Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

ərazisindəki  Qarqar  çayı  boyunca  məskunlaĢmıĢdılar.  Bu  isə  Ağdamın  Azərbaycan 
ərazisində ilk formalaĢan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani 
göstərir.  Ağdam  sonralar  ilk  orta  əsrlər dövründə  də, Alban  feodal  dövləti  mövcud 
olan vaxtlarda da əsas siyasi və dini mərkəz kimi mühüm rol oynamıĢdır. 
Alban  hökmdarı  III  Vaçaqanın  (493-510-cu  illər)  hakimiyyəti  dövründə 
yerli  hakimiyyəti  gücləndirmək,  xristianlığı  yaymaq  məqsədi  ilə  498-ci  ildə 
Aquendə  (indiki  rayonumuzun  ərazisi  hesab  edilir)  din  xadimlərinin  iri  feodallarla 
birlikdə  məclisi  keçirilmiĢdir.  Və  bu  məclis  о  dövrün  ən  mühüm  siyasi 
hadisələrindən biri sayılır. Bəzi mənbələrdə Aquen о dövrdəki Alban hökmdarlarının 
istirahəti  üçün  yay  iqamətgahı  kimi  göstərilir  və  ilk  orta  əsrlər  dövründə  Ģəhər  kimi 
formalaĢmasından bəhs olunur. 1958-ci ildə  rayonun Sofulu kəndi  ərazisində  Xaçın 
çayının  orta  axarında  aparılan  arxeoloji  qazıntılar  zamanı  böyük  Ģəhər  tipli  yaĢayıĢ 
məskəni  aĢkar  edilmiĢdir.  Gavurqala  adlanan  bu  yaĢayıĢ  məskənində  qazıntılar 
zamanı insanların burda III əsrdən baĢlayaraq X-Xl əsrlərə qədər yaĢadıqlarını sübut 
edən  mədəni  təbəqələr  aĢkar  edilmiĢdir.  Burda  olan  antik  və  xristian  dövrünə  aid 
məbədlər,  binalar,  su  yolları,  toxuculuq,  dulusçuluq,  ĢüĢə  istehsalına  dair  əmək 
alətləri  bir  daha  Gavurqalanın  tarixi  inkiĢafı  haqqında  müəyyən  təsəvvürlər  yaradır. 
Tarix  elmləri  doktoru,  professor  RəĢid  GöyüĢov  özünün  “Azərbaycan 
arxeologiyası” adlı kitabında qeyd edir ki, Gavurqala sakinləri Yaxın ġərqin bir çox 
ölkələri ilə iqtisadi və mədəni əlaqədə olmuĢlar. Qazıntılar zamanı Suriyadan gətirilmiĢ 
ĢüĢə qablar, Bizans imperatorları adından zəbt edilmiĢ pullar, Ġran mənĢəli bəzək əĢyaları 
və s. aĢkar olunmuĢdur. 
Tədqiqatçı  alimlərin  apardıqları  çoxsaylı  axtarıĢlardan  sonra  belə  ehtimal 
olunur  ki,  Gavurqala  yaĢayıĢ  məskəni  elə  Aquenin  özüdür.  Bu  versiyanın 
dürüstlüyü  ondadır  ki,  Aquen,  mənbələrin  göstərdiyi  kimi,  Alban  dövlətinin 
paytaxtı  Partava  (indiki  Bərdə  Ģəhəri)  yaxın  yeganə  Ģəhər  kimi  qeyd  edilir.  Digər 
inandırıcı  fakt  da  budurki,  Gavurqalada  arxeoloji  qazıntılar  zamanı  Alban 
hökmdarından birinin qardaĢının dəfn edildiyi məbədin qalıqları aĢkar edilmiĢdir. Və 
bu  da  həmin  yaĢayıĢ  məskəninin  Aquen  olduğunu  və  о  dövrün  hakim  dairələrinin 
diqqət mərkəzində olmasını bir daha inandırıcı Ģəkildə sübut edir. 
Ġlk orta əsrlərdə Azərbaycanın hər yerində olduğu kimi Ağdam ərazisində də 
türkdilli  tayfalara  məxsus  yeni  abidələr,  xüsusilə,  daĢ  heykəllər yayılmağa baĢlayır. 
Rayonun  Mollalar,  Papravənd,  Maqsudlu,  Xıdırlı  və  digər  kəndləri  ərazisində  onlarla 
belə daĢ heykəl aĢkar edilmiĢdir. 
VII  əsrdə  Ağdam  ərazisi  də  ərəblər  tərəfindən  iĢğal  edilir.  Burda  Ġslam 
mədəniyyətinin izləri X-XI əsrlərdən sonra nəzərə çаrpır. Ondan əvvəlki dövrdə isə 
ölkənin hər yerində olduğu kimi bu ərazidə də xristianlıq hakim idi. Ağdamda Alban 
xristianlığının  iki  abidəsi  bu  günümüzə  qədər  gəlib  çatmıĢdır.  Onlardan  biri  Xaçın 
çayının  sağ  sahilində,  Bozdağın  sıldırım  qayalığında  düzəldilmiĢ  mağara-məbəddir. 
VIII əsrə aid bu məbəddə Alban rahibləri yaĢamıĢlar. 


Ġkinci  xristian  abidəsi  isə  ġahbulaq  dağının  cənub  zirvəsində  ağ  daĢdan  inĢa 
edilmiĢ  məbəddə  Xəzinədağ  rahibliyinin  nümayəndəsi  fəaliyyət  göstərmiĢdir.  Bu 
dövrdə  türkdilli  xalqlara  məxsus  belə  abidələr  (türkdilli  xalqlardan  xəzərlərin  bir 
qismi də xristianlığı qəbul etmiĢlər) geniĢ yayılmıĢdır. 
Hələ VII əsrin ortalarından baĢlayaraq  ərəblərin, XIII  əsrin  əvvəllərindən 
monqolların,  XIV  əsrin  axırlarından  teymurilərin  Azərbaycana  aramsız  dağıdıcı 
hərbi  yürüĢləri  ölkənin  hərtərəfli  inkiĢafına  sarsıdıcı  zərbələr vurmuĢ,  bir  çox  Ģəhər  və 
kəndləri  xarabalığa  çevirmiĢdir.  ġübhəsiz,  belə  dağıdıcı  yürüĢlər  zamanı  iĢğalçılar 
tərəfindən  Ağdama  da  güclü  zərbələr  dəymiĢ  və  o,  uzun  müddət  tarix  səhnəsində 
Gəncə, Naxçıvan, Təbriz, Dərbənd, ġamaxı, Bakı və baĢqa bu kimi qədim, möhtəĢəm 
Ģəhərlərlə  ayaqlaĢa  bilməmiĢdi.  Güman  etmək  olar  ki,  Ģəhər  iĢğalçılar  tərəfindən 
dağıdıldıqdan  sonra  əhali  oranı  tərk  edərək,  indiki  Ağdam  Ģəhərinin  yerləĢdiyi 
ərazidə  məskunlaĢaraq  yeni  Ģəhərin  təməlini  bina  etmiĢlər.  Bu  versiya  tarixi 
baxımdan  daha  inandırıcı  görünür.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Gavurqala  (yəni, 
Aquen)  yaĢayıĢ  məskəni  X-XI  əsrlərə  qədər  tarix  səhnəsində  mövcud  olmuĢdur  və 
sonralar mənbələrdə nə Ģəhərin özü, nə də adı haqqında heç bir məlumat verilmir. Bu 
da onunla bağlıdır ki, yuxarıda qeyd etdiyimiz kimi, artıq Ģəhər Xaçın çayı sahilində 
deyil,  baĢqa  bir  ərazidə,  Qarqar  çayı  yaxınlığında  bina  edilmiĢdir.  Artıq  Ģəhərin  adı 
Aquen  deyil,  Ağdam  adlanırdı.  Ən  maraqlı  cəhətlərdən  biri  də  Aquen  sözünün 
Ağdamla  nə  vaxt əvəz  olunmasıdır.  Qeyd etmək  lazımdır  ki,  həm  Aquen,  həm  də 
Ağdam toponomik adı türk mənĢəli söz olub, coğrafi məkanla daha sıx bağlıdır. Aquen 
adının  mənĢəyi  mənsub  olduğu  Alban  dövlətinin  adı  ilə  eyni  kökdən  qaynaqlanır. 
Aquen adındakı “aqu” sözü türk dillərində “equ”, “eyi” kimi iĢlənərək, “yaxĢı”, “xoĢ”, 
“mülayim”  mənasını  daĢıyır.  Addakı  “en”  morfımi  isə  Alban  adındakı  “ban”,  “van” 
sözləri ilə sinonim olaraq mənası “məkan”, “yurd” kimi ifadə olunur. Onda bu deyilən 
sözlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  Aquen  adının  mənası  “yaxĢı”,  “xoĢ”, 
“mülayim”, “məkan”, “yurd” deməkdir. 
IX  əsrdən  baĢlayaraq  Azərbaycanda  bir  sıra  feodal  dövlətləri  yaranır. 
Bunların  içərisində  ən  möhtəĢəmi  Xaçın  knyazlığı  olmuĢdur.  Alban  Mehranilər 
sülaləsinin  nümayəndələri  tərəfindən  idarə  olunan  bu  knyazlığın  məhsuldar 
torpaqları Ağdam ərazisində idi. 
XI əsrdə ölkə bütünlükdə Atabəylər dövlətinin himayəsinə keçir. 
XI  əsrin  ortalarında  isə  Ağdam  bütün  Azərbaycanla  birlikdə  səlcuq 
sultanlığının  himayəsinə  daxil  olur.  Ağdam  rayonu  ərazisində  səlcuq 
mədəniyyətinin izlərinə təsadüf olunurdu. 
XII-XIII  əsrlərdə  Qarabağ  ərazisində  səlcuq-oğuz  tayfalarının  bəziləri 
məskunlaĢmıĢlar. 
Tarixdə  Aquen  adının  Ağdam  adı  ilə  nə  vaxt  əvəz  olunması  haqqında  heç 
bir dəqiq məlumat yoxdur. Ancaq tarixi məqamlara nəzər yetirərək belə fıkir söyləmək 
olar ki, bu ad dəyiĢikliyi XI-XII əsrlərə təsadüf etmiĢ olur. Və həmin vaxtlardan sonra 
bəzi tarixi hadisələrdə Ağdamın adı çəkilməyə baĢlayır. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə