Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

1841-ci ildə Qarabağ əyaləti, о cümlədən Cəbrayıl ərazisi mərkəzi ġamaxı 
Ģəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə yeni yaradılmıĢ ġuĢa qəzasının tabeliyində 
olmuĢdu.  1873-cü  ildə  Cəbrayıl  və  ona  qonĢu  olan  ərazilər  ġuĢa  qəzasının 
tabeliyindən  çıxarılaraq  Yelizavetpol  (Gəncə)  quberniyasının  tərkibində  Cəbrayıl 
qəzası  təĢkil  edildi.  Qəzanın  məhz  Cəbrayılda  yaradılması  təsadüfi  deyildi.  ġuĢa 
qəzasının  ərazisi  böyük  olduğundan  qəza  idarələri  yerlərlə,  xüsusilə  Cəbrayılın 
Arazboyu  məntəqələri  ilə  əlaqə  saxlaya  bilmirdi.  Cəbrayıl  kəndi  strateji  cəhətdən 
əlveriĢli  mövqedə  olduğundan  rus  hərbi  qarnizonu  hələ  1802-ci  ildə  burada  hərbi 
Ģəhərcik  salmıĢdı.  Xudafərin  karvan  yoluna  nəzarət  edən  Karantin  -  Gömrük 
idarəsi və çar hökumətinin müvəkkili bu kənddə idi. 
Yeni  yaradılmıĢ  Cəbrayıl  qəzasının  əhalisi  66360  nəfər  idi  (1897).  Qəza 
indiki  Cəbrayıl,  Füzuli,  Xocavənd  rayonlarının,  Qubadlı  rayonunun  Xanlıq 
kəndindən  Araza  və  oradan  da  Zəngilan  rayonunun  Bartaz  kəndinə  qədər  əraziləri 
əhalə edirdi. 
Cəbrayıl  ərazisində  dünya  memarlıq  sənətini  bəzəyən,  Azərbaycan 
memarlıq tarixində özünəməxsus yer tutan çoxlu monumental abidələr - körpülər, 
qalalar,  türbələr,  gümbəz  və  məscidlər  vardır.  Bu  gün  о  abidələr  nankor 
qonĢularımızın  murdar  ayaqları  altında  inləməkdə,  ernəni  vandalizminin  dünyaya 
sığmayan vəhĢiliklərinin Ģahidi olmaqdadır. 
Cəbrayıl  ərazisində  yerləĢən  və  ermənilər  tərəfındən  iĢğal  edilən 
abidələrdən  biri  dünya  memarlıq  sənətinin  nadir  incilərindən  olan  Xudafərin 
körpüləridir. Araz çayı üzərində ucalan bu möhtəĢəm abidələrin biri 11, digəri isə 15 
aĢırımlı  körpülərdir.  On  bir  aĢırımlı  köpünün  uzunluğu  130,  eni  6,  hündürlüyü  12 
metrdir. On beĢ aĢırımlı körpününsə uzunluğu 200, eni 4.5, hündürlüyü 10 metrdir. 
Körpülər  bir-birindən  800  metr  aralı  tikilmiĢdir.  Onların  tikinti  texnikası  və  tarixi 
haqqında müxtəlif fıkirlər söylənməkdədir. 
On  bir  aĢırımlı  körpünün  daha  qədim  olması,  onun  Əhəmənilər  imperiyası 
zamanında,  e.ə.  VI-III  əsrlərdə  ağacdan  tikilməsi,  sonralar  XII  əsrdə  Eldəgəzlər 
hakimiyyəti  dövründə  yenidən  quralması  söylənilir.  On  beĢ  aĢırımlı  körpünün  isə 
eramızın  I  əsrində  inĢa  edilməsi,  XIII  əsrdə  Elxanilər  dövründə  yenidən  bərpa 
edilməsi alimlərimiz tərəfindən təsdiq edilmiĢdir. 
Xudafərin  körpüləri  Azərbaycan  inĢaatçılarının  müstəsna  mühəndislik 
qabiliyyətinin  ən  gozəl  nümunələrindən  biridir.  Hər  iki  körpünün  ayrı-ayrı  tağlarını 
birləĢdirən sütunların hər biri çayın içərisində olan sal qayaların üzərində tikilmiĢdir. Bu 
da körpülərin bünövrəsinin  əbədiliyinin təminatıdır. Xudafərin  “xuda”  və  “afərin” 
sözlərindən  ibarətdir.  “Xuda”  -  Allah  deməkdir,  “afərin”  isə  alqıĢ,  mərhəba 
mənasını verir. Ġfadə bütövlükdə “Allah tərəfındən yaradılmıĢ”, “Allaha alqıĢ”, “Allaha 
mərhəba”  deməkdir.  Bu  körpülərin  Hindistandan  tutmuĢ  Yaxın  və  Orta  ġərqlə  ġimali 
Azərbaycan,  bütün  Zaqafqaziya  və  Dərbənd  vasitəsilə  Rusiya  və  Qərbi  Avropa 
ölkələri  arasında  ticarət  əlaqələrinin  inkiĢafı,  qədim  ipək  yolunun  müntəzəm 


fəaliyyətdə  olması,  Azərbaycanın  cənubu  ilə  Ģimalının  iqtisadi  və  mədəni  əlaqələri 
üçün müstəsna əhəmiyyətinə Ģahidlik edir. 
Bir  vaxtlar  Azərbaycanı  iki  yerə  bölən  coĢqun  Arazın  üzərində  о  taylı,  bu 
taylı  həmvətənlərimizin  bır-birinə  uzanan  nisgilli  qollarına  çevrilmiĢ  insan 
addımlarına həsrət qalan bu körpülər indi adi insan baxıĢlarına belə həsrətdir. Ġndi bu 
körpüləri inĢa edənlərin  nəvə-nəticələrinə  bu  əzəmətli  abidələrə  baxmaq da qadağan 
edilib. 
Bunlardan  baĢqa,  Cəbrayıl  çoxlu  digər  arxeoloji  və  tarixi  memarlıq 
abidələri  ilə  zəngindir.  Qalacıq  kəndində  “Məscid  təpəsi”,  “Canqulu”  və 
“Qumtəpə”  kurqanları,  Tatar  kəndi  yaxınlığında  е.ə  III  minilliyə  aid  siklop 
tikintiləri,  Dağtumasda  “BaĢıkəsik  gümbəz”,  Sirikdə  “Qala”,  Çələbilər  kəndində 
məscid-mədrəsə  kompleksi,  ġıxlar  kəndində  “Dairəvi  türbə”,  Xubyarlıda  Dairəvi  və 
Səkkiz  guĢəli  türbələr  belə  maraqlı  sənət  əsərləridir.  Cəbrayılda  həm  dünya 
əhəmiyyətli,  həm  respublika  əhəmiyətli,  həm  də  yerli  əhəmiyyətli  çoxlu  abidələr, 
baĢqa sözlə 120-уə  yaxın qədim tariximizi özündə  əks etdirən  abidələr var idi. Bu 
abidələrin  hər  biri  doğma  yurda  həsrət  qalan  insanların  isti  nəfəsinə,  hənirinə 
möhtacdir. Bu həsrəti, ayrılığa salan isə xalqımıza düĢmən kəsilmiĢ insafsız və  namərd 
qonĢularımız - ermənilərdir. 
Erməni  iĢğalına  məruz  qalmıĢ  abidələrimizdən  biri  Arazın  sol  sahilində  Diri 
dağın  üzərində  tikilmiĢ  “Qız  qalası”dır.  Tədqiqatçılar  bu  abidəni  XII-XIII  əsrlərə  aid 
edirlər. Ümumiyyətlə Azərbaycanın bir sıra guĢələrində Qız qalası adlandırılan qalalar 
vardır. ġübhəsiz  ki, bu qalalar  haqqında  müxtəlif rəvayətlər olsa da,  bunlar о dövrlər 
üçün xarakterik hesab olunan müdafıə qalaları - baĢqa sözlə göz qalası idi. Qalanın 
tikinti-memarlıq  üslubuna  nəzər  saldıqda  onun  orta  əsr  memarlığının  ən  gözəl 
nümunələrindən  biri  olduğu  məlum  olur.  Qaladan  baxarkən  Diri  dağından  Naxçıvan 
istiqamətinə qədər ərazilər və Ġranın Arazboyu hissəsi tam aydın görünür. 
Belə  qalalardan  biri  də  V-VI  əsrlərə  aid  olan  Sirik  qalasıdır.  Qala 
təxminən  500  kv.metrlik  ərazini  əhatə  edir.  Çaxmaq  daĢı  ovuntusunun  əhənglə 
qarıĢıq  məhlulundan  istifadə  edilərək  daĢdan  tikilmiĢ,  bürcü  palıd  ağacının  özəyi 
üzərində  qurulmuĢdur.  Qalaya  yalnız  bir  tərəfdən  ancaq  sıldırım  qayalıqlarla  çıxmaq 
olar. Bu tikintidən də müĢahidə və düĢmən iĢğalından uzun müddət müdafiə olunmaq 
üçün istifadə olunmuĢdur. 
Ermənilərin  Azərbaycan  xalqına  və  onun  tarixinə,  mədəniyyətinə  qarĢı 
“səlib yürüĢü” heç də beĢ ilin, on ilin söhbəti deyildir. Tarixin bütün dövrlərində öz 
bədxah  niyyətlərini  həyata  keçirən  ermənilər  hələ  Dağlıq  Qarabağ  münaqiĢəsi 
baĢlamamıĢdan qabaq Cəbrayıl rayonunda olan qədim tarixi abidələri gəzir, özlərinin 
hansısa  bir  saxta  tarixini  əks  etdirən  kitabələr,  niĢanələr  və  s.  basdırmıĢlar.  Bu 
çirkin  əməllər  deyəsən  təkcə  Cəbrayıl  ərazisində  yox,  digər  ətraf  rayonlarda  və 
Dağlıq Qarabağ ərazilərində həyata keçirilmiĢdir. 
Cəbrayıl  rayonunda  ermənilərin  tapdaqları  altında  qalan  abidələrimizdən 
biri Dağtumas  kəndində  yerləĢən BaĢıkəsik gümbəzdir. XIII-XIV  əsrlərə  aid hesab 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə