Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

ilham  alan  məĢhur  ədəbiyyatĢünas  Firidun  bəy  Köçərli  ġuĢanın  Zaqafqaziyanın  ġirazı 
adlandırmıĢdır: 
“ġuĢa  qalası  Zaqafqaziyanın  gözəl  və  basəfa  Ģəhərlərindən  birisi  hesab 
olunurdu  və  axır  vaxtlarda  sürət  ilə  abad  olmağa  üz  qoymuĢdur.  Ġçində  çox  gözəl 
imarətlər  yapılmıĢdı.  Yay  fəslində  altmıĢ-yetmiĢ  minə  qədər  nüfus  bu  Ģəhərə  cəm 
olurdu.  Çünki  ġuĢanın  ab-havası  xeyli  saf  və  salamat  olmağa  görə  yaylaq 
mənzərəsindədir. 
...ġuĢa Ģəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada 
çox zürəfa, üdaba və Ģüara vücuda gəlibdir. Belə ki, ġuĢa qalası Zaqafqaziyanın ġirazı 
mənzərəsində olub ərbabi-zövqi səfa oymağı  və əhli-hal və sahibi-dil  yatağı hesab 
olunur.  ġuĢa  əhli  həmiĢə  eyĢü  iĢarətdə  olub,  günlərini  gəzməkdə,  seyrü  səyahətdə 
keçirirlər və sazəndə və xanəndələri indi də məĢhuricahandır” (alt üçün - Bax: F. B, 
Köçərli. Azərbaycan ədəbiyyatı. B:, 1978, səh, 157.) 
Azərbaycan  xalqının  mədəniyyət  tarixində  ilk  dəfə  olaraq  teatr,  sirk 
tamaĢaları, Avropa və ġərq konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, 
bundan  əlavə  mətbəə,  kitabxana,  “realni  uçiliĢ”,  seminariya  və  bir  sıra  mədəni-
maarif  müəssisələri  ġuĢada  yaranmıĢdır.  XIX  əsrin  40-cı  illərindən  baĢlayaraq 
ġuĢada incəsənətin müxtəlif sahələri inkiĢaf edirdi. Yerli teatr həvəskarları tərəfindən 
teatr tamaĢaları göstərilirdi. Yeri gəlmiĢkən qeyd etməliyik ki, Qafqazın tarixində ilk dəfə 
teatr tamaĢaları 1845-ci ildə Tiflis Ģəhərində göstərilmiĢdi. 
О  vaxtları  ticarətdə,  mədəniyyətdə  Tiflislə  rəqabət  aparan  ġuĢada  isə  ilk 
teatr tamaĢaları 1848-ci ildə göstərilmiĢdir. 
1891-ci  ilin  yazında  ġuĢada  Ģəhər  varlılarından  H.  A.  Xandəmirov 
tərəfindən  teatr  binası  tikildikdən  sonra  Ģəhərdə  teatr  tamaĢalarının  sayı  artmağa 
baĢlandı. ġəhər əhli bu tamaĢalara böyük maraq göstərirdi. 
Ümumiyyətlə, ġuĢada verilən teatr tamaĢalarının sayı yay aylarında daha da 
çoxalırdı. Bunun səbəbi isə aydındır. ġuĢa istirahət  məskəni  olduğundan  isti  yerlərin 
əhalisi  yay  aylarında  Ģəhərə  toplaĢırdılar.  Hətta  Rusiyanın  Moskva,  Peterburq, 
Avropanın VarĢava, Vyana, Berlin və Paris kimi böyük Ģəhərlərində təhsil alan ĢuĢalı 
gənclər  yay  tətilində  öz  vətənlərinə  qayıdardılar.  Onlar  yerli  tələbə  və  müəllimlərlə 
birlikdə teatr tamaĢaları göstərərdilər. 
Həmin  bu  tamaĢalarda  yerli  həvəskarlar  nəinki  Azərbaycan  yazıçılarının 
əsərlərini, hətta rus və Avropa klassik dramaturqlarının əsərlərini də oynayırdılar. 
Təsadüfi deyildir ki, böyük ġeksprin məĢhur “Otello” faciəsi ilk dəfə ġuĢada 
oynanılmıĢdı. 1904-cü ilin sentyabrın 1-də Xandəmirovun teatrında ilk dəfə Azərbaycan 
dilində “Otello” draması tamaĢaya qoyuldu. Otello rolunda  əsərin  mütərcimi HaĢım 
bəy Vəzirov oynamıĢdır, bu tamaĢaçılara böyük təsir bağıĢlamıĢdı. 
XIX  əsrin  birinci  yarısından  baĢlayaraq  ġuĢada  incəsənətin  müxtəlif 
sahələri ilə birlikdə xanəndə sənəti də daha sürətlə inkiĢaf edirdi. Xanəndəlik sənəti 
Azərbaycanın  baĢqa  yerlərinə  nisbətən  Qarabağ  mahalında,  daha  çox  və  xüsusilə 
ġuĢa Ģəhərində inkiĢaf etmiĢdi. Bu Ģübhəsiz, təsadüfi bir hal olmayıb, ġuĢanın coğrafi 


Ģəraiti,  digər tərəfdən isə  Ģəhərin geniĢ  mədəni-iqtisadi  münasibətləri ilə  əlaqədar 
idi. 
Azərbaycanın  baĢqa  Ģəhərlərinə  nisbətən  ġuĢada  musiqiçi,  oxuyan,  rəqs 
edən daha çox idi. Təsadüfi deyildir ki, Azərbaycan xalqının musiqi tarixi ilə yaxından 
məĢğul  olan  görkəmli  musiqiĢünas  V.  Vinoqradov  ġuĢanın  musiqi  həyatından  və 
ġuĢa  musiqiçilərinin  Azərbaycanın  musiqi  həyatından  və  ġuĢa  musiqiçilərinin 
Azərbaycanın musiqi mədəniyyəti tarixindəki tutduğu roldan bəhs edərək yazmıĢdı: 
“YaĢıl otlaqların bürüdüyü sıldırım dağ döĢündə gözəl mənzərəli ġuĢa Ģəhəri 
düĢmüĢdü. Onun gözəl təbiət mənzərələri hər il səyyahları özünə cəlb edir, yaĢıllıqlara 
qərq  olmuĢ  dağların  mülayim  cizgiləri  yolçuları  valeh  edir.  Lakin  ġuĢadan  alınan 
estetik təəssürat bununla qurtarmır. Burada Azərbaycanın baĢqa rayonlarına nisbətən 
musiqi  daha  çoxdur.  Burada  həmiĢə  xalq  mahnılarını,  xanəndələri,  çalğıçıları 
dinləmək və rəqslərə baxmaq olar. ġuĢa uzun zamanlardan bəri musiqi mərkəzi kimi 
tanınmıĢ və xalq musiqi istedadlarının tükənməz məktəbi kimi bütün Zaqafqaziyada 
Ģöhrət  qazanmıĢdır.  “ġuĢa  musiqiçiləri”  Azərbaycan  musiqisinin  tarixini  yaratmıĢ  və 
onu  yalnız öz vətənlərində  deyil,  həm də  ġərqin baĢqa ölkələrində  təmsil  etmiĢlər”. 
(V. Vinoqradov. Uzeir Qadjibekov i Azerbajdjanskaya muzıka. M.  1938-q str. 9.) 
Xanəndəlik  sənətinin  inkiĢafı  ilə  əlaqədar  olaraq  keçən  əsrin  70-80-ci 
illərində  ġuĢada  musiqi  salonları,  məclisləri,  dərnəklər  və  musiqi  məktəbləri 
yaranmıĢdı.  ġuĢada  musiqi  məktəbinin  yaradıcıları  Xarrat Qulu  və  Molla  Ġbrahim 
olmuĢdur.  Professor  Bülbül  qeyd  edir  ki,  tələbələr  13-14  yaĢına  kimi  Molla 
Ġbrahimin, 14 yaĢından yuxarı isə Xarrat Qulunun məktəbində musiqi dərsi keçirdilər. 
Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) о dövrün ən məĢhur musiqiĢünası 
olmuĢdur.  O,  klassik  ġərq  musiqisini  kamil  bilirdi.  Həm  də  ilhamlı  Ģeirlər  yazırdı. 
Onun  bir  çox  Ģeirləri  və  qəzəlləri  məlumdur.  Xarrat  Qulunun  özünün  də  gözəl  səsi 
olmuĢdur. Məhərrəmlik
 
təziyəsini keçirmək məqsədilə Xarrat Qulunun təĢkil etdiyi 
məclisə  ġuĢanın  yaxĢı  səsi  olan  gənclərini  cəlb  edib  Ģəbih  səhnələri  oynamaqla  yanaĢı, 
eyni  zamanda  onlara  oxumağın,  muğamatın,  sirlərini  də  öyrədirdilər.  Dini  məqsəd 
daĢımasına  baxmayaraq  haqqında  bəhs  etdiyimiz  məclis  (məktəb)  Azərbaycanda 
vokal  sənətinin  inkiĢafında  müəyyən  yer  tutmuĢ,  Hacı  Hüsü,  MəĢədi  Ġsi,  Sadıqcan, 
Əbdülbaqi  Zülalov,  Cabbar  Qaryağdıoğlu,  Keçəçioğlu  Məhəmməd  kimi 
sənətkarların yetiĢməsinə səbəb olmuĢdur. 
Xarrat  Qulunun ölümündən  sonra  ġuĢada  məĢhur xanəndə  Hacı Hüsü  və 
görkəmli  alim  və  musiqiĢünas  Mir  Möhsün  Nəvvab  tərəfindən  “MusiqiĢünaslar 
məclisi”  yaradılmıĢdı.  Bu  məclisdə  Ģer,  musiqi  və  sənətin  estetik  problemləri 
müzakirə olunar, xanəndələrin düzgün oxumağına və ustalığına diqqət verərdilər. 
XIX  əsrin  80-90-cı  illərindən  baĢlayaraq,  xanəndə  dəstələri  teatr 
tamaĢalarının  fasilələrində  çıxıĢ  edərdilər.  Qafqazda  ilk  dəfə  teatr  tamaĢalarının 
fasilələrindəki  çıxıĢlar  Tiflisdə  və  ġuĢada  olmuĢdur. Xanəndələrin  teatr  tamaĢalarındakı 
çıxıĢları  Azərbaycanda  musiqili  teatrın  meydana  gəlməsinə  təkan  verirdi.  Sazəndə 
dəstələrinin bu çıxıĢları həm də xüsusi Ģərq konsertlərinin əmələ gəlməsi üçün Ģərait 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə