Bu kitab “Sağlam ĠnkiĢaf və Maarifləndirmə” ictimai birliyi
tərəfindən Azərbaycan Respublikasının Gənclər və Ġdman Nazirliyinin
maliyyə dəstəyi ilə “ĠĢğal olunmuĢ torpaqlarımızı unutmayaq” layihəsi
çərçivəsində çap olunmuĢdur.
Layihənin rəhbəri və materialları toplayan:
Anar Əhməd oğlu Xəlilov
BaĢ məsləhətçi:
Qasım Hacıyev, tarix elmləri doktoru
Məsləhətçi:
Həmidə Əliyeva, filologiya e.n. dossent
Redaktor:
Vüsalə Hüseynova
Korrektor:
Tural Əliyev
Dizayner və tərtibatçı:
Sənan Gülalıyev
E-mail: saglam_inkishaf@yahoo.com
Bakı, “MHS – poliqraf”, 2010, 192 səh.
ĠSBN: 978 – 9952 – 459 – 01 – 2
© “MHS – poliqraf”, 2010
ÖN SÖZ
Məhəbbətin ən böyüyü Allaha, Vətənə, ata-anaya inamdan
doğur. Bu
məhəbbəti uĢaqlara, gənc nəslə aĢılamaq onları, sözün əsl mənasında xalqına,
millətinə layiq, vətənini sevən, həm də onun dar günündə sinə gərməyi bacaran
vətəndaĢ kimi formalaĢdırmaq valideynlərin və biz ziyalıların ən mühüm
vəzifəsidir.
Əziz gənclər! Azərbaycanın ərazi bütövlüyü parçalanmıĢ, torpaqlarımızın
20 faizi iĢğal altında qalmıĢdır. ġuĢa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı,
Laçın, Kəlbəcər, Xocavənd, Xankəndi düĢmən tapdağındadır. Gənc nəsil
xalqımızın baĢına gətirilən bu fəlakəti, törədilən bu iĢğalçı siyasəti heç bir zaman
unutmamalıdır. “Böyük Ermənistan” yaratmaq arzusu ilə baĢlanan bu məkrli
siyasət zaman-zaman xalqımıza ağır zərbələr vurmuĢ, insanların dinc həyat tərzi
pozulmuĢ, onlar yurd-yuvasından didərgin düĢmüĢlər. Bu siyasətin acı fəsadlarını
heç vaxt unutmayaraq vaxtında və yerində cəzalandırmağı və hər vasitə ilə
cavabını verməyi bacaran gənclərə ehtiyacımız var.
Biz gələcəyə nikbin baxan gəncliyimizlə qürur duyuruq. Ümid edirik ki,
bu nikbin baxıĢlar qalibiyyətli sonluqla nəticələnəcəkdir. Aparılan mübarizə,
ardıcıl siyasət öz gözəl bəhrəsini verəcək, biz torpaqlarımızı qaytaracağıq.
Qarabağsız yaĢamağımıza birdəfəlik son qoyulacaqdır. Bu zaman təkcə Qarabağ
deyil, çox arzularımız gerçəkləĢəcəkdir.
Sizə təqdim olunan bu kitabda iĢğal altında olan rayonlar haqqında geniĢ
məlumat verilmiĢdir. Qarabağı görməyən, onun sehrinə düĢməyən insanlar təqdim
olunan bu kitabın köməkliyi ilə bu torpağın təbii sərvəti, coğrafı mövqeyi, baĢına
gətirilən müsibətləri, tarixi və mədəniyyət abidələri haqqında məlumatlandırılacaq,
tarixin yaddaĢında yaĢayan salnamələrimizlə yaxından tanıĢ olmaq imkanı
qazanacaqlar.
ġübhəsiz ki, “Sağlam inkiĢaf və Maarifləndirmə” Ġctimai Birliyinin
gənclərə təqdim etdiyi bu kitabdakı məlumatların əsas qayəsi məhz bundan
ibarətdir: gənc nəsildə vətən sevgisi, torpaq yanğısı yaratmaq, Qarabağ dərdlərini
unutmamaqdır.
Bayram Səfərov.
Şuşa rayon Icra Hakimiyyətinin başçısı.
Azərbaycan Respublikası “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” Ictimai Birliyinin sədri
.