Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 5,1 Kb.

səhifə1/57
tarix14.09.2018
ölçüsü5,1 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   57


Mövzu 1: Büdcənin  sosial- iqtisadi mahiyyəti və funksiyaları. 
Plan 
1.
 
Büdcənin sosial- iqtisadi mahiyyəti. 
2.
 
Büdcə dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə  bazası 
kimi. 
3.
 
Büdcənin funksiyaları. 
4.
 
Dövlət büdcəsinin əsas əlamətləri. 
5.
 
Büdcənin  dövlətin    sosial-  iqtisadi  inkişaf  proqramı    və  maliyyə  
sisteminin digər həlqələri ilə əlaqəsi. 
Ədəbiyyat 
1.
 
Azərbaycan  Respublikası  regionlarının  2009-  2013-  cü  illərdə  
sosial- iqtisadi  inkişafı. Dövlət Proqramı. 
2.
 
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının  Qanunu. 
3.
 
Ş.S.Bədəlov,  R.B.  Məhərrəmov  ,F.Ə.Qurbanov  .  Büdcə  sistemi. 
Bakı 2003. 
4.
 
Kollektiv müəlliflər. Maliyyə.Bakı 2007. 
5.
 
N.Novruzov, X.Hüseynov. Maliyyə. Bakı 2007. 
6.
 
M.M.Sadıqov, S. M.Məmmədov.Maliyyə. Gəncə 2010. 
KitabYurdu.az 
1


    Dövlətlə  müxtəlif  müəssisələr,  təşkilatlar,  idarələr  və  əhali  arasında 
müxtəlif formada maliyyə münasibətləri yaranır. Bu münasibətlər büdcə
münasibətləri  adlanır.  Maliyyə  münasibətlərinin  tərkib  hissəsi  kimi  bu 
münasibətlərin  spesifik  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  onlar  bölgü 
prosesində  meydana  gəlir  və  ümumdövlət  tələbatının  ödənilməsi  üçün 
müəyyən edilmiş mərkəzləşdirilmiş pul vəsaiti fondunun  formalaşması 
və istifadəsi ilə əlaqədardır. 
    Hər  bir  dövlətin  yaranması  üçün  onun  zəruri  atributlarından  olan  pul 
vəsaitləri fondlarının yaradılması  çox vacib şərtlərdən biridir. 
    Ölkələrin hamısında hökumət  öz funksiyalarını yerinə yetirmək üçün 
cəmiyyətin yaratdığı  maliyyə ehtiyatlarının  bir hissəsini; əsasən icbari 
yolla  mərkəzləşdirilmiş  pul  vəsaitləri  fondlarına  səfərbər    edir.  Bu 
fondlar sırasında  əsas yeri    dövlət büdcəsi  tutur. Dövlət büdcəsi  dövlət 
maliyyəsinin  ən  mühüm  tərkib  hissəsidir.  Dövlət  büdcəsi  sözü  bütün 
dillərə  “budget”  sözündən  keçmişdir.  Bu  ingilis  sözünün  mənası  çanta, 
torba  kimi  açıqlanır.  “Budget”  sözü  isə  “  bouget”  sözünün  dəyişilmiş 
formasıdır. Büdcə sözü XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi 
leksikona  daxil  olunmuşdur.  Bu  söz  məna  etibarı  ilə  xəzinə  sözünə
yaxındır  və  XVIII  əsrə  qədər  büdcə  funksiyalarını  bütövlükdə  xəzinə
yerinə yetirirdi.  Məişətdə biz tez- tez ailə büdcəsi, vaxt büdcəsi, dövlət 
büdcəsi anlayışları ilə qarşılaşırıq. Əgər ailə büdcəsi ailənin gəlir və xərc 
balansını,  vaxt  büdcəsi  potensial  vaxtla  onun  istifadə  balansını  əks 
etdirirsə, dövlət büdcəsi dövlətin gəlirləri və xərcləri arasındakı  balansı 
əks etdirir.  
    Büdcə  münasibətləri  obyektiv  xarakter  daşıyır.  Bu  onunla  müəyyən 
edilir ki, dövlət öz funksiyalarını həyata keçirmək üçün  maddi maliyyə
bazasına  malik  olmalıdır.  Dövlətin  əlində  hər  il  bütün  cəmiyyət 
səviyyəsində  geniş  təkrar  istehsalın  ehtiyaclarının  ödənilməsi, 
vətəndaşların    sosial-  mədəni  tələbatının  təmin  edilməsi,  müdafiə  və
dövlət  idarəetmə    xərclərinin  ödənilməsi    və  s.  tədbirlərin    həyata 
keçirilməsi üçün  milli gəlirin müəyyən hissəsi mərkəzləşməlidir. 
    Dövlətin  mərkəzləşdirilmiş  pul  vəsaiti  fondunun  yaradılması  və
istifadəsi  əsasında    əmələ  gələn  pul  münasibətlərinin  məcmusu  dövlət 
KitabYurdu.az 
2


 
 
büdcəsi  anlayışını  təşkil  edir.  Dövlət  büdcəsi  dövlətin  başlıca  gəlir  və 
xərclərini özündə birləşdirir. 
    Büdcə-  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  hakimiyyəti    və 
özününidarəetmə  orqanları  vasitəsilə    dövlətə  və  bələdiyyələrə  məxsus  
vəzifə  və  funksiyaları  yerinə  yetirmək  üçün  lazım  olan  pul  vəsaitinin  
yığılması və istifadə  olunması üçün əsas maliyyə sənədidir. 
    Büdcə  vasitəsilə  dövlət  və  bələdiyyə  orqanları  öz  üzərlərinə  düşən 
vəzifə  və  funksiyaları    yerinə  yetirir.  Belə  ki,  dövlət  büdcə  vəsaiti  
hesabına  idarəetmə  aparatını  və  ordunu  saxlayır,  sosial-  mədəni 
tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir. 
    Büdcə  dövlətin  və  bələdiyyələrin  əsas  maliyyə  planı  olmaqla,  dövlət 
hakimiyyəti  və  bələdiyyə  orqanlarının  onların    fəaliyyətini  yerinə 
yetirməyə  imkan verir.  
    Büdcə dövlətin  maliyyə  vəziyyətini əks etdirir və buna əsasən ölkədə 
vergi siyasətini   müəyyən edir. Büdcə ölkədə  milli gəlirin  ümumdaxili 
məhsulun(  ÜDM)    yenidən  bölgüsünü  həyata  keçirir,  pul    vəsaiti 
fondlarının  xərc  istiqamətlərini  müəyyənləşdirir,  iqtisadiyyatın  dövlət 
tərəfindən tənzimlənməsi həyata keçirir.  
    Büdcə 
maliyyə 
münasibətlərini  əks  etdirən  tarixi  iqtisadi 
kateqoriyadır.  Onun  yaranması  və  inkişafı  dövlətin  yaranması  və 
formalaşması    ilə  əlaqədardır.  Dövlət  büdcədən  özünün    funksiyalarını 
həyata  keçirmək    üçün  əsas    iqtisadi  alət  kimi    istifadə  edərək,    eyni 
zamanda iqtisadi və sosial siyasəti  də həyata keçirir. 
    Milli  iqtisadiyyatın  inkişafında  ,  istehsalın  stimullaşdırılmasında  , 
eləcə  də    cəmiyyətin  sosial  tərəqqisində    dövlət  büdcəsi  çox  böyük  rol 
oynayır.    Bu  rol  özünü  daha  çox  kəmiyyət    və  keyfiyyət  təsirlərində 
göstərir.  Kəmiyyət  təsiri  hansı  istiqamətə  nə  qədər    vəsait  xərcləmək  
lazım  gəldiyini  bildirir.  Keyfiyyət  təsiri  isə  iki  aspektdə  nəzərdən 
keçirilir:  bir  tərəfdən  vergilərin  düzgün  qurulması    və  vəsaitlərin 
səmərəli xərclənməsi, digər tərəfdən isə büdcə vasitəsilə nəzarət meyarı 
kimi götürülür. Bu aspektlərin  hər ikisi iqtisadiyyatın keyfiyyətinə təsir 
göstərir.  Bütün  ölkələrdə  büdcə  ən  mühüm    iqtisadi  tənzimləyici  kimi 
çıxış  etdiyindən  o,  makroiqtisadi  tənzimləmənin  ən  önəmli 
elementlərindən birinə çevrilir. 
KitabYurdu.az 
3




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə