Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

Eləcə də güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli 
alimləri  ilə  respublikamızda  ad-san  qazanmıĢdır.  Əməyə  bağlılıq,  halal  zəhmət  də 
füzulilərin həyat tərzi olmuĢdur. Bu torpağın yetirməsi ġamama Həsənova iki dəfə 
Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  görülmüĢdür.  Ġslam  Rzayev  və  Qəndab 
Quliyeva xalq artisti olmuĢdur. Füzulidə 300-dən aıtıq elmlər namizədi və doktoru 
yetiĢmiĢdir. 
Füzuli rayonu həm də yaĢı minilliklərə gedib çıxan Azıx mağarası, Quruçay 
mədəniyyəti, tarixi və memarlıq abidləri ilə tanınır. 
Füzuli  rayonu  23  avqust  1993-cü  ildə  Ermənistan  silahlı  qüvvələri 
tərəfındən iĢğal olunmuĢdur. 
1994-cü  ildə  aparılan  uğurlu  hərbi  əməliyyatların  sayəsində  rayonun  80 
yaĢayıĢ  məntəqəsindən  23-ü  azad  edilmiĢ,  54  minə  yaxın  füzulili  doğma  yurd-
yuvalarına qayıtmıĢdır. Bununla belə hələ də 50 mindən çox məcburi köçkün Bakı 
Ģahəri  və  Respublikamızın  50  Ģəhər  və  rayonunda  məskunlaĢıb.  Füzulidə  bu  gün 
ermənilər  zəbt  etdiyi  torpaqlarımızda  ekoloji  terrorla  yanaĢı,  rayonun  XII  əsrə 
gedib  çıxan  qəbristanlığını,  XVII  əsrə  aid  Mirəli  türbəsini,  Cəlil  türbəsini,  XIX 
əsrdə tikilmiĢ məscidi, Ġmamzadə türbəsini və qədim körpüləri darmadağın edərək 
vandallıq etmiĢlər. Qeyd edək ki, Qarabağ savaĢında Füzuli rayonundan 1100-dən 
çox  Ģəhid,  1550  nəfər  əlil,  181  nəfər  itkin  düĢmüĢdür.  Füzuliyə  erməni  təcavüzü 
nəticəsində 36361 nəfər uĢaq zərər çəkmiĢ, onlardan 155 nəfəri yetim qalmıĢdır. 8 
nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüĢdür. 
Müharibənin  əsas  ağırlığını  Qacar,  Divanlılar,  Yuxarı  Veysəlli,  AĢağı 
Veysəlli,  Qaradağlı,  Üçbulaq,  ArıĢ,  Qoçəhmədli,  Cuvarlı,  Güzdək,  Gorazıllı, 
Cəmilli,  Dilağarda,  Yağlıvənd,  GovĢad,  XələfĢə,  Mollavəli  kəndlərinin  əhalisi 
çəkmiĢlər. 
Hazırda rayonun iĢğaldan azad olunmuĢ  ərazisində 1 Ģəhər (Horadiz), 11 
qəsəbə, 21 kənd vardır. Qəsəbələrdən 11-i respublika Prezidentinin Fərmanları ilə 
Dövlət  Neft  fondundan  ayrılmıĢ  vəsait  hesabına  iĢğaldan  azad  olunmuĢ  ərazidə 
salınmıĢdır. 
 
COĞRAFĠYASI 
 
Füzuli Qarabağ dağ silsiləsinin cənub Ģərq ətəklərindən Araz çayına qədər 
maili  düzənlik  və  alçaq  sahələri  əhatə  edir.  Cənub-qərbdə  Cəbrayıl,  Ģimalda 
Xocavənd,  Ağcabədi,  Ģərqdə  Beyləqan  rayonları  və  cənubda  Araz  çayı  boyunca 
Ġranla  həmsərhəddir.  Ərazisi  1386  kv.  km.dir.  Əhalinin  sayı  111,9  min  nəfərdir 
(01.01.2009). 
Rayon  ərazisindən  axan  Quruçay,  Köndələnçay,  Qozluçay,  Çərəkən 
çayları Araz hövzəsinin çaylarıdır. 
Köndələnçay  Arazın  sol  qoludur.  Xocalı,  Xocəvənd  və  Füzuli  rayonları 
ərazisindən axaraq Bala Bəhmənli kəndinin yaxınlığında Araza tökülür. Uzunluğu 


89  km,  hövzəsinin  sahəsi  594  kvadrat  km.dir.  BaĢlanğıcını  Qarabağ  vulkanik 
yaylasındakı  Çaxmaqdağdan  (1780  m)  səthə  çıxan  bulaqlardan  alır.  Ən  böyük 
qolu, soldan Keçəlçay (uzunluğu 29 km) hesab edilir. 
Axımı  əsasən  yağıĢ  (59%)  və  yeraltı  (29%),  qismən  də  qar  (12%) 
sularından əmələ gəlir. Yazda (mart-may aylarında) yağıĢ suları çayda daĢqın əmələ 
gətirir. Bəzi illərdə payız yağıĢları da kiçik daĢqınlar yaradır. DaĢqın dövründə illik 
axım həcminin 60-70%-ə qədəri keçir. Çayın orta illik su sərfi 0,55 kub m/san-dir. 
Bunun da 45%-i  yaz, 22%-i yay, 17%-i payız, 16% -i isə qıĢ fəslində axır. Ġntensiv 
suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axım həcminin 3-5%-ni 
təĢkil  edir.  Orta  illik  asılı  gətirmələri  0,82  kq/san,  orta  lillənməsi  isə  1210  q/kub 
m.dir.  Suyunun  orta  minerallaĢması  300-500  mq/1  olmaqla  hidrokarbonatlı-
kalsiumludur. 
Köndələnçaydan  suvarma  iĢlərində  səmərəli  istifadə  etmək  məqsədilə 
Füzuli rayonu ərazisində çayın üzərində su tutumu 2 mln kub m, Yağlıvənd kəndi 
yaxınlığında 4 mln kub m olan su anbarları yaradılmıĢdır. 
Quruçay  Arazın  sol  qoludur.  Xocavənd  və  Füzuli  rayonları  ərazisindən 
axır.  Uzunluğu  82  km,  hövzəsinin  sahəsi  512  kvadrat  km.dir.  Suyunun  çox 
hissəsini yağıĢ (75-80% ) sularından alır. Çayda əsas daĢqın yazda olur. Bu dövrdə 
i l l i k   axım  həcmindən  30-35  dəfə  çox  olur.  Ġyul-avqust  aylarında  çayın  suyu  çox 
azalır,  bəzi  illərdə  isə  tamamilə  quruyur.  Payız  fəslində  yağan  yağıĢlar  kiçik 
daĢqınlar əmələ gətirir. 
Orta  illik  su  sərfı  6,85  kub  m/san-dir.  Ġllik  axımın  26%-i  yazda,  41%-i 
yayda,  21%-i  payızda,  12%-i  isə  qıĢda  keçir.  Orta  illik  asılı  gətirmələr  sərfi  21.9 
kq/san,  lillənməsi  isə  3200  q/kub  m-dir.  Suyu  hidrokarbonatlı-kalsiumlu  olmaqla 
300 mq/1 minerallaĢmaya malikdir. 
DaĢqınlar  zamanı  Quruçayın  suyu  bütünlüklə  Dövlətyarlı  su  anbarına 
axıdılır. Yay fəslində suvarma iĢlərində geniĢ istifadə olunur. 
Qozluçay  Arazın  sol  qoludur.  Xocavənd  və  Füzuli  rayonları  ərazisindən 
axır.  Uzunluğu  28  km,  hövzəsinin  sahəsi  100  kvadrat  km.dir.  BaĢlanğıcını  Kiçik 
Qafqazın  cənub-Ģərq  yamacının  1520  m  hündürlüyündən  götürür.  Suyunun  çox 
hissəsini yağıĢ suları təĢkil edir. Yalnız güclü yağıĢlar zamanı suyu Araza çatır. Daimi 
axara malik deyildir. 
 
TARĠXĠ MƏDƏNĠYYƏT 
ABĠDƏLƏRĠ 
 
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq 
kurqanlarında,  GünəĢtəpədə,  Quruçay  sahillərində  və  digər  yerlərdə  tədqiqatlar 
aparılmıĢ,  Azərbaycanın  qədim  kökə  sahib  olduğu  sübut  edilmiĢdir.  1968-ci  ilin 
yayında  mərhum  arxeoloq-alim  Məmmədəli  Hüseynov  tərəfindən  aĢkar  olunmuĢ 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə