəli 

həlli yollarını bir-birindən 

fərqləndirməyi öyrənirlər. 

Onlar adi adamın və sehrbazın 

rəsmini çəkirlər.

Uşaqların ideyalarını 

yazmaq üçün yazı 

taxtası; rəsmlər; 

skotç (yapışqan lent); 

A4 ölçülü vərəq; 

rəngli karandaşlar

Dərs 2 

Biz müzakirə yolu ilə 



problemin həllini tapa 

bilərikmi?

Sinifdə ümumi müzakirə 

əsnasında şagirdlər gündəlik 

problemlərin mümkün və 

qeyri-mümkün həlli yollarını 

bir-birindən fərqləndirməyi 

öyrənirlər.

Kağızdan adam 

formasında 

hazırlanmış fiqurlar; 

rəngli karandaşlar

Dərs 3

Mən hansı həll yolları 



tapa bilərəm? Mən necə 

kömək edə bilərəm?

Şagirdlər özlərinin gündəlik 

həyatlarına xas olan mürəkkəb 

problemlərin həlli yollarını 

tapmağa çalışırlar. Onlar 

tapdıqları həll yolları əsasında 

rol oyunu hazırlayırlar.

--

Dərs 4


Biz problemlərin həlli 

yollarını rol oyununda 

necə göstərə bilərik? 

Bununla biz nəyi 

öyrənmiş oluruq?

Şagirdlər öz rol oyunlarını 

məşq edir və sinifdə 

səhnələşdirirlər.

Lazım gəldikdə, rol 

oyunu üçün 

butaforiya

Dərsin məqsədləri

Uşaqlar   tezliklə   başa   düşürlər   ki,   çox   şey   onların   nəzarətindən   kənardadır.  Uşaqlar 

birbaşa onların taleyini həll edən qərarların subyekti olsalar da, çox vaxt həmin qərarlara təsir 

etmək iqtidarında olmurlar. Ancaq əvəzində uşaqlar özlərinin təsəvvür etdikləri dünyaya səyahət 

etməyə   qadirdirlər.  Təsəvvürdə   olan   dünya  elə   bir   məkandır   ki,   orada   yeni   planlar   yaranır, 

təcrübələr sınaqdan keçirilir və adam həqiqi dünyaya qayıtmazdan öncə məhz orada güc toplaya 

bilir.



3-cü   sinif   üçün   nəzərdə   tutulmuş   bu   tədris   layihəsində   biz   uşaqların   təsəvvür   etmə 

qabiliyyətini   işə   salmağı   və   onlara   öz   ideyalarını   təsəvvürlərindəki   dünyadan   real   həyata 

transformasiya etmək imkanı verməyi təklif edirik.

Uşaqlar təsəvvür edirlər ki, onlar sehrbazdırlar.  Uşaqların (və hətta böyüklərin) çoxu, 

hərdənbir   də   olsa,   sehrbaz   gücünə   malik   olmaq   arzusunu   ürəyindən   keçirir.   Bu   layihədə 

uşaqlardan tələb olunur ki, onların həyatını əhatə edən mühitdə daha yaxşı həll edilməli olan 

problemli situasiyaları müəyyən etsinlər və birlikdə belə problemlərin həlli yollarını axtarsınlar. 

Lakin bu zaman uşaqların daima “təsəvvürlər aləmi”ndə qalmaması çox vacibdir. Onlar həm də 

yaşadıqları real mühitdə mövcud olan problemin həllini təsəvvür etməyə və praktikada tətbiq 

etməyə   çalışmalıdırlar.   Biz   əsas   diqqəti   sinifdə   və   məktəbin   həyətində   təmizlik   probleminə 

yönəltməyi təklif edirik.

Bu tədris bölməsi sinifdə şagirdlərin ünsiyyətinə əsaslanır. Ona görə də uşaqların düzgün 

şəkildə   əyləşdirilməsi   çox   mühüm   əhəmiyyət   kəsb   edir.   Qruplar   daxilində   ünsiyyət   təşkil 

edilərkən,   iştirakçılar   üzbəüz   əyləşdirilməlidirlər.  Yəni   sıra-sıra   əyləşmə   üsulundan   qaçmaq 

lazımdır. Sıralarla əyləşərkən axırda oturan uşaqlar əlverişsiz şəraitdə qalırlar. Bu səbəbdən də 

əlbəttə, yaxşı olar ki, uşaqlar dairə şəklində, yaxud stol ətrafında əyləşsinlər.



Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar

Haqqında

Vasitəsilə

Üçün

Müəllim


Şagirdlər uşaq hüquqları 

haqqında indi nə bilirlər?

Konkret sinif otağında və 

ümumiyyətlə, məktəb 

icmasında uşaq hüquqlarının 

prinsipləri hansı yollarla 

müşahidə olundu?

Məktəbdən kənarda necə 

hərəkət etməyi öyrənmə: 

Şagirdlər öz gələcək 

həyatları üçün nə 

öyrəndilər?

13, 14, 28 və 31-ci maddələr

Məktəb sanki bir mikro-

icmadır. Şagirdlər 

siniflərindəki və öz 

həyatlarındakı problemləri 

birlikdə müzakirə edir və 

onların həlli yollarını tapırlar. 

Onlar bu zaman təkcə 

müəllimləri ilə yox, həm də 

bir-birləri ilə davamlı 

ünsiyyətdə olurlar.

Şagirdlər real həyata xas 

situasiyalar haqda düşünür, 

özləri və başqaları üçün real 

olan problemlərin həlli 

yollarını araşdırmağa 

başlayırlar. 

Şagirdlər

Mən uşaq hüquqları 

haqqında nə öyrəndim?

Mən uşaq hüquqlarını sinifdə 

necə təcrübədən keçirdim?

İndi mən hansı fəaliyyətə 

qadirəm?


Mən bilirəm ki, uşaqların 

xüsusi hüquqları var; bunlar 

uşaq hüquqlarıdır. Mən 

bilirəm ki, 20 Noyabr 

Biz bir-birimizə qulaq asdıq 

və aydın oldu ki, bizim bəzi 

istəklərimiz və 

problemlərimiz bir-birindən 

Mən bilirəm ki, mənim və 

başqalarının hüquqları var, 

ancaq bu hüquqların – həm 

mənim, həm də başqalarının 




Beynəlxalq Uşaq Hüquqları 

Günüdür.


Mən real həyat 

problemlərinin həlli yolları 

ilə möcüzələri bir-birindən 

fərqləndirməyi öyrənirəm.

çox fərqlənə bilər. Biz gördük 

ki, bu cür problemlərin həlli 

yollarını birlikdə necə tapa 

bilərik.


hüquqlarının – qorunduğuna 

əmin olmaq üçün nəsə 

etməliyəm.

Problemin həlli yolunu 

tapmaq asan iş deyil və biz 

bütün problemləri birdən 

həll edə bilmərik. Bizim bəzi 

arzularımız uzun müddət 

yerinə yetməyəcək. 

Əyani vasitələr

Ağ vərəqlər

Rəngli karandaşlar və ya flomasterlər

Kağızdan qız və oğlan fiqurları kəsmək üçün şablonlar, yaxud müəllimin kəsib gətirdiyi 

hazır fiqurlar

Lazım gələrsə, qayçı

Rol oyunları üçün lazım gələrsə, xüsusi kostyumlar və butaforiya

Prosedur

Dərs 1

Müəllim   lövhədə   iki   adam  şəkli   çəkir:   biri   adi   qadın   və   ya   kişi,   digəri   sehrbaz.   Öz 

növbəsində uşaqlar da cüt-cüt ayrılıb, iki adam fiquru çəkir və aşağıdakı suallara birlikdə cavab 

verməyə cəhd göstərirlər:

Müəyyən situasiyalarda adi adam nə edir?



Eyni situasiyalarda sehrbaz nə edir?

Bir neçə dəqiqədən sonra müəllim bütün uşaqları yarımdairə şəklində yazı taxtasının 

qarşısına toplayaraq, onların hamısının lövhəni yaxşı görə bilməsini təmin edir (böyük siniflərdə 

şagirdlərin iki yarımdairə şəklində toplanması lazım gələ bilər). O, bütün şagirdlərin yuxarıdakı 

suallara verdikləri cavabları, onları şərh etmədən və ya hər hansı rəy bildirmədən lövhəyə yazır. 

Biz uşaqların ideyalarını bir araya cəmləmək üçün aşağıdakı kimi cədvəl tərtib etməyi məsləhət 

görürük:


Adi adam

Sehrbaz


(onun rəsmi)

(onun rəsmi)

Aclıq

Kasıblıq


Kədər

Doğum günü




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə