Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   46   47   48   49   50   51   52   53   54

Qoruğun  ərazisi  ilkin  mərhələdə  117  hektar  təsdiq  olunmuĢdu.  Lakin 
sonralar,  1980-ci  ildə  heç  bir  əsaslı  səbəb  olmadan  qoruq  ərazisi  10  hektar 
azaldılmıĢ,  107  hektara  endirilmiĢdir.  Qoruğa  məxsus  olan  107  hektardan  100 
hektarını  meĢə,  7  hektarını  isə  qumluqlar,  daĢ  yığınları  təĢkil  edir.  Hazırda  Bəsitçay 
Dövlət  Təbiət  qoruğu  ərazisinə  görə  respublikamızın  qoruqlarının  ən  kiçiyidir. 
Bəsitçay Dövlət Təbiət qoruğunun uzunluğu 15 kilometrə, eni isə bəzi yerlərdə 150-
200  metrə  çatır.  Qoruq  Ermənistanın  Qafan  və  Azərbaycanın  Zəngilan  rayonunun 
dövlət  meĢə  fondu  torpaqları  ilə  həmsərhəd  idi.  Qoruq  dəniz  səviyyəsindən  600-
800 metr hündürlükdə, əsasən dağlıq ərazidə yerləĢir. 
Bəsitçay  qoruğunun  və  onun  ətraf  sahələrinin  hidroqrafiyası  əsasən 
Bəsitçaydan,  onun  Sobuçay,  Topçay,  ġıxavuzçay  qollarından  ibarətdir.  Bəsitçayın 
uzunluğu  44  km,  hövzəsinin  sahəsi  354  kv/km.dir.  Dəniz  səviyyəsindən  2600  m 
hündür olan Zəngəzur dağ silsiləsindən baĢlayıb Araz çayına tökülür. Qar, yağıĢ, qismən 
də  yeraltı  sulardan  qidalanır.  Ġllik  axınının  çox  hissəsi  yazda  və  payızda  müĢahidə 
edilir. 
Bəsitçay  Dövlət  Təbiət  qoruğunun  sahəsinin  93,5%-ni  çinar  meĢələri 
tutur.  Onlar  Bəsitçay  və  onun  qolu  ġıxavuzçayın  dərəsində  yerləĢir.  Burada  həm 
təmiz, həm də qarıĢıq çinar meĢəliyi yayılmıĢdır. Qoruqdakı çinar ağaclarının orta yaĢı 165 
il,  orta  hündürlüyü  35  m,  orta  diametri  isə  bir  metrdir.  Burada  yaĢı  1200-1500  ilə, 
hündürlüyü 50 metrə, diametri 4 metrə çatan çinar nümunələri də vardır. 
Qoruq  ərazisinin  ətrafındakı  meĢələr  gürcü  palıdı,  Qafqaz  vələsi,  adi 
göyrüĢ,  söyüd,  ardıc,  dağdağan,  saqqız  və  s.  ağaclardan  ibarət  mezofıt  və  arid 
meĢələr çinarlığın müxtəlif tərəflərində, sərhədindədir. Bu çinar meĢələrinin əmələ 
gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim meĢələrin 
qalıqları  kimi  baxırlar  (A.  A.  Grossheym);  bəziləri  isə  vaxtı  ilə  cənub-qərbi 
Zaqafqaziyanın çay dərələrində geniĢ yayılmıĢ təbii çinarlıqların qalığı hesab edirlər 
(L. Y. Prilipko, Y. S. Səfərov). 
Bəsitçay  Dövlət  Təbiət  Qoruğu  Ermənistanın  Sav  və  Hənd  kəndləri  ilə 
sərhəddə yerləĢir. Burada olan Ģərq çinarlarının bəzilərinin yaĢı 1200-1500 ilə çatır, 
onların  gövdələrinin  diametri  4  m,  hündürlüyü  54  m-dən  yuxarıdır.  Avropada 
analoqu  olmayan  bu  nəhəng  ağaclar  ermənilər  tərəfındən  qəddarlıqla  məhv  edilir. 
Əldə  edilən  məlumata  görə,  Bəsitçay  qoruğu  yerləĢən  Rəzdərə  kəndində  mebel 
materialı  hazırlayan  sex  açıb  iĢlədirlər  və  ətrafda  olan  çinar,  palıd,  qoz  ağaclarını 
tamamilə  qırıb  məhv  edirlər.  Erməninin  dediyinə  görə,  sex  fasiləsiz  olaraq  iĢləyir. 
Qırılan ağacların izini itirmək üçün kökünə partlayıcı maddə qoyub dağıdır, sonra 
isə yandırır və yerini də əkirlər. 
1996-cı ildə “DaĢbaĢı” və “LeĢkar” meĢələrində ermənilər yanğın törədiblər. 
Həmin ilin payızında “LeĢkar” meĢə sahəsində isə yararlı ağacları tam qırıb aparıblar. 
“LeĢkar” meĢə sahəsində 1957-58-ci illərdə 55 ha ərazidə qoz meĢəsi salınmıĢdır, orada 
olan 40-50 illik qoz ağacları da ermənilər tərəfındən qırılıb aparılır. 


1996-1997-ci  illərdə  Тор  və  ġükürataz  meĢə  sahəsində  3  ədəd  T-130 
markalı  traktorla  meĢələrə  yol  çəkirmiĢlər.  Bu  zaman  həmin  meĢə  sahələrində  olan 
350-400 il yaĢlı palıd ağacları da ermənilər tərəfindən qırılıb aparılıb. 
Ermənistan  Respublikası  ərazisində  yerləĢən  Qacaran  mis-molibden, 
Qafan  mis filizsaflaĢdırma  kombinatlarının kimyəvi çirkli suları  və Qafan-Qacaran 
Ģəhərlərinin  (o,  cümlədən  kəndlərin,  xəstəxanaların,  kənd  təsərrüfatı  obyektlərinin) 
bioloji çirkli suları təmizlənmədən birbaĢa Azərbaycan ərazisində ġərifan kəndinin 
qarĢısında  Oxçuçaya  buraxılır  ki,  bu  da  çay  hövzəsini  “Ölü  zonaya”  çevirmiĢdir. 
Çayın  yatağının  43  kilometri,  su  toplayıcı  sahəsinin  isə  455  kv/km.i  Azərbaycan 
ərazisin.  düĢürki,  bu  hissə  daim  çirklənməyə  məruz  qalır.  Nəticədə  çay  suyunda 
əzəldən formalaĢmıĢ mikroflora -  fauna da məhv olmuĢ, öz-özünü təmizləmə prosesi 
dayanmıĢdır. 
ĠĢğal  olunmuĢ  ərazilərimizin  iqtisadi  coğrafiyasını  tədqiq  edən  erməni  alimi, 
professor  A.  Aftandilyan  qədim  Zəngilan  ərazisini  yaxın  illərədək  sıradan çıxmaq 
ehtimalı böyük olan “Böyük ölü zona” adlandırıb. 
 
TARĠXĠ VƏ MƏDƏNĠYYƏT 
ABĠDƏLƏRĠ 
 
Zəngin  tarixə  və  mədəniyyətə  malik  olan  Azərbaycan  torpağının  diqqəti 
cəlb edən bölgələrindən biri də Zəngilan bölgəsidir. 
ġərqlə qərbin qovuĢduğu yerdə yerləĢən bölgə, ticarətdə əsas əlaqələndirici 
məntəqələrdən  olmuĢdur.  Bölgənin  tarixinin  qədimliyini,  qalalar,  müĢahidə 
məntəqələri,  arxeoloji  qazıntılar  zamanı  aĢkar  edilmiĢ  maddi-mədəniyyət  abidələri 
və nümunələri, qədim sikkələr və məiĢət qabları sübut edir. Rayonun ərazisində 60-
70-ci  illərdə  təsərrüfat  iĢləri  zamanı  tapılan  xeyli  küp  qəbirlər  (küp  qəbirlər 
Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuĢdur) və е. ə. IV 
-  II  əsrlərə  aid  edilən  və  əksəriyyəti  Makedoniyalı  Ġsgəndərin  adına  zərb  olunan 
onlarla  sikkə  ərazinin  lap  qədim  zamanlardan  beynəlxalq  ticarətdə  mühüm  rol 
oynadığından xəbər verir. 
XIV  əsrdə  yaĢamıĢ  məĢhur  coğrafiyaĢünas  və  tarixçi  Həmdullah  Qəzvininin 
yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. 
Rayonun  ərazisi  həm  Araz  çayı  boyunca  ġərqdən  Qərbə,  həm  də  Həkəri, 
BərgüĢad və Oxçu çayları boyunca cənubdan-Ģimala və əksinə uzanan tarixi ticarət 
yolları  üzərində  yerləĢir.  Bu  bölgə  hələ  uzaq  keçmiĢdən  özünün  sıx  meĢələri, 
münbit  vadiləri,  yaĢıl  otlaqları,  gur  sulu  çayları  ilə  diqqəti  cəlb  etmiĢdir.  Bu  ərazi 
ibtidai  insanların  ilk  məskənlərindən  biri  olmuĢdur.  Bunu  rayonun  müxtəlif 
yerlərindəki  tarixi  abidələr,  о  cümlədən  Yeməzli  kəndi  ilə  Yuxarı  Yeməzli  kəndi 
arasında olan və “ġəhid Məhəmməd” adlı yerdən tapılan pul və əĢya qalıqları sübut 
edir. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə