Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

edilən  dairəvi  gümbəzin  üstü  açıq  olduğundan  ona  “BaĢıkəsik  gümbəz”  deyirlər. 
Bu  yerlərdə  dolanan  rəvayətlərə  görə  bu  gümbəzin  tikintisi  yarımçıq  qalmıĢdır. 
Abidənin  yerləĢdiyi  Dağtumas  kəndi  isə  çox  vaxt  el  arasında  Gümbəz  kəndi  adı  ilə 
adlandırılmıĢdır.  Gümbəzin  hündürlüyü  təxminən  12,  diametri  5  metrə  çatırdı.  Bu 
maraqlı  abidə  süni  Ģəkildə  yaradılmıĢ  hündür  bir  təpənin  üzərində  məqbərə 
üslubunda tikilmiĢdir. 
Cəbrayıl  rayonunun  ġıxlar  kəndi  yaxınlığındakı  ġıxlar  türbəsi  də  maraqlı 
abidələrdən biri hesab edilir. Tikinti tarixi XIV əsrə aiddir. El arasında ona ġıx babanın 
türbəsi  də  deyilir.  ġeyx  Səlap  Ġbn  Qiyasəddin  adına  möhürlənmiĢ  türbənin 
hündürlüyü təxminən 7 - 8, diametri isə 6 metrə yaxındır. Deyilənlərə görə gümbəz 
hissəsi sonradan uçub tökülmüĢdür. 
Cəbrayıl rayonunun Xubyarlı kəndi yaxınlığında qədim türk qəbristanlığında 
yerləĢən dairəvi və səkkizguĢəli türbələr də öz tikinti texnikasına, memarlıq üslubuna 
görə orta əsr memarlıq tarixində özünəməxsus yer tutur. Buradakı XV əsrə aid olan 
dairəvi  türbə  və  XVI  əsrə  aid  SəkkizgüĢəli  türbə  çox  maraqlı  abidələrdir.  Bu 
abidələr  və  yuxarıda  adlarını  çəkdiyimiz  türbələr  Azərbaycan  memarlığı  tarixində 
dairəvi və səkkizguĢəli türbələrin ən gözəl nümunələridir. Bu gün bu abidələrin taleyi 
bizi  çox  narahat  edir.  Ġndi  onlar  hansı  səviyyədədir?  Əsrlərin,  yüzilliklərin 
zərbələrindən,  tarixin  aĢılanmalarından  keçərək  bu  günümüzə  qədər  gəlib  çıxmıĢ  bu 
tarixi abidələr görəsən erməni vandalizmindən canlarını qurtara biliblərmi? Bəlkə də 
hansısa  top,  mərmi  onların  əzəmətli  divarlarını dağıtmıĢdır. Bu barədə  heç nə  deyə 
bilmərik,  çünki  indi  bu  abidələrə  əlimiz  çatmır.  Ancaq  onu  bilirik  ki,  Azərbaycan 
xalqına  düĢmən  kəsilmiĢ  erməni  millətçiləri  bu  xalqın  tarixini  və  mədəniyyətini 
özündə yaĢadan maddi nümunələrə də qənim kəsilib, onları məhv ediblər. 
Cəbrayılın Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan əzəmətli bir 
məscid-mədrəsə də var. Məhəmməd Ġbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, 
miladi  1678-ci  ildə  tikilmiĢdir.  Dini  və  dünyəvi  elmlərin  tədris  edildiyi  bu  məscid-
mədrəsədə  ən  böyük  din  xadimləri  alimlər  dərs  deyiblər.  XVIII  əsr  məĢhur 
Azərbaycan  klassik  Ģairi  Molla  Vəli  Vidadi  də  bu  mədrəsədə  dərs  deyib.  Məscid 
kompleksi  ərazisində  xüsusi  otaqlar,  hücrələr  olmuĢdur  ki,  bu  hücrələrdə  Ģagirdlərə 
dərs  verilmiĢdir.  Dağlıq  Qarabağ  hadisələri  baĢlamamıĢ  bu  məscid-mədrəsə 
kompleksi yüksək səviyyədə bərpа olunmuĢ, ilkin formasına gətirilmiĢdir. 
Cəbrayıl  kəndində  yerləĢən  XVI  əsrə  aid  Sultan  Məcid  hamamı  da  orta  əsr 
Azərbaycan  memarlığının  gözəl
 
abidələrindən  biridir.  Forma  və  tikinti  üslubuna 
görə  Cəbrayıl  ərazilərindəki  türbələrlə  qonĢu  Füzuli,  Qubadlı  və  Zəngilan 
ərazilərindəki abidələr arasında çox oxĢarlıqlar var. Ona görə də tarix elmləri doktoru 
MəĢədi-xanım  Nemotova  güman  edir  ki,  Araz  və  Həkəri  çayları  hövzəsindəki 
türbələr  Məmmədbəyli  kəndindəki  türbənin  memarı  Əli  Məcdəddin  və  onun 
Ģagirdləri tərəfındən tikilmiĢdir. 
Azərbaycanın bütün rayonlarında müxtəlif qəbirüstü abidəlor, о cümlədən 
qəbirüstü  qoç  və  at  fiqurları  olmuĢdur.  Bu  qəbirüstü  abidələrin  üzərində  verilmiĢ 


təsvirlər xalqın adət-ənənəsi, məĢğulliyəti, peĢəsi haqqında bilgilər verir. Təbii ki, bunlar 
da  Azərbaycan  tarixinin  müəyyən  bir  dövrünü  əks  etdirir.  Belə  abidələri  daĢımaq 
mümkün olduğundan hələ neçə illər öncə ermənilər bu abidələri daĢıyır, sındırır və 
ya məhv edirdilər. 
Bütün  bunlarla  bərabər  Cəbrayıl  ərazilərində  onlarla  arxeoloji  abidələr, 
kurqanlar  qədim  yaĢayıĢ  məskənləri,  qədim  qəbirstanlıqlar  bu  yerlərin  tarixini 
öyrənmək baxımından ən mötəbər mənbələr idi. Bu gün о mənbələr də yerlə-yeksan 
edilmiĢdir. 
Son  illərdə  rayon  mərkəzində  ucaldılmıĢ  ayrı-ayrı  inzibati  binalar  hər  biri  öz 
dövrünün tarixi memarlıq abidəsi idi. Bəs bu abidələrin taleyi necə oldu? Bunların 
hamısı üçün məsuliyyət Ģübhəsiz ki, erməni millətçilərinin üzərinə düĢür. 
 
GÖRKƏMLĠ ġƏXSĠYYƏTLƏRĠ 
 
Cəbrayıl  rayonu  zaman-zaman  görkəmli  elm  xadimləri,  keçmiĢ  SSRĠ  və 
dünya  miqyasında  tanınmıĢ  alimləri  -  ziyalıları  ilə  tanınmıĢdır.  Cəbrayıl  torpağı 
Azərbaycan  mədəniyyətinə,  ədəbiyyatına,  ictimai  fıkir  tarixinə  nadir  Ģəxsiyyətlər 
vermiĢdir. Тəkcə Soltanlı kəndindən 40-dan çox alim yetiĢmiĢdir. 
Azərbaycan aĢıq poeziyasının yaradıcısı Dirili Dədə Qurbani məhz bu torpaqda 
doğulmuĢ, burada boya-baĢa çatmıĢdır. Alimlərimizin çoxsaylı mülahizələrindən sonra 
belə  qənaətə  gəlinmiĢdir  ki,  Qurbani  təxminən  1477-ci  ildə  Diri  dağının  ətəklərində 
yerləĢən  keçmiĢ  Diri  kəndində  anadan  olmuĢ,  baĢı  qalmaqallar  çəksə  də,  təxminən 
70-71 il ömür sürmüĢ, 1548-ci ildə doğulduğu kənddə dünyasını dəyiĢmiĢ, sevgilisi 
Pəri ilə birlikdə Diri dağının hündür bir yerində dəfn edilmiĢdir. 
Qurbani  səfəvilər  dövlətinin  banisi  ġah  Ġsmayıl  Xətai  və  onun  oğlu  I 
Təhmasibin hakimiyyəti illərində yaĢayıb-yaratmıĢ, onların sarayına yaxın olmuĢ, Ģeri, 
ədəbiyyatı sevən, özü də gözəl Ģerlər yazan Xətai ilə Ģəxsən tanıĢ olmuĢdur. Qurbani 
öz Ģerlərində vətəni, doğma torpağı, təbiəti sevgi və məhəbbət hissi ilə, xüsusi bir 
məftunluqla  tərənnüm  etmiĢdir.  Böyük  el  sənətkarı  haqqın  ədalətin  təntənəsinə 
inanırdı.  Qurbani  aĢıq  Ģerinin  əksər  formalarında  əsərlər  yazmıĢ,  özü  də  novator 
sənətkar kimi ədəbi formaya yenilik gətirmiĢ, divani Ģeir formasını yaratmıĢdır. Bunlardan 
ən məĢhurları ġah Ġsmayıl Xətainin ölümünə yazdığı mərsiyə-divaniləridir. 
XIX əsrdə Cəbrayılın Azərbaycan poeziyasına bəxĢ etdiyi nadir simalardan biri 
də  AĢıq  Pəridir.  O,  Araz  qırağında  yerləĢən  Maralyan  kəndində  doğulmuĢdur.  Firidun 
bəy  Köçərli  yazır  ki,  AĢıq  Pəri  ibtidai  təhsilini  öz  kəndində  almıĢ,  özü  də  əhli-hal, 
sahibcamal bir xanım olmuĢdur. 
AĢıq  Pərinin  həyatı  haqqında  müxtəlif  versiyalar  söylənməkdədir. 
AparılmıĢ son tədqiqatlardan məlum olmuĢdur ki, o, 1813-cü ildə bu kənddə anadan 
olmuĢ,  1848-ci  ildə  isə  vəfat  etmiĢdir.  Qəbri  Karxulu  kəndinin  qədim 
qəbiristanlığında yerləĢir. ĠĢğal dövrünə qədər onun qəbri üstündə kiçik bir məqbərə 
- abidə də ucaldılmıĢdır. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə