Sağlam ĠnkiĢaf və Maarifləndirmə



Yüklə 2,1 Mb.
Pdf görüntüsü
səhifə4/54
tarix19.07.2018
ölçüsü2,1 Mb.
#57067
1   2   3   4   5   6   7   8   9   ...   54

QARABAĞ XVIII ƏSRDƏ 
 
XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi Qacarlar, Rusiya və Osmanlı 
imperiyaları  arasında  gedən  müharibələrin  mərkəzində  idi.  Səfəvilər  dövlətinin 
zəifləməsindən  istifadə  edən  Rusiya  ciddi  “Qafqaz  siyasəti”  yeridirdi.  I  Pyotrun 
Azərbaycan  neftinə  və  geostrateji  mövqeyinə  olan  marağı  Türkiyə  ilə  münaqiĢəyə 
gətirib  çıxardı.  Bu  münaqiĢələr  yerli  xalqa  ağır  zülm  və  bəlalar  verdi  (Ġsgəndər  bəy 
MünĢi. Tarix-i aləm aray-i Abbasi. AMEATĠEA, inv. № 934, 49 s; Мустафазаде Т. Т. 
Азербайджан  и Русско-Турецкие отношения  в  первой  трети  XVIII в. Баку,  1993,  
240 с). 
Səfəvilər  dövlətinin  hərbi  qüdrətində  rolu  olan  Nadir  xan  ƏfĢar  Səfəvilər 
sülaləsinin  hakimiyyətinə  son  qoydu,  keçmiĢdə  Səfəvi  dövlətinin  tərkibinə  daxil 
olmuĢ əraziləri öz hakimiyyəti altına keçirmək üçün xeyli mübarizə apardı və buna nail 
oldu  (Мустафазаде  Т.  Т.  Азербайджан  и  Русско-Турецкие  отношения  в  первой 
трети XVIII в. Баку, 1993, с. 193-195). 
Nadir Ģah öldükdən sonra (1747-ci il) onun yaratmıĢ olduğu nəhəng imperiya 
müstəqil feodal xanlıqlara parçalandı (Бакиханов А. К. Гюлистани Ирам. Баку, 1991, 
с. 154). Azərbaycan ərazisində 20 xanlıq 7 sultanlıqdan ibarət feodal qurumlar yarandı. Bu 
xanlıqlardan  biri  Kür  və  Araz  çayları  arasında  böyük  əraziyə  malik  olan  Qarabağ 
xanlığı oldu. 
Qarabağ  xanlığının  əsasını  CavanĢirlər  sülaləsinin  Sarıcalı  oymağından  olan 
Pənah Əli xan qoydu (Mirzə Adıgözəl bəy. Qarabağnamə. Qarabağnamələr, birinci kitab, 
Bakı, 1989, s. 6-102; Axundov N. Qarabağ salnamələri, Bakı, 1989, s.36). 
Həmin dövrdən etibarən ermənilər Azərbaycan torpaqlarında “erməni dövləti” 
yaratmaq üçün  müxtəlif  layihələr iĢləyib hazırlayır və  bu layihələri reallaĢdırmaqdan 
ötrü  Rusiya  hakimiyyət  orqanlarına  təqdim  edirdilər.  Bu  məsələnin  ermənilərin 
xeyrinə  həlli  üçün  Rusiyaya  böyük  ümid  bəsləyirdilər.  (Nəcəfli  G.  C.  XVIII  əsrdə 
Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. Bakı 2007, 246 s.) 
 
AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ XIX - XX 
ƏSRLƏRDƏ 
 
XVIII  əsrdən  Qafqazı,  о  cümlədən  Cənubi  Qafqazı    ələ  keçirmək  üçün 
geniĢ hərbi fəaliyyətə baĢlayan Rusiya XIX əsrin birinci yarısında buna nail oldu. 
1805-ci  ildə  Qarabağ  xanı  ilə  Rus  imperatoru  arasında  “Kürəkçay” traktatı 
imzalandı (Трактат между
 
Карабахским ханом и Российской империей о переходе 
ханства под власть России от 14 мая 1805 года). Belə ki, iki yüz ildən artıq bir 
müddətdə
 
müstəqil  Azərbaycan  dövlətinin  qurulmasına  imkan  verilmədi.  11 
maddədən  ibarət  “Andlı  öhdəlik”  adlanan  bu
 
traktat  ilə  Qarabağ  xanlığı
 
Rusiya 


himayəsinə  qəbul  edildi  (Карабах:  Кюракчайский  договор-200,  Баку,  2005,  176 
с). 
“Kürəkçay”ın  (1805-ci  il)  ardınca  Rusiya  ilə  Ġran  (Qacarlar)  arasında 
bağlanan “Gülüstan” (1813-cü il) və “Türkmənçay” (1828-ci il) müqaviləsindən sonra 
Qarabağda  erməniləĢdirmə  prosesi  baĢlandı.  Rusiya  dövləti  Qarabağa  ermənilərin 
köçürməsinə  hər  vasitə  ilə  səy  göstərir,  hər  cür  Ģərait  yaradırdı  (Umudlu  V.  U.  ġimali 
Azərbaycanın  çar  Rusiyası  tərəfindən  iĢğalı  və  müstəmləkəçilik  əleyhinə  mübarizə 
(1801-1828), Bakı, 2004, 180 s.). 
1822-ci ildə Qarabağ xanlığı ləğv olundu. Onun yerinə eyni adlı əyalət yarandı. 
Bundan sonra Qarabağda siyasi, iqtisadi və mənəvi cəhətdən müstəmləkəçilik siyasəti 
gücləndi. 
Qeyd  etmək  lazımdır  ki,  Rusiya  Qafqazı  öz  təsiri  altında  saxlamaqla  iqtisadi 
maraqlarını  təmin  etmək  üçün  Rusiya  höküməti  öz  nüfuz  dairəsinə  daxil  etdiyi 
bölgələrdə  imperiyanın  siyasi  təsir  gücünü  göstərirdi.  XIX  əsrin  əvvəllərində 
Rusiyanın Qafqazı ələ keçirmək üçün Osmanlı dövləti və Ġranla (Qacarlarla) apardığı 
müharibə nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü. Qarabağ da Rusiya 
imperiyasının tərkibinə keçdi. Rus hökuməti Ġran və Türkiyədən bu ərazilərə 200 mindən 
artıq  erməni  köçürdü.  Rəsmi  sənədlərə  görə  bu  ermənilər  Ġrandan  və  Türkiyədən 
köçürülmüĢdür  (Описание  переселения  армиян  азербижанских  в  пределы  
Росии. Москва, 1831). 
Rəsmi  və  tarixi  sənədlərdə  (1828-1830-cu  illərdə)  Ġrandan  40  min  nəfər, 
Osmanlı  Türkiyəsi  ərazisindən  isə  84  min  nəfər  erməninin  Azərbaycan  ərazisinə 
köçürüldüyü bildirilir. Həmin dövrdə rus ordusunun köməyi ilə Qarabağın müsəlman-
türk  kəndləri  boĢaldılır,  boĢaldılan  kəndlərə  erməni  ailələri  yerləĢdirilirdi.  Qafqaza 
köçürülmüĢ  erməninin  hesabına  demoqrafik  quruluĢ  dəyiĢdirildi,  süni  surətdə 
ermənilərin  yerli  türk-müsəlman  əhalisindən  sayca  üstünlüyü  təmin  edildi 
(Описание  Кавказкиe  провинции  (составленное  в  1823  году  по  распораъению 
главноупралящего в Грузии Ермолова), Тбилиси УНК, 1866, Баку, 2003). 
Qarabağda  1832-ci  ildə  keçirilmiĢ  kameral  sayımının  nəticələri  göstərir  ki, 
burada  ermənilərin  sayı 34,8  faizə çatdırılmıĢ, türk-müsəlman əhalinin  sayı  isə 64,8  faizə 
enmiĢdir  (ġükürov  K.  K.  Azərbaycan  əhalisi:  öyrənilməsi  tarixi  və  qaynaqları.  Bakı, 
Elm, 2004, 974 s.). 
Beləliklə, Rusiya Cənubi Qafqazdakı kaloniya siyasətini həyata keçirmək üçün 
özünə dayaq məntəqəsi yaratdı. Bu siyasətdən yararlanan ermənilər heç vaxt
 
olmadıqları 
bir ərazidə erməni dövləti yaratdılar. Bununla da Azərbaycanın Qarabağ bölgəsi münaqiĢə 
yuvasına çevrildi. 
 
 
 


AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSĠ XX ƏSRĠN 
ƏVVƏLLƏRĠNDƏ 
 
XX  əsrin  əvvəllərində  Qarabağda  vəziyyət  belə  idi  ki,  ermənilərin 
möhkəmləndirilməsi üçün həyata keçirilən etnik təmizləmə siyasəti geniĢ vüsət almıĢ, 
1905-1906-ci illərdə türk-müsəlmanların silahlandırılmıĢ ermənilər tərəfindən qırğını ilə 
nəticələnmiĢdi.  Həmin  dövrdə  silahlanmıĢ  erməni  quldur  dəstələri  Qarabağda  dinc 
azərbaycanlı  əhaliyə  divan  tutmuĢ,  yüzlərlə  kənd  və  qəsəbə  dağıdılmıĢ,  yandırılmıĢdı 
(Nəvvab M. M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993; Ordubadi M. 
S. Qanlı illər. Bakı, 1991). 
Eçmiədzin  sinodunun  prokuroru  A.  Frenkelin  1907-ci  ildə  ermənilər 
haqqında rus çarı  üçün  hazırladığı  xüsusi arayıĢda qeyd olunur: “ġəhər sakinləri olan 
ermənilərin fəxr edə biləcəkləri vətənləri yoxdur, yalnız acı bir etirafları vardı ki, onların 
xalqı artıq 1300 ildir ki, - qul və hamının nifrət etdiyi bir parazitdir” (Бахрамов Дж. О чем 
говорится в cправкe прокурора Эчмиадзинского Синода А.Френкеля от 1907 гола 
святейшему  синоду  русской  православной  церкви  для  передачи  царю 
Николаю II. Азербайджан и Азербайджанцы. 2005, № 1-6, с. 128-132). 
Beləliklə,  ermənilər  çarizmin  hərtərəfli  dəstəyi  və  yaratdığı  əlveriĢli  Ģərait 
nəticəsində Qarabağda möhkəmlənə bildilər. 
 
QARABAĞ AZƏRBAYCAN XALQ CÜMHURĠYYƏTĠ 
DÖVRÜNDƏ (1918-1920) 
 
Azərbaycan Xalq Cümhuriyyətinin yaĢadığı 23 ay müddətində gənc dövlət baĢqa 
sahələrdə  olduğu  kimi  ölkənin  ərazi  bütövlüyünün  qorunması  sahəsində  də  əhəmiyyətli 
iĢlər görmüĢdü. 
1918-1920-ci  illərdə  Qarabağda  soyqırım  törədən  erməni  daĢnakları 
Qarabağın  qəzalarında  kəndləri  məhv  edərək  minlərlə  azərbaycanlını  öz  doğma 
yurdlarından qovdular. Nuru PaĢanın rəhbərliyi ilə Türk-Ġslam ordusu Xosrov bəy Sultanovun 
baĢçılıq  etdiyi  müqavimət  hərəkatı  ilə  birgə  1920-ci  il  iyun  ayının  əvvəllərində  ġuĢanı  XI 
Ordunun  silahlı  dəslələrindən  təmizləyə  bilsə  də  Dağlıq  Qarabağa  rus  və  erməni 
quldurlarına kömək  məqsədi ilə gətirilmiĢ birləĢmiĢ
 
ordu hissələri  iyunun 15-də ġuĢada 
Sovet hökumətini bərpa etdi (Ġmanov R. Azərbaycanın ərazi bütövlüyünə qəsd - qondarma 
Dağlıq Qarabağ Muxtar Vilayəti. Bakı, 2005, s.80). 
1920-1921-ci illərdə Ermənistandan Azərbaycana 850 erməni ailəsi köçürüldü. 
Bunlardan  765  ailə  Yuxarı  Qarabağda  yerləĢdirildi.  Onların  məskunlaĢdırılması  və 
yaĢaması üçün hər cür Ģərait yaradıldı (ARMDA, fond 27, siyahı 1, iĢ 649, vər. 190; fond 
24,  siyahı  1,  iĢ  137,  vər.  18;  fond  410,  siyahı  1,  iĢ  11,  vər.  45.). Tədqiqat  göstərir  ki, 
həmin dövrdə Qarabağın hər yerində azərbaycanlıların hüquqları tapdalanmıĢ, hər hansı 
bir münaqiĢəyə görə yalnız onlar cəzalandırılmıĢlar (Məmmədov N. Azərbaycan SSR 


Yüklə 2,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə