Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

Qafqazda həyata keçirdiyi iĢğalçılıq və zorakı xristianlaĢdırma siyasəti ġuĢa Ģəhərinin 
həm  inzibati  statusuna,  həm  də  demoqrafık  vəziyyətinə  ciddi  təsir  göstərirdi.  ġəhər 
1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmıĢ Qarabağ əyalətinin, 
1840-cı ildə isə ġuĢa qəzasının mərkəzinə çevrildi. 
Çar hökumətinin himayədarlığı ilə ġuĢada ermənilər azərbaycanlıları (türkləri) 
sıxıĢdırmağa baĢladılar. 1905-ci ilin iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının 
Karyagin  qəzasında  erməni-müsəlman  toqquĢmaları  baĢladı.  1905-1906-ci  illərdə 
Cənubi  Qafqazda  ən  güclü  ermənilərin  yerli  türk-müsəlman  əhalisinə  qarĢı  təcavüzü 
daĢnak partiyasının Tiflis, Bakı Ģəhərlərindən sonra güclü təĢkilatı olan ġuĢa Ģəhərində 
olmuĢdur.  Ermənilər  öz  qarĢılarına  qoyduqları  məqsədə  çatmaq  üçün  durmadan 
səngərlər  tikir,  silahlanır,  vilayətlərdən,  Ģəhər  və  kəndlərdən  ġuĢaya  canlı  qüvvə 
gətirirdilər. 
1905-ci il avqustun 16-da isə ermənilər azərbaycanlıların üzərinə hücuma 
keçdilər.  Onlar  Köçərli  və  Xəlfəli  məhəllələrində  yaĢayan  xeyli  Azərbaycanlı 
əhalisinə  qarĢı  böyük  vəhĢiliklər  törətdilər.  (ġuĢa-Qədim  Azərbaycan  diyarı.  Bakı-
2009)  Ruslar  ermənilərə  böyük  kömək  göstərirdilər.  Lakin  ġuĢalıların 
qəhrəmanlıqları  nəticəsində  onlar  törətdikləri  vəhĢiliklərə  baxmayaraq  öz 
istəklərinə  tam  çata  bilmədilər.  ġəhər  özünü  qoruya  bildi.  Avqust  ayının  17-də 
“Difai”  partiyasının  rəhbərliyi  altında  yaxĢı  təĢkil  olunmuĢ  müdafiə  və  hücumdan 
sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular. 
ġuĢa müsəlmanlarına köməyə gələn Ģəhər ətrafı türk-müsəlman kəndlərinin 
silahlı  dəstələri  Tiflis  və  Gəncə  Ģəhərlərindən  və  erməni  kəndlərindən  ermənilərə 
köməyə gələn  yüzlərlə erməni silahlılarını məhv etdilər. ġuĢada döyüĢ üstünlüyünü 
saxlayan  türk-müsəlman  silahlı  dəstələri  avqust  ayının  21-nə  kimi  erməni  daĢnak 
silahlı  dəstələrini  Ģəhərdən  qovub  çıxarmağa  nail  oldular.  1905-ci  il  avqust 
hadisələrində  ġuĢa  Ģəhərində  yüzlərlə  türk-müsəlman  erməni  silahlıları  tərəfindən 
öldürülmüĢ və iyirmiyə qədər müsəlman  evi yandırılmıĢdır. 1905-ci il sentyabr ayının 
10-  dək  ġuĢada  atəĢ  səsləri  kəsilmədi.  Qafqaz  caniĢini  Voronsov-DaĢkovun  ġuĢa 
Ģəhərinə gəlməsi ilə atəĢ dayandırıldı.  Sentyabrın 14-də sülh elan olundu. 
1918-20-ci  illərdə  də  ermənilər  ġuĢa  üzərinə  dəfələrlə  hücum  edib  onu 
yandırsa  da  ĢuĢalılar  qəhrəmanlıqla  müdafiə  olunaraq,  böyük  itkilər  hesabına  Ģəhəri 
ermənilərə  təhvil  vermədilər.  ġəhərin  müdafiəsində  ġuĢanın  Axundu  Hacı  Molla 
ġükür Məhərrəmzadənin böyük xidmətləri olmuĢdur. 
1920-ci  ildə  Azərbaycanda  sovet  hakimiyyətinin  qurulması  Qarabağa,  о 
cümlədən, ġuĢaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı 
ilə  Dağlıq  Qarabağda  rəhbər  vəzifələrə  sahib  olmuĢ  ermənilər  indi  öz  məkrli 
siyasətlərini “sinfi mübarizə” adı altında həyata keçirir, bölgənin Azərbaycanlı (türk) 
əhalisinə  qarĢı,  sözün  əsl  mənasında,  soyqırım  və  deportasiya  siyasəti  yeridirdilər.
 
1920-1937-ci  illərdə  ġuĢanın  yüzlərlə  azərbaycanlı  sakini  ermənilərin  fitvası  ilə 
həbs  etdirilmiĢ,  güllələnmiĢ  və  təqiblərə  məruz  qalmıĢdı.  ġəhərin  bir  çox  bəyləri 
əhalinin  gözü  qarĢısında  güllələnmiĢdi.  Azərbaycanlı  ailələrin  xeyli  hissəsi  erməni 


təqiblərindən xilas olmağın yeganə yolunu ġuĢanı tərk edərək Ġrana və Türkiyəyə qaçmaqda 
görürdülər.  Həyata keçirilən bu repressiyalar Ģəhərdə Azərbaycanlıların sayının daha 
da azalmasına səbəb olmuĢdu. 
Sovet  hakimiyyəti  dövründə  ġuĢa  Ģəhərinin  inzibati  statusu  bir  neçə  dəfə 
dəyiĢikliyə  məruz  qalmıĢdı.  1921-ci  ildə  ġuĢa  yeni  yaradılmıĢ  Dağlıq  Qarabağ 
Muxtar  Vilayətinin  mərkəzi  kimi  müəyyənləĢdirildi.  Lakin  bu  qərar  1923-cü  ildə 
dəyiĢdirilərək  Vilayətin  mərkəzi  Xankəndi  seçildi.  Ermənilər  Azərbaycana  qarĢı 
hazırladıqları  planları  ġuĢadan  həyata  keçirməyin  heç  də  asan  olmayacağını  baĢa 
düĢüb  bu  qərarın  həyata  keçirilməsinə  nail  olmuĢdular.  1923-cü  ildə  ġuĢa  Dağlıq 
Qarabağ Muxtar Vilayətinə daxil edildi. Bununla da ġuĢa 170 ildən artıq yerinə yetirdiyi 
statusdan - bütün Qarabağın mərkəzi statusundan məhrum edildi. 
ġuĢa  Ģəhərinə  vurulmuĢ  ən  böyük  zərbələrdən  biri  onun  qısa  müddətə  də 
olsa,  rayon  mərkəzi  statusundan  məhrum  edilməsi  oldu.  1963-cü  il  yanvarın  4-də 
ġuĢa  rayonu  ləğv  edilərək  Stepanakert  rayonunun  tərkibinə  qatıldı.  Yalnız  N.  S. 
XruĢovun hakimiyyətdən uzaqlaĢdırılmasmdan sonra 1965-ci il yanvarın 6-da ġuĢanın 
rayon statusu yenidən bərpa edildi. 
ġuĢa  Ģəhərinin  yenidən  dirçəldilməsi  yalnız  1969-cu  ildə  H.  ƏIiyevin 
Azərbaycana  rəhbər  təyin  edilməsindən  sonra  mümkün  oldu.  1977-ci  ilin  avqust 
ayında  Azərbaycan  SSR  Nazirlər  Soveti  onun  təĢəbbüsü  ilə  “ġuĢa  Ģəhərinin  tarixi
 
hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. ġəhərin sosial-
iqtisadi  və  mədəni  həyatının  dirçəldilməsi  üçün  də  xeyli  iĢ  gorüldü.  Bütün 
Azərbaycanda  tar,  kamança,  ud,  nağara  və  s.  musiqi  alətləri  istehsal  edən  yeganə 
ġərq MilIi musiqi alətləri fabriki istifadəyə verildi. (ġuĢa-Qədim Azərbaycan diyarı. 
Bakı-2009) 
 
TARĠXĠ MƏDƏNĠYYƏT  
ABĠDƏLƏRĠ 
 
Vaxtilə  Heydər  Əliyevin  abidələr  Ģəhəri  adlandırdığı  ġuĢada  350  hektarlıq 
qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaĢayıĢ binası, 870 m uzunluğunda bərpa 
olunmuĢ  qala  divarları  vardı.  Tarixi  abidələrdən  23-ü  respublika  və  dünya  miqyaslı 
abidələrə  aid  idi.  ġuĢada  milli  abidələrin  çoxluğu,  onların  rəngarənglik  baxımından 
fərqlənməsi, 
haqlı  olaraq,  Ģəhərin  mədəniyyətimizin  ən  zəngin  beĢiyi 
adlandırılmasına  səbəb  olmuĢdur.  Bu  abidələrin  çoxu  XVIII-XIX  əsrlərə  aiddir. 
ġuĢada hər bir ev, küçə,  möhtəĢəm qala divarları,  məscidlər, qəd-qamətli  minarələr, 
əzəmətli qəsrlərin qalıqları keçmiĢimizdən xəbər verir. 
ġuĢada  17  məhəllə  vardı:  Qurdlar,  Seyidli,  Culfalar,  Quyuluq,  Çuxur, 
Dördlər  Qurdu,  Hacı  Yusifli,  Dörd  Çinar,  Çöl  Qala,  Mərdinli,  Saatlı,  Köçərli, 
Mamayı,  Xoca  Mərcanlı,  Dəmirçi,  Hamam  Qabağı  və  Təzə  məhəllə.  Нər 
məhəllədə hamam, məscid, bulaq vardı. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə