Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə27/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

illərində  insanlarm  qıĢ  azuqəsi  idi.  Son  illərdə  meĢələrdə  olan  cır  meyvələrdən 
dərman  və  mürəbbə  hazırlanmasında  istifadə  olunurdu.  Qiymətli,  sərt  qabıqlı 
meyvələr  olan  qoz  və  fındıqdan  ərzaq  məhsulları  hazırlanırdı.  Eyni  zamanda  bu 
ağacların oduncağı  gözəl  mebel  xammalı  idi. Tut ağacından  isə  musiqi  aləti  -  saz 
hazırlanmasında  istifadə  olunurdu.  Kəlbəcər  rayonunun  tarix-diyarĢünaslıq 
muzeyində qurudulmuĢ 4000-ə qədər herbarinin 200-ə qədəri dərman bitkisi idi. 
Çaylarda Ģirin su balıqları olan qızıl balıqlar üstünlük təĢkil edirdi. Əvvəlki 
dövrlərdə Kəlbəcər rayonu ərazisində iribuynuzlu maral yaĢasa da nəsli kəsilmiĢdi. 
1983-cü  ildə  Tərtərin  sağ  sahilində  tapılan  maral  buynuzları  burada  maralların 
yaĢamasını bildirirdi. Nadir hallarda ən yırtıcı heyvan olan pələngə və qonur ayıya rast 
gəlinirdi.  Canavar,  tülkü,  dovĢan,  dələ  kimi  xəz  dərili  heyvanlar çox  idi.  QuĢlardan 
qırmızı kitaba düĢmüĢ turac, qırqovul, kəklik, heyvanlardan isə dağ keçisinə, əliyə 
rast gəlinirdi. 
Çiçəkli adlanan ərazidə dünyada yeganə təbii arealı olan ayı fındığı, qırmızı 
kitaba düĢmüĢ gürcü palıdı, qırmızı palıd, Qafqaz cökəsi, saqqallı qozağacı ağaclarının 
böyük massivləri yerləĢir. 40 min hektar ərazidə yerləĢən meĢələr təkcə oduncaq və 
qiymətii  inĢaat,  məiĢət  materialları  deyil,  iqlim  dəyiĢdirici,  suqoruyucu,  torpaq 
qoruyucu,  müdafiə  funksiyaları  daĢımaqla,  ildə  milyon  tonlarla  oksigen  buraxmaqla 
təkcə  Kəlbəcər  üçün  deyil,  hava  ilə  nəfəs  alan,  atmosferdən    istifadə    edən    bütün  
Qafqaz,    Avropa    üçün    həyat  mənbəyidir. Kəlbəcər rayonunun ərazisində 4 mindən 
artıq bitki boy atır. Bunlardan 200-ə qədəri dərman bitkiləridir. 
AyıdöĢəyi,  albalı,  alma,  andız,  ardıç,  armud,  acı  əvəlik,  acı  yonca,  acı 
çiçlk,  bağayarpağı,  baldırğan,  balqabaq,  bat-bat,  bəlğəmotu,  bənövĢə,  boyaqotu, 
böyürtkən,  bulaqotu,  qaytarma,  qantəpər,  qarağat,  qarğıdalı,  qatırquyruğıı,  qızılgül, 
qırxbuğum,  qovaq,  qoz,  quĢəppəyi,  dağ  yoncası,  dağ  laləsi,  dəvədabanı,  dəlibəng, 
dəmiravotu,  əvəlik,  əzgil,  əməkömənçi,  ərik,  əsmə,  zəyərik,  zirə,  zirinç,  zoğal, 
inciçiçəyi,  itburnu,  yarpız,  yasəmən,  yerkökü,  yovĢan,  kartof,  kasnı,  kahı,  keĢniĢ, 
kəklikotu,  kələm,  kəpənəkçiçək,  kərəvüz,  kəçəvər,  gavalı,  gərmoĢov,  gilas,  gilənar, 
kicitkən,  göyəm,  güldəfnə,  güləvər,  güləbətin,  gülünbahar,  gülxətim,  lərkə,  ləçəkotu, 
lobya, meĢə gilası,  moruq,  murdarça, naz,   nanə, nərgiz, novruzgülü,  öküzboğan,  
öldürkən,    öskəotu,  palıd,  pərpərən,  titraqotu,  piĢikotu,  pomidor,  rasyana,  reyhan, 
sarımsaq,  soğan,  solmazçiçək,  söyüd,  tərxun,  tozağacı,  turp,  tut,  fındıq,  fıstıq, 
xanımotu,  xaĢ-xaĢ,  xədicəgülü,  xəndəkotu,  xəĢənbül,  xiyar,  xımı,  üskükotu, 
çaytikanı, çiyələk, çobanyastığı, cökə, çuğundur, cəfəri, çil, çinçilim, Ģalğamturpu, 
Ģam, Ģaftalı, Ģahtərə, Ģirpəncəsi, Ģomu, Ģüyüd və s. bitkilər bitirdi. 
Ağaclar - Palıd, Vələs, Ulas, Vən, GöyrüĢ, Toz, Qovaq, Qaraağac, Söyüd, 
Çinar, Dağdağan, Ayıgilası, ġam, Ardıc. 
Meyvə  ağacları  -  Alma,  Armud,  Qoz,  Tut,  Fıstıq,  Ġtburnu,  YemiĢan, 
Qarağat, Moruq, Gilas, Gilənar. 
Kəlbəcər rayonu özünəməxsus iqtisadi-coğrafi mövqeyi ilə fərqlənir. 


Kəlbəcərin təbii sərvətlərindən alınan gəlir respublikamızın heç bir rayonu 
ilə müqayisə edilə bilməz. Sənaye məhsulu üzrə birinci yeri tutan, ancaq AbĢeron 
iqtisadi  rayonu  ilə  müqayisə  edilə  bilər.  Əkinçilikdə  taxıl,  tütün,  kartof,  bağçılıq 
(alma,  armud,  gilas,  gilənar,  qarağat),  heyvandarlıqda  isə  maldarlıq,  qoyunçuluq, 
quĢçuluq, arıçılıq, atçılıq fərqlənirdi. 
Kəlbəcər  rayonu  ərazisində  sənaye  əhəmiyyətli  ehtiyatları  112.5  ton  və 
istismar olunan Söyüdlü (Zod) qızıl yatağı, qiymətləndirilmiĢ ehtiyatları 13 tondan 
çox  olan  Ağdüzdağ  və  Tutxun  qızıl  yataqları,  sənaye  əhəmiyyətli  ümumi 
ehtiyatları  850  ton  olan  3  (Ağyataq,  Levçay  və  ġorbulaq)  civə  yatağı  və 
qiymətləndirilmiĢ  ehtiyatları  200  tondan  çox  olan  QamıĢlı  və  Ağqaya  civə 
yataqları,  qiymətləndirilmiĢ  ehtiyatları  10941  min  kub/m  olan  və  miĢar  daĢı 
istehsalına  yararlı  Kilsəli  tuf  yatağı,  ehtiyatları  4473  min  kub/m  olan  və  yüngül 
beton  doldurucusu  kimi  istifadə  edilən  Keçəldağ  perlit  yatağı,  ümumi  ehtiyatları 
2.2  mln.  kub/m  olan  2  üzlük  daĢ  yatağı,  ehtiyatları  2540  min  kub/m  olan  Çəpli 
qum-çınqıl qarıĢığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər on ikisi (ehtiyatları 
1756  ton),  2  nefritoid  (ehtiyatları  801  ton)  yatağı,  ehtiyatları  2337  ton  olan  1 
obsidian yatağı, ehtiyatları 1067 min kub/m olan 1 listvenit yatağı qalmıĢdır. 
 
TARĠXĠ VƏ MƏDƏNĠYYƏT 
ABĠDƏLƏRĠ 
 
Kəlbəcər  toponiminin  mənĢəyi  və  mənası  ilə  bağlı  müxtəlif  fikirlər, 
baxıĢlar  vardır.  “Kəlbəcər”  toponiminin  mənĢəyi  qədim  türk  dilində  (oykonimin 
ilkin  forması  Kevliçer  kimi  qəbul  edilib)  “çay  üstündə  qala”  deməkdir.  Kevli 
“çayın  üstü”,  çer/car  “qala”  deməkdir.  YaĢayıĢ  məntəqəsinin  yerləĢdiyi  qayada 
Tərtər  (çay)  çayı  boyunca  cərgə  ilə  düzülmüĢ  qədim  süni  mağaralar  mövcuddur. 
Buna  görə  də  mütəxəssislər  toponimi  kevil/kəvl  və  qədim  türk  dillərindəki  cor 
(qaya,  yarğan)  komponentləri  ilə  əlaqələndirirlər.  Kəlbəcərdəki  oronomik 
toponimlərin hamısı türk mənĢəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də 
bu toponimlərdə yaĢayır. Ümumiyyətlə isə, hələlik bu günədək Kəlbəcər toponimi 
haqqında yekdil, dəqiq elmi fikir mövcud deyildir. 
Ġnsanın  təĢəkkül  tapması  və  formalaĢması  dördüncü  geoloji  dövrlə 
bağlıdır.  Bu  dövrün  isə  4  milyon  ildən  artıq  tarixə  malik  olması  elmi  əsaslarla 
sübuta  yetirilmiĢdir.  Azərbaycanda  Azıx,  Tağlar  (Qarabağda),  Zar  (Kəlbəcərdə), 
Qazma (Naxçıvanda), DaĢsalahlı və Aveydağ (Qazaxda) Mağara düĢərgələri, Qədir 
dərə,  Çaxmaqlı,  Kəkilli  (Qazaxda)  kimi  açıq  düĢərgələrdə  aparılan  arxeoloji 
tədqiqatlarda sübut olunmuĢdur ki, ibtidai insan sürü icmasının ilk  əmək alətləri  - 
daĢdan ibarət olmuĢdur. 
Eramızdan əvvəl IV minilliyin sonu - Ш minillik Tunc dövrü və ya Kür-
Araz  mədəniyyəti  adlanır.  Bu  mədəniyyətin  əsas  təĢəkkül  və  yayılma  sahəsi  Kür-
Araz  ovalığıdır.  Bu  dövrdə  əhalinin  həyatında  əkinçiliklə  yanaĢı  maldarlıq  da 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə