Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

preneandertal-Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 
km aralı məsafədə yerləĢən Azıx mağarasında tapılmıĢdır. Azərbaycan arxeologiya 
elminin  böyük  nailiyyətləri  olan  bu  abidə  Qarabağın  Füzuli  ərazisində  vaxtilə 
qədim paleolit dövrünün mövcudluğunu aĢkarladı. 
Füzuli  rayonunun  müxtəlif  ərazilərində,  xüsusilə  də  Arazboyu  ərazilərdə 
və  Quruçay-Köndələnçay  vadisində  qədim  türkdilli  xalqlara  məxsus  abidələr,  о 
cümlədən çoxlu sayda kurqan abidələri mövcuddur. Bura Kültəpə, Üç kurqan və s. 
göstərmək olar. 
Orta  əsrlərdə  Füzuli  rayonu  ərazisində  bir  sıra  qala  Ģəhərləri  olub.  Bura 
sonralar itib batmıĢ, sovetlərin xalq təsərrüfatını inkiĢaf etdirdiyi bir dövrdə qalıqları 
məhv  edilərək  pambıq  tarlasına  çevrilmiĢ  Bəhmən  Ģəhəri,  Qarabağlar  Ģəhəri  və  s. 
daxildir. 
Füzuli  rayonunda  Əcəmi  memarlıq  məktəbinin  təsiri  ilə  inĢa  olunan  bir 
sıra  memarlıq  abidələri var  idi.  Çox təəssüf  ki,  Əhmədalılar  və  ya  Arğalı türbəsi 
(XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), AĢağı Veysəlli kəndində hamar daĢdan 
t i k i l ə n   qülləvari  Mirəli  türbəsi  (XV  əsr),  Qarğabazar  kəndində  Hacıqiyasəddin 
məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII 
əsr),  Füzuli  Ģəhərində  Hacı  Ələkbər  məscidi  (XIX  əsr),  “MəĢədi  Həbib”  hamamı 
(XIX  əsr),  Merdinli  kəndi  yaxınlığında  daĢdan  yonulan  at,  qoç  fiquru  qədim 
abidələri  (XVIII-XIX  əsrlər)  və  s.  bu  kimi  tarixi  əhəmiyyət  daĢıyan  abidələrimiz 
ermənilərin vəhĢi vandalizminə məruz qalmıĢ, məhv edilmiĢ, yandırılmıĢdır. Hər bir 
xalq  öz  tarixinin  qədimliyi  ilə  tanınır.  Lakin  iĢğalçı  ermənilər  Azərbaycana  dair 
tarixi  hər  vasitə  ilə  saxtalaĢdırmağa,  yaddaĢlardan  silməyə  çalıĢmıĢlar.  Zəbt  edilmiĢ 
torpaqlarımızın  hər  daĢının  külə  döndərilməsi,  viran  edilməsi  ermənin 
vandalizminin bir daha sübutudur. 
Qeyd  edək  ki,  Füzuli  rayonunda  ümumilikdə  22  sayda  dünya  və  ölkə 
əhəmiyyətli  daĢınmaz  tarixi  və  mədəniyyət  abidəsi,  həmçinin  indiyədək  qeydə 
alınmayan  45  sayda  yerli  əhəmiyyətli  tarixi  abidə  vardı.  Müharibədən  əvvəl 
rayonda  2  muzey olub. Bunlardan biri tarix diyarĢünaslıq  muzeyi,  digəri isə  xalq 
tətbiqi sənəti muzeyidir. Sonuncu muzeydə 800 eksponat olub. 
 
Azıx 
Azıx  -  Azərbaycan  ərazisində  ən  böyük  karst  mənĢəli  mağaradır.  Füzuli 
rayonunun  mərkəzindən 14 km Ģimal-qərbdə 900 m  hündürlükdə  yerləĢir. Burada 
bir-birilə  əlaqəli  olan  6  otaq  vardır.  Paleolit  dövrünə  aid  olan  bu  nadir  obyektin 
öyrənilməsi  1960  ildən  baĢlanmıĢdır.  1968  ildə  burada  ibtidai  insanın  alt  çənə 
sümüyü  aĢkar  edilmiĢdir.  Həmin  tapıntının  350  min  il  (AĢel  dövrü)  tarixi  vardır. 
Dünyada bu üçüncü belə tapıntıdır. Qazıntılar zamanı aĢkar edilmiĢ ən mədəni qat 
ibtidai insanın Azıx mağarasında uzun müddət ərzində yaĢadığını təsdiqləyir. Burada 
yaĢayan  ibtidai  insanlar  yığıcılıqla,  ovçuluqla  və  balıqçılıqla  məĢğul  olmuĢdular. 
Qazıntılar  zamanı  tapılmıĢ  ocaqlarda  böyük  miqdarda  kül  və  kömür  tapılmıĢdır.  Azıx 


mağarası  əyani  Ģəkildə  insanın  Azərbaycanda  1  milyon  il  öncə  yaĢadığını 
təsdiqləyir. 
Tağlar-Azərbaycanın  Füzuli  rayonunda  yerləĢir.  Paleolit  dövrünə  aiddir.  1964 
ildən öyrənilir. Mağara bir neçə otaqdan ibarətdir. Bura iblidai insanın məskunlaĢdığı bir 
yer olmuĢdur. Abidədə altı madəni qat aĢkar edilmiĢdir. Qazıntılar zamanı ocaq qalıqları, 
daĢ alətləri və fauna qalıqları tapılmıĢdır. 
 
Qaraköpəktəpə abidəsi 
Qaraköpəktəpə yaĢayıĢ yeri Füzuli Ģəhəri yaxınlığında Kiçik Qafqazın cənub-Ģərq 
ətəklərində yerləĢir. Abidə üst hissəsi yastı olan konus formalı yüksək təpə Ģəklindədir. 
Təpənin hündürlüyü 50 m olub, diametri isə Ģimaldan cənuba 220 m, Ģərqdən qərbə isə 
180 m təĢkil edir. Öncədən Qaraköpəktəpə abidəsi elmi ədəbiyyatda kurqan tipli məzar 
tikilisi kimi təqdim olunurdu. Lakin keçən əsrin 60-80 illərində aparılan əsaslı arxeoloji 
qazıntılar  nəticəsində  məlum  olmuĢdur  ki,  bu  abidə  qədim  yaĢayıĢ  məskənidir.  Buradakı 
mədəni qatlar həmin məskənin bir neçə minillik ərzində mövcüd olduğunu təsdiqləyir. 
Qaraköpəktəpənin  ən  qədim  mərhələsi  mezolit  dövrünə  təsadüf  edir.  Abidə 
ərazisində aĢkar olunan çaxmaq daĢı və obsidiandan hazırlanmıĢ mikrolitik əĢyalar həmin 
dövrdə bu ərazinin məskunlaĢmasının əyani sübutudur. Güman edilir ki, həmin təpə о 
zamanlar  mezolit  dövrü  ovçularının  yaĢayıĢ  məskəni  idi.  Qaraköpəktəpədə  üzə  çıxarılan 
növbəli  təbəqə  formalaĢmıĢ  oturaq-əkinçiliyi  dövrü  ilə  bağlıdır.  Bu  dövr  е.ə.  VI-V 
minilliklərə təsadüf edir. Həmin mərhələ iri olmayan məiĢət-təsərrüfat xarakterli saman 
tikililəri  ilə,  çox  bəsit  əkinçilik  alətləri  və  əl  ilə  hazırlanmıĢ  primitiv  gil  qablarla 
səciyyələnir.  Qaraköpəktəpə  abidəsinin  bu  mədəni  qatında  daĢ,  sümük  və  buynuzdan 
hazırlanmıĢ  kərki  və  oraqlar,  xarakterik  xüsusiyyətlərə  malik  olan  qablar  aĢkar 
edilmiĢdir. 
Tunc  emalının  baĢlandığı  və  Azərbaycan  ərazisində  ilkin  tünc  mədəniyyətinin 
yayılması  dövründə,  e.  ə.  IV-III  minilliklərdə  bu  arxeoloji  abidənin  yamacı  və 
ətəklərində dairəvi və düzbucaq Ģəkilli yaĢayıĢ və məiĢət-təsərrüfat xarakterli tikililər inĢa 
edilmiĢdir.  Bunlar  onu  təsdiqləyir  ki,  həmin  zamanlar  Qaraköpəktəpə  iri  yaĢayıĢ  və 
sənətkarlıq  mərkəzi  olmuĢdur.  Burada  qədim  sənətkarlıq  növləri  olan  metaliĢləmə, 
dulusçuluq, toxuçuluq və s. inkiĢaf etmiĢdir. 
Maraqlıdır ki, bu dövrə  aid edilən  mədəni qatın  qalınlığı 7 m təĢkil  edir.  Bu  da 
həmin  ərəfədə  abidə  ərazisində  çox  intensiv  həyat  fəaliyyətinin  mövcud  olduğunu 
sübut edir. Arxeoloji qazıntılar nəticəsində abidədən yüksək keyfıyyətli cilalı saxsı qablar, 
xırda  plastika  nümunələri  və  müxtəlif  ocaq  altlıqları  aĢkar  olunmuĢdur. 
Qaraköpəktəpə  abidısinin  sözü  gedən  qatından  çox  nadir  və  dəyərli  tapıntılar  əldə 
edilmiĢdir. Belələrinə meteorit daĢından hazırlanmıĢ nizə ucları, tunc balta üçün gil qəlib, 
semantik xarakterli zəngin dekora malik saxsı qablar aiddir. 
Abidədə aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün digər mərhələlərinə 
aid material və məmulat aĢkar olunmuĢdur. Bu dövrün üst qatlarında aparılmıĢ qazıntılar 
nəticəsində  orta  tunca  aid  əzəmətli  müdafiə  divarının  qalıqları  üzə  çıxarılmıĢdır.  Bu  qatda 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə