Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

ġuĢa “mağarası” Cıdır düzünün altında yerləĢir. Mağaranın uzunluğıı 125 
metr, eni 20 metr, hündürlüyü 10 metrdir. 1976-cı ildə mağarada aparılmıĢ qazıntı 
iĢləri zamanı eramızdan əvvəl VII-IV əsrlərə aid arxeoloji materiallar tapılmıĢdır. 
ġuĢada  aĢağı  və  yuxarı  Gövhər  Ağa  məscidləri  sözün  əsl  mənasında 
müsəlman ġərqinin əzəmətli və nadir incilərindəndir. XIX əsrin sonunda ġuĢada 17 
məscid  fəaliyyət  göstərirdi.  Bunlar  Yuxarı  Gövhərağa,  AĢağı  Gövhərağa  məscidi, 
Təzə  məhəllədəki  məscid,  Malıbəyli,  Gülablı,  ġelli,  Yusifcanlı,  Mərəzəli, 
Xəzəristan,  Lembran,  Ağcabədi,  Xəlil  Fəxrəddinli,  XunaĢın  kənd  məscidləri  idi. 
ġuĢa ərazisində Hacı Yusifli, Heydəri, Hamam, Culfa, Məriyanlı, Rahatlı, Dəmirçi, 
Hacı  Mərcanlı,  Çoluçağa,  Məhəlli,  Çuxur,  Quyuluq,  Dördlər  qurdu,  Qapan 
kəndlərində də məscidlər var idi. 
ġuĢa Ģəhərində memar Kərbəlayı Səfi xan Qarabağlı tərəfindən inĢa edilən 
iki  məscid  və  iki  mədrəsə  binası  var.  Bu  haqda  məlumatı  məscidin  üzərindəki 
kitabə xəbər verir. Memarın adına Fizuli rayonunun mərkəzində yerləĢən məscidin, 
Bərdə və Ağdamda olan məscidlərin, ġuĢa Ģəhərinin bir sıra məhəllə məscidlərinin 
üzərində də rast
 
gəlmək olar. Bütün bu abidələr XIX əsrin ikinci yarısına aiddir. 
XIX yüzilliyin 80-ci illərində Ağa Qəhrəman Mirsiyab oğlunun tikdirdiyi 
karvansara diqqəti cəlb edir. Ġki mərtəbəli karvansarada 25 otaq var. 
ġuĢa  bulaqları  memarlıq  baxımından  daha  diqqətə  layiqdir.  1873-cü  ildə 
XurĢidbanu  Natəvanın  tikdirdiyi  Xan  qızı  bulağının  12  daĢ  gözü  var.  Bulağın 
uzunluğu 15, eni 7, hündürlüyü 4 metrdir. 
1864-cü  ildə  görkəmli  rus  rəssamı  A.  V.  YereĢĢagin  ġuĢada  olmuĢ, 
Ģəhərin gözəl mənzərəsini təsvir etmiĢdir. M. Y. Lermontov da burada olmuĢdur. 
Son illərdə ġuĢa  Azərbaycanın ən iri turist  və  kurort  mərkəzi idi. ġuĢada 
istirahət  evləri,  sanatoriya,  mehmanxana,  pansionatlar  tikilmiĢdir.  1979-cu  ildə 
Cıdır düzünə gedən yolun sol tərəfində M. P. Vaqifə hündürlüyü 18 metrdən çox 
olan əzəmətli məqbərə ucaldılmıĢdı. 
ĠĢğaldan  əvvəl  ġuĢa  Mamayı  məscidi,  AĢağı  və  Yuxarı  Gövhər  Ağa 
məscidləri,  Saatlı  məscidi  əsaslı  təmir  edilmiĢdir.  Görkəmli  bəstəkar  Üzeyir 
Hacıbəyovun  və  SSRĠ  xalq  artisti  məĢhur  xanəndə  Bülbülün  doğulub  boya-baĢa 
çatdıqları evdə onların ev muzeyləri təĢkil olunmuĢdu. Bütün bunlardan əlavə, onu 
da  qeyd  edək  ki,  10  fevral  1828-ci  il  tarixli  Türkmənçay  müqaviləsindən  sonra, 
XIX yüzilliyin 70-ci illərində kilsə tikilmiĢdir. 
ġuĢada  ermənilərə  aid  heç  bir  maddi  mədəniyyət  abidəsi  yoxdur.  Onlar 
Qafqaz caniĢininin göstəriĢi ilə tikilən kilsəni utanmadan, həyasızcasına öz adlarına 
çıxarmağa çalıĢırlar. Bu bədbəxt millət öz tarixi keçmiĢindən sanki bixəbərdirlər. 
 
 
 
 


ĠġĞAL 
 
ġuĢanın  iĢğalına  gedən  yol  MeĢəlidən,  Kərkicahandan,  Malıbəylidən, 
QuĢçulardan, Xocalıdan... keçdi. Bütün bunlara baxmayaraq, ġuĢanın iĢğalına heç 
kəs
 
inanmırdı, ağlına belə gətirmirdi. Ancaq bu hadisə baĢ verdi və ġuĢa 1992- ci il 
mayın 8-də erməni və rus iĢğalçıları tərəfındən iĢğal edildi. ġuĢanın iĢğal günü bütün 
Azərbaycan xalqının mənəviyyatına vurulmuĢ ağır bir zərbə, bizim hamımız üçün 
ağır bir dərddir. 
ġuĢanın  iĢğalı  zamanı  200  nəfər  Ģəhid  olmuĢ,  150  nəfər  əlil  olmuĢ,  552 
körpə yetim qalmıĢ, 22 minə yaxın insan qaçqın düĢmüĢdür. 
ġuĢa  iĢğal  edilərkən,  əldə  olunan  məlumatlara  görə,  bu  quldurlar  tarixi 
abidələrimizi vəhĢicəsinə dağıtmıĢ və yerlə yeksan etmiĢdir. 
Erməni silahlı qüvvələri ġuĢanı iĢğal edərkən 15 ədəd etnoqrafık nümunə, 
5 ədəd mis  məmulatı, 2  ədəd gümüĢ  xəncər, 1  ədəd daĢ qazan, 20  ədəd daĢ-qaĢla 
bəzədilmiĢ  müxtəlif  əĢya  və  digər  qiymətli əĢyaları  ġuĢa  Ģəhər  muzeyindən; 5  ədəd 
qiymətli qədim xalçanı, 4 ədəd kilimi, 5 ədəd xurcunu, 1 ədəd qiymətli nadir çırağı, 
Üzeyir Hacıbəyovun portretini və çoxsaylı digər qiymətli tarixi əĢyaları Qarabağ tarix 
muzeyindən,  Mir  Möhsün  Nəvvabın  və  Bülbülün  ev  muzeyindən  olduqca  çoxlu 
qiymətli  və  nadir  əĢyaları  qarət  etmiĢlər.  ġuĢa  muzeylərinin  qiymətli  sərvətləri  – 
rəsm  və  heykəltəraĢlıq  əsərlərini,  xalça  və  xalça  məmulatlarını,  xalq  tətbiqi  sənət 
nümunələrini,  arxeoloji  tapıntıları,  çox  gərəkli  sənədləri,  Azərbaycanın  görkəmli 
Ģəxsiyyətlərinin xatirə əĢyalarını, digər qiymətli materialları Ermənistana aparmıĢlar. Ġndi 
həmin  əĢyalar  xarici  auksionlarda  satılır,  yaxud  müxtəlif  sərgi  və  muzeylərdə  dünya 
ictimaiyyətinə erməni mədəniyyət nümunəsi kimi təqdim olunur. 
Bəli, XX əsrin sonunda ġuĢa tarixdə görünməmiĢ faciəli hadisələrlə üzləĢdi, 
iĢğal olundu. Övladları yerindən-yurdundan didərgin düĢdü, Ģəhidlər verdi, ancaq əsrlər 
boyu olduğu kimi sınmadı, əyilmədi və ġuĢa indi də yaĢayır. Onun əhalisi respublikanın 
59 rayonunda 700 yaĢayıĢ məntəqəsində məskunlaĢmıĢdır. 
Qeyd  etmək  lazımdır  ki,
 
ġuĢa  indi  düĢmən  əlində  olsa  da,  əsrin  əvvəllərində 
ġuĢada fəaliyyət göstərən bir çox mədəniyyət və təhsil ocaqları iĢğaldan sonra öz iĢlərini 
Bakı Ģəhərində və respublikanın baĢqa bölgələrində davam etdirirlər. 
 
QAFQAZIN KONSERVATORĠYASI 
 
XIX  əsrin  ortalarında  çarizmin  müstəmləkə  siyasətinə  zidd  olaraq 
Azərbaycan  xalqı  Qərbi  Avropa  və  Rus  mədəniyyətindən  istifadə  etməyə  imkan 
tapırdı.  Bununla  əlaqədar  olaraq  Azərbaycanda  yeni  bir  mədəni  həyat  qaynayırdı. 
Qarabağda,  xüsusilə  ġuĢada  elm  və  ədəbi  fəaliyyət  artdı.  Нələ  Vaqif  dövründən 
baĢlayaraq, ġuĢa Ģəhəri böyük ədəbi mərkəz kimi bütün Azərbaycanda Ģöhrət tapmıĢdı. 
Öz doğma Vətəni olan ġuĢanın abı-havasının Ģairanəliyindən və gözəl mənzərəsindən 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə