Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

Saxtakar  ermənilər  bundan  istifadə  etməklə  Zəngəzurun  və  о  cümlədən 
onun  ayrılmaz  hissəsi  olan  Laçının  qədim  abidələrini  öz  adlarına  çıxmıĢlar,  yaĢayıĢ 
məntəqələrinin,  dağların,  çayların,  düzlərin  tarixən  formalaĢan  həqiqi  azərbaycan-türk 
adlarını dəyiĢib erməni adları qoymuĢlar. 
Ġstər  eradan  əvvəl,  istərsə  də  yaĢadığımız  1-ci  və  2-ci  minilliklərdə  yunan, 
ərəb, Ģərq ölkələrinin bir çox yerlərindən, Ġrandan -  Cənubi Azərbaycandan gələn 
səyyah  və  tacirlər  Ordubad,  Gilan  çayı  dərəsi  ilə  Gilan  (Onun  xarabalıqları  indi  də 
durur)  Ģəhərlərinə  gəlir,  Gəmiqayanı  keçərək  Qafan,  Qarakilsədən  Həkəri  çayını 
keçməklə  müxtəlif  tərəflərə  istiqamət  götürərdilər.  Zəngəzurda,  Qapıcıqla   
səsləĢən   və   eyni   kökdən   bəhrələnən   Qapçıqay (Qapıçıqay) dağı isə ĠĢıqlı dağının 
Ģərq  yamacındadır.  Bu  sözdəki  “ay”  ifadəsi  bu  yerlərdə  ZərdüĢtlük  (AtəĢpərəstlik) 
dövründə yaĢayan insanların Aya, GünəĢə sitayiĢlə əlaqəlidir. O, dövrün qəbirüstü 
daĢlarında  da  GünəĢ  və  aypara  Ģəkilləri  də  bu  fikri  tamamlayan  əlamətlərdəndir. 
Laçında,  о  cümlədən  Zəngəzurda  və  ümumilikdə  Kiçik  Qafqazın  bəzi  dağ,  daĢ, 
xüsusən  yonquya  gedən  sal  daĢlarda  da  bu  niĢanələrə  rast  gəlmək  mümkündür. 
Qeyd etdiyimiz kimi Laçının qədim yaĢayıĢ məskənlərində AtəĢpərəstliyin bu və ya digər 
əlamətləri insanların məiĢətində, andında, danıĢıq tərzində  Laçın  iĢğal  olunana  kimi 
yaĢayırdı. 
Zəngəzurun,  Laçının  və  digər  bölgələrimizin  tarixi  ilə  az  məĢğul 
olunduğundan,  bəzi  tədqiqatçılarda  qibləyə  tərəf  qoyulmamıĢ  qədim  qəbirlərin 
ermənilərə məxsus olması fikrini irəli sürən səhv fikirlər də olmuĢdur. Ġslama qədər 
dövrlərdə Azərbaycanda ölənlərin qibləyə tərəf dəfn edilmədiyini unutmaq olmaz. 
DaĢ üzərində həkk olunan bütün xaç iĢarələrini də erməni xaçı hesab etmək olmaz. 
Unutmaq  olmaz  ki,  albanların  da  qəbir  daĢlarında  xaça  oxĢar  niĢanələr  olmuĢdur, 
lakin  onlar  xeyli  fərqlidirlər

Albanlara  xas  olan  qəbirüstü  xaçların  uc  tərəfi  ox 
Ģəkilli, bir tərəfı isə saya olsa da dörd ox eyni ölçüdədir. Bu dəlillər bizə qətiyyətlə 
-  Zəngəzur  torpaqlarının  bütövlükdə  ancaq  Azərbaycan  -  türk  torpaqları  olmasına 
zəminlik yaradır. 
Zəngəzurun altun tacı Laçın - tarixən Zəngəzurla birlikdə Yuxarı Qarabağ 
(son  illər  Dağlıq  Qarabağ  adlandırırlar  -  1923-cü  ildən  sonra)  olmaqla  Qarabağa 
aiddir.  Eradan  əvvəlki  dövrlərdə  bu  torpaqlara  Arsak  (Ərsaq)  da  demiĢlər.  Arsak 
toponiminin  mənası  Sakların  torpağı,  orsaqların,  qoçaq  sakların  məskəni,  yurdu 
deməkdir.  Bütövlükdə  Kür-Araz  düzənliyi  və  Yuxarı  Qarabağ  hələ  Herodotun 
əsərlərindən  bu  günümüzə  kimi  Arsaq  adını  daĢımıĢdır.  Bu  ərazilərin  aran  və  yaxud 
dağlıq  olmasından  asılı  olmayaraq  onun  toponimlərində  baĢqa  millətlərə  xaslıq 
yoxdur. 
Ġslama,  Alban  tarixinə,  ZərdüĢtlüyə,  GünəĢə-ocağa,  Qurda  inam  dövrünə 
aid bir çox kilsələr, məbədlər, ocaqlar, pirlər hələdə qalmaqda idi. Oda-ocağa inam, 
istinad etmək Laçın bölgəsində hələ də qalırdı. 
Azərbaycanın  istənilən  bölgəsində  Laçınlıları  mərd,  döyüĢkən,  vətənpərvər 
igidlər kimi tanıyırlar. Bu xüsusiyyət laçınlılarda 1915-1920-ci illərdə qulağı türklər 


tərəfindən kəsilmiĢ Andranikin Zabux dərəsində təpədən dırnağa silahlanmıĢ dəstəsinin 
məhvində, Naxçıvanda, Zəngəzurda neçə-neçə kəndləri xaraba qoymuĢ, insanlarını 
vəhĢi  üsullarla  məhv  etmiĢ  erməni  Njdenin  Qarabağa  yürüĢünün  qarĢısının 
alınmasında, 1921-ci il daĢnak partiyasının sədri Vratsyanın Zəngəzura  və  Qarabağa 
əks  hücum  niyyətinin  ürəyində  qalmasında  və  s.  tarixi  məqamlarda  özünü  çox 
qabarıq biruzə vermiĢdir. 
1988-1994-cü  illərdə  də  Laçınlılar  təmizqanlı,  təmiz  vicdanlı  olduqlarını 
bir daha nümayiĢ etdirdilər və laçınlıların düĢmənə qarĢı döyüĢ salnaməsi böyük bir 
örnəyə çevrildi. Bu günə əlimizdə olan məlumata görə ancaq Laçın qeydiyyatında olan 
insanlardan  262  nəfər  Ģəhid  olmuĢ,  67  nəfər  itkin  düĢmüĢ,  871  uĢaq  valideyn 
himayəsindən məhrum olmuĢdur. Laçınlıların itkisi bununla bitmir. Ermənilərlə döyüĢə 
Azərbaycanın  hər  bölgəsində  və  Respublikadan  kənarda  yaĢayan  laçınlılarda  öz 
xoĢları  ilə  getmiĢlər.  Bu  insanlardan  Ģəhid  olmuĢ  və  milli  qəhrəman  adı  almıĢ  əsli 
laçınlı olan igidlər vardır. 
 
TARĠXĠ MEMARLIQ 
ABĠDƏLƏRĠ 
 
Ġndiki Laçın rayonu  ərazisində olan memarlıq abidələrinin demək olar ki, 
əksəriyyəti  Qafqaz  Albaniyası dövrünün  yadigarlarıdır. Abidələrin forma və  üslubu 
divar  daĢları  üzərindəki  yazılar  və  süjetli  oymalar  bu  sahədə  çalıĢan  görkəmli 
alimlərimizin apardıqları bir sıra tədqiqat iĢləri ilə müqayisə bunu tamamilə sübut 
edir. 
Memarlıq elmləri doktoru D. A. Axundov və fəlsəfə elmləri namizədi M. 
D. Axundov Qafqaz Albaniyasının stellalarında dini simvolika və dünyanın mənzərəsi 
adlı  məqalələrində  (Azərbaycan  Abidələri  məcmuəsi  №1,  1984-cü  il,  səh.81) 
göstərirdilər ki, düzbucaqlı çərçivə içərisində cızma texnikasında qadın, güman ki, ay 
allahı  -  Elena,  Armetida,  Ardivisura,  Anakid  təsvir  olunmuĢdur.  Göstərilən  stellalar 
bizim eranın xristianlıqdan əvvəlki dövrünə, bəlkə də daha qədim dövrə aiddir. Buna 
tamamilə uyğun olan belə bir stella Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində 
var.  Yuxarıda deyilənlərə istinad edərək bu qənaətə gəlmək olar ki, bu  ərazidə olan 
Qafqaz  Albaniyası  dövrü  abidələrin  bəlkə  də  bir  çoxu  bizim  eranın  xristianlıqdan 
əvvəlki dövrlərinə  aiddir. Çoxdan  məlumdur ki, indiki Kəlbəcər rayonu  ərazisinin 
bir  hissəsi  Alban  Xaçın  Knyazlığının  tərkibində  olmuĢdur.  Ora  yaxın  olan  Laçın 
rayonunun  ərazisində  bir  sıra  adlar,  Xaçın  adı  ilə  bağlıdır.  Məsələn:  Bozlu  kənd 
ərazisində olan Xaçın daĢı və s. ola bilsin ki, bir zamanlar bu yerlərin də bir hissəsinin 
Xaçın  knyazlığı  ilə  əlaqəsi  olmuĢdur.  Lakin  buna  baxmayaraq  Ermənistanın  bir  sıra 
baĢbilənləri bilərəkdən bu abidələri özününküləĢdirir, erməni abidələri adı ilə təbliğ 
edirlər.  Belə  ki,  hətta  Sovetlər  dövründə  maĢın-maĢın  Azərbaycanın  kəndlərinə  gəlir, 
Qafqaz  Albaniyası  dövrü  abidələrini,  daĢ  körpüləri,  milli  erməni  abidələri  olduğu 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə