Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Büdcə sisteminin təşkili prinsipləri



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

12 
 
Büdcə sisteminin təşkili prinsipləri 
Azərbaycan Respublikası büdcə sisteminin təşkili 
Prinsipləri:
1. Büdcə sisteminin vahidliyi
2. Büdcənin müsyəqilliyi
3. Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə 
4. Büdcə həlqələri arasında gəlir və xərclərin bölüşdürülməsi
5. Büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli 
xarakteri
6. Büdcənin gəlir və xərclərini tam əks etdirilməsi
7. Aşkarlıq
8. Büdcənin balanslaşdırılması
9. Büdcənin reallığı
 
 
 
KitabYurdu.az 
23



 
Mövzu 3: Azərbaycan Respublikasının  dövlət hakimiyyəti və yerli 
özünüidarəetmə orqanlarının  büdcə hüquqları. 
Plan 
1.  Büdcə  hüququ  anlayışı.  Azərbaycan  Respublikasında  büdcə 
hüququnun əsasları. 
2. 
“Büdcə 
sistemi 
haqqında” 
Azərbaycan 
Respublikasının 
qanunu.Azərbaycan 
Respublikasının 
Konstitusiyasına 
əsasən 
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri. 
3.  Azərbaycan  Respublikası  dövlət  hakimiyyəti  orqanlarının  büdcə 
hüquqları. 
4. Yerli özünüidarəetmə orqanlarının büdcə hüquqları. 
5.  Büdcə  qanunvericiliyinin  pozulmasına  görə  tətbiq  edilən  məsuliyyət 
növləri. 
 
Ədəbiyyat 
1. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı.Qanun 1999. 
2. “Büdcə sistemi haqqında “Azərbaycan Respublikasının Qanunu.2002. 
3. Azərbaycan Respublikasının vergi məcəlləsi.Bakı.Qanun 2011. 
4.Ş.Ş.Bədəlov,R.B.Məhərrəmov,F.Ə.Qurbanov.  Büdcə  sistemi.  Bakı 
2003. 
5. N.Novruzov,X.Hüseynov.Maliyyə.Bakı 2007. 
6.M.M.Sadıqov, S.Məmmədov. Maliyyə.Gəncə 2010. 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
24



 
 
     Hüquq  və  iqtisadi  ədəbiyyatda  “  büdcə”  anlayışına  müxtəlif 
aspektlərdə  yanaşılır.  Iqtisadi  kateqoriya    kimi,  büdcə  dövlətin  
mərkəzləşdirilmiş  pul  vəsaiti    fondunun    və  bələdiyyələrin  pul  vəsaiti  
fondlarının  yaradılması  və  istifadəsi  prosesində    əmələ  gələn    iqtisadi 
münasibətləri  ifadə  edir.  Hüquqi  kateqoriya  kimi,  büdcə  dövlətin  və 
bələdiyyələrin  əsas  maliyyə  planını,  gəlirlərin  və  xərclərin  siyahısını 
təşkil edir.  
     Büdcə  hüququ-  büdcənin  quruluşunu,  büdcə  prosesini,  yəni  gəlir  
mənbələrinin  təyin  edilməsi,  gəlirlərin  və  xərclərin  büdcə  növləri 
arasında  bölüşdürülməsi, büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası  
qaydalarını,  habelə    büdcənin  icrasının  təşkili    sahəsində  bütün    dövlət 
hakimiyyəti  orqanlarının  səlahiyyətlərini  müəyyən  edən    hüquqi 
normaların məcmusudur. 
     Büdcə  hüququ  maliyyə  hüququnun  tərkib  hissəsi  olmaqla    dövlətin 
mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadə edilməsi 
ilə  əlaqədar  olaraq    ayrı-  ayrı    dövlət  orqanları    arasında  əmələ  gələn 
təşkilati-  maliyyə    münasibətlərini    tənzimləyir.  Büdcə  hüququ  
normaları maddi və prosesual normalara ayrılır. 
     Maddi  normalar    Respublikanın,  İnzibati  Ərazi  vahidlərinin  büdcə 
quruluşunu,  büdcə  hüquqlarını    müəyyən  edən  normalardır.  Dövlət 
büdcəsi  gəlirlərinin  tərkibini,  mənbələrini,  büdcə  xərclərinin  təyinatı, 
gəlirlərin  və  xərclərin  büdcə  səviyyələri  arasında    bölüşdürülməsini 
müəyyən edən normalar maddi- hüquqi normalara aiddir. 
     Prosesual  normalar  dövlət  büdcəsinin  tərtibi,müzakirəsi,  təsdiqi, 
icrası  qaydalarını,  habelə  büdcənin  icrası  haqqında  hesabatların 
müzakirəsi və təsdiqi qaydalarını  tənzimləyir. 
     Azərbaycan  Respublikasının,  Naxçıvan  Muxtar  Respublikasının, 
yerli  hakimiyyət    orqanlarının  ,  o  cümlədən  bələdiyyələrin    büdcə  
hüquqlarının 
ümumi 
əsasları 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasında 
və 
Naxçıvan 
Muxtar 
Respublikasının  
Konstitusiyasında  təsdiq edilmişdir. 
KitabYurdu.az 
25



 
     Azərbaycan  Respublikasının    Konstitusiyasına    əsasən  Azərbaycan 
Respublikasının 
Milli 
Məclisinin 
səlahiyyətinə 
Azərbaycan 
Respublikasının  vahid  dövlət  büdcəsini  işləyib  hazırlamaq,  müzakirə 
etmək,  təsdiq  etmək  və  onun  icrasına  nəzarət  etmək,büdcənin  icrası 
haqqında  hesabatı  təsdiq  etmək,  dövlət  büdcəsini  formalaşdırmaq  üçün 
vergi  və gəlirləri müəyyən etmək aiddir. 
     Azərbaycan  Respublikasının  iqtisadi  siyasət  komissiyası  büdcənin 
formalaşması  və  müzakirəsində  fəal  iştirak  edir.  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  Azərbaycan  Respublikası  Prezidentinin 
təqdimatına  əsasən  Azərbaycan  Respublikası  dövlət  büdcəsini  təsdiq 
edir  və  onun  icrasına  nəzarət  edir.  Milli  Məclis  vergilər,  rüsumlar  və 
digər ödənişlər haqqında ümumi qaydaları müəyyən edir. 
     Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan  Respublikasının 
dövlət  büdcəsini  Azərbaycan  Respublikasının  Milli  Məclisinin 
müzakirəsinə və təsdiqinə cari ilin oktyabr ayının 15- dən gec olmayaraq 
təqdim edir. 
     Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  Azərbaycan 
Respublikası  Prezidentinin  yuxarı    icra  orqanı  olmaqla  Azərbaycan 
Respublikası  dövlət  büdcəsinin  layihəsini  hazırlayıb    Azərbaycan 
Respublikasının  prezidentinə  tədqim  edir,  Azərbaycan  Respublikası 
dövlət büdcəsinin icrasını təmin edir. 
     Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Naxçıvan  Muxtar 
Respublikasının büdcəsini təsdiq edir. Naxçıvan Muxtar Respublikasının 
Nazirlər  Kabineti  Muxtar  Respublika  büdcəsinin  lahiyəsini  hazırlayıb 
Naxçıvan  Muxtar  Respublikasının    Ali  Məclisinə  təqdim  edir.  Muxtar 
Respublikanın büdcəsinin icrasını təmin edir. 
     Yerlərdə  özünüidarəetmənin  təşkili  Azərbaycan  Respublikasının 
Konstitusiyasında  təsbit  edilmişdir.  Yerlərdə  yerli  özünüidarəetməni 
bələdiyyələr  həyata  keçirirlər.  Bələdiyyələrin  iclaslarında  yerli  vergilər 
və  ödənişlər  müəyyən  edilir,  yerli  büdcələr  və  onun  icrası  haqqında 
hesabatlar təsdiq edilir. 
KitabYurdu.az 
26


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə