Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   40   41   42   43   44   45   46   47   ...   54

tapılan  müxtəlif  saxsı  məmulatı,  bəzək  və  digər  əĢyalar  eyni  dövrü  əhatə  edir.  Əldə 
olunan  əyani  material  yerli  əhalinin  ön  Asiya  ilə  mədəni  və  ticarət  əlaqələrinin 
inkiĢaf etdirilməsini təsdiqləyir. 
Onu da qeyd etmək gərəkdir ki, Qaraköpəktəpə yaxınlığındakı ərazidə buranın 
qədim  sakinlərinə  aid  böyük  dəfn  sahəsi  aĢkar  olunmuĢdur.  Ərazidə  aparılan  arxeoloji 
qazıntılar  zamanı  tunc  və  ilkin  dəmir  dövrlərini  əhatə  edən  maraqlı  tapıntılar  əldə 
edilmiĢdir. 
Qaraköpəktəpədəki mədəni və təsərrüfat fəaliyyəti sonrakı dövrlərdə də davam 
etmiĢdir.  Belə  ki,  ilkin  orta  əsrlərdə  burada  Böyük  Ġpək  Yolu  üstündə  ucalan  çox 
önəmli  bir  keĢikçi  qalası  mövcüd  idi.  Ərazi  bütövlüklə  daĢ  tikililərlə  örtülmüĢdür. 
Burada  aĢkar  olunan  arxeoloji  material  belə  bir  fikir  yürütməyə  əsas  verir  ki,  orta 
əsrlərdə  Qaraköpəktəpə  regionun  həyatında  önəmli  rol  oynayan  mühüm  ticarət-
sənətkarlıq mahiyyətli yaĢayıĢ məntəqəsi olmuĢdur. 
 
ĠġĞAL 
 
Rayonun Dağlıq Qarabağla həmsərhəd kəndləri hələ 1989-cu ildən erməni 
quldur  dəstələrinin  basqınına  məruz  qalıb.  1990-cı  ilin  yanvar  ayının  11-də  Füzuli 
Ģəhərinə  sovet  ordusunun  ruslardan  ibarət  desant  birləĢmələri  yeridilib.  Artıq 
həmin  dövrdə  rayonun  Qacar,  Yuxarı  Yağlıvənd,  GövĢad,  Hoğa,  Qoçəhmədli  və 
digər  kəndləri  erməni  silahlılarının  basqınlarına  məruz  qalırdı.  DüĢmənin 
hücumlarının  dəf  edilməsi  məqsədi  ilə  rayonun  kəndlərindən  və  respublikanın 
digər  bölgələrindən  gələn  könüllülərdən  ibarət  bölüklər  və  taborlar  yaradılmağa 
baĢladı. Ġlk dövrlər ov tüfəngləri və kustar üsulla hazırlanmıĢ silahlarla silahlanan 
bu  könüllülər  rus  hərbçiləri  tərəfindən  atıcı  silahlarla  təmin  olunmuĢ  ermənilərin 
basqınlarını  dəf  edirdilər.  Artıq  1991-ci  ilin  sonu,  1992-ci  illərin  əvvəllərində 
Füzuli  rayonunda  ilk  taborlar  formalaĢdırıldı.  Qeyd  olunan  dövrdə  rayonun 
müdafiəsi 4 könüllü tabor və rayon polisi tərəfindən təĢkil olunmuĢdu. 
1992-ci  ilin  16  mart  tarixində  ermənilər  Füzuli  Ģəhərini  və  ətraf  yaĢayıĢ 
məntəqələrini “Qrad” reaktiv-atəĢ sistemlərindən və toplardan atəĢə tutdu. ġəhərin 
mərkəzinə,  eləcə  də  rayon  hərbi  komissarlığının  həyətinə  düĢən  mərmilərin 
partlayıĢı nəticəsində onlarla insan həlak oldu və yaralandı. 
1992-ci  ilin  yayında  Azərbaycan  Silahlı  Qüvvələri  Füzuli  rayonu 
istiqamətində  də  hücumlarını  davam  etdirirdi.  Füzuli  rayonunun  Hadrutla 
həmsərhəd  bəzi  kəndləri,  eləcə  də  Xocavənd  rayonunun  bir  neçə  kəndi  quldur 
dəstələrindən  təmizləndi.  Lakin  təəssüflər  olsun  ki,  sonradan  bu  əməliyyatlar 
uğursuzluqla  nəticələndi.  1993-cü  il  yanvarın  3-də  sübhə  yaxın  AĢağı  Veysəlli 
kəndinə  hücum  edən  düĢmən  bir  neçə  gün  əvvəl  Azərbaycan  əsgərləri  tərəfindən 
azad  edilmiĢ  kəndi  dağıdır.  DöyüĢlərdə  50-yə  yaxın  Azərbaycan  könüllüsü  həlak 
olur. 


1993-cü  ilin  avqust  ayında  cəbhənin  bütün  istiqamətlərində  əks  hücuma 
keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb 
Füzuli Ģəhərini iĢğal etdilər. Bundan sonra düĢmən qüvvələri bir neçə istiqamətdə 
Arazboyu yaĢayıĢ məntəqələrinə doğru irəlilədi. Məqsəd regionda strateji cəhətdon 
ən  əhəmiyyətli,  regional  kommunikasiyaların  kəsiĢdiyi  Horadiz  qəsəbəsinin  ələ 
keçirilməsi idi.  Horadizin iĢğalı, eləcə  də  Əhmədbəyli kəndi istiqamətində  “Dörd 
yol” deyilən əraziyə çıxmaqla düĢmən о zaman iĢğal olunmamıĢ Cəbrayıl, Qubadlı 
və Zəngilan rayonlarını faktiki olaraq blokadaya salırdı. 
Horadiz  qəsəbəsinin  müdafiəsini  sərhəd  qoĢunlarının  burada  yerləĢən 
komendantlığı təĢkil etmiĢdi.  Bir neçə gün davam edən döyüĢdən sonra qüvvələrin 
qeyri-bərabər  olması  səbəbindən  sərhəd  zastavası  mövqelərini  tərk  edərək  geri 
çəkilir.  Ermənilər  Horadiz  qəsəbəsini  və  Ġranla  sərhəddə  yerləĢən  su  anbarı 
üzərindəki körpünü  tutur. Qəsəbədəki bütün inzibati və  yaĢayıĢ binaları, neft bazası, 
dəmir  yolu  vağzalı  və  s.  yandırılır.  Qeyd  edildiyi  kimi,  Horadizin  iĢğalı  ilə  digər 
rayonlar faktiki olaraq blokadaya düĢür. 
Araz  boyunca  Beyləqana  doğru  irəliləyən  düĢmən  qüvvələri  Arayatlı, 
Babı,  Əhmədalılar,  Kərimbəyli,  Araz  Yağlıvənd  kəndlərini  iĢğal  edir.  1993-cü  il 
noyabrın 7-də  ermənilər 400  nəfərə  yaxın canlı qüvvə,  30-a  yaxın tank və  zirehli 
transportyorun  iĢtirakı  ilə  rayonun  ən  böyük  yaĢayıĢ  məntəqəsi  olan  Böyük 
Bəhmənli kəndinə hücuma keçir. Kəndin bir hissəsini iĢğal edən düĢmən qüvvələri 
Azərbaycan  Silahlı  Qüvvələrinin  ciddi  müqaviməti  ilə  qarĢılaĢır.  Bu  kənddə 
yerləĢən sərhəd zastavasının 30 nəfər Ģəxsi heyəti qəhrəmanlıq nümayiĢ etdirərək 2 
gün  ərzində  düĢmənin  bütün  hücumlarını  dəf  edir.  DüĢmən  xeyli  sayda  canlı 
qüvvəsini  bu  döyüĢlərdə  itirir.  Sərhədçilər  də  bir  neçə  Ģəhid  verir.  Prezident 
Heydər  Əliyevin  göstəriĢi  ilə  əraziyə  Azərbaycan  ordusunun  əlavə  qüvvələri 
dislokasiya  olunur.  Ġki  aya  yaxın  davam  edən  qanlı  döyüĢlər  zamanı  ermənilər 
Böyük  Bəhmənli  kəndinin  bir  hissəsini  iĢğal  etsələr  də  kəndi  tam  ələ  keçirməyə 
nail  olmurlar.  Dekabr  ayında  yenidən  hücum  edən  düĢmən  bu  dəfə  Daxili 
QoĢunların müqaviməti ilə qarĢılaĢır. Daxili QoĢunların 5 əsgəri düĢmən tankı ilə 
qeyri-bərabər  döyüĢdə  geri  çəkilməyərək  həlak  olur.  DüĢmən  də  bir  neçə 
texnikasını itirərək yenidən geri çəkilməyə məcbur olur. 
1994-cü il yanvarın 5-dən 6-na keçən gecə  Azərbaycan Silahlı  Qüvvələri 
Araz  boyunca  və  Əhmədbəyli  –  Kürdmahmudlu  -  Alxanlı  kəndləri  istiqamətində 
əks  hücuma  keçir.  Ġki  gün  davam  edən  döyüĢlərdə  Azərbaycan  ordusu  cüzi  itki 
verməklə Horadiz qəsəbəsini və ətraf kəndləri düĢməndən təmizləyir. Ermənilər bir 
neçə yüz nəfər canlı qüvvə itirir. 
Alxanlı istiqamətində hücum edən qüvvələrimiz isə Qaraxanbəyli, Qorqan 
kəndlərinədək irəliləməyə nail olur. 
Füzuli  rayonunun  iĢğal  olunmuĢ  kəndlərinin  azad  edilməsində  yerli 
polislər,  Daxili  QoĢunlar,  Sərhəd  QoĢunları,  həmçinin  Hərbi  Hava  Qüvvələri, 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə