Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

10 
 
dəqiqləşdirir və təyin olunmuş  qaydada Milli Məclisə təqdim etməkdən  qanun 
layihəsini nəzərdən keçirir.  
     Azərbaycan Respublikasının hökuməti  növbəti maliyyə ilinin dövlət büdcəsi 
haqqında    qanun  layihəsini  və  ona  əlavə  olunmuş    sənədləri  və  matterialları 
Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. 
     Növbəti maliyyə ili üzrə dövlət büdcəsi ilə bağlı aşağıdakı sənədlər hazırlanıb 
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir: 
- cari ilin dövlət büdcəsinin icarsının vəziyyəti haqqında hesabat; 
-  növbəti  büdcə  ili  üzrə  Azərbaycan  Respublikasının    dövlət  büdcəsi  haqqında 
qanun layihəsi
-  Azərbaycan  Respublikasının  növbəti  büdcə  ili  üzrə    iqtisadi  və  sosial  inkişaf  
konsepsiyası və proqnoz  göstəriciləri; 
-  dövlət  büdcəsinin  vəsaiti  hesabına  maliyyələşdirilməsi    nəzərdə  tutulan 
məqsədli proqramlar
- büdcə və vergi siyasətinin əsas istiqamətləri; 
- Azərbaycan Respublikasının inzibati ərazisi üzrə  icmal maliyyə balansı; 
-  dövlət  büdcəsinə  daxil  olmayan    məqsədli  dövlət  fondlarının    büdcələri 
haqqında qanun layihələri
-  büdcə  təsnifatına  uyğun  olaraq  növbəti  büdcə  ili  üzrə    dövlət  büdcəsinin 
gəlirlərinin  və xərclərinin məbləği; 
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən  müəyyən edilən digər sənədlər. 
     Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi  haqqında  qanun  layihəsi    ona  əlavə 
edilmiş digər sənədlərlə birlikdə  cari ilin oktyabr ayının  15- dən gec olmayaraq  
Azərbaycan  Respublikasının  Konstitusiyasının    109-  cu  maddəsinin    2-  ci 
bəndinə  uyğun  olaraq    Azərbaycan  Respublikasının  Milli  Məclisinin  
müzakirəsinə və təsdiqinə təqdim edilir. 
     Növbəti  maliyyə  ilinə    dövlət  büdcəsi  haqqında    qanun  layihəsi  Azərbaycan 
Respublikasının    Milli  Məclisində  dekabr  ayının  20-  dən  gec  olmayaraq  təsdiq 
edilir. 
 
 
KitabYurdu.az 
43


11 
 
Büdcə layihəsinə baxılması və təsdiq edilməsi 
     Maliyyə  orqanlarından  müvafiq    büdcə  layihələrini  aldıqdan  sonra,  icra 
hakimiyyəti  orqanları  layihəyə  baxır    və  zəruri  hallarda  düzəlişlər  və  əlavələr 
edir. 
    Azərbaycan  Respublikasının  hökuməti    növbəti  maliyyə  ilinə  dövlət  büdcəsi 
haqqında    qanun  layihəsini  və  ona  əlavə  olunmuş    sənədləri  və  materialları 
oktyabrın  1- dək Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Azərbaycan 
Respublikasının Prezidenti  növbəti maliyyə ilinə dövlət büdcəsi haqqında qanun 
layihəsinə və ona əlavə olunmuş materiallara baxdıqdan sonra onların oktyabrın 
15- dən gec olmayaraq  Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. 
     Növbəti  büdcə  ili  üzrə    dövlət  büdcəsi  ilə  bağlı  aşağıdakı  sənədlər    müvafiq 
icra hakimiyyəti orqanı  tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə 
təqdim edilir: 
-  növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi    haqqında  qanun  layihəsi    və  qanun 
layihəsinə dair izahat; 
-  Azərbaycan  Respublikasının  növbəti  büdcə  ili  və  gələn  üç  il  üzrə  iqtisadi  və 
sosial inkişaf konsepsiyası  və proqnoz göstəriciləri
- büdcə- vergi siyasətini əsas istiqamətləri; 
-  dövlət  büdcəsinin  vəsaiti  hesabına    maliyyələşdirilməsi  nəzərdə  tutulan  
məqsədli proqramlar; 
-  büdcə  gəlirləri  təsnifatının,  funksional,  iqtisadi  və  təşkilati  təsnifatların 
paraqrafları səviyyəsində  gəlirlərin və xərclərin layihəsi
- dövlət borcları və dövlət zəmanətləri ilə digər öhdəliklərə dair məlumat; 
- növbəti il üzrə icmal büdcəsinin layihəsi; 
- Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı; 
-  qanunvericiliyə  uyğun  olaraq  Azərbaycan  Respublikasının  Milli  Məclisi 
tərəfindən  təsdiq  olunması    nəzərdə  tutulduğu  hallarda    növbəti  büdcə  ili  üzrə  
büdcədənkənar dövlət fodlarının  büdcələri haqqında qanun layihələri
- növbəti büdcə ili üzrə  gəlirləri ötən ilin faktiki  və cari gözlənilən nəticləri ilə , 
habelə xərclərinin funksional, iqtisadi  və təşkilati təsnifatlar üzrə müqayisəsi; 
KitabYurdu.az 
44


12 
 
-  funksional,  təşkilati  və  iqtisadi  təsnifatlar  paraqrafları  səviyyəsində    cari  ilin 
dövlət büdcəsinin  gözlənilən icrasının vəziyyəti; 
- cari ilin icmal büdcəsinin  gözlənilən icrasına dair məlumat; 
- büdcədənkənar əməliyyatlara dair icmal hesabat
-  keçən  büdcə  ilində,  faktiki  və  cari  büdcə  ilində    gözlənilən  maliyyələşdirmə 
mənbələri  barədə hesabat; 
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər. 
     Azərbaycan Respublikasının Prezidenti  növbəti maliyyə ilinə dövlət büdcəsi 
haqqında  qanun layihəsi ilə birlikdə  Milli Məclisə aşağıdakı  qanun layihələrini 
göndərir: 
-
 
Azərbaycan Respublikasının vergilər və rüsumlar haqqında  qanunvericilik 
aktlarına dəyişiliklər  və əlavələr edilməsi; 
-
 
Azərbaycan  Respublikasının  büdcədənkənar  fondlarının    büdcələri 
haqqında qanun layihələri. 
     Mərkəzi  Bank  cari  ilin  oktyabrın    1-  dən  növbəti  maliyyə  ilinə  vahid  dövlət 
pul- kredit siyasətinin əsas istiqamətlərinin  layihəsini Milli Məclisə təqdim edir. 
Bu  layihə  həmçinin  Azərbaycan  Respublikasının  Prezidentinə    və  Azərbaycan 
Respublikası hökumətinə göndərilir. 
     Milli  Məclisdə  dövlət  büdcəsi    vəsaiti  hesabına  maliyyələşdirilməsi    nəzərdə 
tutulan  məqsədli    proqramların  layihələri    dövlət  büdcəsinin  layihəsi  ilə    eyni 
zamanda baxılır və qəbul edilir. 
     Azərbaycan  Respublikasının  Prezidenti    dövlət  büdcəsi  haqqında    qanuna 
dəyişiliklər  və əlavələr edilməsi  haqqında qanun layihəsini Milli Məclisə təqdim 
edir. 
     Qeyd  edildiyi  kimi,  növbəti  büdcə  ili  üzrə    dövlət  büdcəsi  haqqında    qanun 
layihəsinin  müzakirəsi    və  təsdiqi    Azərbaycan  Respublikası  Milli  Məclisinin  
Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. 
     Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq üç oxunuşda  baxılır. Milli 
Məclisin  sədrinin  qərarı  ilə    və  ya  Milli  Məclisin    protokol  qaydasında  qəbul 
etdiyi  qərarla qanun layihəsinə  bir oxunuşda baxıla bilər. 
KitabYurdu.az 
45


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə