Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə33/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

deyilən  yerdə  apardığı  arxeoloji  tədqiqatlar  zamanı  aydın  oldu  ki,  ilk  qədim  insanlar 
rayon ərazisində altı-səkkiz  min il bundan  əvvəl,  yəni,  Eneolit  dövründə  (e.ə.  VI-IV 
minilliyi  əhatə  edir,  mənası  “misdaĢ”  dövrü  adlanır)  yaĢamıĢ,  qədim  əkinçilik  və 
maldarlıq  mədəniyyətinə  bələd  olmuĢlar.  Alim  rayonun  digər  ərazilərində  qədim 
yaĢayıĢ məskəni olmuĢ Leylatəpə və Üzərliktəpə deyilən  yerlərdə apardığı arxeoloji 
tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) 
dulusçuluq,  metal-əritmə,  zərgərlik  və  digər  sahələrə  dair  maddi-mənəvi  abidələr 
aĢkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmiĢdir ki, yerli əhali 
oturaq  həyat  keçirmiĢ  və  yüksək  əkinçilik  mədəniyyətinə  malik  olmuĢdur. 
Rayonun ərazisi tunc dövrü abidələri ilə də zəngindir. Göytəpə, Quzanlı, Kəngərli, 
Bəyəhmədli,  Gülablı  və  digər  kəndlərində  tunc  dövrü  (b.e.ə.  III-II  minilliklər) 
abidələrinin,  xüsusilə,  qəbirüstü  təpələrin  (kurqanların)  geniĢ  Ģəbəkəsi  aĢkar 
edilmiĢdir. Təəssüflə bildirməliyik ki, bu ərazilərdəki tunc dövrü abidələri kifayət 
qədər  öyrənilməmiĢdi.  Görkəmli  Azərbaycan  arxeoloqu,  mərhum  RəĢid  GöyüĢov 
“Qarabağın  keçmiĢinə  səyahət”  kitabında  qeyd  edərək  göstərmiĢdir  ki,  Qarabağın 
Ağdam  bölgəsi  ərazisində  3-4  min  il  bundan  əvvəl  yaĢamıĢ  əhalinin  maddi-
mədəniyyət abidələrinin zənginliyini və onların öz
 
həyatlarını qoruyub saxlamaq üçün 
Qafqazda  ilk  Ģəhər  tipli  yaĢayıĢ  məskənlərinin  salınması  ilə  nəticələnmiĢdir.  Bu 
məskənlərdən  biri  də  Ağdam  Ģəhəri  yaxınlığında,  Ağdamdan  Ağcabədiyə  gedən 
magistral yolunun keçdiyi Üzərliktəpədir. Üzərliktəpə abidəsi tunc dövrünün sonu-
dəmir  dövrünün  öyrənilməsi  üçün  qismən  tədqiq  olunmuĢ  abidələrdən  biri  idi. 
Təpənin  qərb  hissəsi  qəbiristanlığa  çevrilmiĢdir.  Ağdam-Ağcabədi  yolu  çəkilərkən 
təpənin  dağıdılmıĢ  hissəsindən  3-4  min  il  bundan  əvvələ  aid  xeyli  maddi-mədəniyyət 
qalıqları tapılmıĢdır. Qazıntılar nəticəsində  məlum olmuĢdur ki,  Üzərliktəpə  uzun 
əsrlər  boyu  yaĢayıĢ yeri olmuĢdur. Burda yaĢayıĢ arasıkəsilmədən təxminən iki  min  il 
davam  etmiĢdir.  Arxeoloqlar  Üzərliktəpədə  apardıqları  tədqiqatlar  nəticəsində 
tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk 
Ģəhər tipli yaĢayıĢ məskəni və Zaqafqaziyada ən zəngin abidələrdən biri olmuĢdur. 
Bu abidə nəinki Ağdamda, eləcə də bütün Azərbaycanda ibtidai icma quruluĢunun 
sonu  və  sinifli  cəmiyyətin  yaranması  prosesini  öyrənmək  baxımından  böyük 
əhəmiyyət  kəsb  edir.  Təpə  üzərində  salınmıĢ  yaĢayıĢ  məskəni  ətrafında  qala  divarları 
çəkilmiĢ və sakinləri ətrafda özünümüdafiə tədbirləri üçün dərin xəndəklər qazmıĢlar. 
80-ci  illərin ortalarında  rayonun  Sarıçoban  kəndi  yaxınlığında  aĢkar edilmiĢ 
son  Tunc  və  Dəmir  dövrünə  aid  (e.ə.  XIV-XIII  əsrləri  əhatə  edir)  möhləĢəm  kurqan 
tarixi  cəhətdən  çox  qiymətli  bir  abidədir.  Kurqanda  aĢkar  edilən  e.ə.  XII-XIII 
əsrlərə aid maddi tapıntılar sübut edir ki, bu abidə varlı bir insanın qəbri olmuĢdur. Bu 
isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluĢunun dağılaraq sosial və əmlak 
bərabərsizliyinin  yaranmasına  ən  yaxĢı  əyani  sübutdur.  Ağdam  bölgəsinin  də  daxil 
olduğu  Kür  və  Araz  çayları  arasında  yerləĢən,  Aran  Qarabağ  torpaqları  adlanan 
əraziyə  Qarabağın  dağlıq  və  aran  hissəsi,  Gəncə-Qazax,  XVIII  əsrin  I  yarısında 
Nadir  Ģah  ƏfĢar  tərəfındən  Gürcüstana  verilmiĢ  Borçalı,  1918-1920-ci  illərdə 


Rusiyanın köməkliyi ilə süni surətdə yaradılmıĢ Ermənistan ərazisinə birləĢdirilən 
Zəngəzur, Göyçə, ġəmsəddin torpaqlarının əraziləri də daxil idi. Ağdam bölgəsinin 
yerləĢdiyi  Qarabağ torpaqları Kiçik  Qafqaz dağları,  Kür  və Araz  çayları arasındakı 
düzənlikləri əhatə etdiyinə görə, elmi aləmdə və tarixi əsərlərdə bu ərazidə yaranmıĢ 
qədim  dövrə  aid  olan  mədəniyyəti  alimlərimiz  Kür-Araz,  Xocalı-Gədəbəy 
mədəniyyəti adlandırmıĢlar. 
Müasir  Qarabağın  Ağdam  bölgəsi  adlanan  torpaqlarda  dövri-qədimdən 
türkdilli  tayfalar  məskun  idilər.  Türkdilli  tayfaların  Qarabağın  Ağdam  bölgəsində 
yaĢadıqlarına  dair  bir  çox  tarixi  dəlillər  var.  Eramızdan  əvvəl  I  minillikdən  ġərqi 
Türküstanda  və  Qara  dənizin  Ģimal  çöllərində  yaĢayan  türk  tayfaları  “ĠĢquzlar” 
yunanlar  tərəfındən  “skif”,  latınlar  tərəfindən  “skut”  adlandırılırdı.  Eramızdan  əvvəl 
VII əsrin axırlarında “ĠĢquzlar” ġərqi Avropa düzənliyində öz həmsoyları olan “Kəmərli” 
tayfalarını  sıxıĢdıraraq  onları  Cənubi  Qafqaza  köçməyə  məcbur  etdilər.  Cənubi 
Qafqaza  köçən  kəmərlilər  eramızdan  əvvəl  715-ci  ildə  Urartu  ordusunu  darmadağın 
etdilər. 
Qarabağın  mərkəzində,  yəni,  Ağdam  bölgəsində  son  antik  və  ilk  orta 
əsrlərdən  yerli  avtaxton  türkdilli  tayfalar  məskun  idilər.  Ağdam  daxil  olmaqla 
mərkəzi Qarabağ torpaqlarında Qarqar çayı boyunca yaĢayan qarqar tayfasının adı ilə 
Qarqarlar ölkəsi adlanmıĢdır. Məlumdur ki, Azərbaycan ərazisində IV əsrin sonu, III 
əsrin  əvvəllərində  Alban  dövləti  formalaĢır.  Bu  dövlətin  tərkibinə  daxil  olan 
tayfalardan  ikisinin,  о  cümlədən,  qarqarların  və  utilərin  Ağdam  və  ona  yaxın 
ərazilərdə  yerləĢməsi  barədə  çoxlu  yazılı  mənbə  var.  Нər  iki  tayfa  ittifaqı  Alban 
dövlətinin həyatında mühüm yer tuturdu. 
Ümumiyyətlə,  antik  dövrdə  Ağdam  ərazisində  yeni  yaĢayıĢ  məskənləri, 
xüsusilə,  yeni  Ģəhərlər  meydana  gəlir.  Bunlardan  biri  ġahbulaq  ərazisindəki 
Tərnöyüt  Ģəhəri  idi.  16  hektara  yaxın  ərazini  əhatə  edən  bu  Ģəhər  ġahbulaq  dağından 
baĢlayaraq  eyni  adlı  kəndin  ərazisində  Ģərq-qərb  istiqamətində  uzanmıĢdır.  AxtarıĢlar 
göstərmiĢdir ki, Tərnöyüt Ģəhəri b.е.ə IV əsrdə ticarət yolu üzərində meydana gəlmiĢ və 
utilərə məxsus Ģəhər olmuĢdur. Ġlk orta əsrlərdə çiçəklənmə dövrü keçirən Ģəhərlərdən 
biri  də  rayonun  Bəyəhmədli  kəndi  ərazisindəki  Govurqala  Ģəhəridir.  Alban 
hökmdarının  yay  iqamətgahı  Aluen  Ģəhərinin  xarabalığı  olduğu  ehtimal  edilən 
Govurqala  Ģəhəri  yüksək  təpə  üzərində  salınmıĢ  narın  qaladan  və  ətraf  Ģəhərdən 
ibarətdir.  Su  təchizatı  sistemi  olan  bu  Ģəhərin  abad  küçələri,  xüsusi  sənətkarlıq 
məhəllələri,  dini  ibadət  kompleksi  vardı.  ġəhərdə  böyük  məbəd  fəaliyyət 
göstərmiĢdir. 
Qarqar  tayfası  Alban  tayfa  ittifaqına  daxil  olmaqla,  Mil  düzünün  böyük 
bir  hissəsində  yaĢamıĢdı.  Qarqarlar  barədə  məlumat  verən  müəlliflər  onları 
Albaniyanın  ən  qədim  və  ən  iri  tayfasından  biri  hesab  etmiĢlər.  Onlar  qarqarların 
özlərinə məxsus eyniadlı Ģəhərin də mövcud olduğunu göstərmiĢlər. 
Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var 
idi  ki,  bunlardan  da  biri  -  yüksək  mədəniyyətə  malik  olan  Qarqarlar  Ağdam 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə