Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

Tarixin sərt sınaq  və imtahanına məruz qalmıĢ bu yadigarlar insan əli ilə yapıldığı 
kimi, insan  əli ilə də tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmıĢ və hətta, 
bəziləri  yerlə-yeksan  olunmuĢdur.  Amma  bu  da  möcüzədir  ki,  tarixin  yaddaĢı  olan 
qalalar, mağaralar bəzən özü-özünü hifz etmiĢ və bizim əsrimizə qədər bir neçə min 
illik ömür yaĢamıĢdır. 
Qaya və daĢların üzərindəki alban yazılarını məhv edən erməni qonĢularımıza 
qoĢulanda bilmirdik ki, bu hərəkətlərimizlə  onlara  kömək  edir  və  tariximizi  silirik. 
Çünki gözlərimiz qarĢısında ermənilər də о yazıları pozur və erməniləĢdirirdi. 
Bir  az  önсəуə  gedib  qeyd  edək  ki,  Kəlbəcəri  “Azərbaycanın  ikinci 
Qobustanı”  adlandıran  rəhmətlik  Xudu  Məmmədov,  Mirəli  QaĢqay,  Niyazi 
Ġbrahimov,  Qüdrət  Ġsmayılov,  Ziya  Bünyadov,  Budaq  Budaqov  və  digər  neçə-neçə 
vətənpərvər  ziyalı-alimlərimiz  hələ  о  zamanlar  Kəlbəcərin  ciddi  nəzarətə  alınaraq 
qorunmasını  tələb  edirdilər.  Ona  görə  ki,  türkün  tarixi  yaĢayan  qala  və  abidələr, 
albanların  hələ  islamlaĢmamıĢ  əcdadlarının  yaĢayıĢ  məskəni  olmuĢ  Kəlbəcər  xain  qonĢular 
tərəfındən mədəni surətdə iĢğal edilir və erməniləĢdirilirdi. 
Tarix  elmləri  doktoru  Qüdrət  Ġsmayilovun  və  onun  dissertantı  Niyazi 
Ġbrahimovun  apardıqları  tədqiqat  iĢlərinin  nəticəsinə  görə,  bura  ən  qədim  insan 
məskəni  olmuĢdur.  Rayonun  ərazisində  eramızdan  çox-çox  əvvəlki  minilliklərdən 
xəbər  verən  qaya  təsvirləri  də  Kəlbəcərdə  az  deyildi.  “Qobustanın  qardaĢları”  kimi 
tanınmıĢ sal daĢlar da Kəlbəcər dağlarından tapılmıĢdı. “Soltan Heydər”, “Qurbağalı 
çay”,  “TurĢsu”,  “Ayıçınqılı”,  “Gəlinqayası”,  “Böyük  dəvəgözü”,  “Sərçəli”  və  s. 
yerlərdəki  qayaüstü  təsvirlərlə  Qobustandakı  “yazılı  və  Ģəkilli  daĢlar”  tamamilə  bir-
birinin  oxĢarı  və  ya  “əkiz”lərdir.  Tarixçi  alim  RəĢid  GöyüĢovun,  Xudu 
Məmmədovun və baĢqalarının fıkrincə, bu daĢların üzərindəki Ģəkillərin yaĢı az qala bu 
daĢların  öz  yaĢı  qədərdir.  Maraqlı  budur  ki,  bu  təsvirlər  bazalt  kimi  sərt  qayalar 
üzərində  həkk  edilmiĢdir.  Kəlbəcər  tarix-diyarĢünaslıq  muzeyinin  həyətinə 
gətirilmiĢ  28  ədəd  yazılı  və  Ģəkilli  daĢlar  təkcə  Kəlbəcərin  deyil,  bütövlükdə 
Azərbaycan  torpağının  qədim  insan  məskəni  olduğunu  sübut  edən  dəlil  idi.  Həmin 
təsvirlərdən  biri  belə  idi:  Bir insan  fiquru  ayağının  birini  bir  dairənin,  о  birini  isə 
digər  bir  dairənin  üzərinə  qoyaraq  yuxarıdakı  kürəyə  baxır.  Güman  olunan  budur 
ki,  insan  bir  planetdən  digərinə  uçmaq  arzusundadır.  Ġnsan  fiqurunun  ayağı  altındakı 
dairənin biri  Yer, о biri isə  Ay  güman  olunur.  Demək,  insan  Yerdən  Aya,  oradan  isə 
baĢqa bir planetə uçmaq istəyində hələ о zamanlardan bulunub. 
 “Löh”  qalası:  Adı  qalanın  formasını  tamamlayırdı.  Qalanın  beli  dəvə 
boynuna  oxĢayır.  Qalaları  tədqiq  edənlərin  fikirincə,  bu  qalalar  karvan  yollarının 
üstündə tikilirmiĢ ki, bununla da həmin yollara nəzarət olunurmuĢ. “Löh” qalasının 
baĢında  qayadan  yonulmuĢ,  dərinliyi  3-5  metrə  çatan  quyular  var  ki,  burada  ya 
ərzaq,  ya  da  su  saxlanılırmıĢ.  Həmin  quyuların  içərisindən  nəhənk  palıd  ağacları 
bitib  qalxmıĢdır  ki,  hər  birinin  diametri  30-40  sm.  olardı.  Qalanın  Lev  çayı 
istiqamətində  iki  mağara  aĢkar  olunmuĢdur  ki,  bura  ən  qədim  insan  məskənləri 
hesab olunur. Yayda olduqca sərin, qıĢda isə isti olan bu mağarada istənilən ərzaq 


məhsulunu  bir  ay  saxlamaq  olurdu,  keyfiyyəti  itmirdi.  “Xos  meĢəsi”  adlanan 
yerdəki  abidənin  və  buradakı  məzar  daĢlarında  alban  xaçı  olsa  da,  yaxınlıqdakı, 
“Löh” qalası hələ albanlardan qat-qat əvəllər mövcud olmuĢ insan məskənlərindən 
biridir. 
Kəlbəcər  qalalarının  içərisində  ən  yüksəklikdə  yerləĢəni  “Comərd” 
qalasıdır.  Kəlbəcərin  ərazi  etibarə  ilə  ən  böyük  sahəsi  sayılan  Tutquçay  dərəsinə 
gedən yolun üstündəki Comərd kəndindən xeyli yuxarıda, qayalıq baĢında tikildiyi 
üçün “Comərd” qalası kimi tanınmıĢdır. 
“Qaraçanlı  və  ya  Ulu  xan”  qalası  Kəlbəcərdən  yuxarıda,  Qaraçanlı 
kəndinin  yaxınlığında,  Kəlbəcərdən  Ġstisuya  gedən  yolun  solunda  Tərtərin  sol 
sahilindədir.  “Qalaça”  adı  ilə tanınan  bu  gözətçi  məntəqəsinə  gizli  su  yolu  da  var 
idi.  Qalanın  sağ  yanında  Qaraçanlı  çayına  kimi
 
böyük  bir  çınqıllıq  var.  Həmin 
çınqıllığın  altı  ilə  qalaya  bir  yol  çəkilib.  Bu  gizli  yol  çayın  göllənən  yerinə  kimi 
enirdi. 
Burada  baĢqa bir möcüzə  də  diqqəti çəkirdi: bir bulaqdan 5-6 dəqiqədən 
bir gah xalis mineral, gah da diĢgöynədən təmiz su çıxırdı. Sonralar burada istisu 
axtaranlar buruq vuraraq həmin narzanı itirdilər. 
Daha  çox  dağıdılmıĢ  və  məhv  edilmiĢ  qalalardan  biri  də  “Qala-boynu” 
qalası  idi.  Qalanın  içərisində  200-dən  çox  binanın  kalafa  yerləri  var.  Buraya  da 
dağlardan yeraltı su xətti çəkilibmiĢ. 
Kəlbəcər  ərazisindəki  qala  və  abidələr  sırasına  daxil  olanlardan  biri    də  
“Laçınqaya”  qalasıdır.   Qala   120-ci   ildə monqollar tərəfindən dağıdılmıĢ, əhali 
qılıncdan keçirilmiĢ, tarixçi gəncəli Kirakosun məlumatına görə, insan qanı qayalar 
arasından sel kimi axıb Tərtər çayını qırmızıya boyamıĢdı. 
Bu  qalanın  sağ  sahilindəki  çınqıllıqdan  çaya  bir  yeraltı  gizli  yol 
salınmıĢdır.  Bunlardan  baĢqa  Ġstisu  kurortundan  yuxarıda  Kəlbəcər  Ģəhərinin  alt 
hissəsində, Çəpli kəndinin  ərazisində,  Zar və Mollabayramlı  kəndlərinin səmtində 
və baĢqa yerlərdə də qədim qalaların qalıqları mövcud idi. 
Kəlbəcərdəki  qalalar  əsasən  karvan  yollarını  qorumaq  üçün  inĢa 
edilmiĢdir. 
Ġstisudan  yuxarıdakı  dağa  Soltan  Heydər  dağı  deyirdilər.  Belə  rəvayət 
edirdilərki,  ġah  Ġsmayılın  atası  Soltan  Heydər  hər  yayı  bu  dağda  keçirirmiĢ  və 
dağın adı onun adı ilə bağlıdır. 
“Ərizə”  qalasında  Qaçaq  Nəbi  kənd  camaatının  ərizəsinə  bu  qalada 
baxdığı üçün qalanın adı “Ərizə” qalası kimi yayılmıĢdır. 
 
 
 
 
Qədim Alban abidələri. 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə