Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

məhsulu  olub,  ölən  adamın  qəbiri  üzərində  dik  basdırılmıĢ  bir  növ  heykələ  oxĢar 
daĢdır.  Adətən  belə  daĢları  qəbilə  baĢçılarının  qəbirlərinin  üzərində  qoyurdular.  Qədim 
dini  əqidəyə  görə,  guya  ölən  adamın  ruhu  bədəni  tərk  edir və  həmin  adamın  ruhu 
daĢa keçir və orada əbədi yaĢayırdı. Maraqlı burasıdır ki, ibtidai dini təsəvvür qalığı 
olan həmin daĢlardan biri son zamanlara kimi dindarların ibadət yerinə çevrilmiĢdir. 
Xocalı  abidələri  içərisində  nadir  yadigarlardan  biri  də  kromlexlərdir.  Kromlex 
dairəvi düzülmüĢ bir neçə dik və onların üzərinə qoyulmuĢ bir ədəd köndələn daĢdan 
ibarətdir. Yenə də dini əqidəyə görə bu abidələr axirət evi adlanır. Bütün bu abidələr 
yerli  əhalinin  mənəvi  mədəniyyət  tarixini  öyrənmək  üçün  son  dərəcə  böyük  elmi 
əhəmiyyət kəsb edir. 
Nəhayət  göstərməliyik  ki,  Azərbaycanda  ən  qədim  yazı  da  Qarabağda 
aĢkar edilmiĢdir. Belə ki, Xocalıda tətbiq olunan 11 №-li kurqandan üzərində mixi 
yazısı olan bir ədəd kiçik muncuq tapılmıĢdır. 
Xocalı-Gədəbəy  arxeoloji  mədəniyyətinə  məxsus  abidələrə  yekun 
vurarkən  bu  mədəniyyətin  izi  ilə  məĢğul  olan  bir  çox  QafqazĢünas  alim  təkcə 
Azərbaycanın deyil ümumiyyətlə yaxın Ģərq ölkələrinin maddi mədəniyyət tarixi ilə 
əlaqədar  bir  sıra  problemlərin  həlli  üçün  ondan  geniĢ  istifadə  edirlər.  Bu 
problemlərdən  biri  3-4  min  il  bundan  yaxın  Ģərq  ölkələrinin  bir-biri  ilə  mədəni  və 
iqtisadi  əlaqələrinin  səviyyəsini  öyrənməkdir.  Xocalı  abidələri  sübut  edir  ki,  belə 
əlaqələr  geniĢ  olmuĢ  və  müxtəlif  etnik  qruplar  mehriban iqtisadi və  siyasi təmasda 
yaĢamıĢlar. 
Təəssüf  hissi  ilə  deməliyik  ki,  1992-ci  ilin  fevral  ayında  erməni  və  rus 
ordusunun  qoĢunları  Xocalı  əhalisini  vəhĢicəsinə  qırarkən  hərbi  texnika  ilə 
genosidin ən iyrənc mərhələsi olan izi məhv etmək kimi mənfur bir əmələ əl atmıĢ 
və bəĢəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmıĢdılar. 
Xocalı  Ģəhərinin  ən  qədim  tarixi  abidələri,  qəbiristanlıqlar,  Kərkicahan 
qəsəbəsi,  Kosalar,  Cəmilli  və  MeĢəli  kəndlərindəki  qəbiristanlıqlar,  dini  abidələr, 
məsələn, MeĢəlidəki “Seyid qəbri” və s. erməni iĢğalı nəticəsində dağıdılıb. 
 
XOCALI SOYQIRIMI 
 
Azərbaycan xalqının XX əsrdə üzləĢdiyi dəhĢətli faciələrdən biri də Xocalı 
soyqırımıdır.  Xocalı  faciəsi  Xatın,  Lidisa,  Oradur  soyqırımı  kimi  insanlıq  tarixinə 
düĢmüĢ qanlı olaydır. 
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil 
əlaqəsi  kəsilmiĢ  və  yeganə  nəqliyyt  vasitəsi  vertolyot  qalmıĢdı.  Xocalıya  sonuncu
 
vertolyot  1992-ci  il  yanvann  28-də  gəlmiĢdi.  ġuĢa  Ģəhərinin  səmasında  mülki 
vertolyotun  vurulması  və  nəticədə  40  nəfərin  həlakından  sonra  isə  bu  əlaqə  də 
kəsilmiĢdi.  Yanvarın  2-dən  Ģəhərə  elektrik  verilmirdi.  ġəhər  ancaq  əhalinin 
qəhrəmanlığı  və  müdafiəçilərin  cəsurluğu  sayəsində  yaĢayır  və  müdafiə  olunurdu. 


ġəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmıĢ yerli özünümüdafiə dəstəsi, milis 
və Milli Ordunun doyüĢçülərindən təĢkil olunmuĢdu. 
Fevralın  ikinci  yarısından  baĢlayaraq  Xocalı  erməni  silahlı  dəstələrinin 
mühasirəsinə  alınmıĢdı  və  hər  gün  toplardan,  ağır  texnikadan  atəĢlərə,  erməni 
dəstələrinin  həmlələrinə  məruz  qalırdı.  Xocalıya  hücuma  hazırlıq  fevralın  25-də 
axĢam 366-cı  alayın hərbi texnikasının döyüĢ mövqelərinə  çıxması ilə baĢlanılmıĢdı. 
ġəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəĢdən 
sonra  baĢlandı.  Xocalıya  üç  istiqamətdən  hücum  aparıldığından  əhali  Əsgəran 
istiqamətində  qaçmağa  məcbur  olmuĢdu.  Tezliklə  aydın  olmuĢdur  ki,  bu  məkrli 
hiylə  imiĢ.  Naxçıvanlı  kəndi  yaxınlığında  əhalinin  qarĢısı  erməni  silahlı  dəstələri 
tərəfındən  kəsilmiĢ  və  onlar  gülləborana  tutulmuĢlar.  Qarlı  aĢırımlarda  və  meĢələrdə 
zəifləmiĢ,  taqətdən  düĢmüĢ  insanların  çox  hissəsi  məhz  Əsgəran-Naxçıvanlı 
düzündə erməni silahlı dəstələri tərəfındən xüsusi qəddarlıqla məhv edilmiĢdir. 
ġəhər  əhalisinin  bir  hissəsi  zorakılıqdan  qaçıb  qurtarmaq  istəyərkən 
əvvəlcədən  düzəldilmiĢ  pusqularda  qətlə  yetirilmiĢdir.  Rusiyanın  “Memorial” 
hüquq-müdafıə  mərkəzinin  məlumatına  əsasən,  dörd  gün  ərzində  Ağdama 
Xocalıda  qətlə  yetirilmiĢ  200  azərbaycanlının  meyidi  gətirilmiĢ,  onlarla  meyidin 
təhqirə məruz qalması faktı aĢkar edilmiĢdir. Ağdamda 181 meyid (130 kiĢi və 51 
qadın,  о  cümlədən  13  uĢaq)  məhkəmə-tibbi  ekspertizasından  keçirilmiĢdir. 
Ekspertiza zamanı müəyyən edilmiĢdir ki, 151 nəfərin ölümünə  güllə  yaraları, 20 
nəfərin  ölümünə  qəlpə  yaraları  səbəb  olmuĢ,  10  nəfər  küt  alətlə  vurularaq 
öldürülmüĢdür.  Hüquq-müdafiə  mərkəzi  diri  adamın  baĢ  dərisinin  soyulması 
faktını da qeydə almıĢdır. 
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata 
bilmədi,  hətta  meyitlərin  götürülməsi  belə  mümkün  olmadı.  Bu  zaman  isə 
ermənilər  vertolyotlarla,  ağ  geyimli  xüsusi  qruplarla  meĢələrdə  gizlənmiĢ 
insanların  axtarıĢını  aparır,  aĢkar  edilənləri  əsir  götürür,  iĢgəncələrə  məruz 
qoyurdular. 
Fevralın  28-də  tərkibində  yerli  jurnalistlər  də  olan  qrup  2  vertolyotla 
azərbaycanlıların  həlak  olduqları  yerə  çata  bildilər.  Gördükləri  mənzərə  hamını 
dəhĢətə  gətirdi  -  düzənlik  cəsədlərlə  dolu  idi.  Ġkinci  vertolyotun  havadan 
mühafızəsinə  baxmayaraq,  ermənilərin  güclü  atəĢi  altında  ancaq  4  meyidi 
götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iĢtirakı ilə hadisə 
yerində  daha  da  dəhĢətli  vəziyyət  müĢahidə  olunmuĢdur.  Meyitlərin  skalplarının 
götürülməsi,  qulaqlarının  və  digər  orqanlarının  kəsilməsi,  gözlərin  çıxardılması, 
ətrafların  kəsilməsi,  çoxsaylı  bıçaq  və  güllə  yaraları,  ağır  texnika  ilə  əzilmələr, 
yandırılma halları aĢkar edilmiĢdir. 
Bu vəhĢiliklər haqqında xarici mətbuatın yazdıqlarından: 
Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya 
hücum  etmiĢlər.  Bütün  dünya  eybəcər  hala  salınmıĢ  meyitlərin  Ģahidi  oldu. 
Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə