Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

Tunc dövrünün sonu və dəmir dövrünün əvvəllərində, yəni е. ə. II minilliyin 
sonunda  artıq  bu  cür  evlərin  döĢəmə  və  divarlar  xüsusi  ağ  maddələrlə  suvanır  və 
böyük ailə evləri kiçik ailə evləri ilə əvəz olunur. 
Bütün  bımlar  primitiv  Ģəkildə  də  olsa,  yerli  əhalinin  müxtəlif  tikinti 
texnikasına malik olmasını parlaq surətdə sübut edir. 
Xocalı-Gədəbəy  mədəniyyətinə  aid  abidələrin  böyük  bir  qismini  də  siklop 
tikililəri  təĢkil  edir.  Əsasən  yüksək  təpələrdə  və  alçaq  dağlarda  bina  edilmiĢ  bu 
abidələr  yerli  əhali  tərəfindən  hazırda  Qalaça,  Örtük  daĢı,  Hasar,  Düzülü  daĢ  və  s. 
adlanır. Siklop tikililərinin xarakterik cəhəti ondan ibarətdir ki, bu abidələr yonulmamıĢ 
iri  daĢlardan  suvaqsız  olaraq  müəyyən  bir  plana  riayət  olunmadan  tikilmiĢdir.  Bu 
tikililər  bəzən  iki  və  hətta  üçqat  divarla  əhatə  olunurdu.  Siklop  tikililərdə  qapı 
yerləri  üç  sal  daĢdan  düzəldilib,  üstündən  isə  hörgü  davara  etdirilmiĢdir.  Bu 
abidələr əsasən, e. ə. II minillikdə və I minilliyin əvvəllərində mövcud olmuĢdur. 
Kiçik Qafqaz dağlarının köç yolları kənarında inĢa edilmiĢ siklop tikililərinin 
heç də hamısı eyni məqsəd güdməmiĢdir və baĢlıca olaraq üç məqsəd daĢımıĢdır: 1) iri 
ticarət  yolları  üzərində  bu  yolları  müdafıə  etmək  məqsədilə;  2)  düĢmən  hücumları 
zamanı  əhalini  müvəqqəti  mühafızə  etmək  məqsədilə;  3)  müqəddəs  yerləri 
əbədiləĢdirmək məqsədilə bina edilmiĢdir. 
Xocalı-Gədəbəy mədəniyyəti sakinlərinin həyat tərzini və mədəni inkiĢaf 
səviyyəsini öyrənmək üçün həmin mədəniyyətə məxsus qəbir abidələri və qəbirlərdən 
toplanmıĢ  maddi  mədəniyyət  qalıqları  böyük  əhəmiyyət  kəsb  edir.  Arxeoloji 
tədqiqatlardan  aydın  olmuĢdur  ki,  bu  mədəniyyət  sahiblərinin  bir  neçə  tip  qəbir 
abidəsi olmuĢdur ki, onların da böyük bir qrupunu kurqan qəbirləri təĢkil edir. Qarabağ 
düzlərinin bir  növ təbii  yaraĢığı olan bu  kurqanlar  müxtəlif quruluĢlu  və  müxtəlif 
tərkibli  hündür  təpələrdən  ibarət  olub,  vaxtilə  süni  surətdə  qəbirlərin  üstünə 
tökülmüĢdür. Kurqanlar bəzən sadəcə olaraq torpaqdan, yaxud daĢdan, bir çox hallarda 
isə daĢla torpağın qarıĢığından tökülmüĢdür. 
Kurqanların  özləri  müxtəlif  olduğu  kimi,  onların  altındakı  qəbirlər  də 
müxtəlif olmuĢdur. Ölünü dəfn etmək üçün bəzən  kurqanın altında  “ev”  tikilmiĢ, 
dairəvi  hasar  çəkilmiĢ,  bəzən  isə  daĢ  qutular  düzəldilmiĢdir.  Xocalı  kurqanlarında 
aparılmıĢ  qazıntılar  nəticəsində  müəyyən
 
edilmiĢdir  ki,  3-4  min  il  bundan  əvvəl  bu 
ərazidə iki cür dəfn adəti olmuĢdur. Onlardan biri ölünü olduğu  kimi dəfn etmək, 
digəri isə ölünü yandıraraq dəfn etmək. Hər iki halda kurqanlar həm ailəvi, həm də 
tək-tək Ģəxslərə məxsus düzəldilmiĢdir. Ailəvi kurqanlarda bəzən əllidən artıq skelet 
aĢkara çıxarılmıĢdır. 
Ölüyandırma  hadisəsi  Qarabağda  uzun  ömür  sürməmiĢdir  və  alimlərin 
ehtimalına görə bu adət, qalıqları indi də dünyanın bir çox xalqları arasında mövcud 
olan müqəddəs ayin ilə əlaqədar idi. Lakin istər ölü yandırmaq, istərsə də ölünü olduğu 
kimi  dəfn  etmə  adətində  kurqan  qəbirləri  üçün  xarakterik  olan  ümumi  bir  əlamət 
vardır. Bu əlamət həmin qəbirlərdə dəfn olunan adamın axirət dünyaya böyük var 
dövlətlə yola salınması idi. Hər bir kurqan özü ayrılıqda bir xəzinəni xatırladır. Kurqan 


qazıntıları zamanı oradan aĢkar edilmiĢ maddi mədəniyyət qalıqları yerli əhalinin ibtidai 
dini ideologiyasını, onun təsərrüfat həyatını hərbi ləvazimatını, incəsənətini, məiĢətini 
və bir sıra baĢqa sahələrini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. 
Xocalı  kurqanlarının  tədqiqi  nəticəsində  məlum  olmuĢdur  ki,  danıĢdığımız 
dövrdə  Qarabağın  sakinlərinin  həyatında  sənətkarlığın  iki  böyük  sahəsi  mühüm  yer 
tulmuĢdur. Onlardan biri dulusçuluq, digəri isə metal iĢləmə sənətidir. 
Xocalıda tapılmıĢ külli miqdarda gil qabları kolleksiyası sübut edir ki, Qarabağ 
dulusçuları  bu  sənət  sahəsində  çox  yüksək  inkiĢaf  pilləsinə  qalxmıĢdılar.  Onlar 
hazırlayacağı  qablar  üçün  xüsusi,  yararlı  gil  mədənləri  aĢkar  etmiĢ  və  bəĢər 
tarixində ilk texniki tərəqqi üsullarından biri olan ayaq çarxının sirlərinə dərindən bələd 
olmuĢdular. Qarabağ dulusçuları hazırladıqları gil qabları biĢirmək üçün dairəvi dulus 
kürələrindən  istifadə  etmiĢlər.  Bir  qayda  olaraq  dulusçular  Tunc  dövründə 
hazırladıqları  gil  qablarının  hamısının  üzərini  cilalamıĢ  və  onları  qara  rəngdə 
biĢirmiĢlər. Qabların bədii tərtibatına da ciddi fikir vermiĢlər. Belə ki, əksər qabların 
üzərində müxtəlif həndəsi fıqurlar, nəbati təsvirlər cızılmıĢdır. Ən maraqlısı da odur 
ki,  qabların  üzərində  xətlərin  içərisini  xüsusi  ağ  maddə  ilə  doldurmuĢlar.  Bu  da 
Qarabağ qablarının ən mühüm xüsusiyyətlərindən biridir. 
Xocalı-Gədəbəy  mədəniyyətinə  məxsus  gil  qabların  xüsusiyyətlərindən 
biri  də  odur  ki,  dulusçu  ustalar  hazırladıqları  qabların  çiyini  üzərində  xüsusi 
göbələkvarı çıxıntılar düzəltmiĢlər ki, bu da qablara xüsusi gözəllik verir. 
Xocalıdakı 5 №-li kurqandan aĢkar edilmiĢ bir ədəd gil qabın qulpu üzərində 
isə buğda dənləri təsvir edilmiĢdir. Alimlərin tədqiqatı nəticəsində məlum olmuĢdur 
ki,  3-4  min  il  bundan  əvvəl  Qarabağın  sakinləri  mədəni  buğda  əkinçiliyi  ilə  məĢğul 
olmuĢdur. Xocalıda həmçinin Qarabağda bağçılığın inkiĢafını da sübut edən xeyli maddi 
mədəniyyət qalıqları da aĢkar edilmiĢdir ki, bunların içərisində Ģaftalı, üzüm tumları və 
s. əsas yer tutur. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Tunc  dövründə  Qarabağda  inkiĢaf  etmiĢ 
mühüm sənətkarlıq sahələrindən biri də metaliĢləmə olmuĢdur. Bütün Zaqafqaziyada mis 
ilə qalayın qarıĢdırılmasından tunc metalın alınması sirlərinə ilk dəfə bələd olanlardan 
biri  də  Qarabağın  qədim  sakinləridir.  Bu  möhkəm  metaldan  yerli  əhali  silahlar 
hazırlamıĢdır. Bəzən isə ondan bəzək əĢyaları hazırlamaqda və çoxlu ox ucları demək 
olar ki, Qarabağ abidələrindən tapılan ən çox silah növləridir. 
Qarabağ qılınclarının dəstəklərinin baĢ hissəsi formasına görə digərlərindən 
fərqlənir.  Belə  ki,  Qarabağın  qədim  qılınclarının  dəstək  hissəsinin baĢında  iki tərəfli 
çıxıqları  olur  və  həmin  çıxıqlar  qılıncın  əsas  hissəsinə  doğru  maili  düzəldilir.  Bu 
çıxırlar bəzən zoomorf formada, bəzən isə müxtəlif həndəsi cizgilərlə bəzədilirdi. 
Eramızdan  əvvəl  birinci  minilliyin  baĢlanğıcında  Qarabağın  qədim 
sakinləri artıq dəmir istehsalının sirlərinə bələd olmuĢdular. 
Xocalı  abidələrinin  öyrənilməsi  nəticəsində  burada  bütün  Azərbaycan  üçün 
yeganə  olan  iki  mühüm  tip  abidə  də  aĢkar  edilmiĢdir.  Onlardan  biri  Menhirlərdir. 
Menhir  ingilis  sözü  olub  uzun  daĢ  deməkdir.  Menhir  qəbilə  quruluĢlu  dövrünün 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə