Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə13/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   9   10   11   12   13   14   15   16   ...   54

yaradırdı. XX əsrin əvvəllərində xanəndələr səhnələrdə müstəqil olaraq çıxıĢ etməyə 
baĢladılar. 
Azərbaycanda  ilk  ġərq  konserti  1901-ci  ilin  yayında  keçirilmiĢdir. 
Dramaturq  Əbdürrəhim  bəy  Haqverdiyevin  rəhbərliyi  altında  ġuĢada 
“Xandəmirovun  teatrı”nda  keçirilən  bu  konsertdə  məĢhur  sənətkarlar  Cabbar 
Qaryağdı  oğlu,  Keçəçi  Məhəmməd,  MəĢədi  DadaĢ,  tarzən  Sadıqcan,  MəĢədi 
Zeynal,  Ata  Bağdagüloğlu,  aĢıqlardan  Abbasqulu,  Nəcəfqulu  və  baĢqaları  iĢtirak 
etmiĢdilər.  Konsertdə  bir  tamaĢaçı  kimi  iĢtirak  edən  “Realni  uçiliĢ”in  fransız  dili 
müəllimi,  sonralar  məĢhur  jurnalist  Əhməd  bəy  Ağayev  həmin  konsert  haqqında 
yazmıĢdı: 
“...  TamaĢaçılar  böyük  ehtirasla,  orijinal  türk  musiqisini  və  xalq 
mahnılarını dinləyirdilər”. (AĢağı. “Kaspi”. 11 yanvar 1902. № 9). 
Beləliklə,  ġuĢa  Ģəhəri  XIX  əsrin  sonunda  musiqi  mərkəzinə  çevrilmiĢ  və 
ümumazərbaycan musiqisinin yüksəliĢinə təkan vermiĢdir. 
XIX  əsrin  birinci  yarısında  ġuĢada  teatr,  musiqi  ilə  yanaĢı  olaraq  elm  və 
maarif  də  inkiĢaf  edirdi.  Hələ  о  zamandan  ġuĢa  Azərbaycanın  mədəniyyət 
mərkəzlərindən  biri  idi.  Burada  rus  dilində  məktəblər  açılmıĢdı.  1830-cu  il  dekabrın 
30-da  Ģəhərdə  rus  dilində  qəza  məktəbi  (“uezdniy  uçiliĢ”)  açılmıĢdır.  Bundan  əlavə 
1838-ci ildə seminariya, 1876-cı ildə “qorodskoy uçiliĢ”, “naçalnaya uçiliĢ”, 1880-cı 
ildə altı sinifli realni uçiliĢ, 1886-cı ildə isə rus-tatar məktəbi (uçiliĢ) açılmıĢdır. Həmin 
məktəb yerli realni və Ģəhər uçiliĢinə tələbə hazırlayırdı. Qeyd etməliyik ki, rus-tatar 
məktəbinin  açılıĢında  və  məktəbin  maddi  cəhətdən  təmin  edilməsində  о  illərdə 
(1886) Peterburq dağ-mədən institutunu bitirmiĢ mühəndis Fərrux bəy Vəzirovun xüsusi 
xidməti  olmuĢdur.  Bu  dövlət  əhəmiyyəti  olan  məktəblərdən  baĢqa  Ģəhərdə  Gövhər 
ağa, Səməd bəy Ağayev və Məlik-Allahverdiyevin Ģəxsi məktəbləri var idi. 1894-cü 
ildə isə Ģəhərdə qız məktəbi (“Marinski uçiliĢ”) açılmıĢdı. 1910-cu ilin məlumatma 
görə Ģəhər məktəblərində oxuyan tələbələrin sayı 1944 nəfər olmuĢdur. 
1910-cu  ildə  ġuĢanın  Ağdam  kəndində  yerli  məktəbin  müdiri  Abbas  bəy 
Abbasovun  təĢəbbüsü  ilə  birinci  dəfə  olaraq  Nəcəf  bəy  Vəzirovun  əsərlərindən 
tamaĢalar  göstərmiĢlər.  1913-cü  ildə  həmin  bu  məktəbdə  (rus-tatar)  200  nəfər 
tələbə oxuyurdu. 
1911-ci  ildə  ġuĢanın  Malıbəyli  kəndində  məĢhur  maarif  xadimi  Məhəmməd  bəy 
Qarayevin  rəhbərliyi  ilə  qadın  məktəbi  açılmıĢdı.  1912-ci  ilin  fevral  ayında  həmin 
məktəbdə  Məhəmməd  bəyin  rəhbərliyi  və  məktəbin  müəllimlərindən  H. 
Moyiseyevanın,  Mir  Mehdi  Ağamirovun  və  С.  Tatarnikovanın  iĢtirakı  ilə  tamaĢa 
göstərilmiĢdir. 
1913-cü  ildə  Həmidə  xanım  CavanĢir  Kəhrizli  kəndində,  Sona  xanım 
Rüstəmbəyova isə Əfətli kəndində rus-müsəlman məktəbi açmıĢlar. 
Qeyd  etməliyik  ki,  о  dövrdə  Ģəhər  məktəblərində  Rusiyanın  Qorki, 
Xarkov,  Moskva,  Peterburq,  hətta  Berlin,  Paris  kimi  Mərkəzi  Avropa  Ģəhərlərində 
gimnaziya, institut və universitet qurtarmıĢ, öz dövrünün savadlı və mədəni müəllimləri 


dərs  deyirdilər.  Təsadüfi  deyildir  ki,  Rusiya  və  Azərbaycanın  bir  çox  elm, 
mədəniyyət və incəsənət xadimləri ġuĢa “realni uçiliĢinin” yetiĢdirmələridir. ġəhər 
realni uçiliĢi altı sinifli idi. 1906-cı ildə ġuĢanın sakinləri uçiliĢ üçün üçmərtəbəli gözəl 
bir bina tikdirdilər. Məktəbdə oxuyan tələbələr xüsusi forma geyirdilər. 
1875-ci il martın 27-də ġuĢada “Xeyriyyə сəmiyyəti” təĢkil edildi. Xeyriyyə 
Cəmiyyəti  Ģəhərin  bütün  xeyriyyə  iĢləri  ilə  məĢğul  olurdu.  Cəmiyyət  Ģəhərin  abadlıq 
iĢlərində və mədəni həyatında görkəmli rol oynayırdı. Cəmiyyət 1875-ci il oktyabrın 
26-da Ģəhər yoxsulları üçün iki sinifli qadın uçiliĢi açmıĢdı, dərslər pulsuz idi. 
Xeyriyyə  Cəmiyyətinin təĢəbbüsü ilə 1897-ci ilin  fevral ayında ġuĢada  ilk 
dəfə olaraq Ģəhər kitabxanası təĢkil olundu. ġəhər kitabxanasının açılıĢı günü bayram 
Ģənliyi kimi qeyd olundu. 
Keçən  əsrin  90-cı  illərində  və  XX  əsrin  əvvəllərində  Ģəhərdə  Xeyriyyə 
Cəmiyyəti  tərəfındən  “Xeyriyyə  gecələri”  təĢkil  edilirdi.  Həmin  gecələrdə  ġuĢanın 
məĢhur oxuyanları iĢtirak edirdilər. Gecələrdə yığılan pullar yoxsul tələbələrin təhsil və 
baĢqa ehtiyaclarına sərf olunurdu. 
BaĢqa  Ģəhərlərdə  olduğu  kimi  ġuĢada  da  “Хеуriyyə  Cəmiyyəti”  Ģəhərin 
iqtisadi  inkiĢafında  və  mədəni  həyatında  müsbət  rol  oynayırdı.  Cəmiyyət  Ģəhərin 
xeyir  və  Ģərində  yaxından  iĢtirak  etməklə  yeni  mədəni-maarif  müəssisələrinin 
açılmasına,  yoxsulların,  xüsusüə  kasıb  tələbələrin  maddi  vəziyyətlərini 
yaxĢılaĢmasına böyük qayğı göstərirdi. 
XIX
 
əsrin  90-cı  illərində  ġuĢada  bir  sıra  ədəbi,  musiqi  və  incəsənət 
məclisləri  olmuĢdur.  Bu  məclislərdən  musiqiĢünaslar  məclisi  (rəhbəri  Nəvvab), 
xəttatlar  məclisi  (rəhbəri  Kərbəlayı  Səfixan),  xanəndələr  məclisi  (rəhbəri  Hacı 
Hüsü),  nüsxəbəndlər  məclisi  (rəhbəri  MəĢədi  Əkbər),    nəqqaĢlar  məclisi  (rəhbəri 
Kərbəlayı Səfərəli və Nəvvab),  memarlar məclisi (rəhbəri Kərbəlayı Səfıxan) və s. 
məclislər 
olmuĢdur. 
ġübhəsiz 
ki, 
bu 
məclislərin 
fəaliyyəti  nəticəsində  ġuĢa  Ģəhəri  böyük  incəsənət  və  musiqi  mərkəzinə 
çevrilmiĢdi. 
XX
 
əsrin  əvvəllərində  ġuĢa  mədəniyyət  və  istirahət  məskəni  kimi 
hamının  nəzər-diqqətini  cəlb  edirdi.  ġəhərin  iki-üç  mərtəbəli  yaraĢıqlı  evləri,  rahat 
mehmanxanaları,  qəĢəng  hamamları,  soyuq  bulaqları,  rəvac  mallarla  dolu  olan 
mağazaları,  xüsusilə  hamının  diqqətini  cəlb  edən  güllü-çiçəkli  bulvarı,  “Yay 
klubu”,  burada  göstərilən  maraqlı  teatr  tamaĢaları  və  hər  evdən  ucalan  musiqi 
avazları  səyyahları  heyran  edərdi.  Məhz  buna  görə  də  ġuĢaya  “Qafqazın 
konservatoriyası” deyərdilər. 
ġuĢa  özünün  füsunkar  təbiəti  və  gözəl  mənzərələri  ilə  bütün  dünyada 
Ģöhrət  tapdığından  hamı  bu  Ģəhəri  görməyə,  onun  göz  yaĢı  kimi  Ģəffaf,  buz  kimi 
soyuq  bulaqlarından  içməyə,  Cıdır  düzündə  at  çapmaq  yarıĢına  baxmağa,  Ġsa 
bulağında  Qarabağ quzusunun  ətindın kabab, Kəblə  Məhərrəmin dadlı  pitisindən, 
Molla  oğlunun  papiros  kağızı  kimi  nazik  olan  lavaĢından,  Kəblə  Mehdinin 
paxlavasından  yeməyə  və  məĢhur  Qarabağ  tut  arağından  dadmağa  can  atardı. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə