Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

Xüsusilə,  yay  aylarında  Ģəhərdə  həyat  qaynayırdı.  Burada  tez-tez  Azərbaycan 
mədəniyyətinin görkəmli xadimləri Hüseyn Ərəblinskinin, H. Q. Sarabskinin, Hacı 
ağa  Abbasovun,  Abbas  Mirzə  ġərifzadənin  rəhbərlik  etdikləri  teatr  truppaları 
ĢuĢalılar  qarĢısında  teatr  tamaĢaları  göstərirdilər.  Yerli  həvəskarlardan  Azad  bəy 
Əmirov,  Əhməd  bəу  Ağdamski  və  baĢqaları  Üzeyir  Hacıbəyovun  opera  və 
operettalarını tamaĢaya qoyub öz yerlilərinə estetik zövq verərdilər. 
Beləliklə, ġuĢa XX əsrin əvvəllərində Qafqazın həm konservatoriyası, həm 
də  Azorbaycanın  musiqi  beĢiyi  idi.  О  zaman  Qafqazın  hansı  bölgəsinə  getsəydin 
orada  çalıb-oxuyanın  ġuĢalı  olduğunu  görərdin.  Təsadüfı  deyildir  ki,  ġuĢaya  həm  də 
istedadlar məskəni deyərdilər. Bu istedadlar isə ġuĢa ədəbi-musiqi məclislərinin və 
Qarabağ vokal məktəbinin yetirmələridir... 
Qafqazın  konservatoriyası,  Azərbaycan  vokal  məktəbinin  beĢiyi  kimi 
məĢhur  olan  ġuĢada  XX  əsrin  20-ci  ilinə  kimi  həyat  qaynayırdı.  Yay  ayları  hətta 
Orta  Asiyadan,  Ġran  və  Türkiyədən  gələn  qonaqlar  bu  ömür  uzadan  Ģəhərin  səfalı 
meĢələrindən,  sərin  bulaqlarından,  məsum  uĢaq  qəlbi  kimi  раk  olan  havasından
 
həzz  alırdılar.  Qarabağ  xanəndələrinin  xoĢ  avazından  doymurdular.  Hər  evdən,  hər 
ağac  kölgəsindən,  hər  bulaq  baĢından  Qarabağ  xanəndələri  öz  qonaqlarına 
Azərbaycan  musiqisindən  qəribə  hekayətlər  söyləyirdilər.  Hələ  о  vaxt  deyərdilər: 
“ġuĢanın uĢaqları ağlayanda “Segah”, güləndə isə “ġahnaz” üstündə gülərlər”. 
Cəsarətlə demək olar ki, ġuĢanın verdiyi musiqi istedadlarını dünyanın heç bir 
ölkəsi verməmiĢdir. “Ġtaliya vokal məktəbi” Avropa musiqi tarixində hansı mövqeyi 
tutursa, “ġuĢa vokal məktəbi” də ġərq musiqi tarixində eyni mövqeyi tuturdu. Vaxtı 
ilə ġuĢanı “Qafqazın Ġtaliyası” da adlandırmıĢlar. (Firidun ġuĢinski. “ġuĢa”. Bakı. Gənclik. 
1998). 
 
ĠSTEDADLAR MƏSKƏNĠ 
 
ġuĢa  Ģəhəri  məĢhur  ədiblərin, Ģairlərin,  görkəmli bəstəkarların, incə  səsli 
xanəndələrin vətənidir. Xalq arasında yaxĢı demiĢlər: 
-
 
ġuĢa sağlamlıq Ģəhəri, istedadlar məskənidir! 
Həqiqətən  belədir.  Cəsarətlə  demək  olar  ki,  ġuĢanın  Azərbaycana  verdiyi 
istedadları heç bir Ģəhər verməmiĢdir. 
Azərbaycan  Respublikasının  Elmlər  Akademiyasının  topladığı 
məlumata  görə  təkcə  XIX  əsrdə  ġuĢada  95  Ģair,  22  musiqiĢünas,  38  xanəndə,  19 
xəttat,  16  nəqqaĢ,  12  nüsxəbənd,  5  astronom,  18  memar,  16  həkim,  42-ə  qədər 
müəllim  və  s.  OlmuĢdur.  Bu  böyük  ziyalı  dəstəsi,  ġuĢa  Ģəhərini  mədəniyyət 
mərkəzinə  çevirməkdə  və  burada  mədəniyyəti  inkiĢaf  etdirməkdə  böyük  rol 
oynamıĢlar. Bu istedadların təĢəbbüsü və yaxından iĢtirakı ilə ġuĢada 10-a qədər ədəbi, 
elmi  və  ayrı-ayrı  sənətləri  əhatə  edən  məclislər  yaradılmıĢdır.  (Firidun  ġuĢinski. 
“ġuĢa”. Bakı. Gənclik. 1998) 



 
Qasım bəy  Zakir (1784-1857) - ġair, Azərbaycan ədəbiyyatında tənqidi realizmin 
və satirik ədəbi cərəyanın banilərindən biri. 

 
XurĢidbanu Natəvan (1830-1897) - XIX əsrin ən görkəmli Azərbaycan Ģairəsi. 

 
Mir Möhsün Nəvvab (1833-1918) - ġair, rəssam, musiqiĢünas, astronom, xəttat, 
nəqqaĢ, dülgər, kimyagər, riyaziyyatçı. 

 
Nəcəf  bəy  Vəzirov  (1854-1926)  –  XIX  -  XX  əsr  Azərbaycan  ədəbiyyatının 
görkəmli nümayəndəsi. 

 
Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) - Dramaturq, nasir, rejissor, alim. 

 
Yusif Vəzir Çəmənzəminli (1887-1943) - Görkəmli Azərbaycan yazıçısı. 

 
Firidun  bəy  Köçərli  (  1863-1920)  -  ƏdəbiyyatĢünas  və  tənqidçi.  “Azərbaycan 
türklərinin ədəbiyyatı” adlı iri həcmli əsərin müəllifı. 

 
Kərim bəy Mehmandarov (1854-1929) - Həkim. 

 
Həmidə  xanım  CavanĢir  (1873-1955) - Azərbaycanın ilk  maarifçi  qadınlarından 
biri. 

 
Validə  Xaspolad  qızı  Tutayuk  (1914-1980)  -  Biologiya  elmləri  doktoru, 
Azərbaycanın  əməkdar  elm  xadimi,  professor,  Azərbaycan  Elmlər  Akademiyasının 
həqiqi üzvü. 

 
Bədəl bəy BəĢir oğlu Bədəlbəyli (1875-1932) Azərbaycanın Maarif xadimi. 

 
Əhməd  bəy  Ağayev  (Əhməd  Ağaoğlu-Firəng  Əhməd)  (1869-1939)  -  Ġdeoloq, 
jurnalist, publisist, məĢhur “Difai” təĢkilatının yaradıcısı. 

 
Əbdülbaqi Bülbülcan Zülalov (1841-1927) –Xanəndə. 

 
Cabbar Qaryağdı oğlu (1861-1941) –Xanəndə. 

 
Ġslam Əbdül oğlu Abdullayev (Segah Ġslam) (1876-1964)  - Xanəndə. 

 
Qasım Abdullayev (Zabul Qasım) (1873-1927) - Xanəndə. 

 
Seyid ġuĢinski (1889-1965) - Xanəndə. 

 
Bülbül (Murtuza) Rza oğlu (1897-1961) - SSRĠ Xalq artisti, müğənni. 

 
Xan ġuĢinski (1901 -1979) - Xanəndə. 

 
RəĢid Behbudov (1915-1989) - SSRĠ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, 
müğənni. 

 
Sadıq Əsədulla oğlu (Sadıqcan) (1846-1902) –Tarzən. 

 
Qurban Pirimov (1880-1965) - Tarzən. 

 
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov (1885-1948) – Dünya Ģöhrətli bəstəkar, 
ġərqin ilk operasının yaradıcısı. 

 
Fikrət Cəmil oğlu Əmirov (1922-1984) – Bəstəkar 

 
Niyazi Hacıbəyov (1912-1984) - SSRĠ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, 
bəstəkar, dirijor. 

 
Mehdi  Əsədulla  oğlu  Məmmədov  (1918-1985)  -  SSRĠ  Xalq  artisti,  aktyor, 
rejissor, pedaqoq. 

 
Barat  Həbib  qızı  ġəkinskaya  (1914-1978)  -  Azərbaycan  Respublikasının  xalq 
artisti. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə