səlahiyyət müddəti iki illik dövrün sonunda bitir; bu beş nəfər üzvün adları ilk seçkilərdən dərhal
sonra müşavirə sədrinin atdığı püşklə müəyyənləşdirilir.
7. Komitənin hər hansı üzvü öldükdə və ya istefa verdikdə, yaxud o, Komitənin üzvü
vəzifələrini hər hansı başqa səbəbə görə daha yerinə yetirə bilmədikdə, onda Komitənin həmin
üzvünü irəli sürmüş iştirakçı dövlət qalan müddət üçün öz vətəndaşları sırasından digər ekspert
təyin edir, bir şərtlə ki, həmin ekspert Komitə tərəfindən bəyənilsin.
8. Komitə özünün prosedur qaydalarını müəyyən edir.
9. Komitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir.
10. Komitənin sessiyaları, bir qayda olaraq, Birləşmiş Millətlər Təşkilatının mənzil-
qərargahlarında, yaxud Komitə tərəfindən müəyyənləşdirilmiş hər hansı digər münasib yerdə
keçirilir. Komitə öz sessiyalarını, bir qayda olaraq, hər il keçirir. Komitənin sessiyasının
davametmə müddəti bu Konvensiyanın iştirakçısı olan dövlətlərin müşavirəsində
müəyyənləşdirilir və lazım gələrsə, ona yenidən baxılır, bir şərtlə ki, müəyyən edilmiş müddət
Baş Məclis tərəfindən bəyənilsin.
11. Birləşmiş Milətlər Təşkilatının Baş katibi Komitənin öz funksiyalarını bu
Konvensiyaya müvafiq sürətdə səmərəli həyata keçirməsi üçün lazımi heyət və texniki vəsait
ayırır.
12. Bu Konvensiyaya müvafiq surətdə təsis edilmiş Komitənin üzvləri Baş Məclisin
müəyyən etdiyi qaydada və şərtlərlə BMT-nin büdcəsindən Məclisin təsdiqlədiyi məbləğdə haqq
alırlar.
Maddə 44
1. İştirakçı dövlətlər Konvensiyada tanınmış hüquqların milli qanunvericilikdə təsbit
olunması sahəsində gördükləri tədbirlər haqqında və bu hüquqların həyata keçirilməsində əldə
etdikləri tərəqqi haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə Komitəyə
hesabatlar təqdim etməyi öhdələrinə götürürlər:
a) birinci dəfə – Konvensiyanın müvafiq iştirakçı dövlət üçün qüvvəyə minməsindən
sonrakı iki il ərzində;
b) daha sonralar – hər beş ildən bir.
2. Bu maddəyə müvafiq surətdə təqdim olunan hesabatda bu Konvensiya üzrə
öhdəliklərin yerinə yetirilməsi dərəcəsinə təsir edən amillər və çətinliklər göstərilir (əgər belə
çətinliklər varsa). Hesabatda aidiyyəti ölkədə Konvensiyanın nə dərəcədə yerinə yetirildiyinə
dair Komitədə tam təəssüratın formalaşması üçün də kifayət qədər məlumat olur.
3. Komitəyə hərtərəfli ilkin hesabat təqdim etmiş iştirakçı dövlətin bu maddənin 1 (b)
bəndinə müvafiq surətdə təqdim edəcəyi sonrakı hesabatlarda ilkin hesabatda göstərmiş olduğu
təməl informasiyaları təkrarlamasına ehtiyac yoxdur.
4. Komitə iştirakçı dövlətlərdən bu Konvensiyanın həyata keçirilməsinə dair əlavə
məlumat istəyə bilər.
5. Komitənin fəaliyyəti haqqında məruzələr İqtisadi və Sosial Şura vasitəsilə iki ildə bir
dəfə Baş Məclisə təqdim olunur.
6. İştirakçı dövlətlər öz hesabatlarının öz ölkələrində geniş ictimaiyyət üçün açıq
olmasını təmin edirlər.
Maddə 45
Konvensiyanın səmərəli surətdə həyata keçirilməsinə kömək göstərmək və bu
Konvensiyanın əhatə etdiyi sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə:
a) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış qurumlarının, BMT-nin Uşaq
Fondunun və digər orqanlarının ixtiyarı var ki, bu Konvensiyanın onların səlahiyyət dairəsinə
daxil olan müddəalarının həyata keçirilməsi məsələlərinə baxılarkən nümayəndə ilə təmsil
olunsunlar. Komitə məqsədəuyğun saydığı halda Birləşmiş Millətlər Təşkilatının
ixtisaslaşdırılmış qurumlarına, Uşaq Fonduna və digər səlahiyyətli orqanlarına təklif edə bilər ki,
Konvensiyanın bu orqanların müvafiq səlahiyyət dairəsinə aid sahələrdə həyata keçirilməsi ilə
bağlı ekspert məsləhəti versinlər. Komitə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış
qurumlarına, Uşaq Fonduna və digər orqanlarına təklif edə bilər ki, onların fəaliyyət dairəsinə
daxil olan sahələrdə Konvensiyanın həyata keçirilməsi haqqında məruzələr təqdim etsinlər;
b) Komitə məqsədəuyğun hesab etdiyi təqdirdə, iştirakçı dövlətlərin texniki məsləhət və
ya yardım barədə xahişini ehtiva edən, yaxud belə məsləhət və ya yardıma ehtiyac duyulduğunu
göstərən hər hansı məruzələrini, Komitənin qeyd və təklifləri ilə birgə (əgər Komitə belə qeyd və
ya təklif edibsə) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış qurumlarına, Uşaq Fonduna və
digər səlahiyyətli orqanlarına göndərir.
c) Komitə Baş Məclisə tövsiyə edə bilər ki, o, uşaq hüquqlarına aid ayrı-ayrı məsələlər
barəsində Baş Məclisin adından araşdırma aparılmasını Baş katibə təklif etsin.
d) Komitə bu Konvensiyanın 44-cü və 45-ci maddələrinə müvafiq surətdə alınmış
məlumata əsaslanaraq, təkliflərlə və ümumi xarakterli tövsiyələrlə çıxış edə bilər. Belə təkliflər
və ümumi xarakterli tövsiyələr bütün aidiyyəti iştirakçı dövlətə göndərilir və əgər iştirakçı
dövlətlərin iradları varsa, bunlarla birlikdə Baş Məclisə məlumat verilir.
III HİSSƏ
Maddə 46
Bu Konvensiya bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.
Maddə 47
Bu Konvensiya təstiq edilməlidir. Təsdiqnamələr saxlanılmaq üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə təhvil verilir.
Maddə 48
Bu Konvensiya hən hansı bir dövlətin ona qoşulması üçün açıqdır. Qoşulma haqqında
sənədlər saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
Maddə 49
1. Bu Konvensiya iyirminci təsdiqnamənin və ya qoşulma haqqında sənədin Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə saxlanılmağa təhvil verildiyi tarixdən sonra otuzuncu gün
qüvvəyə minir.
2. İyirminci təsdiqnamə və ya qoşulma haqqında sənəd saxlanılmağa təhvil verildikdən
sonra bu Konvensiyanı təsdiqləyən və ya ona qoşulan hər bir dövlət üçün bu Konvensiya həmin