Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

böyük  rol  oynamıĢ  və  dağlıq  ərazilərdə  də  yaĢayıĢa  ehtiyac  yaranmıĢdır.  Yeni 
heyvan növlərinin əhlilləĢdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması 
böyük əhəmiyyət kəsb edir. 
Kür-Araz  mədəniyyətinin  son  inkiĢaf  mərhələsində  artıq  Azərbaycanın 
bütün  dağlıq  zonalarında  (XoĢbulaq  kurqanları  və  Xoləzək  (Kəlbəcər),  Ġstisu 
yaylaqlarında yaĢayıĢ məskənləri) məskunlaĢma baĢa çatmıĢdır. 
Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. 
Saxsı qablar üzərində çəkilmiĢ naxıĢlar bunu bir daha təsdiqləyir. Qobustan (BöyükdaĢ, 
Yazılıtəpə),  Gəlinqaya  və  Kəlbəcərin  digər  ərazilərində  (QoçdaĢda)  qayaüstü 
rəsmlərdə  heyvanat  aləmi,  məiĢət  və  ov  səhnələri,  əyləncə  və  magiya  (Ģamanlıq) 
təsvir olunmuĢdur. 
Kəlbəcər də qədim insan məskənlərindən biri olmuĢdur. Burada ilk məskən 
salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə 
kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi. 
Kəlbəcər  antik  dövrün  abidəsi  kimi  də  maraqlı  ərazidir.  Rayonun 
“Qaragöl”  və  “Zalxa  gölləri”  sahillərində,  “Ayıçınqıllı”  və  “Pəriçınqıllı”  dağlarında 
qayalarda həkk edilmiĢ təsvirlər 1968-ci ildən öyrənilməyə baĢlanılmıĢdır. 
1976-cı  ildə  Kəlbəcər  qaya  təsvirlərinin  yerləĢdiyi  ərazinin  yaxınlığında 
Azərbaycanda ilk dəfə olaraq yaĢayıĢ yeri aĢkar edilmiĢdir. Burada diametri təqribən 
20  metr  olan  dairəvi  tikili  qalığı  üzə  çıxarılmıĢdır.  Mürəkkəb  quruluĢlu  bu  tikilinin 
divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daĢlarından hörüldüyü bir 
daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olmuĢdur. Çünki о cür nəhəng 
qaya parçalarını sonrakı nəsil çətin ki yerindən tərpədə bilsin. 
Həmin  yaĢayıĢ  yerlərində  о  dövrə  aid,  yəni  b.e.ə.  III  minilliyə  dair  gil  qab 
qırıqları, dən daĢları, dəvəgözü və çaxmaqdaĢından hazırlanmıĢ bıçaqlar, ox ucluqları və s. 
də tapılmıĢdır. Burada aĢkar edilmiĢ qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaĢayıĢ yerli 
tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır. 
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaĢayıĢ məskənləri, 6 
min  il  yaĢı  olan  qaya  təsvirləri,  çöp  Ģəkilli  qədim  türk  əlifbası  nümunələri  aĢkar 
edilmiĢ,  bütün  bunlar  barəsində  mətbuatda  geniĢ  yazılar  dərc  olunmuĢdur.  Ərazi 
demək olar ki, qəbirüstü at, qoç, sandıq fiqurları ilə, daĢ üzərinə həkk olunmuĢ yazı 
və  rəsmlərlə  doludur.  DaĢ  abidələr  ġimali  Azərbaycanda  atəĢpərəstliyin, 
xristianlığın, VII əsrdən isə Ġslamın   yayıldığı dövrlərdə  yaradılmıĢdır. AtəĢpərəstlik 
dövründə  yaranmıĢ  bir  daĢ  abidə  diqqəti  daha  çox  cəlb  edir:  rəsmdə  solda  yuxarıda 
GünəĢ  parlayır.  Bir  nəfər  atı  yedəkləyib  GünəĢə  doğru  çəkir,  bir  nəfər  isə  əlində 
qılınc atın arxası ilə addımlayır. GünəĢə qurban aparırlar. Bu rəsmə baxdıqda “tarixin 
atası” Herodotun yazdıqlarını xatırlayırsan. (b.c.ə. 490-480-cı  illər):  “Onların sitayiĢ 
etdikləri yeganə Allah GünəĢdir. GünəĢə onlar atları qurban verirdilər. Onlar bu cür 
qurbanvermənin  mənasını  bunda  görürdülər  ki,  ən  sürətli  Allaha  dünyada  mövcud 
olan ən sürətli canlını qurban vermək lazımdır”. 


Rayonda  “Türk qəbristanlığı” adı  ilə  tanınan bir  neçə  qədim  məzarlıq var. 
Bunların  ən  böyüyü  TirkeĢəvənd,  Kəlbəcər,  Zar  və  s.  kəndlərin  ərazisidir. 
Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmıĢ forma və ölçü ilə bir-birindən fərqlənən 
at, qoç, sandıq qəbirüstü fıqurlar, baĢdaĢı və günbəzlərlə zəngindir. 
Kəlbəcərdəki  oronomik  toponimlərin  hamısı  türk  mənĢəlidir.  Bir  sıra  qədim 
türk tayfalarının adı bu gün də bu toponimlərdə yaĢayır. Bunlardan 20-dək kəndi əhatə 
edən Ayrım dərəsini, 10-dək kəndi əhatə edən Qılınclılar, 6-7 kəndi əhatə edən Alxaslı, 
4  kəndi  əhatə  edən  Qaraçanlı  bölgələrini,  eləcə  də  tayfa  adı  daĢıyan  Çıraq 
(TürkeĢkənd),  Qanlıkənd,  Əsrik,  Çovdar,  Çorman,  Təkəqaya,  Barmaq,  Çəpli,  Zar, 
Zivel,  YanĢaq,  Söyüdlər  (biz  Seyidlər  deyirik)  və  bir  sıra  yaĢayıĢ  məntəqələrini, 
Çiçəkli,  Söyüdlü,  Abdal,  Qaraxanlı,  Bağırxan,  Taxta  və  b.  yaylaqları,  Qaramanlı, 
Xəndək, Güzdək, Tələlər, Aluluq, Quturlu (Qoturlu kimi iĢlədirik), Tərtər, Dəlidağ, 
Keyti,  TamaĢa,  QoçdaĢ,  Dikyurd,  Yellicə,  Aydoğan,  QoĢqar  və  s.  dağ,  dərə,  əkin-
biçənək adlarını - türkmənĢəli toponimləri göstərmək olar. 
Ağdaban kəndinin qədim alban tayfasının adını daĢıdığı güman edilir. “Alban” 
adının  Ağuan,  Aluan,  Ağvan,  Andan  kimi  təhrif  olunmuĢ  adlarından  birinin  də 
Ağban olması istisna deyil. 
XI  əsrdən  baĢlayaraq,  bir  sıra  tarixi  səbəblərdən,  xarici  təcavüzkarların 
basqınlarından oğuz türklərinin vaxtaĢırı yerdəyiĢməsi baĢ vermiĢdir. Bu səbəbdən bir 
sıra  tayfalar  öz  adlarını  qonĢu  dövlətlərin  ərazilərində  də  əbədiləĢdirirmiĢlər.  Buna 
görə  də  Kəlbəcərdəki  toponimlərə  ölkənin  baĢqa  rayonlarında,  həmçinin  qonĢu 
dövlətlərin ərazisində də rast gəlinir. 
Kəlbəcərlilərin ulu babalarının bağlı olduqları köklər və məskənlər barədə 
yazılı məlumata malikdirlər. Onlar əsillərinin əsas aran və dağ Qarabağla, Cənubi 
Azərbaycanla,  Zəngəzurla,  Dərələyəzlə,  Qazax-Tovuzla  və  s.  bağlı  olduğunu 
söyləyirlər. Ən qədim kökləri isə Cənubi Azərbaycana gedib çıxır. 
Kəlbəcərdə “Türk qəbristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. 
Bunların  ən  böyüyü  TirkeĢəvənd,  Kəlbəcər,  Zar  və  b.  kəndlərin  ərazisidir. 
Qəbirstanlıqlar  müxtəlif  əsrlərdə  yaradılmıĢ,  forma  və  ölçüləri  ilə  bir-birindən 
fərqlənən at, qoç, sandıq qəbirüstü fıqurlar, baĢdaĢı və günbəzlərlə zəngindir. 
Kəlbəcər  rayonundakı  “Qayaüstü  təsvirləri”  ən  çox  “Sərçəli  dağ”, 
“Qurbağalı  çay”,  “Gəlin  qayası”,  “Soltan  Heydər”,  “Ağ  çay”,  “Ayı  çınqılı”,  “Zalxa 
gölü”, “Dəvəgözü dağı” adlanan yerlərdə idi. 
Kəlbəcər  Tarix-diyarĢünaslıq  muzeyi  3500-dən  çox  “Qayaüstü  təvirlərini” 
qeydə almıĢ və onlardan bir çoxlarının foto-Ģəkillərini çəkmiĢdir. 
“Qayaüstü  təsvirlər”  ən  çox  kustar  Ģəkildə  bazalt  daĢına  həkk  edilmiĢ 
keçələrdən, ov səhnələrindən, yallıya bənzər oyunlardan, göy cisimlərindən, qədim 
heyvanlardan və s. ibarət idi. 
Kəlbəcər  özünün  tarixini,  mədəniyyətini  əsrlər  boyu  saxlayan  qədim  bir 
diyar kimi də tanınmıĢdir. Belə ki, bu ulu insan məskəninin hər hansı tərəfınə ayaq 
bassan,  orada  qədim  insan  məskənləri  olan  mağaralar,  qalalar,  abidələr  görərsən. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə