Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   34

Şagirdlər öz stullarında, müəllim də onlarla birlikdə dairəvi şəkildə əyləşirlər. Uşaqlar 

üzərinə  qalın   hərflərlə   adlarını   yazdıqları   kağız   lentləri   əllərində   saxlayırlar.   Müəllim   də   öz 

növbəsində üzərində adı və soyadı yazılmış belə bir kağız lenti əlində saxlayır. Hər kəs növbə ilə 

onun adını söyləyir. Sonra isə növbə şagirdlərin öz sinif yoldaşlarının adlarını öyrənməsinə və 

yadda saxlamasına gəlib çatır. Buna müxtəlif oyunlar vasitəsilə etmək olar:

Hər bir şagird əvvəl öz adını, sonra isə solunda və sağında əyləşən yoldaşının adını 



söyləyir: “Mənim adım ...-dir, solumda əyləşən filankəs, sağımdakı isə filankəsdir”.

Şagirdlərinizdə eyni olan cizgiləri, məsələn, onların şalvar və ya köynəklərindəki eyni bir 



rəngi, yaxud onların inisiallarını və ya gözlüklərini, yaxud da saçlarının oxşar rənglərini 

müəyyən edib, tapmacalar hazırlayın: “Filankəsdə, filankəsdə və filankəsdə eyni olan nə 

isə var. Kim deyər, bu nədir?” Bunu müxtəlif misallarla bir neçə dəfə təkrarlayın.

Üzərində   adlar   yazılmış   bütün   kağız  lentləri   toplayıb   qarışdırın   və   üzüörtülü   şəkildə 



düzün.   Növbə   ilə   hər   uşaq   bu   kağız   lentlərdən   birini   çəkir,   ancaq   ona   düşən   adı 

səsləndirmir.   Sonra   onlar   hamısı   adları   nümayiş   etdirirlər.   Birinin   adının   başqasına 

düşdüyü məlum olur. İndi bu qarışıqlığı kim düzəldə bilər? Məsələn, kim hər bir kağız 

lent üzərində adı yazılmış uşağı müəyyən edib, həmin kağız lenti həmin uşağa verə bilər?

Avtobusa   minmə:   Uşaqlardan   biri   bu   sözləri   deyir:   “Mənim   adım   Aynurdur,   mən 



avtobusa minirəm”. Onun yanındakı uşaq isə “Mən Səbinəyəm və mən Aynurla birgə 

avtobusa   minirəm”.   Səbinənin   yanında   əyləşən   uşaq   eyni   qaydada,   əvvəlki   uşaqların 

adlarını təkrarlamaqla bu sözləri davam etdirir: “Mən Tofiqəm və mən Aynur və Səbinə 

ilə   birgə   avtobusa   minirəm”.   Uşaqlar   bir-birlərinin   sözlərini   bu   qaydada   davam 

etdirərkən, onların dairəvi şəkildə əyləşdikləri ardıcıllığı gözlədiklərinə əmin olun. Bu 

ardıcıllığın   gözlənməsi   uşaqların   adları   yadda   saxlamasını   asanlaşdırır.   Sonuncu   uşaq 

avtobusa minənə kimi bu oyunu davam etdirin. Elə edin ki, oyun zamanı hansısa uşaq 

yoldaşlarından kiminsə adını unudarkən utanmasın, imkan verin ki, uşaqlar bir-birlərinə 

kömək etsinlər. 

Müəllim  maarifləndirmə   xarakterli   bir   dialoqla   dərsi   yekunlaşdırır.  Aşağıdakı   suallar 

şagirdləri dialoqa sövq edən stimul rolunu oynayır:

Mənim adım xoşuma gəlirmi, əgər gəlirsə, niyə?



Bəzən adlar qısaldılmış şəkildə deyilir, yaxud adama ləqəb qoyulur və ya adı tamam 

dəyişdirilir. Mən öz yeni adımı bəyənirəm, yoxsa yox? Niyə?

Bəzən ada malik olmaq xüsusilə vacib olur. Əgər məktəbdə hamının eyni adı olsaydı, 



yaxud heç kimin adı olmasaydı, vəziyyət necə olardı?

Dərs 2: Necə olub, mənə bu adı qoyublar?

Müəllim kağız lentlərin üzərinə aşağıdakı cümlələri yazır (əlbəttə ki, müəllim aşağıda 

göstərilənlərdə istənilən dəyişikləri edə bilər – bəzilərini təxirə sala, bəzi yeni cümlələr əlavə edə 

bilər və sair):

Ada sahib olmaq vacibdir.

Ad – bu, elə mən özüməm.




Biz adların köməyilə özümüzü və başqalarını tanıyırıq.

Bizim adlarımız bizə hörmət gətirir.

Uşaq ada sahib olmaqla dövlətin üzvü olur.

Valideynlər müəyyən bir adı seçərkən, çox vaxt həmin adda öz arzularını, ümidlərini və 

hisslərini ifadə edirlər.

Müəllim kağız  lentlər  üzərindəki bu cümlələri bir-bir  oxuyur  və hər cümlədən sonra 

uşaqlardan həmin cümləni necə başa düşdüklərini öz sözləri ilə ifadə etməyi xahiş edir.

Sonra müəllim uşaqların ev tapşırığı kimi evdə doldurmalı olduqları çalışma vərəqələrini 

paylayır (aşağıya bax).

Hə bir uşağın paylanan çalışma vərəqəsindəki sualları başa düşdüyünə əmin olmaq üçün 

müəllim siniflə birgə həmin sualları nəzərdən keçirir.

Mən nə vaxt anadan olmuşam?



Saat neçədə?

Həftənin hansı günü?



Mən anadan olanda hava necə imiş?

Mən harada doğulmuşam?



Doğum anında kimlər orada olub?

Doğularkən boyum və çəkim nə qədər olub?



Nəyə görə mənə məhz bu adı qoyublar?

Dərs 3 və 4: Bütün uşaqların danışmağa öz hekayəsi var!

Uşaqlar   dairəvi   əyləşir   və   valideynləri   ilə   söhbət   etdiklərini   bir-birlərinə   danışırlar. 

Müəllim uşaqları bəzi məsələlərdə daha dərinə varmağa həvəsləndirir.

Misal üçün, o, sinifdəki uşaqların günün hansı vaxtı anadan olduqlarını bir-bir lövhəyə 

yazaraq bir siyahı tərtib edir. Bəlkə bu siyahıda maraqlı uyğunluqlar ortaya çıxdı.

Əlbəttə, hansısa uşaq sonuncu suala cavab verə bilsə, yəni valideynlərinin nə üçün ona bu 

adı qoyduğunu izah edə bilsə, çox maraqlı olar.

İndi   isə   uşaqlara   özləri   haqqında   fərdi   qaydada  plakat   yaratmaq   və   özləri   barədə 

yazdıqları informasiyaları ora köçürmək tapşırılır. Müəllim yazı qabiliyyəti zəif olan şagirdlərə 

kömək edə bilər.

Əgər   buna   imkan   varsa,   uşaqlar   özlərinin   boy   ölçülərində   rəsmlərini   çəkirlər.   Bunu 

aşağıdakı kimi etmək olar: döşəməyə böyük, boy ölçüsündə kağız sərilir və uşaq həmin kağızın 

üzərinə uzanaraq, müəyyən bir poza, məsələn, qaçan, yaxud qolları yana açılmış vəziyyəti alır.



Uşaqlar   dördüncü   dərsi   də   bu  plakatlara   həsr   edir   və   bu   dərsdə   öz   plakatlarını 

tamamlayırlar.

Sonda onlar bu plakatları məktəb binasında necə nümayiş etdirməyin yollarını müzakirə 

edirlər. Müəllim onların bir qərara gəlməsinə kömək edir.



Şagirdlər üçün çalışma vərəqəsi

Mənim adımın öz tarixçəsi var və mən onu öyrənməyə çalışacağam

Mən nə vaxt anadan olmuşam?

Saat neçədə?

Həftənin hansı günü?

Mən anadan olanda hava necə imiş?

Mən harada doğulmuşam?

Doğum anında kimlər orada olub?

Doğularkən boyum və çəkim nə qədər olub?




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə