Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

Akademik  Ziya  Bünyadovun  “Azərbaycan  Atabəyləri  dövləti”  adlı 
monoqrafıyasında XIII əsrin əvvəllərində XarəzmĢah Məhəmmədin oğlu Cəlaləddinin 
monqollar tərəfindən pərakəndə salınmıĢ qoĢunlarının Ağdam yaxınlığındakı Qarqar çayı 
ətrafında  məskən  salması  haqqında  məlumat  verilir.  Digər  bir  mənbədə  Ağdamın  adı 
Əmir  Teymurun  Azərbaycana  və  Türkiyəyə  hərbi  yürüĢü  dövrü  çəkilir.  Qeyd 
olunur  ki,  Teymur  1402-ci  ildə  Osmanlı  sultanı  I  Bəyazidi  Ankara  döyüĢündə 
məğlub  etdikdən  sonra  Azərbaycana  dönərək  Ağdamda  öz  qoĢunu  ilə  dayanır.  O, 
burda iki il qaldıqdan sonra  1404-cü il  martın 27-də  Ağdamdan  Ərdəbil-Həmədan 
istiqamətinə  yola düĢərək  Səmərqəndə  qayıdır.  Yuxarıda  göstərilən  tarixi  faktlardan 
belə məlum olur ki, həmin dövrlərdə yerin adı Aquen yox, Ağdam adlanırmıĢ. Ağdam 
adının  mənĢəyi  iki  geniĢ  yayılmıĢ  “ağ”  və  “dam”  türk-azərbaycan  sözlərinin 
birləĢməsindən  ibarətdir.  Bəzi  adamlar  bu  adın  yaranmasını  XVIII  əsrdə  mövcud 
olmuĢ Qarabağ xanlığı ilə, о cümlədən, xanlığın banisi Pənah xanın adı ilə bağlayırlar. 
Guya, Pənah xanın “Ġmarət” deyilən yerdə tikdirdiyi binanın damı ağ olduğu üçün xalq 
tərəfındən  ona  “ağ  ev”  və  yaxud  “ağ  dam”  adı  verilmiĢdir.  Əgər  rayon  ərazisində 
aparılan  arxeoloji  qazıntılar  nəticəsində  bəzi  maddi  sübutlar  olmasaydı  və  yaxud 
mənbələrdə Ağdam adı erkən orta əsrlər dövrlərində çəkilməsəydi, onda bu deyilən 
sözlərlə razılaĢmaq olardı. Govurqala yaĢayıĢ məskənində alimlər tərəfindən bünövrəsi 
çay  daĢından,  üst  hissəsi  isə  ağ  daĢdan  tikilmiĢ  məbəd  və  bir  neçə  ev  aĢkar 
edilmiĢdir.  Bu  da  əyani  surətdə  onu  göstərir  ki,  yerli  əhali  ta  qədimdən  rayonun 
ərazisində  mövcud  olan  əhəng  tərkibli  dağ  mənĢəli  ağ  daĢ  mədənlərindən  öz 
təsərrüfat iĢlərində geniĢ istifadə etmiĢlər. 
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli 
adına  Əlyazmalar  Ġnstitutunun  baĢ  elmi  iĢçisi,  QorqudĢünas  alim,  fılologiya  elmləri 
doktoru,  əməkdar  elm  xadimi,  Atatürk  adına  Türk  Dil  Qurumunun  Fəxri  üzvü 
ġamil  CəmĢidov türk xalqlarının  “Dədə Qorqud” dastanını araĢdırarkən elmdə  səriĢtə 
və  təcrübəsi  olan  bir  tədqiqatçı  kimi  müəyyən  edərək,  öz  elmi  əsərlərində  sübuta 
yetirilmiĢ nəticəyə gəlmiĢdir ki, Ġç Oğuz eli Aran-Qarabağda Kür və Araz çaylarının 
qovĢağında yerləĢən torpaqlarda məskunlaĢmıĢlar. Bu tarixi torpaqlar Ağdam bölgəsini 
tamamilə  əhatə  edir.  Bayandur  xanın  və  Qazan  xanın  divanları  da  burda,  Mil-
Qarabağ  düzənliyində  yerləĢmiĢdir  (“Kitabı-Dədə  Qorqud.  Bakı,  1988,  səh  263). 
ĠĢquzların - Ġçoğuzlann Qarabağda - Ağdam bölgəsi ərazisində olduqlarını sübut edən, 
onların  adı  ilə  bağlı  olan  yer  adlarıdır.  Bu  adlardan  Ağdam  və  ətraf  bölgələrdə 
yerləĢən Quzanlı və Bala Quzanlı kəndlərini, Quzanlı arxını və s. göstərmək olar. 
Alban  tarixçisi  Musa  Kalankatuklu  (Bərdə  yaxınlığında  olmuĢ  Kalankatuklu 
kəndindəndir) I əsrdə yaĢamıĢ alban çarı Aran (Əran) haqqında danıĢarkən  yazmıĢdır ki, 
qarqarlar,  girdmanlar  və  utilər  onun  nəslindəndir  (M.  Kalankatuklu  “Alban  tarixi”, 
Bakı,  1993,  səh.  17).  ġura  hökuməti  dövründə  Respublikanın  aran  bölgələrində 
pambıqçılıq  və  üzümçülük  təsərrüfatının  daha  geniĢ  və  sürətli  inkiĢafını  təmin 
etmək üçün uzaq düĢünməyən rayon, kolxoz və sovxoz rəhbərlərinin göstəriĢləri ilə 


xalqımızın  tarixini  özündə  saxlayan  türk  kurqan  təpəlikləri  Qarabağda  və  о 
cümlədən,  Ağdam bölgəsində yerlə-yeksan edilmiĢdir

Dövri  qədimdən  Qarqar  çayının  dağlıq  hissəsi  olan  sahil  torpaqlarında 
yaĢamıĢ türkdilli aran və hun tayfalarının adını daĢıyan yer adları müasir dövrə kimi gəlib 
çatmıĢdır.  Bu  yer  adlarından  Xankəndi  bölgəsində  Əsgəran  (Əski  -  qədim  Aran), 
Aranzəmin  və  bir  çox  baĢqa  yer  adlarını  misal  gətirmək  olar.  Ağdam  bölgəsi 
torpaqlarında  yaĢamıĢ  hun  türklərinin  adını  daĢıyan  Xındırıstan  kəndi,  Ağdam  və 
Əsgəran bölgələrində, Hindarx  kəndi  Ağcabədi bölgəsində  bu  gün də  mövcuddur. 
Qaradağ düzünün 36 min desyatin  torpaq  sahəsi  XonaĢen  (HunaĢen)  adlanırdı. 
XonaĢen  Qarabağın  maldar  elləri  üçün  qıĢlaq  yeri  idi.  Tarixən  bütün  dünya 
xalqlarının həyatında qabaqcıl - aparıcı rol oynayan nəsillər olmuĢdur. Bu nəsillər öz 
xalqı  və  vətəninə  sədaqətlə  xidmət  etmiĢ,  yağı  düĢməndən  yurdlarını  qorumaq  üçün 
ölüm-dirim  savaĢlarından  Ģərəflə  çıxaraq  tarixdə  böyük  iz  qoymuĢlar.  Azərbaycan 
tarixində böyük iz qoymuĢ nəsillərdən biri də CavanĢirlərdir. CavanĢirlər XI əsrdən 
baĢlayaraq  adı  çəkilən  türk-oğuz  tayfalarından  biri  olmuĢdur.  Onlar  səlcuq-türk 
ordusu  tərkibində  Orta  və  Yaxın  ġərqdə  hərbi  yürüĢ  və  savaĢlarda,  Anadolu 
yarımadasının  Ģimalında,  1071-ci  ildə  Malazgird  döyüĢündə  səlcuq-türk  ordusunun 
sultanı  Alp  Arslanın  ordusunun  tərkibində  Bizans  ordusunun  məğlub  edilməsində 
fəal  iĢtirak  etmiĢlər.  XIII-XV  əsrlərdə  CavanĢirlərin  adı  Hülakü,  Qaraqoyunlu, 
Ağqoyunlu, Səfəvi orduları içərisində çəkilir. 
CavanĢirlər  tayfasının  Qarabağın  Ağdam,  Ağcabədi,  Bərdə,  Tərtər 
bölgələrində,  Cəbrayıl və  Zəngəzur qəzalarında böyük torpaq  sahələri  və  kəndləri, 
ġuĢa  Ģəhərində  mülkləri  olmuĢdur.  “Qarabağnamə”lərin  müəlliflərindən  Mirzə 
Camal  CavanĢir,  Əhməd  Bəy  CavanĢir  CavanĢir  tayfasını  türk-monqol  nəslindən 
olan  Hülakülər dövlətinin  sultanları olmuĢ  xanlara aid edirlər. Ümumiyyətlə, türk-
monqol  ordusu  düzümündə  -  hərbi  səfındə  olan  qüvvələrin  sol  qoluna  CavanĢir 
deyilirmiĢ.  Mərhum  tarixçi  Ənvər  ġükürzadə  Qarabağ  xanlığının  əsasını  qoymuĢ 
CavanĢirlərin nəsil Ģəcərəsini araĢdırarkən belə nəticəyə gəlmiĢdir ki, CavanĢirlərin 
Qarabağda  yaĢamaları  barədə  hələ  eramızdan  əvvəllərə  aid  olan  tarixi  mənbələr 
məlumat  vermiĢdir.  Rzaqulu  xan  Hidayətin  “Rövzətüs-Səfa”  əsərində  deyilir  ki, 
Qarabağ  xanlığının  əsasını  qoymuĢ  Pənah  Əli  xan  Monqol  türklərindən  olan 
Hülakü xanın (1256-1265) nəvəsi Arqun xanın (1284-1291) nəslindəndir. CavanĢir 
elatı  isə  OĢirxan  tayfasına  mənsubdur.  OĢirxan  Ġldızxanın  oğlu,  о  da  Uğuz  (Oğuz) 
xanın eramızdan əvvəl (209-174) dördüncü oğludur. Ġyirmi dörd türk boyu arasında 
onlar  OvĢarlar  və  ya  AvĢarlar  adlanır.  Bərdə  Ģəhərindən  cənuba  doğru  Qarabağ 
düzündə Otuziki adı altında olan ərazidə  yerləĢən tayfaların irsi hakimləri onların 
içərisindən olan CavanĢirlər olmuĢdur. I ġah Abbasın saray tarixçisi  Ġsgəndər  bəy 
MünĢi  1628-ci  ildə  əmirlər  siyahısında  Qarabağ  əmirlərindən  CavanĢir  və  Otuziki 
tayfalarının  baĢçılarından  Otar  sultanın  adını  çəkmiĢdir.  Yuxarıda  deyilənlərdən  aydın 
olur ki, Qarabağ ərazisindən axan Qarqar və Xaçın çayları boyunca olan torpaqlarda 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə