Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə45/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   41   42   43   44   45   46   47   48   ...   54

özünümüdafiə  dəstələri  mühüm  rol  oynayır.  Azərbaycan  həyata  keçirdiyi  döyüĢ 
uçuĢları zamanı ermənilər çoxlu sayda canlı qüvvə və hərbi texnika itirir. 
1994-cü  il  mayın  10-da  atəĢkəs  imzalandı  və  о  zamandan  cəbhə  xəttinin 
digər  hissələrində  olduğu  kimi  Füzuli  rayonunda  da  “nə  hərb,  nə  sülh”  vəziyyəti 
hökm sürür. 
Qarabağ müharibəsi dövründə Füzuli bu müharibənin ağrı-acısını ən çox 
yaĢayan rayonlardan olub. 
AtəĢkəsə  qədər  gedən  döyüĢlərdə  rayon  sakinlərindən  850-dən  çox  Ģəhid 
və  itkin,  113  girov,  1450  nəfər  müxtəlif  dərəcəli  əlili  var.  Ermənilərin  təcavüzü 
nəticəsində  36  361  uĢaq  zərər  çəkib.  Onlardan  155  nəfəri  yetim  qalıb.  Füzulinin 
yerli  müdafiəçilərindən  6  nəfər  döyüĢlərdə  göstərdikləri  Ģücaətə  görə, 
Azərbaycanın  ən  yüksək  fəxri  titulu  olan  Milli  Qəhrəmanı  adına  layiq  görülüb, 
yüzlərlə döyüĢçü isə dövlətin müxtəlif orden və medalları ilə təltif olunub. 
 
MĠLLĠ QƏHRƏMANLARI 
 

 
Fərzəliyev Pəhlivan Əhliman oğlu (1958-1992) 

 
Ġbrahimov Rasim Səxavət oğlu (1962-1992) 

 
Məmmədov Seymur Qəhrəman oğlu (1971-1992) 

 
Zülfüqarov Elxan Qaçay oglu (1954-1994) 

 
Rəfiyev Faiq Qəzənfər oğlu (1955-1992) 

 
Kərimov BəĢir Bəylər oğlu (1976-1995) 
 
 
 
MƏNBƏ 
 
 
www.azerbaijan.news 
 
www.azhack.org 
 
 www.tourism.az 
 


 


 
 


 
ÜMUMĠ MƏLUMAT 
 
Qubadlı  rayonu  14.03.1933-cü  ildə  yaradılmıĢdır.  Rayonda  1  Ģəhər 
(qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. 
Kəndləri  bunlardır  -  AĢağı  Cibikli,  Xallava,  Yuxarı  Cibikli,  Balasoltanlı, 
Qaramanlı,  Padar,  BaĢarat,  Armudlu,  DeĢdahat,  Hat,  Milanlı,  Çardaqlı,  Əyin, 
Xələc,  Tarovlu,  Çərəli,  Boyunəkər,  SaldaĢ,  Dəmirçilər,  Poladlı,  Dondarlı,  Diləli, 
Müskənli, Mirlər, Göyərcik, ƏliquluuĢağı, Fərcan, Göyyal, Hərtiz, Zor, Bəxtiyarlı, 
Saray,  Hal,  Ballıqaya,  Qəzyan,  Məmər,  Mollalı,  Həmzəli,  Çaytumas,  Əfəndilər, 
Yusifbəyli, Xanlıq, Xocahan,  Qilican, Tinli,  Xocik, Mərdanlı, Qaracallı, Qarağac, 
QarakiĢilər,  Qaralar,  HüseynuĢağı,  Kavdadıq,  Qayalı,  Abdalanlı,  Ləpəxeyranlı, 
Mahmudlu,  Mahruzlu,  Muradxanlı,  Muğanlı,  Məlikəhmədli  Qundanlı,  AlaqurĢaq, 
Davudlu Eyvazlı, Gürcülü, Qədili, Məzrə, Sarıyataq, Tatar, Qaraqoyunlu, Qiyaslı, 
Teymur,  Müskənli,  Balahəsənli,  Xıdırlı,  UlaĢlı,  Altınca,  Əbilcə,  Yuxarı 
Xocamsaqlı,  AĢağı  Xocamsaqlı,  Mehrili,  Yuxarı  Mollu,  AĢağı  Mollu, 
Mollabürhan, Zilanlı, Kürd Mahruzlu, Seləli, Novlu, ĠĢıqlı, Həkəri, Cılfır, Seytas, 
Göyər Abbas, Xəndək. 
Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. 
Qubadlı  rayonu  31  avqust  1993-cü  ildə  Ermənistan  silahlı  birləĢmələri 
tərəfindən iĢğal olunmuĢdur. 
Qubadlı  və  onun  ətrafında  yerləĢən  kəndlər  hələ  XVIII  əsrdə  Qarabağ 
inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci 
ildə  Yelizavetpol  quberniyası  yaranandan  sonra  Zəngəzurun  tərkibinə  daxil 
olmuĢdur.  Ermənistanın  Gorus,  Qafan  rayonları  və  Zəngilan,  Cəbrayıl,  Laçın  və 
Xocavənd rayonları ilə həmsərhəddir. 
Qubadlı Ģəhəri Qarabağ yaylasının cənub-Ģərqində, Bazar-çayın sahilində 
yerləĢir.  ġəhərdə  62  idarə  və  müəssisə  fəaliyyət  göstərirdi.  Burada  asfalt  zavodu, 
inkubator-quĢçuluq  fabriki,  daĢ  karxanası,  texniki-təchizat  idarəsi,  tikiĢ  fabriki, 
Azərbaycan  "Neftqazavtomat"  təcrübə  zavodu  və  baĢqa  istehsal  xarakterli 
müəssisələr də var idi. 
Qubadlı  rayonunda  21  orta,  26  səkkizillik,  15  ibtidai  məktəb,  bir  əyani-
qiyabi  orta  məktəb  var  idi.  Xanlıq  kəndindəki  126  №-li  orta  texniki  peĢə 
məktəbində hər il 300 nəfər Ģagird müxtəlif peĢələrə yiyələnirdi. 
Qubadlı  rayonunda  300  yerlik  4  xəstəxana  və  33  səhiyyə  müəssisəsi 
fəaliyyət göstərirdi. 
Rayonda  111  mədəni  maarif  müəssisəsi,  o  cümlədən  60  kitabxana,  10 
mədəniyyət  evi,  28  klub,  6  avtoklub,  23  kino  qurğusu  fəaliyyət  göstərirdi.  125 
ticarət, 96 ictimai-iaĢə, 25 məiĢət xidməti müəssisəsində əhaliyə xidmət göstərirdi. 
Rayonda  21  rabitə  müəssisəsi  vardı.  Qubadlı  qəsəbəsində  1200,  Hal, 
Muradxanlı kəndlərinin hər birində 150, Teymur Müskanlı, Balasultanlı, Çardaxlı, 


AĢağı  Mollu  kəndlərinin  hər  birində  100,  Qayalı  kəndində  50  nömrəli  ATS 
fəaliyyət göstərirdi. 
ĠĢğaldan qabaqkı son illərdə  qəsəbə  və  kəndlərdə  onlarla  yeni ictimai  və 
yaĢayıĢ  binaları  tikilmiĢ,  bağlar,  xiyabanlar,  meydanlar,  körpülər  salınmıĢ,  yollar 
çəkilmiĢdir.  Qəsəbədə  1176,  Çəpəli,  Dondarlı,  Mahruzlu  kəndlərinin  hər  birində 
422,  Muradxanlı  kəndində  325,  Balasoltanlı,  Çardaxlı,  Qaracallı  kəndlərinin  hər 
birində 192, Göyərçik kəndində 164 yerlik orta, Qayalı kəndində 216, Dəmirçilər, 
Xəndək  kəndlərinin  hər  birində  192,  QarakiĢilər,  Tarovlu,  AĢağı  Xocasamlı 
kəndlərinin  hər  birində  164  yerlik  səkkizillik,  Mərdanlı,  Padar,  Qiyaslı, 
Abdalalanlı,  Mərlər  kəndlərində  ibtidai  məktəb  binaları  da  iĢğaldan  əvvəl 
istifadəyə verilmiĢdir. 
Rayon  mərkəzindəki  müasir  tipli  xəstəxana  Ģəhərciyi,  ATS,  ticarət 
mərkəzi,  univermaq,  universam,  bazar,  mehmanxana,  kitab  evi,  Mahruzlu 
kəndindəki  poliklinika,  Qaralar  kəndindəki  ambulatoriya,  Xocik,  ĠĢıqlı,  Diləli, 
Müskanlı  kəndlərindəki  kitabxana  binaları  da  iĢğaldan  qabaq  inĢa  edilmiĢdir.  Bu 
müddət  ərzində  rayon  mərkəzində  30-a  qədər  inzibati  bina  tikilib  istifadəyə 
verilmiĢdir. 
Həmçinin iĢgaldan əvvəl rayon mərkəzində ƏliquluĢağı, Həkəri (Zəngilan 
rayonu)  Xanlıq,  Əyin,  Fərcan,  Mirlər,  Dəmirçilər,  Hərtiz,  Çərəli,  Muradxanlı, 
Qaracallı,  Eyvazlı  və  Yuxarı  Mollu  ilə  birləĢdirən  yeni  asfalt  və  Ģosse  yollar 
çəkilmiĢ, köhnə yollar geniĢləndirilmiĢdir. Xanlıq-Yuxarı Mollu, UlaĢlı-Mahruzlu, 
Qəzyan-Xocahan  və  baĢqa  kənd  arası  yollar  öz  əvvəlki  görkəmini  büs-bütün 
dəyiĢmiĢdir.  Qubadlı-Dondarlı,  Sariyataq-Padar,  Qaralar-Mahruzlu,  Teymur 
Müskanlı-Balahəsənli,  Mahmudlu-Hacılı  körpüləri  həsrətli  sahilləri  bir-birinə 
qovuĢdurduğu  kimi,  yolçulara  da  qol-qanad  vermiĢdir.  Səngər  dağının  səfalı  bir 
güĢəsində cənnət misallı Armudlu bağında tikilən ponsionat hamını sevindirmiĢdir. 
Qubadlılar öz sevimli qəsəbə və kəndlərində tikinti abadlıq iĢlərini həvəslə davam 
etdirirdilər... 
 
COĞRAFĠYASI 
 
Qubadlı  rayonunun  təbiəti  olduqca  gözəldir.  1969-cu  ildə  burada  dövlət 
yasaqlığı  yaradılmıĢdır.  Rayonda  13.2  min  hektar  meĢə  sahısi  vardır.  Palıd  bu 
meĢələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemiĢan...sərvəti, 
dağ  çayları,  Ģəlalələr,  buz  bulaqlar  Ģöhrəti,  qara  gözlü  əliklər,  xınalı  kəkliklər, 
qırqovullar,  turaclar,  göyərçinlər...  gözəlliyi  idi.  Çox  təəssüflər  olsun  ki,  hal-
hazırda  əldə  olunan  məlumatlara  əsasən  Qubadlı  meĢələri  ermənilər  tərəfındən 
qırılaraq Ermənistana və ya xarici ölkələrə daĢınır. 
Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-BərgüĢad. Həkəri çayı 
öz mənbəyini Kəlbəcərdən götürüb. Araza qovuĢana kimi bir çox  dağ çayları ona 
qovuĢur. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə