Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 
metr yüksəkdir və həmiĢə qarla örtülüdür. 
Laçın  bölgəsi  ölkələrlə,  dövlətlərlə,  Azərbaycanın  Səfəvilər  dövləti  ilə, 
Rusiyanın  hətta  bir  vilayəti  ilə  müqayisədə  çox  kiçik  sahəyə  malik  bir  bölgədir. 
Amma,  Ulu  Yaradan  bu  bölgəni  elə  bil  özü  üçün,  özünün  mələkləri  üçün  yaradıb, 
“eĢqinin, məhəbbətinin” coĢub-çağlayan vaxtı yaradıb. Gözəl meĢələri, təmiz havası, 
saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, Ģəlalələri, sərt qayaları,  baĢı ağ çalmalı 
dağları, dağ baĢında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür 
gülləri, Ģaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-
çiçəkləri,  300-400  il  yaĢında  qırmızı  palıd  ağacları,  qartalları,  qurd  ürəkli  oğulları, 
oğullara arxa olan  - dayaq olan, kiĢilərin arxasını yerə qoyan qadınları, qızları var 
Laçının. Bir sözlə təbiət bu torpaqdan öz əsrarəngiz gözəlliyini, təbii sərvətlərini və 
bol-bol  nemətlərini  əsirgəməmiĢdir.  Tarixən  təbii  Ģəraitinə  görə  burada  əsasən 
heyvandarlıqla  məĢğul  olsalar  da  -  əkinçilik,  arıçılıq,  bağ-bostançılıq  da  inkiĢaf 
etmiĢdir.  Yun,  xəz  materiallarından  burada  nə  istəsən  yaradırdılar.  Laçının  çox 
keyfiyyətli  su  mənbələri  vardı.  Bunlardan  20-dən  artıq  müalicə  əhəmiyyətli  bulaqlar 
idi.  Buranın  insanları  çox-çox  qədimlərdən  bu  mineral  bulaqlardan  müalicə 
məqsədi  ilə  istifadə  etmiĢlər.  El  arasında  möcüzəsinə  görə  bu  sulara  -  baĢ  suyu,  göz 
suyu, diĢ suyu,  yel suyu,  mədə  suyu və  s. adlar verilmiĢdi. Bu  su  mənbələri  əsasən 
bölgənin Minkənd, Molla-Əhmədli, Mirik və s. yaĢayıĢ məntəqələrinə yaxın idi və bu 
bulaqlar  üzərində  həmiĢə  yeyib-içmək  məqsədi  ilə  abadlıq  yaradırdılar.  Yay 
aylarında  Qarabağın,  Zəngəzurun  isti  yerlərindən,  xüsusən  Bakı  və  Sumqayıtda 
yaĢayan əhali bu yerlərdə istirahət edər, müalicə alardılar. 
 
COĞRAFĠYASI 
 
Laçın  rayonu  dağlıq  relyefə  malikdir.  Rayonun  Ģərqində  Qarabağ 
silsiləsinin cənub-qərb yamacları, Ģimalında Mıxtökən silsiləsi yerləĢir. Cənub-qərb 
hissəsini  Qarabağ  yaylası  tutur.  Rayonun  ən  hündür  nöqtəsi  Qızıl-boğaz  dağıdır 
(2823  m).  Ərazidə  yura-antropogen  çöküntüləri  yayılmıĢdır.  Ərazinin  çox  yerində  qıĢı 
quraq keçən, mülayim-isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-dan 
- 10 °C-dək, iyulda müsbət 10-22 °C-dir. Ġllik yağıntı 600-900 mm-dir. Ən böyük çayı 
Həkəridir.  Əsasən,  çimli  dağ-çəmən,  qəhvəyi  dağ-meĢə  və  karbonatlı  dağ-qara 
torpaqları  yaranmıĢdır. Bitki örtüyü kollu və seyrək meĢəli çəmənlikdən, enliyarpaqlı 
dağ  meĢələrindən  (palıd,  vələs,  və  s.),  subalp  və  alp  çəmənliklərindən  ibarətdir. 
Alçaq dağlıq yerlərdə seyrək ardıc ağacları çox yayılmıĢdır. 
Laçın rayonunda Alıcan kəndindən baĢlayaraq Ģimal-qərb istiqamətində yan 
süxurları  yararaq  üzə  çıxan  maqmat  süxurlar  boyunca  narzan  tipli  əhəmiyyətli 
debiti  olan  mineral  bulaqlar  mövcuddur.  Bu  bulaqlar  TurĢsu,  Qaladərəsi,  Ağanus, 


Xırmanlar,  Tığik,  TurĢ-Tığik,  Nurəddin,  Nağdalı,  Hacı  Xanlı,  Narzan  tipli  sular 
olmaqla böyük müalicəvi əhəmiyyətə malikdir. 
Laçın rayonunun ərazisində ümumi ehtiyatları 1124,0 ton olan 3 (Narzanlı, 
Çilgəz çay, Sarıbulaq) civə yatağı; ehtiyatları 2533 min ton olan və istismara cəlb 
edilən,  üzlük  daĢ  istismarına  yararlı  Hoçaz  mərmərləĢmiĢ  əhəngdaĢı  yatağı;  ümumi 
ehtiyatları 5125 min kub/m olan və miĢar daĢı istehsalına yararlı 2 (Ağoğlan, Əhmədli) 
tuf  yatağı;  ehtiyatları  4457  min  ton  olan  və  əhəng  istehsalına  yararlı  Laçın  əhəng 
daĢı  yatağı;  ehtiyatları  998  min  kub/m  olan  və  kərpic  kirəmit  istehsalına  yararlı 
Novruzlu  gil  yatağı;  ehtiyatları  2144  min  kub/m  olan  QuĢçu  pemza  yatağı; 
ehtiyatları  15794  min  kub/m  olan  Yuxarı  Həkəri  çay  qum-çınqıl  qarıĢığı  yatağı; 
ehtiyatları 10 ton və 0,9 tonluq 2 əlvan-bəzək daĢı yatağı; ehtiyatları 10449 min ton olan 
3 vulkan külü yatağı, ehtiyatları 4300 min kub/m/gün olan Minkənd mineral su yatağı 
var idi. 
Tikinti  materiallarının  miqdarı  və  növü  isə  kifayət  qədər  idi,  rəngbərəng 
mərmərlərlə  də  bölgə  zəngin  idi.  Çaylarının  qırmızı  balığı  (farel)  xırda  olsa  da,  çox 
dadlı
 
olurdu, əlbəttə digər balıqlar da mövcud idi. Böyük sürətlə axan bu çaylar böyük 
enerji mənbəyi (su elektrik stansiyası) idi. Bölgədə Pircançayda bu stansiyadan biri 
mövcud idi. 
Laçın bölgəsinin 1885 kv/km  ərazisinin 34877 hektarı nadir ağac növləri 
(qırmızı kitaba düĢən) olan meĢələrdən ibarət idi. 
Alimlərin məlumatına görə hətta yaĢadığımız dövrün özündə belə, Böyük və 
Kiçik Qafqaza xas olan 600 bitki növündən 540-ı Laçın bölgəsində təbii olaraq bitir. 
Belə  füsunkar  təbiəti  saxlamaq  üçün  Laçında  tarixən  yasaqlıqlar  olmuĢdur.  Bu 
yasaqlıqlar  Türkün  Tanrıçılıq  dövründə  bütün  dövrlərdən  üstün  olmuĢdur.  Çünki, 
Tanrıçılığın ən baĢlıca meyarı, dini-mənəvi dəyəri insanın təbiətə müdaxiləsinin qadağan 
olması  idi.  Laçın  Kiçik  Qafqaz  sayılır  və  burada  dağların  yamacları  əsasən 
enliyarpaqlı,  ara-sıra  iynə-yarpaqlı  meĢələrlə  örtülmüĢdür  və  burada  meĢələrin 
yayılmasında  müəyyən  bir  qanunauyğunluq  mövcud  olmuĢdur.  Laçının  dağ 
yamaclarında  əsasən  qırmızı  palıd,  vələs,  göyrüĢ,  Ģam,  akasiya,  qovaq,  söyüd, 
dəmirqaya,  üvəs,  ağcaqayın,  cökə,  yemiĢan,  ardıc,  ara-sıra  cır  armud,  cır  alça,  cır 
alma, cır əzgil, zoğal, qoz, fındıq, qarağat, qaraağac, hər yerdə yayılmıĢ itburnu kolu 
(həmərsin)  və  s.  çoxluq  təĢkil  edirdi.  (Ziyadxan  Nəbibəyli  “Laçın-85”.  Bakı. 
“Araz” nəĢriyyatı, 2009-150 s.) 
Laçın  rayonunda  olan  Piçənis  və  HacıĢamlı  meĢəliklərində  dünya  Ģöhrətli 
qırmızı  palıd  4000  hektardan  artıq  sahəni  əhatə  edirdi.  Hələ  əsrin  əvvəllərində 
fransızlar Firəng yolu (Piçənis -Xankəndi yolu ) çəkərək qırmızı palıdı daĢıyıb konyak 
istehsalı üçün çəllək istehsalında istifadə edirmiĢlər. 
Laçın  rayonunda  Həkəri  çayının  sağ  sahilində  yol  tikinti  idarəsinin 
həyətində  diametri  210  sm,  hündürlüyü  26  m,  yaĢı  400  il  olan  1  ədəd  Ģərq  çinarı, 
Zabux kəndində diametri 210 sm, hündürlüyü 25 m, yaĢı 400 il olan 1 ədəd Ģərq çinarı 
təbiət abidəsi kimi qeydə alınaraq qorunurdu. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə