Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   6   7   8   9   10   11   12   13   ...   57


 
ödənişlərin   müəyyən edilməsi, yerli büdcənin və onun icrası haqqında  
hesabatların təsdiq edilməsi daxil edilir. 
2. Azərbaycan Respublikasının “ Büdcə sistemi haqqında “ Azərbaycan 
Respublikasının  Qanunu  yerli  büdcələrin  tərtibi,  müzakirəsi,  təsdiqi  və 
icrasının  Azərbaycan  Respublikasının  qanunvericiliyi    ilə  müəyyən 
edilməsi qaydalarını tənzimləyir. 
3.  Azərbaycan  Respublikasının    vergi  məcəlləsi  Azərbaycan 
Respublikasının  vergi  sisteminə  daxil  edilən  vergilərin  qruplar  üzrə 
təyinatını müəyyən etmişdir: 
- dövlət vergiləri; 
- muxtar respublika vergiləri; 
- yerli vergilər( bələdiyyə vergiləri). 
     Eyni  zamanda  burada  yerli  vergilərin  tərkibinə  daxil  olan    vergilər, 
rüsumlar və ödənişlər müəyyən edilmişdir. 
4.  “Bələdiyyələrin  statusu  haqqında”  Azərbaycan  Respublikasının  
Qanununun  IV  fəslinə  görə  yerli  özünüidarəetmənin  Azərbaycan 
Respublikasının  Konstitusiyası  ilə  müəyyənləşdirilmiş  hüquqlarının 
məhdudlaşdırılması qadağan edilir. Qanuna əsasən, bələdiyyələrin qəbul 
etdiyi  qərarlar  bələdiyyələrin  ərazisində    yerləşən  hüquqi  və  fiziki 
şəxslərin    hüquq  və  səlahiyyətlərinin    pozulmasına    yönəldilə 
bilməz(maddə 48). 
5.  “  Bələdiyyələrin  maliyyəsinin  əsasları  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununda  (  maddə5)  qeyd  edildiyi  kimi,  yerli 
büdcənin müstəqilliyi öz mədaxil  mənbələrinin olması və bələdiyyənin  
yerli büdcənin    vəsaiti  barədə    sərəncam  vermək    müstəsna  hüququ  ilə 
təmin edilir. 
     Azərbaycan  Respublikasının  qanunvericilik  və  icra  hakimiyyəti  
orqanlarının  bələdiyyələrin  büdcə  fəaliyyətinə    müdaxiləsinə,  
Azərbaycan Respublikası qanunlarında  nəzərdə tutulmuş hallar  istisna 
olmaqla yol verilmir. 
     Bələdiyyə yerli büdcənin  maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst  
qalıqlarına müstəqil sərəncam verir. 
KitabYurdu.az 
30



 
     Bələdiyyə  yerli  büdcənin    iqtisadi  qanunların    tələblərinə  uyğun 
müstəqil  olaraq  tərtib,  müzakirə,  təsdiq  ,  icra  və  onun  icrasına  nəzarət 
edir. 
     Yerli  büdcələrin    gəlirləri    xüsusi  gəlirlər,  dövlət  və  ərazi  vergi 
rüsumlarından  ayrılan gəlirlər hesabına  formalaşdırılır.  
     Yerli  büdcələrə    bələdiyyə  mülkiyyətində  olan    əmlakın  ifadəsindən 
əldə  olunan  gəlirlər  və  yerli  özünüidarəetmə    orqanlarının,  onların 
tabeliyində  olan    büdcə  idarələrinin    göstərdikləri  pullu  xidmətlərdən  
əldə olunan gəlirlər  tam şəkildə daxil olur. 
     Azərbaycan 
Respublikasının  büdcə  qanunvericiliyinə  əsasən  
müxtəlif səviyyəli  büdcə səlahiyyətləri müəyyən edilir. Qanunvericilik 
orqanı,  yerli  özünüidarəetmə    orqanları    büdcəyə  baxıb,  onu  və  icrası 
haqqında    hesabatı  təsdiq  edir,  büdcənin  icrasına    sonrakı  nəzarəti  
həyata  keçirir.Azərbaycan  Respublikasının    büdcə  sisteminin  müxətlif 
səviyyəli  büdcəsinin icrasına  nəzarəti həyata keçirən  orqanların hüquqi 
statusunu  müəyyən  edir  və  formalaşdırır.  Azərbaycan  Respublikasının 
Naxçıvan  Muxtar  Respublikasının  büdcə  qanunvericiliyinin    digər 
hüquqi normativ  aktlarına, yerli özünüidarəetmə  orqanlarının aktlarına 
uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. 
     Azərbaycan  Respublikasının  büdcə  qanunvericiliyinin    pozulmasına 
görə  məsuliyyət  növləri  tətbiq  edilir.  Bu  məsuliyyət  növləri 
aşağıdakılardır: 
- büdcə haqqında qanuna əməl edilməməsi
- büdcə vəsaitlərinin  məqsədsiz istifadə edilməsi
-  büdcə  vəsaitlərini  alanlara    büdcə  vəsaitlərinin  tam  və  vaxtında 
köçürülməməsi; 
-  büdcə  vəsaitlərini    alanlara  büdcə  vəsaitlərinin    vaxtında    hesaba 
köçürülməməsi; 
- büdcənin icarı ilə  bağlı  hesabatların  və digər  məlumatların  vaxtında 
təqdim edilməməsi
-  büdcə  vəsaitlərini  alanlara    büdcə  öhdəlikləri    haqqında  bildirişlərin  
vaxtında çatdırılmaması; 
KitabYurdu.az 
31



 
- büdcə bölgüsünün  büdcə haqqında  qanuna( qərara) uyğun olmaması; 
-  büdcə  vəsaitləri  haqqında    bildirişlərin,  büdcə  öhdəlikləri    limitləri 
haqqında    bildirişlərin  təsdiq  olunmuş  xərclərə  və  büdcə  bölgüsünə 
uyğun olmaması; 
- büdcələrin gəlirlərin, büdcədənkənar dövlət  fondlarının gəlirlərinin və 
Azərbaycan Respublikası büdcə sisteminə digər daxilolmaların  mütləq 
hesaba köçürülməsinə riayət edilməməsi
-  büdcələrin  və  büdcədənkənar    dövlət  fondlarının    hesabına  
köçürüləcək vəsaitlərin ödəmə sənədlərinin  vaxtında icra edilməməsi
-  büdcələrin  lahiyələrinin    və  büdcələrin  icrası  haqqında    hesabatların 
vaxtında təqdim edilməməsi; 
-  qəbul  edilmiş  büdcə  öhdəliklərinin  təsdiq  edilməsindən  imtina 
edilməsi
- büdcə öhdəliklərinin  vaxtında təsdiq edilməməsi, təsdiq edilmiş büdcə 
öhdəlikləri üzrə ödəmələrin vaxtında həyata keçirilməməsi
-  büdcə  bölgüsünə    daxil  edilmiş  və  təsdiq  edilmiş  büdcə  öhdəlikləri  
limiti 
ilə 
nəzərdə 
tutulmuş 
xərclərdən 
artıq 
xərclərin 
maliyyələşdirilməsi; 
-    dövlət  və  bələdiyyə    xidmətinin  göstərilməsinə  maliyyə  məsrəfləri 
normativlərinə riayət olunmaması; 
-  büdcə  kəsirinin,  dövlət  bələdiyyə  borclarına  ,  xidmət  edilməsinə 
xərclərin həddlərinin ölçülərinə riayət olunmaması; 
- mövcud qanunlara uyğun olan digər əsaslar həyata keçirilir. 
-  büdcənin  icrası  prosesinin    lazımi  qaydada  olmaması    haqqında 
xəbərdarlıq; 
- xərclərin blokirovkası; 
- büdcə vəsaitlərinin götürülməsi
- kredit təşkilatlarında  hesablar üzrə əməliyyatların dayandırılması; 
- cərimələrin tətbiq edilməsi; 
- müamilələrin hesablanması; 
- mövcud qanunlar  çərçivəsində digər ölçülər. 
KitabYurdu.az 
32


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə