Sağlam ĠnkiĢaf və Maarifləndirmə


Lətif  Hüseyn  oğlu  Kərimov



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   11   12   13   14   15   16   17   18   ...   54


 
Lətif  Hüseyn  oğlu  Kərimov  (1906-1991)  -  Rəssam,  Azərbaycan  müasir  xalça 
sənəti məktəbinin yaradıcısı. 

 
Fərəc bəy Ağayev (1811-1891) - Çar ordusunun General-leytenantı. 

 
Səməd  bəy  Mehmandarov  (1856-1931)  -  General-leytenant,  Azərbaycan 
Dcmokratik Respublikasının ilk hərbi naziri. 

 
Yaqub  Allahqulu  oğlu  Quliyev  (1900-1942)  -  General-mayor,  Stalinqrad 
qəhrəmanı. 

 
Aslan  Vəzirov  Fərhad  oğlu  (1910-1988)  -  Polkovnik,  Sovet  Ġttifaqı 
Qəhrəmanı. 

 
Xəlil Məmməd oğlu Məmmədov - Sovet Ġttifaqı Qəhrəmanı. 

 
Bədəlbəyli ġəmsi Bədəl bəy oğlu (1911-1986) - Görkəmli rejissor, Azərbaycanın 
xalq artisti. 

 
Bədəlbəyli  Əfrasiyab  Bədəl  bəy  oğlu  (1907-1976)  -  bəstəkar,  dirijor, 
musiqiĢünas, librettoçu. 

 
Bədəlbəyli  Fərhad  ġəmsi  oğlu  (1947)  -  MəĢhur  pianoçu,  Azərbaycanın  xalq 
artisti. 

 
Ələsgərov Süleyman Əyyub oğlu  (1924-2001)    Bəstəkar, dirijor, Azərbaycanın 
xalq artisti. 

 
Hacıbəyli  Ceyhun  Ədülhüseyn  oğlu  (1890-1862)  -  ADR-nın  görkəmli  dövlət 
xadimi, publisist. 

 
Hacıbəyov  Sultan  Ġsmayıl  oğlu  (1919-1974)  –  Bəstəkar,  Azərbaycanın  xalq 
artisti, pedaqoq. 

 
Hüseynov Rafiq - TanınmıĢ diktor, Azərbaycanın xalq artisti. 

 
Kərimova Flora Ələkbər qızı - Müğənni, Azərbaycanın xalq artisti. 
 
 
MĠLLĠ QƏHRƏMANLARl 
 
 
Hüseynov Sadıq Dayandur oğlu (1961-1992) 
 
Qəmbərov Ramiz Bulud oğlu (1962-1992) 
 
Məmmədov Nizami Murad oğlu (1958-1992) 
 
Teymurov Rizvan Rəhman oğlu (1967-1991) 
 
 
 
 
 


 


 
 


ÜMUMĠ MƏLUMAT 
 
Xocalı  rayonu  1991-ci  il  noyabr  ayının  26-da  Əsgəran  rayonu  bazasında 
yaradılmıĢdır. Rayonun ərazisi 1991 - 1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən 
iĢğal  edilmiĢdir.  Sahəsi  0,94  min  kv.  km,  əhalisi  26,0  min  nəfərdi  (01.01.2010). 
Xocalı  rayonu  ilə  Bakı  arasında  olan  məsafə  375  kilometrdir.  Rayon  Laçın, 
Kəlbəcər,  Ağdam,  Xocavənd  və  ġuĢa  rayonları  ilə  qonĢu  idi.  Rayonda  1  Ģəhər,  1 
qəsəbə (Əsgəran), 50 kənd olmuĢdur. Mərkəzi Xocalı Ģəhəridir. Kəndləri bunlardır - 
Almalı,  Qarakötük,  Ballıca,  Xanyurdu,  Mehdibəyli,  Cəmilli,  Çanaqçı,  Sığnaq, 
Dağyurd,  DaĢbulaq,  Badara,  Xanyeri,  QayabaĢı,  Suncinka,  Harov,  Dağdağan, 
Xanabad,  Ağgədik,  AĢağı  Qılıçbağ,  Kosalar,  BaĢkənd,  Canhəsən,  Təzəbinə,  QıĢlaq, 
Cavadlar,  Yalobakənd,  Qarabulaq,  Dəmirçilər,  QuĢçubaba,  Mədətkənd,  Qızıloba, 
AĢağı  YemiĢcan,  Xaçmaç,  Yuxarı  YemiĢcan,  MeĢəli,  Naxçıvanlı,  Ağbulaq, 
Aranzəmin, Dəhrəz, Pircamal, Pirlər, DaĢbaĢı, Fərrux, Seyidbəyli, Ulubaba, ġuĢakənd, 
DaĢkənd, Muxtar, Sərdarkənd, ġəlvə. 
Rayonun ərazisindən uzunluğu 32 km olan birinci kateqoriyalı Ģose yolu və 
Bakı-Xankəndi dəmir yolu keçirdi. 
ĠĢğala qədər rayonda 56 mədəniyyət müəssisəsi, muzeylər, texnikum, orta 
məktəblər,  səhiyyə  müəssisələri,  kənd  təsərrüfatı  və  sənaye  müəssisələri,  aeroport 
və s. fəaliyyət göstərirdi. 
Əhali  əsasən  üzümçülük,  heyvandarlıq,  arıçılıq  və  əkinçiliklı  məĢğul 
olmuĢdur. 
“Xocalının səsi” rayon qəzeti 1991-ci ildən nəĢr edilir. 
Son  illərdə  baĢ  vermiĢ  hadisələrlə  əlaqədar  olaraq  Fərqanədən 
(Özbəkistan)  qaçqın  düĢmüĢ  54  məhsəti-türkü  ailəsi,  həmçinin  Ermənistandan  və 
Xankəndindən 
qovulmuĢ 
azərbaycanlıların 
bəziləri 
Xocalı 
Ģəhərində 
məskunlaĢmıĢdılar. 
 
COĞRAFĠYASI 
 
Rayonun  ərazisi  əsasən  dağlıqdır.  Ən  hündür  yüksəkliyi  Qızqala  və 
Qırxqızdır  (2843  m,  2827  m).  Dağlıq  ərazilər  istisna  olmaqla,  iqlimi  mülayim-
istidir.  Yüksək  dağlıq  əraziləri  subalp  və  alp  çəmənlərdir.  Əsas  çayları  Badara  və 
Qarqardır.  Dağ-meĢə  və  dağ-çəmən  torpaqları  mövcuddur.  Ərazinin  40  %-ə  qədəri 
fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir. 
 
 
 


TARĠXĠ VƏ MƏDƏNĠYYƏT 
ABĠDƏLƏRĠ
 
 
Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. 
Memarlıq  abidələrindən  türbə  (XIV  əsr),  dairəvi  türbə  (1356-1357-ci  illər), 
ətrafinda son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. 
XIX  əsrdə  aĢkar  edilmiĢ,  daĢ  qutu  və  kurqanlardan  ibarət  olan  Xocalı 
qəbiristanlığı  -  son  tunc  və  ilk  dəmir  dövrünə  (e.ə.VIII-VII  əsrlər)  aid  arxeoloji 
abidədir.  Burada  müxtəlif  tipli  saxsı  qablar,  silahlar  (qılınc,  xəncər,  nizə  və  ox 
ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, ĢüĢə, pasta və s. hazırlanan bəzək 
əĢyaları,  tunc  əmək  alətləri  aĢkar  edilmiĢdir.  Burada  çoxlu  sayda  “Qoç  və  yəhər” 
Ģəkilli  qəbir  daĢları,  müqəddəs  ziyarətgahlar  Seyid  Cəlalın  ocağı,  Cahan  nənənin 
ocağı və s. var. 
Xocalı  Ģəhəri  və  Əsgəran  qəsəbəsi  arasında  Qarqar  çayının  sağ  və  sol 
sahillərində  XVIII  əsrə  aid  “Əsgəran  qalası”  mövcuddur.  Qalanı  Qarabağ  xanı 
Pənah xan tikdirmiĢdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat 
daĢ divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 
2-3  m-dir.  1810-cu  ildə  Rusiya  ilə  Ġran  arasında  sülh  danıĢıqları  “Əsgəran  qalası”nda 
aparılmıĢdır. 
Rayonun Kosalar kəndi ərazisində “Məhəmməd ağanın otağı” tarixi abidəsi, 
“Darılı Piri”, “Ələm ağacı” ziyarətgahları və daĢ qəbirlər var. 
Rayonun  MeĢəli  kəndi  ərazisində  -  Meydan  yaylağında  -  müqəddəs 
ziyarətgah  “seyid  qəbri”  (ermənilər  tərəfindən  dağıdıldı),  “Yeddi  kilsə”  (Alban 
kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi. 
Arxeoloji qazıntılar zamanı müxtəlif növ daĢ, bürünc, sümük bəzək əĢyaları, 
gildən ev əĢyaları və s. tapılmıĢdır. TapılmıĢ muncuq dənələrindən birində Assuriya Ģahı 
Adadnerarinin (bizim e. ə. 807-788-ci illər) adı yazılmıĢdır. 
Əsasən  eramızdan  əvvəl  XVII-XIII  əsrləri  əhatə  edən  Xocalı  abidələri 
kompleksi yaĢayıĢ yerlərindən, daĢ qutu qəbirləri, müxtəlif tipli kurqanlardan, siklop 
tikililər və menhirlərdən ibarətdir. 
Adını  çəkdiyimiz  mədəniyyətə  aid  yaĢayıĢ  yerləri  bir  qayda  olaraq,  çay 
kənarlarında,  təbii-coğrafı  cəhətdən  əlveriĢli  yerlərdə,  xüsusi  ilə  strateji  cəhətdən 
müdafıəsi qismən asan olan təpələr üzərində salınırdı. YaĢayıĢ yerlırində evlər əksər 
hallarda  yarımqazma  halında  olub,  yuxarı  hissəsi  yonulmamıĢ  çay  daĢlarından  palçıqla 
suvamaq yolu ilə tikilirdi. Evlərin əksəriyyəti çox gözlü olub, bütün tayfa üzvlərinə 
aid  olurdu.  Arxeoloji  qazıntılar  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  çox  vaxt  tayfa 
evləri uzunsov olub, düzbucaqlı  formada  inĢa  edilmiĢdir. Bəzən  uzunluğu 17-18  m, 
eni  isə  8-10  m  olan  bu  cür  evlər  xüsusi  arakəsmələr  vasitəsilə  bir  neçə  hissəyə 
bölünmüĢdür. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə