Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   46   47   48   49   50   51   52   53   54

60-cı  illərdə  bu  ərazidə  aparılan  əkin  və  yol  çəkiliĢi  zamanı  xeyli  küp 
qəbirlər aĢkar edilmiĢdir. Bu küp qəbirlərdən tapılmıĢ müxtəlif əĢyalar sübut edir ki, 
bu ərazi çox qədim bir tarixə malikdir. KiĢilərin dəfn olunduğu qəbirlərdən tapılan 
bülöv daĢı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin 
müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal  və bürünc ucluqları, sikkələr 
və s. əĢyaların bir qismi qorunub saxlanılmıĢdır. 
1962-ci ildə orada tapılan və saxsı qabda olan əĢyalardan bir neçəsi bunların 
qiymətini  anlayanlar  tərəfindən  Bakı  Ģəhərinə  gətirilib  lazımi  ünvanlara 
çatdırılmıĢdır.  Bunları  əldə  edən  filologiya  elmləri  namizədi  A.  Həsənov  rayona 
gəlir,  həmin  yerdə  olub  əĢyaların və sikkələrin xeyli hissəsini əldə  edir. Tədqiqatlar 
və  araĢdırmalar  nəticəsində  müəyyən  edilir  ki,  bu  sikkələr  eramızdan  əvvəl  IV-II 
əsrlərə  aiddir.  Məlum  olur  ki,  bu  sikkələr  bürünc  ellin  (yunan)  pullarıdır.  Rayonun 
“ġəhid Məhəmməd”  adlı yerində  tapılan sikkələr də  bunu təsdiq edir. Bu sikkələr 
tədqiq  edilib  oxunduqdan  sonra  müəyyən  edilmiĢdir  ki,  bunların  üz  tərəfində 
hökmdarın  baĢının  Ģəkli  həkk  olunub.  Arxa  tərəfdə  isə  qədim  Yunan  allahlarından 
Zevs,  Poseydon  və  Dionisin  bütöv  Ģəkli  verilib.  ġəkillərdə  yan  tərəflərdə  yunanca 
Bazilevs  (hökmdar)  sözü  yazılıb.  Sonra  isə  hökmdarın  adı  ona  verilən  təĢbehlər-
epitellər  həkk  olunmuĢdur. Bu dövrdə ellin padĢahlarını ilahiləĢdirmək üçün onların 
adlarına təĢbehlər artırırdılar. 
Bütün  bunlar  və  hələ  buna  bənzər  və  tədqiq  olunmamıĢ  onlarla  tarixi 
tapıntılar bu ərazinin qədim tarixə malik olduğunu bir daha sübut edir. 
Bu  bölgədə  tarixin  müxtəlif  səhifələrini  əks  etdirən  misilsiz  memarlıq 
abidələri  vardır.  Zəngilan  rayonu  öz  coğrafi  movqeyinə,  tarixi  qədimliyinə  görə 
heyrətamiz abidələr məskənidir. 
Zəngilan  Ģəhərindən  8  km  aralı,  Əsgülüm  dağında  30  m  hündürlüyündə, 
150  metr  enində  “Qala”  hörgü  divarları  3-5  əsr  bundan  əvvəl  tikilmiĢ,  müdafiə 
əhəmiyyəti  kəsb  edən  tarixi  abidələrdən  biridir.  Həmin  “Qala”dan  2000  metr 
aralıda  olan  və  içərisində  100-150  nəfər  gizlənə  bilən  “Kuful”  deyilən  daĢ  yanğı 
uzaq  tarixi  keçmiĢimizdən  yadigardır.  Bu  “Kufül”un  hündürlüyü  15  metrdən 
çoxdur.  ĠĢğaldan  qabaq  həmin  tarixi  sahələr  gənclərin  ekskursiya  yerinə 
çevrilmiĢdi. Rayonun Məmmədbəyli və Babaylı kəndlərində olan türbələr, ġərifan 
kəndində  olan  qədim  abidələr;  naməlum  tarixə  malik  batmıĢ  yeraltı  qədim  ġəhri-
ġərifan Ģəhəri tariximizin açılmamıĢ sirr yaddaĢıdır. 
Bunların içərisində tarixi səciyyə daĢıyan aĢağıdakı abidələri qeyd etmək 
olar: 
1.
 
XII - əsr - Qız qalası Əmirxanlı kəndi 
2.
 
XII - əsr Sərdabə ġərifan kəndi 
3.
 
XlV - əsr- Sərdabə Yenikənd kəndi 
4.
 
XlV  -  əsr  –  SəkkizguĢəli  türbə  Məmmədbəyli  kəndi,  Dairəvi  qüllə  Hacallı 
kəndi 


5.
 
ġərifan  kəndində  arxeoloji qazıntı  nəticəsində  XI  əsrə  aid  olan  qədim  hamam 
kompleksi. 
6.
 
Məmmədbəyli, Babaylı, Ağalı, Yenikənd və MalatkeĢin kəndlərinin ərazisində 
yerləĢən, XIV-XV əsrlərə aid olan türbələr. 
7.
 
Zəngilan  kənd,  MalatkeĢin  və  Qıraq  MüĢlan  kəndlərində  yerləĢən,  XVII  - 
XVIII əsrə aid olan məscidlər. 
8.
 
Bartaz kəndində və Kezikli kəndində yerləĢən VI-VII əsrə aid olan “ġükürataz” 
və “Əsgülüm” qalaları. 
9.
 
XIII  -  XIV  əsrə  aid  olan  Bartaz  kəndinin  ərazisində  yerləĢən  “Xanazur”, 
MalatkeĢin kəndinin ərazisində yerləĢən “Dağdağan” və Gəyəli kəndinin ərazisində 
yerləĢən pirlər. 
10.
 
VII  -  VIII  əsrlərə  aid  olan,  rayonun  “Yazıdüzü”  ərazisində  yerləĢən,  at 
dırnaqlarının dərin izi düĢmüĢ, diametri 1 m 85 m olan “Koroğlu daĢı” deyilən daĢ. 
11.
 
Zəngilan ġəhər ərazisində XVIII əsrə aid 1 məscid, Tağlı qalası, Pirçivan dəvə 
piri,  mövcud  olmuĢ,  rayonun  min  illik  tarixini  əks  etdirən  zəngin  arxeoloji 
tapıntılarla təchiz olunmuĢ Dövlət Muzeyi. 
12.
 
Gilətağ ərazisində XVI - XVII əsrə aid olan Sarı aĢıqla bağlı olan GünəĢ abidə 
piri. 
13.
 
Rəzdərə  ərazisində  VII  əsrə  aid  Alban  türbə  kompleksi.  IX  əsrə  aid  Rəzdərə 
kənd Məscidi, XII əsrə aid Тор kəndində Тор körpüsü. 
14.
 
Vejnəli  ərazisində  IX  -  XI  əsrə  aid  Sürtüm  piri,  Yol  piri,  Qız  qalası  mövcud 
olmuĢ, Böyük ehtiyatda qızıl yatağı. 
Rayonda bundan baĢqa Bartaz, Sobu, Baharlı, Qıraq MüĢlan, MalatkeĢin, 
ġəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi. 
Yeməzli  kəndi  yaxınlığında  sovxoz  idarəsindən  5-10  m  aralı  möhtəĢəm 
bir Alban kilsəsi var idi. 
Ağ oyuq deyilən yerdə DaĢ heykəlləri muzeyi adlanan yer var idi. Burada 
müxtəlif dövrlərə aid daĢ abidələr vardır. 
Zəngilan  rayonunun  ərazisində  xeyli  ocaqlar,  pirlər,  ziyarətgahlar  var. 
Ġndiki  Zəngilan  Ģəhərinin  əvvəlki  adı  Pirçivan  idi.  Bu  adın  özü  elə  bu  ərazinin 
Pirlər  diyarı  olduğunu  göstərir.  Rayonun  müxtəlif  yerlərində  yaĢayan  seyidlərin 
evləri  əhalinin  iman  gətirdiyi,  ziyarət  etdiyi  ocaqlar  idi.  Bunlar  -  Zəngilan 
Ģəhərində  Mirəli  ağa,  Muğanlı  və  Genlik  kəndlərində  Seyid  Həsən  ağa,  Qıraq 
MüĢlan  kəndində  Seyid  Hüseyn  ağa,  Məlikli  kəndində  Zeynalabdin  ağa,  Sobu 
kəndində  Seyid  Qurban  ağa  (ilan  ocağı),  Seyid  Mahmud  ağa,  ġamlı  kəndində 
Seyid Mahmud və Seyid Həbib qardaĢlarının və s. ocaqları idilər. Rayon ərazisində 
Zəngilan Ģəhəri ilə üzbəüz, Oxçuçayın sol sahilində qayalıqda bir pir, ocaq var idi. 
Buradan Zəngilan Ģəhərinin gözəl panoramı görünürdü. 
Bakı-Mehri  yolunun  sağında,  Bartaz  kəndi  yaxınlığında  qədim 
qəbiristanlıq və ziyarətgah  var idi. Xanazur adlanan bu  yer tarixi abidə kimi  yerli 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə