Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

olmuĢ,  191  nəfər  əlil  olmuĢdu.  6  nəfər  Azərbaycanın  Milli  Qəhrəmanı  adına  layiq 
görülmüĢdür. 
Bundan baĢqa vaxtilə Cəbrayıldan 7 nəfər Sosialist Əməyi Qəhrəmanı, 1 
nəfər Sovet Ġttifaqı Qəhrəmanı adına layiq görülmüĢdür. 
 
TARĠXĠ VƏ MƏDƏNĠYYƏT 
ABĠDƏLƏRĠ 
 
Qarabağın  öz  dilbər  guĢələri  ilə  seçilən  buz  bulaqları,  zümrüd  meĢələri, 
əzəmətli  dağları,  zəngin  tarixi-mədəni  abidələri  ilə  yaddaĢlarda  qalan  ən  gözəl 
yerlərindən biridir Cəbrayıl rayonu. 
ġəriət  risalələrində  deyilir:  “Cənnət  torpağı  gümüĢdən  hazırlanmıĢ  ağ 
mərmərə bənzər. Çınqılı mirvari və yaqut, tozu zəfərandır. Ora düĢən səadətə çatar, 
ümidsiz  olmaz,  əbədi  yaĢayar.  Cənnətdə  dadı  dəyiĢməyən  sudan  irmaqlar,  təmi 
çönməyən süddən çaylar var. Uca Allah cənnətə ab – Kövsər çayı bəxĢ edib ki, ondan 
içən bir daha susamaz. Suyu baldan Ģirin, süddən ağdır”. 
Bu  ilahi  kəlamları  oxuyanda  istər-istəməz  əsrarəngiz  gözəlliklər  diyarı, 
heyrətamiz maddi-mənəvi sərvətlər məskəni Cəbrayılımız yada düĢür. Tarixi kökü 
lap qədim dövrlərə gedib çıxan bu ulu diyarın təkcə adının yaranmasında nə qədər 
sirlər, müəmmalar gizlənmiĢdir... 
Tarixçi  Həmdullah  Qəzvininin  (XIII-XIV  əsrlər),  Azərbaycan  tarixçiləri 
A.Bakıxanov, Əhməd bəy CavanĢir, Mirzə Camal CavanĢir, Mirzə Adıgözəl bəу və 
baĢqalarının  əsərlərində  zəngin  tarixi  keçmiĢi  olan  Cəbrayıl  haqqında  qiymətli 
məlumatlara  rast  gəlinir.  Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələri  Qasım 
bəy  Zakir,  Cəlil  Məmmədquluzadə  vaxtilə  Cəbrayıl  qəzasının  əhalisinin  güzəranı, 
onların adət-ənənələri, mədəniyyəti barəsində maraqlı fıkirlər söyləmiĢlər. 
Alimlərin  fıkrincə,  Cəbrayıl  əraziləri  insanın  formalaĢdığı  yerlərdən  biri 
olmuĢdur. Belə ki, Dağtumas kəndi yaxınlığındakı yaĢayıĢ üçün təbii məhsulların 
və  əmək  alətlərinin  bol  olduğu  “Nəfəsli  dərə”  deyilən  ərazidə  yerləĢən  “Divlər 
sarayı”  mağarası  deməyə  əsas  verir  ki,  ibtidai  insanın  yaĢadığı  yerlərdən  biri  də 
məhz Cəbrayıl ərazisidir. Bəzi tədqiqatçılara görə, Azıxda yaĢayan ulu
 
əcdadlarımızla 
“Divlər  sarayı”nda  yaĢayan  qədim  insanlar  arasında  müəyyən  əlaqələrin  olması 
istisna deyildir. 
Rayonun Diridağı zonası, Ziyarət və Gordubaba dağ əraziləri yaĢayıĢ üçün 
əlveriĢli  olmuĢdur.  Bunlar  bitki  örtüyü  ilə  daha  zəngindir.  Diridağın  cənub 
ətəklərində,  Arazboyu  zolaqlarında,  Qız  qalası  yaxınlığında,  hətta  XX  əsrin 
əvvəllərinə qədər də keçilməz meĢələr var imiĢ. 
Fikirimizcə, bu dağın Diri adlandırılması da burada insanın yaĢaması üçün 
hər Ģəraitin olması ilə bağlıdır. ġübhəsiz ki, hələ Cəbrayıl yer adının formalaĢmasından 
çox-çox əsrlər öncə bu torpağın insanları ayrı-ayrı yaĢayıĢ məskənləri salmıĢlar. 


Cəbrayıl  rayonunun  adı  rayonun  mərkəzi  olan  Cəbrayıl  кəndinin  adından 
götürülmüĢdür. Bu adı Ġslamda və monoteist dinlərdə Allaha ən  yaxın mələk olan 
Cəbrayılın  adı  ilə  əlaqələndirənlər  də  vardır.  Cəbrayıl  sözü  ərəb  dilində  “Allahın 
qulu”, məcazi mənada Allaha yaxın olan adam deməkdir. 
Cəbrayıl  əraziləri  ən  qədim  dövrdən  Azərbaycanda  mövcud  olmuĢ 
müxtəlif  dövlətlərin  -  e.ə.  VII-IV  əsrlərdə  Midiya  dövlətinin,  e.ə.  IV-III  əsrlərdə 
Əhəmənilər  imperiyasının,  daha  sonralar  Səlcuqların,  eləcə  də  Pazkank,  Əhristan, 
Dızaq adlandırılan mahalın tərkibində idi. 971-l086-cı illərdə ġəddadilərin, 1250-ci 
ildə monqolların, 1387-ci ildə Teymurilərin, 1412-ci ildə Qaraqoyunluların, 1478-
ci ildə Ağqoyunluların, 1501-ci ildə Səfəvilərin tərkibində olmuĢdur. 
Bu  kəndin əsasını  qoymuĢ  Cəbrayıl  ata  təxminən  VIII-IX  əsrlərdə  yaĢayan, 
Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuĢ və Ziyarət dağından 
Araz  çayına  qədər  ərazilər  Cəbrayıl  ataya  və  onun  övladlarına  məxsus  olmuĢdur. 
Hazırda bu  ərazilərdə  yerləĢən Mirzəcanlı, Yarəhmədli, Hasanlı, MaĢanlı, Xubyarlı 
və digər kəndlər də, deyilənlərə görə, onun övladlarının adı ilə bağlıdır. Bu müqəddəs 
Ģəxs hələ öz sağlığında böyük hörmət və  nüfuz sahibi olduğundan, vəfat edərkən öz 
mülkünün  axar-baxarlı  bir  yerində  -  AlpaĢa  dağının  üstündə  dəfn  edilmiĢ  və 
üzərində məqbərə tikilmiĢdir. 
Cəbrayılın “ağa”, “müqəddəs Ģəxs”, nəhayət, “ata” adlandırılması sübut edir 
ki,  o,  həqiqətən,  bu  ərazilərin  çox  nüfuzlu  adamı,  doğma  elini  sevən,  övladlarına, 
təbəələrinə doğru yol göstərən xeyirxah bir el ağsaqqalı imiĢ. 
Cəbrayıl  ata  məqbərəsi  Qarabağın  dağlıq  hissəsində,  erməni  kəndlərinin 
yaxınlığında  olduğundan  erməni  “tədqiqatçıları”  bu  abidəni  də  öz  ibadətgahlarına 
çevirmək məqsədi ilə onun üzərində sonralar xaç iĢarəsi həkk etmiĢlər. 
Cəbrayılın  “ata”  adlandırılmağa  layiq  nüfuzlu  bir  Ģəxs  olmasını  təsdiq  edən 
faktlardan  ən  mühümü  onun  adını  daĢıyan  Cəbrayıllı  tayfasının  mövcudluğudur. 
Cəbrayıllı  tayfası  haqqında  məlumatlara  A.  Bakıxanovun,  Mirzə  Həsən  Əfəndinin 
əsərlərində,  habelə  akademik  S.  Sumbatzadənin  və  tarix  elmləri  doktoru  S. 
Onullahinin  tədqiqatlarında  rast  gəlirik.  Belə  görünür  ki,  Cəbrayıl  hələ  öz 
sağlığında  “ata”  kimi  tanınan  el  ağsaqqalı  olduğu  kimi,  onun  övladları  da  öz 
dövrlərinin sayılan adamları imiĢ, zaman keçdikcə onların törəmələri artıb çoxalmıĢ, 
nəhayət, bir tayfa kimi təĢəkkül tapmıĢdır. 
Cəbrayıllı tayfası və bu tayfaya daxil olmayan kəndlərin əhalisi Azərbaycanda 
yaranmıĢ siyasi vəziyyətlə əlaqədar XV əsrdə Qaraqoyunlu vo Ağqoyunlu, XVI-XVII 
əsrlərdə  qızilbaĢlar  və  Ģahsevənlər,  XVIII  əsrdə  əfĢarlar,  nəhayət  CavanĢir  tayfa 
ittifaqlarının  tərkibinə  daxil  idilər.  Ona  görə  tədqiqatçıların  bəziləri  cəbrayıllıları  gah 
CavanĢir, gah da ƏfĢar tayfasının bir tirəsi kimi qələmə verirdilər. Lakin Cəbrayıllı 
tayfası  tayfa  ittifaqlarına  daxil  olsa  da,  “tayfa”  sözü  “kənd”  sözü  ilə  əvəz 
edildiyindən XIX  əsrin 30-cu illərindən sonrakı yazılı mənbələrdə və rəsmi dövlət 
sənədlərində Cəbrayıllı tayfasının adına rast gəlinmir. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə