Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə 
ailəni məhv etmiĢlər. 
FaynenĢl  Tayms  qəzeti  (London),  9  mart  1992-ci  il:  Ermənilər  Ağdama 
tərəf gedən dəstəni güllələmiĢlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymıĢlar. 
Tayms  qəzeti  (London),  4  mart  1992-ci  il:  Çoxları  eybəcər  hala 
salınmıĢdır, körpə qızın ancaq baĢı qalmıĢdır.  
Ġzvestiya  (Moskva),  4  mart  1992-ci  il:  Videokamera  qulaqları  kəsilmiĢ 
uĢaqları  göstərdi.  Bir  qadının  sifətinin  yarısı  kəsilmiĢdir.  KiĢilərin  skalpları 
götürülmüĢdür. 
Le  Mond  qəzeti  (Paris),  14  mart  1992-ci  il:  Ağdamda  olan  xarici 
jurnalistlər,  Xocalıda  öldürülmüĢ  qadın  və  uĢaqlar  arasında  skalpları  götürülmüĢ, 
dırnaqları  çıxardılmıĢ  3  nəfəri  görmüĢlər.  Bu  azərbaycanlıların  təbliğatı  deyil,  bu 
reallıqdır. 
Ġzvestiya  (Moskva),  13  mart  1992-ci  il:  Mayor  Leonid  Kravets:  Mən 
Ģəxsən  təpədə  yüzə  yaxın  meyit  gördüm.  Bir  oğlanın  baĢı  yox  idi.  Hər  tərəfdə 
xüsusi qəddarlıqla öldürülmüĢ qadın, uĢaq, qocalar görünürdü. 
R.  Patrik,  Ġngiltərənin  “Fant  men  nyus”  teleĢirkətinin  jurnalisti  (hadisə 
yerində  olmuĢdur):  Xocalıdakı  vəhĢiliklərə  dünya  ictimaiyyətinin  gözündə  heç  nə 
ilə haqq qazandırmaq olmaz. 
Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu 
alay  ġuĢa  və  Xocalının,  Azərbaycanın  kəndlərinin  atəĢə  tutulmasında  dəfələrlə 
iĢtirak  etmiĢdir.  Alaydan  qaçmıĢ  hərbiçilərin  ifadələri  bu  faktları  sübut  edir  və 
hərbi hissənin Ģəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür 
yaradır.  366-cı  alayın  təcili  surətdə  Xankəndidən  çıxarılması  da  bu  alayın  Xocalı 
hadisələrində iĢtirakını sübut edir. 
Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı о həddə çatmıĢdır ki, 
guya  əhalinin  müqaviməti  ilə  rastlaĢdıqlarına  görə  alayın  sərbəst  çıxarılmasını 
təmin  edə  bilmədilər.  Bu  məqsədlə  Gəncədə  yerləĢən  desant  diviziyasının 
qüvvələri  cəlb  edilməli  oldu.  Ancaq  bu  qüvvələr  gələnədək  alayın  103  nəfər, 
əsasən  ermənilərdən  ibarət  olan  və  qırğında  iĢtirak  etmiĢ  hərbiçi  əmrə  tabe 
olmaqdan  boyun  qaçıraraq  Qarabağda  qaldılar.  Alayın  komandanlığının  cinayət 
sövdələĢməsi və alayın çıxarılmasına  məsul olan digər  Ģəxslərin məsuliyyətsizliyi 
nəticəsində  hərbi  texnikanın  bir  hissəsi,  о  cümlədən  zirehli  texnika  ermənilərə 
təhvil  verildi.  Beləliklə  də  gələcəkdə  Azərbaycana  qarĢı  cinayətlərin  törədilməsi, 
separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı 
soyqırımında birbaĢa iĢtirakın sübutudur! 
Erməni  silahlı  dəstələri  və  366-cı  motoatıcı  alayın  Ģəxsi  heyəti 
Azərbaycanın  yaĢayıĢ  məntəqələrinin  atəĢə  tutulmasında  iĢtirak  etmiĢ  üzvləri 
Xocalı Ģəhərində  törədilmiĢ  vandalizmin  əsas cinayətkarlarıdır. 
Xocalı  soyqırımında  iĢtirak  etmiĢ  ermənilərin  və  onların  köməkçilərinin 
hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə 


konvensiyası, Ümumdünya Ġnsan Haqları Bəyannaməsi, vətəndaĢ və siyasi hüquqlar 
barədə  Beynəlxalq  SaziĢ,  Fövqəladə  vəziyyətlərdə  və  hərbi  münaqiĢələr  zamanı 
qadınların  və  uĢaqların  müdafiəsi  Bəyannaməsinin,  həyasızcasına  məhəl 
qoyulmamasıdır. 
Hücumda  həmçinin  mayor  Oqanyan  Seyran  MuĢeqoviçin  (Seyran 
Oqanyan hazırda Ermənistanın müdafiə naziridir) komandanlığı altında 366-cı alayın 2-
ci  batalyonu,  Yevgeni  Nabokixinin  komandası  altında  3-cü  batalyonun,  1  saylı 
batalyonun qərargah rəisi Çitçyan Valeriy Ġsayeviç və alayda xidmət edən 50-dən artıq 
erməni  zabit  və  praporĢik  iĢtirak  etmiĢdir.  (Xocalının  iĢğalına  dair  istintaq 
materiallarından) 
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuĢdur. onlardan: 
uĢaqlar - 63 nəfər; 
qadınlar - 106 nəfər; 
qocalar - 70 nəfər; 
8 ailə tamamilə məhv edilmiĢdir; 
25 uĢaq hər iki valideynini itirmiĢdir; 
130 uĢaq valideynlərindən birini itirmiĢdir; 
487 nəfər yaralanmıĢdır, onlardan; 
uĢaqlar - 76 nəfər; 
1275 nəfər əsir götürülmüĢdür; 
150  nəfər itkin düĢmüĢdür: 
1  Ģəhər,  1  qəsəbə,  8  kənd,  2495  yaĢayıĢ  evi,  31  sənaye  obyekti,  15  kənd 
təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti 
və s. dağıdılmıĢdır. 
Bu rəqəmlər Ermənistan SSR-nin dəstəyi və SSRĠ rəhbərliyinin səhlənkarlığı 
ilə 1988-ci ildə baĢlamıĢ və Azərbaycan SSR-nin tərkib hissəsi olan Dağlıq Qarabağ 
Muxtar  Vilayətinin  Ermənistana  birləĢdirilməsi  iddiasının  gerçəkləĢdirilməsi 
əsasında yaranmıĢ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin ən dəhĢətli, 
qanlı faciəsindən xəbər verir. 
Azərbaycan  Milli  Məclisi  (Parlamenti)  hər  il  fevralın  26-nı  “Xocalı 
soyqırımı günü” elan etmiĢdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı 
Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. 
Doğma  yurdlarından  didərgin  düĢmüĢ  və  Azərbaycanın  48  rayonuna 
səpələnmiĢ  Xocalı  sakinləri  Dağlıq  Qarabağ  münaqiĢəsinin  ədalətli  həlli, 
Ermənistanın  Azərbaycana  qarĢı  təcavüzünün  dəf  edilməsi,  ölkənin  ərazi 
bütövlüyünün  bərpa  edilməsinin  ümidi  ilə  yaĢayırlar.  Onlar  dünya  xalqlarına, 
dövlətlərinə,  beynolxalq  təĢkilatlara  haqq-ədaləti  və  həqiqəti  müdafiə  etmək, 
Xocalıda  törədilmiĢ  terrorizm,  etnik  təmizləmə  faktlarını  pisləmək  barədə 
müraciətlər edirlər. 
Xocalı  soyqırımının  günahkarları,  təĢkilatçıları  və  icraçıları  layiqli 
cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə genosid 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə