Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   46   47   48   49   50   51   52   53   54

Xocavənd rayonunun Qarakənd kəndində Respublikanın “Qırmızı kitab”ına 
düĢmüĢ  0,5  ha III dövrün relikt  növü olan, orta diametri 24 sm,  hündürlüyü 12  m, 
yaĢı 100 illik azat ağacları da mühafızə edilirdi. 
Xocavənd 
rayonunun 
istifadəyə 
yararlı  yeraltı  su  ehtiyatlarını 
qiymətləndirmək  məqsədi  ilə  həmin  rayonun  ərazisində  1983-1985-ci  illərdə 
kompleks hidrogeoloji tədqiqatlar aparılmıĢ, nəticədə 9 perspektiv sahə seçilmiĢ və 
həmin sahələr üzrə IV, TəbaĢir və Yura dövr sulu komplekslərinin 83 min kub/m/gün 
həcmində yeraltı su ehtiyatları aĢkar edilmiĢdir. Bundan baĢqa bulaq axımı moduluna 
əsasən  7,34  min  kub/m/gün  həcmdə  yeraltı  su  ehtiyatları  hesablanmıĢdır.  Beləliklə, 
Xocavənd  rayonu  ərazisində  istifadəyə  yararlı  yeraltı  sular  90,34  min  kub/m/gün 
təĢkil edir. 
Ümumi  sahəsi  25,5  min  hektar  olan  Xocavənd  meĢəsində  palıd  ağacları 
qırılaraq  ermənilər  tərəfındən  daĢınmıĢ,  XocaĢın  çayının  kənarlarında  bitən  təbii  meĢə 
məhv edilmiĢdir. 
Qədim yaĢayıĢ məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə 
- tikinti materialları və faydalı qazıntılarla, meĢə zolaqları və Ģirin su ehtiyatları ilə 
zəngindir.  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyindən  verilən  məlumata  görə, 
Xocavənd  rayonunun  Qırmızı  bazar  qəsəbəsində  diametri  600  sm,  hündürlüyü  25  m 
olan  1  ədəd  1000  və  1  ədəd  2000  il  yaĢlı  ġərq  çinarları  qədim  təbiət  abidəsi  kimi 
qorunurdu. 
ĠĢğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. 
Rayonun  ərazisində  yerləĢən  və  ümumi  sahəsi  25,5  min  hektar  olan  meĢədəki  palıd 
ağacları qırılaraq daĢınıb, XonaĢen çayının kənarlarında bitən təbii meĢə isə tamamilə 
məhv  edilib.  Xocavəndin  Yelli  Gədik  sahəsində  Füzuliyə  gedən  yolun  sağ  və  sol 
tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib. 
 
 
TARĠXĠ MƏDƏNĠYYƏT ABĠDƏLƏRĠ 
 
Xocavənd  Ģəhərində  71  arxeoloji,  memarlıq  abidə  dövlət  qeydiyyatından 
keçmiĢdir.  Hadrut  Ģəhərində  olan  Hadrut  Tarix-DiyarĢünaslıq  muzeyində  3200 
eksponat  mövcud  olmuĢdur.  Həmin  muzey  və  eksponatlar  iĢğalçıların  nəzarəti 
altındadır.  Əldə  olan  məlumatlara  görə,  Ermənistan  Elmlər  Akademiyasının 
əməkdaĢları  adı  çəkilən  eksponatları  erməni  tarixi  ilə  əlaqələndirmək  üçün 
saxtalaĢdırma iĢləri ilə məĢğuldurlar. 
Azərbaycanı  qədim  yaĢayıĢ  məskəni  kimi  dünyada  tanıdan  abidələrdən  biri, 
dəniz  səviyyəsindən  900  metr  hündürlükdə  yerləĢən,  uzunluğu  190  metr,  əhəng 
daĢları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna 
yaxın,  Azıx  kəndinin  1  kilometr  cənubi-Ģərqində  yerləĢir.  Həmin  rayonun  Mets-
Tağlar  kəndindən  cənubda,  dəniz  səviyyəsindən  850  m  hündürlükdə  yerləĢən, 


uzunluğu 22 metr, əhəng daĢlan oksford-kimeric dövrünə aid olan Tağlar mağarası 
da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. 
Xocavənd  rayonunun  həm  qədimliyi,  həm  mədəniyyəti  ilə  seçilən 
yurdlarından biri Tuğ kəndidir. Mərhum akademik Ziya Bünyadovun “Azərbaycan 
Vl-VIII əsrlər tarixi” əsərində Tuğ kəndinin adı çəkilir. Tuğ kəndinin qədimliyi onun 
tarixi abidələri ilə sübut olunur. V əsrə aid məbəd, Tuğ dağının zirvəsində məbəd, 
b.е.ə  aid  olan  qəbiristanlıq,  X  əsrə  aid  tarixi  Qırmızı  məbəd  buna  əyani  sübutdur. 
Kəndin  coğrafı  adları  Hatut  dərəsi,  Dəyirman  dərəsi,  Kənd  yeri,  Qızaran  düz, 
Güngörməz, hacı bağları, adları çəkilən bu yerlərin adı sırf türk mənĢəli adlardır. 
Bizim  eranın  IV  əsrinin  əvvəllərində  Sos  kəndində  tikilmiĢ  Amaras 
monastrı bu rayonun ərazisindəki ən maraqlı tikililərdən biridir. Alban kilsəsinə aid 
bu  abidə  hazırda  Xocavənd  rayonunda  yerləĢir.  Həmin  monastr  əsrlər  boyu  Qafqaz 
Albaniyasının  kafedral  kilsəsi  olmuĢdur.  V  əsrdə  monastrda  məktəb  açılmıĢdır. 
Amaras  monastrı  kompleksinin  tikintisi  bir  çox  mənbələrdə  IV  əsrə  aid  edilir. 
Amaras kilsəsi IX əsrdə Xaçın knyazları tərəfındən əsaslı bərpa edilmiĢ, XIII əsrdə 
isə  yenidən  qurulmuĢ,  monastr  kompleksinə  çevrilmiĢdir.  Düzbucaqlı  plan  quruluĢu 
olan bu  kilsə  yaxĢı  yonulmuĢ  ağ  daĢlardan  səliqə  ilə  hörülmüĢdür.  Ġkimaili  daĢ  dam 
örtüyünün üstündə altı sütunlu ratonda yüksəlir. Monastrın düzbucaqlı həyətini əhatə 
edən  və  dörd  dairəvi  bürcü  olan  qala  divarları  kobud  yonulmuĢ  daĢlardan 
hörülmüĢdür.  Həyətdə  qala  divarlarına  bitiĢik  yaĢayıĢ  və  təsərrüfat  otaqları  inĢa 
edilmiĢdir. Kilsənin fasad hissəsində giriĢ qapısının üstündə ensiz рəncərə qoyulmuĢ, 
onun üstündə isə iri barelyef xaç düzəldilmiĢdir. 
El arasında Qaraca Çobanın oylağı kimi tanınan “Nərgiztəpə” abidəsi indiyə 
kimi öyrənilməyib. Sovet dövründə buna imkan verilməyib. Artıq abidə unudulmaq 
təhlükəsindədir.  Xocavənd  rayonu  ərazisində  yerləĢən  “Nərgiztəpə”ni  yalnız  yerli 
sakinlər  tanıyır.  Yerli  tarixçilər  abidənin  eramızdan  əvvəl  səkkiz-beĢinci  əsrlərə  aid 
olduğunu  iddia  edirlər.  Deyilənə  görə,  “Dədə  Qorqud”  boylarından  tanıdığımız 
Qaraca  Çobanın  qəbri  də  “Nərgiztəpə”  məzarlığındadır.  Məzar  daĢları  üzərində 
insanların  oyma  üsulu  ilə  iĢlədikləri  müxtəlif  rəsm  və  yazılar  var.  Bu  rəsmlər 
Qobustan  rəsm  qayalarında  da  təsvir  olunub.  Nəzərə  alsaq  ki,  Qobustan  rəsm 
qayalarının  tarixi  eramızdan  əvvəl  -  12-8-ci  əsrlərə  aiddir,  onda,  “Nərgiztəpə” 
abidəsinin yaĢı daha qədimdir.  Azərbaycandan Ģərqə gedən ipək  yolu  “Nərgiztəpə”nin 
yanından keçir. Təpənin ətrafında eni iki metr olan divar qalalarının qalıqları görsənir. 
Yerli  tarixçilər  tərəfindən  buranın  karvansara,  bazar,  bəlkə  də,  böyük  Ģəhər  olduğu 
güman  edilir.  Məzarlığa  çevrilməmiĢdən  əvvəl  ərazinin  yaĢayıĢ  məntəqəsi  olduğu 
güman edilir. Çünki məzarlar pərakəndə Ģəkildədir. Bu da onu göstərir ki, qəbirlər 
eyni  gündə  hansısa  döyüĢdə  həlak  olanlara  məxsusdur.  Təssüf  ki,  hələ  də  bu 
gümanlara  son  qoyan  yoxdur.  Bu  vaxta  qədər  “Nərgiztəpə”  abidəsi  araĢdırılmayıb. 
Sovetlər  dövründə  tarixi  abidənin  yerləĢdiyi  ərazini  ermənilər  üzüm  bağlarına 
çevirib.  Abidənin  itib-batmasına  çalıĢıblar.  Ərazi  90-cı  illərdə  beĢ  dəfə  düĢmən 
tərəfindən  zəbt  olunub.  Sonuncu  -  altıncı  dəfə  isə  milli  ordumuz  ərazini  geri  alıb. 


Həmin  vaxtlar  “Nərgiztəpə”  düĢmən  tərəfındən  talan  edilib.  Qəbrlərin  bir  neçəsi 
açılıb, bəzi yerlərdə isə səngər qazılıb. 
 
ĠġĞAL 
 
1988-ci  il  12  fevral  günü  ermənilər  iyrənc  niyyətlərini  açıq  Ģəkildə  bəyan 
etdikdən  sonra  baĢlanan  hadisələrdə  baĢı  müsibətlər  çəkən  rayonlardan  biri  də 
Xocavənd  rayonudur  ki,  bu  müharibədə  145  nəfər  Ģəhid  vermiĢdir.  Onlardan  13 
qadın, 13 uĢaq olmuĢdur. 123 nəfər müxtəlif dövrlərdə girov götürülmüĢ, onlardan 
57  nəfər  girovluqda  öldürülmüĢ,  66  nəfər  isə  böyük  çətinliklə  azad  edilmiĢdir.  70 
nəfərə yaxın isə sağlamlığını itirərək əlil olmuĢlar. 
Xocavənd  rayonunda  ən  çox  itki  verən,  böyük  döyüĢ  yolu  keçən 
kəndlərdən  biri  Qaradağlıdır.  Dörd  il  öz  kəndlərini  tək  baĢına  müdafiə  edən 
Qaradağlılar kəndin hər daĢı, hər qayası uğrunda can verdilər, 800-ə yaxın əhalidən bu 
yolda 77 nəfər Ģəhid oldu, lakin öz məğrurluqlarını itirmədilər. 
Qaradağlı kəndi Xocavənd və Xankəndi yolunun üzərində yerləĢirdi. 4 il 4 
ay  idi  ki,  Qaradağlı  mühasirədə  vuruĢurdu.  14.02.1992-ci  ildə  ermənilər 
Xankəndində  yerləĢən  Sovet  ordusunun  366-cı  alayının  texnikasından  və  canlı 
qüvvəsindən  istifadə  etməklə  köməksiz  qalan  Qaradağlı  kəndinə  qəti  və  sürətli 
hücuma  keçdilər.  Artıq  məsələnin  sonluğu  məlum  idi,  qarĢıda  iki  yol  dururdu: 
Ģərəfli ölüm və ya təslim olma. Onlar birinciyə üstünlük verdilər. ġərəfli ölüm. Bu 
yolu seçən qaradağlılar son patronlarına qədər 4 gün döyüĢdülər. DöyüĢ vaxtı onlarla 
erməni yaraqlısı məhv edildi. Silah-sursatı tükənən soydaĢlarımızı sonda ermənilər əsir 
götürdü  və  bu  insanların  növbəti  məĢəqqəti  baĢlandı.  Bəylik  bağı  adlanan  yerdə 
əksəriyyəti  gənclər  olmaqla,  23  nəfər  vəhĢicəsinə  güllələnərək,  əksəriyyəti  yaralı 
halda  diri-diri  “silos”  quyusuna  tökülərək  üstlərini  torpaqlayırlar.  Qaradağlı-
Xankəndi  yolu  üzərində  yerləĢən  erməni  kəndlərində  əsirlər  maĢınlardan 
düĢürdülür  və  hamının  gözü  qarĢısında  güllələnirdilər.  Əsir  götürülənlərdən  54 
nəfəri  Xankəndi  və  Əsgəranda  2  aydan  artıq  əsirlikdə  saxlanılmıĢ,  ermənilər 
tərəfindən  verilən  ağır  iĢgəncə  və  əzabların,  keçirdikləri  sarsıntıların  nəticəsi  olaraq, 
əksəriyyəti əsirlikdən azad olunduqdan sonra müxtəlif vaxtlarda vəfat etmiĢlər.  
Sağ qayıdanlar erməni vəhĢiliklərindən söhbət açdıqca insan vahimələnir, 
diri-diri  insanların  basdırılması,  diĢlərinin  çəkilməsi,  ac-susuz  qalmaları,  döyülərək 
öldürülməsi  insanlığa  sığmayan  haldır.  Bu  hadisələr  zamanı  həmçinin  10  qadın,  8 
məktəbli qətlə yetirilmiĢdir. ĠĢğal nəticəsində Qaradağlı kəndində 200 yaĢayıĢ evi əĢyalarla 
birlikdə,  1  mədəniyyət  evi,  320  yerlik  orta  məktəb,  xəstəxana, inzibati binalar  və  s. 
dağıdılmıĢdır. 2 ailədən hər birində 4 nəfər Ģəhid olmuĢdur. 140 uĢaq yetim qalmıĢdır. Bu 
müharibədə Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri Ģəhid olmuĢdur. 
Beləliklə,  XX  əsrdə  Qaradağlı  kəndi  beĢ  dəfə  dağıdılmıĢdır.  1905,  1907, 
1915, 1918, 1992-ci illər. 


Qaradağlı  kimi  Xocavənd  rayonunun  Xocavənd  kəndi,  Muğanlı, 
Kuropatkin,  Əmiranlar,  Tuğ  və  s.  azərbaycanlılar  yaĢayan  onlarla  kəndləri  də  bu 
müharibə  nəticəsində  iĢğal  olunaraq  amansızcasına  dağıdılaraq  yer  üzərindən 
silinmiĢdir. 
 
GÖRKƏMLĠ ġƏXSĠYYƏTLƏRĠ 
 

 
Mir Mehdi Xəzani (1819-1894) - ġair, görkəmli maarifçi. 

 
Xudat  bəy  Ağabəy  oğlu  Məlikaslanov  -  ADR-nın Dəmir  yol və Rabitə  naziri, 
ictimai-siyasi xadim. 

 
Cavad bəy Rza bəy oğlu Məlikyeqanov - Bakı və Lənkəranın qubernatoru (ADR 
dövrü), ictimai-siyasi xadim. 

 
Zülqədər Cahangirov - Ġqtisad elmlər doktoru, professor. 

 
Niftalı Məlikaslanov - Texnika elmləri doktoru, professor. 

 
Xosrov Məlikaslanov - Texnika elmləri doktoru, professor. 

 
Püstə Məlikaslanova - Tibb elmləri doktoru, professor. 

 
Tura Məlikyeqanova - Arxitektor, professor. 

 
Allahverən Quliyev - TəbiətĢünaslıq elmləri doktoru, professor. 

 
Qəhrəman Qəhrəmanov - Geoloq, professor. 

 
Mübariz Əliyev - Tibb elmləri doktoru, professor. 

 
Muxtar Aslanov - Texnika elmləri doktoru, professor. 

 
Azəri Məlikaslanov - Ġqtisad elmlər doktoru, professor. 

 
Fikrət Yeqanov - Ġqtisad elmlər doktoru, professor. 
 
 
 
 
 
 
 


 


 
 
MÜNDƏRĠCAT 
 
ÖNSÖZ.................................................................................. 
Azərbaycanın Qarabağ bölgəsi ən qədim dövrdə.................. 
Azərbaycanın Qarabağ bölgəsi antik dövrdə......................... 
Azərbaycanın Qarabağ bölgəsi IV-VII əsrlərdə.................... 
Azərbaycanın Qarabağ bölgəsi VIII-XVII əsrlərdə.............. 
Qarabağ XVIII əsrdə………………………………………. 
Azərbaycanın Qarabağ bölgəsi XIX-XX əsrlərdə................. 
Azərbaycanın Qarabağ bölgəsi XX əsrin əvvəllərində.............. 
Qarabağ  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  (1918-
1920)...................................................................................... 
Azərbaycanın 
Qarabağ  bölgəsi  1923-80-cı  illərdə, 
DQMV-nin yaradılması................................................................................. 
Ermənistanın  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsini  və 
ətraf rayonlarının iĢğalı......................................................................... 
 
ġUġA RAYONU…………………………………………… 
Ümumi məlumat……………………………………………... 
Coğrafiyası………………………………………………….. 
Tarixi…………………………………………………………. 
Tarixi mədəniyyət abidələri....................................................... 
ĠĢğal.....…………………………………………………………………….. 
Qafqazın konservatoriyası…………………………………... 
Ġsledadlar məskəni…………………………………………. 
Milli qəhrəmanları…………………………………………... 
 


XOCALI RAYONU.............................................................. 
Ümumi məlumat……………………………………………… 
Coğrafiyası…………………………………………………….. 
Tarixi və mədəniyyət abidələri……………………………... 
Xocalı soyqırımı……………………………………………. 
Milli qəhrəmanları…………………………………………….. 
 
LAÇIN RAYONU…………………………………………... 
Ümumi məlumat……………………………………………... 
Coğrafiyası………………………………………………….. 
Laçının tarixindən…………………………………………….. 
Tarixi memarlıq abidələri………………………………….. 
Görkəmli Ģəxsiyyətləri……………………………………… 
Milli qəhrəmanları…………………………………………... 
Mənbə………………………………………………………... 
 
KƏLBƏCƏR RAYONU…………………………………… 
Ümumi məlumat……………………………………………... 
Coğrafiyası………………………………………………….... 
Tarixi və mədəniyyət abidələri……………………………… 
Qədim Alban abidələri……………………………………… 
Kəlbəcər rayon tarix-diyarĢünaslıq muzeyi………………… 
Ağdərə…………………………………………………………. 
ĠĢğal…………………………………………………………….. 
Milli qəhrəmanları…………………………………………… 
Ədəbiyyat…………………………………………………….. 
 
AĞDAM RAYONU…………………………………………. 
Ümumi məlumat……………………………………………... 


Coğrafıyası…………………………………………………... 
Ağdamın tarixindən…………………………………………... 
ĠĢğal…………………………………………………………… 
Görkəmli Ģəxsiyyətləri............................................................................... 
Milli qəhrəmanları…………………………………………… 
Mənbə………………………………………………………... 
 
CƏBRAYIL RAYONU……………………………………… 
Ümumi məlumat……………………………………………... 
Tarixi və mədəniyyət abidələri...................................................... 
Görkəmli Ģəxsiyyətləri................................................................... 
Milli qəhrəmanları…………………………………………… 
 
FÜZULĠ RAYONU………………………………………….. 
Ümumi məlumat……………………………………………... 
Coğrafiyası……………………………………………………. 
Tarixi   mədəniyyət abidələri………………………………... 
Azıx……………………………………………………………. 
Qaraköpəktəpə abidəsi...................................................................... 
ĠĢğal…………………………………………………………….. 
Milli qəhrəmanları……………………………………………. 
Mənbə.................................................................................... 
 
QUBADLI RAYONU.......................................................................... 
Ümumi məlumat........................................................................................... 
Coğrafiyası............................................................................ 
Tarixi və mədəniyyət abidələri............................................... 
Mağaralar............................................................................... 
Qalalar........................................................................................................ 


Türbələr...................................................................................................... 
Körpülər......................................................................................................... 
TanınmıĢ Ģəxsiyyətləri.......................................................................... 
Milli qəhrəmanları............................................................................. 
Mənbə......................................................................................................... 
 
ZƏNGĠLAN RAYONU………………...…………………… 
Ümumi məlumat........................................................................................ 
Coğrafiyası……………………………………………………. 
Таrixi və mədəniyynt abidələri………………………………. 
Zəngilan Ģəhərində məscid…………………………………… 
SəkkizguĢəli türbə XlV-əsr………………………………….. 
ġərifan sərdabəsi XII - əsr.................................................................. 
Hacallı dairəvi bürcü - XIV əsr...................................................... 
Yenikənd sərdabəsi…………………………………………... 
Bartaz Qız qalası……………………………………………... 
Koroğlu daĢı…………………………………………………... 
Qəbiristanlıqlar……………………………………………….. 
Görkəmli Ģəxsiyyətləri………………………………………. 
Milli qəhrəmanları……………………………………………. 
Mənbə…………………………………………………………. 
 
XOCAVƏND RAYONU……………………………………. 
Ümumi məlumat………………………………………………. 
Coğrafıyası…………………………………………………….. 
Tarixi mədəniyyət abidələri............................................................... 
ĠĢğal…………………………………………………………….. 
Görkəmli Ģəxsiyyətləri...................................................................... 
 


 
“Sağlam ĠnkiĢaf və Maarifləndirmə” ictimai birliyi 
materialların toplanılmasında göstərdikləri köməyə 
görə aĢağıdakı təĢkilatlara və Ģəxslərə minnətdarlığını 
bildirir. 
 
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix 
Ġnstitutunun “Qarabağ tarixi” Ģöbəsinə 
 
Azərbaycan Respublikasının Mədəniyyət və 
TurizmNazirliyinin Elm və Təhsil Ģöbəsinə 
 
ġuĢa rayon Ġcra Hakimiyyətinə 
 
“Azərbaycan Respublikası Daglıq Qarabağ 
Bölgəsinin Azərbaycanlı Ġcması” Ġctimai Birliyinə 
 
Cəbrayıl rayon Statistika idarəsinin rəisi 
Sahib Süleymanova 
 
Cəbrayıl rayon Tarix-diyarĢünaslıq muzeyinin 
direktoru Tariyel Abbaslıya 
 
Zəngilan rayon Statistika idarəsinin rəisi Dağbəyi 
Əsədova 
 
Bəsitçay Dövlət Təbiət Qoruğunun direktoru 
Ġsgəndərov XuduĢ Əmən oğluna 
 


 
Füzuli rayon Statistika Ġdarəsinin rəisi 
Rafiq Məstəliyevə 
 
Xocavənd rayon Ġcra Hakimiyyətinin baĢ 
məsləhətçisi Nicat ġirinova 
 
“EU Xəbər” qəzetinin redaksiyasına 
 
“ġuĢa” qəzetinin redaksiyasına 
 
Laçın rayon 28 saylı orta məktəbin direktoru 
Nofəl Ġsmayılova 
 
Ağdam rayon sakini Vasif Qurbanzadəyə 
 
Ağdam rayon sakini Azərbaycan Dillər 
Universitetinin müəlliməsi Hüzürə Ağayevaya 
 
ġuĢa rayon Mədəni-Maarif Texnikumunun 
müəllimi Teymur Məmmədova 
 
 


 
Texniki redaktor: Rauf KƏRĠMOV 
Bədii redaktor: Elnur ƏHMƏDOV 
Səhifələyici: Fəxri VƏLĠYEV 
Korrektor: Suğra OSMANOVA 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmiĢdir: 10.03.2010. 
Çapa imzalanmıĢdır: 18.03.2010 
NəĢrin ölçüsü: 60x90 1/16. 
Fiziki çap vərəqi: 12,0 
SifariĢ: 03. Sayı: 500 ədəd. 
Müqavilə qiyməti ilə 
 
 
 
 
 
 
 
 
Bakı, Az1122, Zərdabi pr.78 
Tel: (+994 12) 433 86 01 
Mob.: (+994 50) 230 99 20, (+994 40) 215 99 20 
E-poçtu: mhs.poligraf@gmail.com 

Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə