Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   46   47   48   49   50   51   52   53   54

əhali  tərəfindən  qorunurdu.  Zəngilanda  bu  cür  ocaqlar,  pirlər  insanların  ümid  və 
dilək yerləri idi. 
 
ZƏNGĠLAN ġƏHƏRĠNDƏ MƏSCĠD 
 
Rayon  mərkəzində  olan  bu  məscid  XVII-XVIII  əsrlərə  aid  edilir. 
Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m. idi. 
Ġçərisində  mehrab və  taxça var idi. Tikintidə  əsasən  yerli  əhəng daĢından istifadə 
olunmuĢdur. Divarlar üzlənməmiĢdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağ 
formalı olmuĢdur. Onun üst tərəfində kitabəsi var idi. 
 
SəkkizguĢəli türbə XlV-əsr: 
Rayonun  Məmmədbəyli  kəndində  yerləĢən  Yəhya  ibn  Məhəmməd  türbəsi 
dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Türbənin giriĢ qapısı üstündə 
ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və 
nə vaxt tikildiyi göstərilib. Türbənin 678 yaĢı var. O, Yəhya ibn Məhəmməd Əl-həcc 
Seyid  Əlinin  türbəsidir.  Türbə  piramidal  günbəzlərlə  örtülmüĢ  səkkizguĢəli 
prizmadan ibarətdir. Türbənin əsas qapısı Ģimal-qərb tərəfdədir. Onun üzü çox sadə 
iĢlənmiĢdir.  Üz  müstəvilərinin  əsas  hissələri  batıqdır.  Buna  görə  də  türbənin 
küncləri  bir  qədər  çıxıntılıdır.  Türbənin  qapısı  yerdən  1,8  m  hündürlükdədir.  Orada 
yeraltı  sərdabə  də  mövcuddur.  Məmmədbəyli  türbəsi  Azərbaycanın  bürcvari 
türbələrinə  bənzəyir.  Konstuktiv  elementlərin  mütənasibliyi  gözəl  memarlıq 
kompozisiyası türbəyə monumental gözəllik verir. 
Əsas  tikinti  materialı  kimi  daĢdan  istifadə  edilmiĢdir.  Kərpic  tikintilərdə 
olduğu  kimi  bu  türbənin  divarı  yükdaĢıyıcı  kütləyə  və  üzlüyə  bölünmür.  Üzlük  eyni 
zamanda divarın əsas hissəsini təĢkil edir. 
Üst kamera divarının qalınlığı 86 sm olub, iki cərgədən ibarətdir. O, daxili və 
xarici  üzlük  daĢlardan  hörülmüĢdür.  Onların  arası  boĢ  saxlanılmıĢ,  sonra  məhlulla 
doldurulmuĢdur.  Bu  cür  tikintiyə  Azərbaycanın  baĢqa  türbələrində  də  rast  gəlinir. 
Türbənin  üst  günbəzini  tikərkən  də  bu  texnikadan  istifadə  olunmuĢdur.  Burada  da 
günbəz  ikiqatdır.  Daxili  günbəz  sferik,  xarici  günbəz  isə  piramidal  formadadır. 
Onların da arası məhlulla doldurulub. 
1975-ci  ildə  ilk  dəfə  yeraltı  sahə  təmizlənmiĢ  və  türbənin  sərdabəsi  üzə 
çıxarılmıĢdır. Sərdabə 2,95 x 3,30 m ölçülü, düzbucaqĢəkilli plana malikdir. O, 190 
sm hündürlükdə çatmatağla örtülmüĢdür. Sərdabəyə giriĢ qərb tərəfdəndir. Qapının 
eni 76 sm, hündürlüyü isə 88 sm.dir. 
Ġslam qaydalarına görə türbəyə və sırdabəyə giriĢin hündürlüyü 120 sm.dən 
artıq  ola  bilməz.  Çünki  bura  girən  bir  qədər  əyilməli,  mərhuma  ehtiramını 
bildirməlidir.  Sərdabənin  döĢəməsi  yaxĢı  cilalanmıĢ  daĢlarla  hörülmüĢdür.  Orta 
əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumu yaxĢı olan və eyni zamanda 
tanınmıĢ Ģəxslərin qəbri üstündə ucaldılırdı. Bu türbənin giriĢi üstündə olan və nəstəliq 


xətti  ilə  yazılmıĢ  bir  kitabə  vardır.  Bu  kitabədə  deyilir  ki,  bu  türbə  704-cü  ildə 
Ramazan ayında (1305) Məhəmməd əl Xacənin qəbri üstündə tikilmiĢdir. 
Çox təəssüf ki, belə gözəl bir memarlıq abidəsi düĢmən tapdağında qalıb 
və çox güman ki, dağıdılmıĢdır

 
ġƏRĠFAN SƏRDABƏSĠ XII ƏSR: 
1974-cü  ildə  Azərbaycan  EA  Tarix  institutunun  Arxeologiya  Ģöbəsi 
burada tədqiqat aparmıĢdır. 
“ġəhri  ġərifan”  və  ya  ġəhri  Xəlifan  adı  ilə  tanınan  bir  orta  əsr  Ģəhərinin 
xarabalıqları aĢkar olunmuĢdıır. 
Məlum olmuĢdur ki, bu Ģəhər Cənubi Qafqazdan keçən baĢ ticarət yolunun 
üzərində yerləĢir. 
Ġlk qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aĢkar etdi. Bu burada IX 
əsrdən insan yaĢadığını söyləməyə əsas verir. ġəhərin də elə bu dövrdə yəni IX əsrdə 
formalaĢdığı,  əsası  qoyulduğu  görünür.  ġəhər  XIV  -  XV  əsrləro  kimi  mövcud 
olmuĢdur.  Qazıntılar  və  tapılmıĢ  arxeoloji  maleriallar  Ģəhərdə  dulusçuluq  və 
metaliĢləmə  sənətinin  inkiĢaf  etdiyini  göstərir.  ġəhərin  iqtisadiyyatında  çəltikçilik 
xüsusi yer tuturdu. Bunu Ģəhərdə tapılan düyü anbarı sübut edir. 
Diqqəti  cəlb  edən  cəhətdən  biri  də  Ģəhərin  memarlıq  abidələridir.  3  m 
dərinlikdə  aĢkar  edilmiĢ  hamam  kompleksi  çox  maraq  doğurur.  Əsasən  biĢmiĢ 
kərpicdən  Naxçıvan-Təbriz  memarlığı  üslubunda  inĢa  edilən  bu  kompleksin  su 
qızdırılan otağı, istilikxanası, yuyunmaq yeri və hovuzları salamat qalmıĢdır. 
Azərbaycanın orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-
XIII əsrə aid edilir. 
Zəngilan rayonunda, Həkəri çayının sağ sahilində olan ġərifan kəndində olan 
türbənin ancaq  sərdabə  hissəsi bizə  gəlib  çatmıĢdır. Türbənin üst  hissəsi dağılmıĢdır. 
Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat Ģəklindədir. Onun ölçüləri 5,4 
x  5,4  m.dir.  Onun  3  qolu  çatmatağla,  4-cü  tərəfi  isə  müstəvi  tavanla  örtülmüĢdür. 
Sərdabənin  cənub  divarında  dördbucaqlı  formada  taxçaya  oxĢar,  çox  da  dərin 
olmayan mehrab vardır. Onun yan tərəfləri nazik tilli sütunlarla bəzədilmiĢdir, 
Tağın  üstü  üçbucaq  formalı  xonçalarla  bəzədilmiĢdir.  Divarlar  yaxĢı 
cilalanmıĢ  daĢ  piltələrdən  hörülmüĢdür.  Onun  Ģərq  qolu  çatmatağla  örtülmüĢdür. 
Həmin  qolun  qurtaracağında  üstü  kəsilmiĢ  tağ  Ģəkilli  qapı  yeri  vardır.  O,  müstəvi 
tağ tavanla örtülü  dəhlizə  açılır. Tikintinin  mərkəzi hissəsi  günbəzlə  örtülmüĢdür. 
Divarlar  və  tağlar  yaxĢı  cilalanmıĢ  daĢ  piltələrdən  hörülmüĢdür.  Abidənin  yerüstü 
qalıqları onun bürcvari türbələrə oxĢarlığını sübut edir. 
 
 
 


Hacallı dairəvi bürcü XlV- əsr: 
Bu  tarixi  memarlıq  abidəsi  də  qorunurdu.  Çox  təəssüflər  olsun  ki,  onun 
haqqında bizim əlimizdə nə Ģəkil nə də məlumat vardır. Bu abidə Məmmədbəyli və 
ġərifan türbələrindən fərqli olaraq səkkizguĢəli deyil, dairəvi formada olmuĢdur. Bu 
bürcün  dəqiq  tikilmə  tarixi  bəlli  deyil.  Onun  da  səbəbi  mütəxəssis  rəyinin  və 
arxeoloji  tədqiqatların  aparılmamasının  nəticəsidir.  Burada  orta  əsrlərə  aid  kəhriz, 
karvansara qalığı və məscid də mövcud olmuĢdur. 
 
Yenikənd sərdabəsi 
Həkərinin sağ sahilində olan Yenikənd kəndində də XIV  əsrə aid sərdabə 
mövcud idi. Onun da üst hissəsi uçmuĢ, ancaq alt hissəsi dövrümüzə gəlib çatmıĢdır. 
Bu  abidə  də  vaxtında  tədqiq  olunmadığından  onun  haqqında  ətraflı  məlumat  vermək 
imkanımız yoxdur. 
 
Bartaz Qız qalası 
Rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə 
xalq arasında Qız qalası adlanan bir qala da var idi. Qala əsasən müĢahidə məntəqəsi 
rolunu  oynamıĢdır.  Çünki  yoldan  xeyli  aralı  və  yüksəklikdə  olan  və  bir  о  qədər  dl 
böyük  olmayan  belə  bir  qala  nə  sığınacaq  nə  də  müdafiə  istehkamı  rolunu 
oynamayıb. 
Orta əsr müdafiə qalaları və sığınacaqlar hündür və geniĢ bir  ərazidə inĢa 
edilir və onun ətrafı ya təbii Ģəraitlə qorunurdu, ya da ki, qalanın ətrafına hündür divar 
çəkilir  və  müəyyən  məsafələrdən  bürclər  inĢa  edilirdi.  Burada  biz  onlara  təsadüf 
etmirik. Bunlara əsasən deyə bilərik ki, Bartaz Qız qalası müĢahidə məntəqəsi rolunu 
oynamıĢdır. 
 
Koroğlu daĢı 
Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bu daĢ  əslində ondan  xeyli 
əvvəllər mövcud olmuĢdur. Bu daĢ ağ rəngdədir və onun nisbətən baĢ tərəfində bir 
oyuq var. Həmin daĢın yerləĢdiyi yerə Ağ oyuq deyirlər. Bu ərazinin belə adlanması 
bu daĢla əlaqədardır. Ağ (daĢ) oyuq (yenə daĢda) sözləri hər Ģeyi aydın göstərir. DaĢın 
üzərindəki oyuqda qədim türklər, atəĢpərəstlər od qalayırdı. Bu oyuqda da çox güman 
ki, Ģam yanardı, müxtəlif ayinləri icra edərdilər. 
DaĢın  üzərində  qəribə  yazılar  da  vardır.  Onlar  qədim  türk  yazılarına 
bənzəyir. Bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən “Yazı düzü” də deyilir. 
Bu ad da həmin daĢla, onda olan yazılarla əlaqədar yaranmıĢdır. Həmin ərazi rayon 
mərkəzindən  Bakıya  gedən  yolun  üstündə,  hündür  bir  yerdədir.  Son  zamanlar 
burada daĢ abidələrdən ibarət bir muzey yaradılmıĢdır. 
DaĢın ölçüləri təxminən 90 sm x 40 sm x 20 sm.dir. О yonulmuĢ haldadır. 
Neçə  əsrdir  günün  və  yağıĢın  altında  qalmasına  baxmayaraq,  öz  keyfiyyətini 
itirməmiĢdir. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə