Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə21/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

Laçın rayonunda MeĢə təsərrüfatının dövlət meĢə fondunda 1092 ha sahəni 
əhatə edən 5, 6, 8, 10, 18, 32, 57 saylı meĢə məhəllələrində ardıc ağacı xüsusi olaraq 
qorunurdu. Dəniz səviyyəsindən 850 m hündürlükdə yerləĢən həmin meĢələrdə Ģabalıd 
və qaraçöhrə ağacları mühafızə edilirdi. 
Azərbaycan Respublikası Nazirlər Sovetinin 17 noyabr 1987-ci il 408 №-li 
qərarı  ilə  Qaragöl  (Sevliç)  Respublikalararası  Dövlət  Təbiət  qoruğu  yaradılmıĢdır. 
Qaragöl  Dövlət  Təbiət  qoruğu  Laçın  rayonu  ilə  Gorus  rayonu  sərhədində  dəniz 
səviyyəsindən  2658  metr  hündürlükdə  yerləĢir.  Qoruğun  ümumi  sahəsi  240 
hektardır. Buraya 176 hektar ĠĢıqlı Qaragöl akvatoriyası və gölün sahili boyunca 100 
metr enində 64 hektar quru sahəsi aiddir. 
ĠĢıqlı Qaragöl (Sevliç) dəniz səviyyəsindən 2658 m. hündürlükdə, Qarabağ 
vulkanik  dağ  silsiləsinin  cənub  hissəsində,  Həkəri  çayının  sağ  qolu  olan  Ağoğlan 
çayının  mənbəyinə  yaxın  ərazidə  Böyük  ĠĢıqlı  dağının  (3548  m)  Ģimal  ətəyində, 
Ģimal-qərbdən DəmirdaĢ və Kiçik ĠĢıqlı (3452 m) dağı ilə, Ģimaldan Canqurtaran (2790 
m) dağı, Ģərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuĢdur. Bu göl sönmüĢ vulkan 
katerini xatırladan relikt su mənbəyidir. 
Gölün  uzunluğu  1950  m,  eni  1250  m,  sahil  xəttinin  uzunluğu  5500  m, 
dərinliyi  maksimum  7,8  m,  hövzəsinin  sahəsi  13  kv/m.dir.  Hesablamalara  görə, 
göldə  suyun  həcmi  10  mln.  kub/m.dir.  Gölün  dibi  sahilə  yaxın  yerlərdə  müxtəlif 
ölçülü daĢlardan ibarətdir. Mərkəzə doğru isə daĢların (süxurların) ölçüsü azalır və 
nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir. 
Oktyabr  ayının  ikinci  yarısından  aprelin  axırlarına  kimi  gölün  səthi  donmuĢ 
olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən 
çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-ə çatır. 
Qoruqda 102 bitki növü var. Gölə heç bir yerdən su axımı yoxdur. Suyu çox 
təmiz və Ģəffaf, həm də Ģəfalı olduğu üçün xalq bu gölə müqəddəs ibadət yeri kimi 
baxırdı. 
Laçın  Dövlət  Təbiət  yasaqlığının  sahəsi  21,4  min  hektar  olub.  Həmin 
sahənin 7369 hektar və ya 34,5%-i meĢə ilə örtülü idi. 1448 hektar və ya 6,8%-i alp 
çəmənliyi,  7430  hektar  və  ya  34,8%-i  subalp  çəmənliyi,  4257  hektar  və  ya  20%-i 
otlaqlar, 862 hektar və ya 4%-i qayalar və uçqunlar, 34 hektarı isə xüsusi təyinatlı 
torpaqlar idi. Yasaqlığın ərazisi orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir. 
Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq qorunurdu. 
Ən yüksək Qırxqızlar (2825 m), ġəlvə, Piçənis, Qorçu çayların axdığı dərin 
dərələr vasitəsi ilə dağ silsiləsi yaratmıĢdı. Yasaqlığın ərazisinə qıĢı quraq keçən, soyuq 
iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın ərazisi Ġberiya palıdlarından ibarət 
olan dağ-meĢə (1000-1700 m), Ģərq palıdından ibarət olan yuxarı dağ meĢə (1700-2200 
m),  subalp  (2200-250  m)  və  alp  (2500-2800  m)  çəmənlikləri  qurĢaqlıqlarına  ayrılır. 
Subalp  qurĢağı  üçün  quraq  yamacların  bozqırlaĢmıĢ  və  nisbətən  rütubətli  yamacların 
mezofil  çəmənləri,  alp  qurĢağı  üçün  müxtəlif  otlu  çəmənliklərin  üstünlüyü  və  alp 
xalısının zəif inkiĢafı ilə səciyyələnmiĢdir. 


Yasaqlığın  ərazisində  ibtidai,  az  qalın,  çimli  dağ  çəmən,  tipik  karbonat 
qalıqlı, bozqırlaĢmıĢ qonur dağ meĢə, çürüntülü-karbonatlı dağ-meĢə, tipik və bozqırlaĢmıĢ 
qəhvəyi  dağ-meĢə  torpaqları  yayılmıĢdır.  MeĢələrə  nisbətən  dağ-çəmən  qurĢağı  və 
meĢə qurĢağının meĢəsiz sahələri otlaq kimi antropogen təsirə çox məruz qalır. 
Bununla  bərabər  burada  bir  sıra  vəhĢi  heyvan  və  quĢların  məskunlaĢması 
üçün əlveriĢli Ģərait vardır. Onların sayı və növü kifayət qədərdir. 
1989-cu ildə yasaqlıqda aparılan yoxlamada: dağ-keçisi (bezoar keçisi) 96 
baĢ, qaban 360 baĢ, cüyür 320 baĢ, ayı 110 baĢ, çoxlu sayda canavar, porsuq, dələ 
və s. heyvanlar, qırqovul 200 baĢ, kəklik 1500 baĢ və s. quĢlar qeydə alınmıĢdır. 
Yasaqlığın  ərazisində  HacıĢamlı  meĢəsində  dünyada  ən  qiymətli  növ  olan 
qırmızı palıd (qızıl palıd) olub. Həmin ağacdan istifadə etmək üçün hələ çar höküməti 
dövründə  fransızlar  çətin  dağlar  ilə,  Xankəndindən  Qırxqız  dağını  keçməklə,  araba 
yolu çəkmiĢlər. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda qorunurdu.  
 
LAÇININ TARĠXĠNDƏN 
 
Laçın  bölgəsi  bütövlükdə  Qarabağ,  Qərbi  Azərbaycanla  birlikdə  tarixin 
müxtəlif dövrlərində, müxtəlif Azərbaycan dövlətlərinin tərkibində olub. 
QızılbaĢlar dövləti süquta uğradıqdan sonra Laçın Qarabağ xanlığının tərkib 
hissəsi  olub.  Lakin  xanlıqdan  əvvəl  Zəngəzur  adlanan  çox  böyük  sahəli  sultanlığın, 
sancağın, mahalın olduğu ayrı-ayrı dövrlərdə də Qarabağın tərkibində olub. 
KeçmiĢ  Zəngəzur  ərazisi  7900  kv/km  olub.  Murtuzu  bəyin  sultanlığı 
dövrlərində Zəngəzur Böyük Zəngəzur adlanıb və onun ərazisi  12000 kv/km olub.  
Onu  qərbdən  Zəngəzur,    ġərqdən  Qarabağ  dağları  araya  alıb.  ġimala  tərəf  uzanan 
Qarabağ yaylaları bu iki dağı birləĢdirən körpüyə bənzədir. О biri tərəfdə isə ġərur-
Dərələgöz  mahalının  ərazisi  baĢlayır.  Mahalı  araya  almıĢ  bu  dağlar  və  Yuxarı  Qarabağ 
dağları çox möhkəm təbii bir istehkamdır. Zəngəzur dağları baĢı bəlalı olsa da, cəsur 
insanları üçün isə tarixən etibarlı sığınacaq idi. Zəngəzurun Yuxarı Qarabağ adlanan 
yaylaqları  çoxdur  və  Laçın  torpaqlarının  xeyli  hissəsi  buradadır.  Tarixən  Aran 
Qarabağın,  Araz  boyu  isti  yerlərin,  Qarabağın  heyvandarlarının  əksəriyyəti  bu 
yaylaqlara çıxardılar. 
Laçın  dağlarına  ulu  babalarımız  ĠĢıqlı,  Qızıl  boğaz,  Fərməc  təpə,  Mıxtökən, 
Qırxqız, Lalalı dağları və s. adlarını vermiĢlər. Deyilən dağların əhatəsində bir dağ da 
var - Laçın dağı. Bu dağın ətəyində çox qədimdən abdal türk tayfaları məskən salmıĢ, 
tayfanın  adına  uyğun  olaraq  Abdallar  demiĢlər.  Laçın  Ģəhəri  də  Laçın  dağlarının 
ətəyində  yerləĢən  Abdallar  kəndinin  yanında  salınmıĢdır.  (Ziyadxan  Nəbibəyli 
“Laçın-85”. - Bakı, “Araz” nəĢriyyatı, 2009-150 s.) 
Uzun  illər  Zəngəzurun,  Laçının  tarixi,  coğrafiyası,  etnoqrafıyası 
Azərbaycan  mütəxəssisləri  tərəfindən  öyrənilməyib,  unudulub.  Xüsusilə  XX  əsrin 
əvvəllərində Zəngəzurun Ġrəvan kimi ermənilərə “pay” verilməsi buranı bizlərə bağlı 
sahə etmiĢdi. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə