Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   46   47   48   49   50   51   52   53   54

keçmiĢ, Ġran Ġslam Respublikasının ərazisi ilə  Azərbaycanın müxtəlif rayonlarında 
məskunlaĢmıĢlar. 
COĞRAFĠYASI 
 
Zəngilan  rayonu  coğrafı  mövqeyinə,  torpaq  və  iqlim  xüsusiyyətinə  görə 
füsunkar  gözəlliyə,  zəngin  təbiətə  malikdir.  Rayonun  ərazisi  orta  və  alçaq  dağlıq 
sahədə yerləĢərək mürəkkəb və dərəli-təpəli səth quruluĢuna malikdir. ġimal-qərbdən 
əraziyə  daxil  olan  BərgüĢad  silsiləsi  (Süsən  dağı,  1304  m)  alçalaraq  Bazarçayla 
Oxçuçay  arasında  Ağ  Oyuq  maili  düzünü  (hündürlüyü  400-600  m)  əmələ  gətirir. 
ġimal-Ģərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları 
təpəli  Gəyən  (Geyan)  çölünə  keçir.  Qərbdə  Mehri  (Mehri-Güney)  silsiləsinin  Ģərq 
kənarı  Bartaz  dağı  (2270  m)  yerləĢir.  Burada  yura,  tabaĢir  və  neogen  çöküntüləri 
yayılmıĢdır. Ərazinin çox yerində qıĢı quraq keçən mülayim isti iqlim hakimdir. Həkəri, 
Oxçu, Bəsit çayları rayonun cənub sərhədindən axan Araz hövzəsinə aiddir. Düzən və 
dağətəyi  sahədə  dağ-Ģabalıdı,  dağ  boz-qəhvəyi,  dağlıq  sahədə  qəhvəyi  dağ-meĢə,  çay 
dərələrində  çimli-çəmən  torpaqları  yayılmıĢdır.  Bitki  örtüyündə  çöl  formasiyası 
geniĢ  yer tutıır. Quru çöl, dağ kserofıl bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı 
meĢələr (palıd, vələs və s.) geniĢ yayılmıĢdır. 
Ərazidə  2  iqlim  tsikli  hakimdir.  Araz  boyu  ərazidə  qıĢı  quraq  keçən 
yarımsəhra  və  quru  çöl  iqlimi,  bir  qədər  yüksək  hissələrdə  isə  quraq  keçən 
mülayim  isti  iqlim  vardır.  Orta  temperatur  yanvarda  1S0  ,  iyulda  isə  +25S0  olur. 
Yağıntının illik miqdarı 400-500 mm.dir. 
Rayonda  107  hektar  sahəsi  olan  Bəsitçay  Dövlət  Təbiət  qoruğu,  2,2  min 
hektar  sahəsi  olan  Arazboyu  yasaqlıq,  4  ədəd  təbiət  abidəsi,  10  min  hektar  xüsusi 
mühafızə  olunan  Araz  palıdı  meĢəsi,  12864  hektar  dövlət  meĢə  fondu,  1200-dək 
büllur  sulu təbii bulaqlar,  4  mənbədən ibarət olan, tərkibi  “Yessentukl-4”  suyuna 
uyğun  gələn  “Qotursu”  mineral  bulaqları,  Seyidlər  və  Gəyəli  kəndlərində  turĢsu 
mineral bulağı vardı. 
Araz  çayı  -  ərazinin  ən  iri  çayıdır  -  Respublikanın  ikinci  əsas  su  mənbəyi 
sayılan  Araz çayı öz baĢlanğıcını Türkiyədən  götürür. Uzımluğu 1072 km (daxildə 
77  km),  su  toplayıcı  sahəsi  102000  km
2
  (daxildə  15700  km
2
).  Çay  suyundan 
suvarmada  istifadə  olunur,  Arazboyu  Tuqay  meĢələrinin  də  suvarılmasını  təmin  edir. 
Ermənistan  ərazisində  yaranan  çirkab  suları  mütəmadi  olaraq  2,1  min  kub/gün 
təmizlənilmədən  birbaĢa  Araz  çayına  axıdılır.  Arazın  çirkləndirilməsi  Naxçıvan  və 
Zəngilan rayonu ərazisi ilə Ermənistandan Araza axan qollar vasitəsilədir. 
Araz  çayının  sol  qolu  olan  Oxçuçay  öz  mənbəyini  Zəngəzur  dağ 
silsiləsindən  (Qapıcıq  dağı)  götürməklə  uzunluğu  82  km.dir.  Çayın  su  toplayıcı 
hövzəsi 1140 kv/km olmaqla en kəsiyindən saniyədə 5,9 kub/m (ən az sulu illərdə), 
10 kub/m (orta sulu illərdə) və 14,6 kub/m (ən çox sulu illərdə) su axır. 
Bəsitçay  -  Araz  çayının  sol  qolu  olmaqla  öz  mənbəyini  Ermənistandan 
götürür. Çayın uzunluğu 44 km (17 km.i Azərbaycan ərazisinə düĢür) su toplayıcı 


hövzəsi  isə  354  kv/km.dir  (156  kv/km.i  Azərbaycan  ərazisinə  düĢür).  Çay 
Ermənistanın  dağ  kəndlərinin  donuz  fermalarının  tullantıları  ilə  çirkləndirilir. 
Zəngilan  rayonunda  dövlət  meĢə  fondu  və  digər  ərazilərdə  10  min  hektar  Araz 
palıdı (guerocus araks) meĢələri dövlət tərəfindən xüsusi olaraq qorunurdu. 
Zəngilan rayonu təbii iqlim Ģəraitinə və münbit torpağına görə zəngin meĢə 
və  hər  növ  bitki  örtüyü  ilə  xarakterikdir.  Ərazinin  daha  çox  hissəsini  əhatə  edən 
Araz  palıdı  fıstıqkimilər  fəsiləsindəndir.  Nadir  növdür,  rayonun  Bartaz,  Gəyəli, 
Ördəkli,  ġayıflı,  Yeməzli,  Keçikli,  Rəzdərə  və  baĢqa  kəndlərinin  ətrafinda  geniĢ 
yayılmıĢdır. AĢağı dağlıq qurĢaqda dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə 
bitir.  Kserofıt  seyrək  meĢə  əmələ  gətirir  və  Zəngilan  rayonunda  xüsusi  qiymətli 
meĢə kimi qorunurdu. 
Rayonda geniĢ yayılan bitkilərdən biri də Ģərq çinarıdır (platanus orientalis). 
ġərq  çinarı  ehtiyatı  azalmaqda  olan  relikt  növdür.  Zəngilan rayonunıın  Bəsitçay  və 
Oxçuçay  vadilərində  təbii  halda  bitir,  digər  sahələrdə  də  geniĢ  yayılmıĢdır,  çay 
sahillərində dəniz səviyyəsindən 1000  metr yüksəkliyə kimi dərələr boyunca qrunt 
sularının  kifayət  qədər  rütubətləndirdiyi  sahələrdə  bitir.  Bəsitçay  Dövlət  təbiət 
qoruğunda mühafizə olunurdu. 
Quraq  yamaclarda  çay  vadilərində  bitən,  ərazidə  geniĢ  yayılmıĢ  bitkidir. 
Zəngilan rayonunun Bartaz, Ördəkli, Vejnoli, BeĢdəli, Genlik, Yeməzli kəndlərində 
daha çox yayılmıĢdır. 
Bununla  belə  rayondakı  meĢələrdə  adi  meĢə  gilası,  vələs,  meĢə  üzümü, 
Qarabağ dağ laləsi, sağsağan gülxətmisi geniĢ yayılmıĢdır. 
Zəngilan  rayonunda  Hacallı  kənd  inzibati  ərazi  dairəsinin  Muğanlı 
kəndində  diametri  50  sm,  hündürlüyü  8  m,  yaĢı  250  il  olan  1  ədəd  dağdağan, 
Mincivan  qəsəbəsində  diametri  60  sm,  hündürlüyü  20  m,  yaĢı  120  il  olan  1  ədəd 
Ģərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaĢı 300 il olan 1 
ədəd Ģərq çinarı, Ördəkli kənd Sovetində, Zəmiyeri adlanan sahədə diametri 60 sm, 
hündürlüyü  12  m,  yaĢı  160  il  olan  1  ədəd  palıd  ağacı  təbiətin  nadir  varlığı  kimi 
qorunurdu. 
Zəngilan rayonunda Vejnəli qızıl yatağı, ehtiyatları 6618 min kub/m olan və 
üzlük  daĢı  istehsalına  yararlı  Oxçuçay  mərmərləĢmiĢ  əhəngdaĢı  yatağı,  təsdiq 
edilmiĢ ehtiyatları 129 mln. ton olan soda və “əhəng südü” istehsalına yararlı Zəngilan 
(DaĢbaĢı-Əsgurum)  əhəngdaĢı  yatağı;  qırmadaĢ  və  əhəng  istehsalına  yararlı  Zəngilan 
əhəngdaĢı (ehtiyatları 6024 min ton), Bartaz-I və Bartaz-II porfırit (ümumi ehtiyatları 
28943  min  kub/m)  yataqları,  kərpic-kirəmit  istehsalına  yararlı  Zəngilan  gil 
(ehtiyatları  1102  min  kub/m),  ehtiyatları  17367  min  kub/m  olan  Zəngilan  qum-
çınqıl qarıĢığı yatağı iĢğal altında qalıb. 
Avropada  birinci,  dünyada  ikinci  təbii  çinar  meĢəliyi  məhz  Zəngilan 
rayonuna nəsib olmuĢdur və mühafizə olunması məqsədilə Kiçik Qafqazın cənub-
qərb hissəsində Bəsitçay vadisində Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli 
qərarı ilə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmıĢdır. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə