Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   2   3   4   5   6   7   8   9   ...   57


 
     Bütün  bu  problemlərin  həlli  üçün  son  dövrlərdə  Azərbaycan 
Respublikasının  Milli Məclisi bir sıra qanunlar və məsələlər qəbul etmişdir. 
     Dövlət  büdcəsinin  gəlirləri  ölkənin  büdcə  fondunun  formalaşması 
prosesində  dövlətin  müəssisə,  təşkilatlar  və  əhali  arasında    yaranan  iqtisadi 
münasibətlərini əks etdirir. 
     Dövlət  büdcəsinin  gəlirləri  Azərbaycan  Respublikasının    qanunvericiliyi 
ilə  müəyyən  olunmuş  vergilər,  rüsumlar  ,  digər  ödənişlər  və  daxilolmalar 
hesabına formalaşır. 
     Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən    aşağıdakı  xərclər 
maliyyələşdirilir: 

 
Azərbaycan  Respublikası  Prezidentinin  Milli  Məclisinin,  Hesablaşma 
Palatasının,Mərkəzi  Seçki  Komissiyasının  ,  Mərkəzi  İcra  Hakimiyyəti 
orqanlarının fəaliyyətinin təmin edilməsi

 
Məhkəmə hakimiyyəti və prokurorluq orqanlarının fəaliyyətinin təmin 
edilməsi; 

 
Dövlət əhəmiyyətli beynəlxalq fəaliyyətin həyata keçirilməsi

 
Milli müdafiə və dövlətin milli təhlükəsizliyinin  təmin edilməsi, hərbi- 
sənaye kompleksinin  fəaliyyətinin təmin edilməsi.; 

 
Dövlət mülkiyyətinin saxlanılması; 

 
Azərbaycan Respublikasının dövlət borcunun ləğv edilməsi; 

 
Seçkilərin və referendumların keçirilməsi

 
Dövlət investisiya proqramının həyata keçirilməsi; 

 
Sənaye sahələrinin dövlət təminatı; 

 
Elmi- tədqiqat işlərinin aparılması; 

 
Ətraf mühitin mühafizəsi; 

 
Fövqaladə halların nəticələrinin aradan qaldırılması; 

 
Bazar infrastruktunun inkişafı; 

 
Kütləvi informasiya vasitələrinin işinin təşkili

 
Yerli büdcələrə maliyyə yardımı; 

 
Dövlət,  bələdiyyə  strukturlarının  səlahiyyətləri  çərçivəsində  digər 
xərclər və s. 
 
 
KitabYurdu.az 
17



 
Bələdiyyə( yerli) büdcələr. 
     Yerli  vətəndaş  birliklərinin  yaradılmasının  hüquqi  bazası  “  Yerli 
özünüidarəetmə  haqqında  Avropa  xartiyası”  nda  ,  Azərbaycan 
Respublikasının  yerli  özünüidarəetməyə  dair  sənədlər  toplusunda  öz  əksini 
tapmışdır. 
     Yerli özünüidarəetmə dedikdə, yerli özünüidarəetmə orqanlarının  qanun 
çərçivəsində,  məsuliyyəti  öz  üzərinə  götürərək  yerli  əhalinin  mənafeyi  
naminə  dövlət  işlərinin  böyük  bir  hissəsini  nizama  salmaq  və  onu  idarə 
etmək hüququ və real bacarığı başa düşülür. 
     Bələdiyyə  -  qanunla  müəyyən  olunmuş  ərazi  hüdudları  daxilində    yerli 
özünüidarəetmə formasıdır.  
     “Bələdiyyələrin 
statusu  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununun 33- cü maddəsinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli 
vergilər    və  ödənişlər  hesabına    formalaşan  yerli  büdcənin  vəsaitləri, 
bələdiyyələrin büdcədənkənar fondları daxil edilir. 
     Bələdiyyə maliyyəsinin əsasını yerli büdcələr təşkil edir.  
     Yerli  büdcə-  bələdiyyə  statusuna  uyğun  olaraq  özünüidarəetmə 
prinsiplərini  reallaşdırmaq,  bələdiyyələrin  Azərbaycan  Respublikası 
Konstitusiyası  və  qanunları  ilə  müəyyənləşdirilmiş  səlahiyyətlərini    həyata 
keçirmək  üçün  formalaşan  və  istifadə  olunan  maliyyə  vasitəsidir.  Yerli 
büdcələrin  formalaşmasını,  tərtibi,  müzakirəsi  və  təsdiqi,  icrasına  nəzarət  “ 
Büdcə  sistemi  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu    əsasında 
həyata keçirilir. 
     Yerli  büdcələrin  iqtisadi  mahiyyəti  onun  təyinatında  öz  əksini  tapır  və 
aşağıdakı funksiyaları həyata keçirir: 
-  yerli  bələdiyyə  orqanlarının  fəaliyyətinin  maliyyə  təminatı    olan  pul 
fondlarının yaradılması. 
-  fondların  təsərrüfatın  müxtəlif  sahələri  arasında  bölgüsü  və  istifadə 
olunması. 
-  bu  orqanların  tabeçiliyində  olan  müəssisə,  idarə  və  təşkilatların    maliyyə- 
təsərrüfat fəaliyyətinə nəzarət. 
     Yerli  büdcələrin  tərtibi  və  icrası  prosesində    büdcə  sisteminin 
qanunvericiliklə    müəyyən  edilmiş  prinsipləri  və  Azərbaycan 
Respublikasında  tətbiq  olunan  büdcə  təsnifatından  istifadə  olunur.  Yerli 
KitabYurdu.az 
18



 
büdcələrin  yerinə  yetirilməsinə  xidmət    göstərmək  və  işi  səmərəli  təşkil 
etmək üçün bələdiyyələr dövlət xəzinədarlığının  ərazi ( rayon) orqanları ilə 
müqavilələr  bağlaya, yaxud da yerli büdcənin vəsaitləri hesabına  bələdiyyə 
xəzinədarlığı yarada bilərlər. 
     Yerli  büdcənin  müstəqilliyi  öz  daxili  mənbələrinin    olması  və 
bələdiyyənin    yerli  büdcə  vəsaiti  haqqında  sərəncam  vermək    müstəsna 
hüququ  ilə  təmin  edilir.  Bələdiyyə  yerli  büdcənin  maliyyə  ilinin  sonuna 
əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir. 
     Qanun  yerli  büdcələrin  möhkəmlənməsi  üçün  dövlət  üzərinə  aşağıdakı 
əlavə məsuliyyətləri qoyur: 
1)  investisiya  və  pul-  kredit    siyasəti  əsasında  istehsal  sferasının  inkişafına  
şərait yaratmaq; 
2) yerli sosial-  iqtisadi  inkişaf proqramlarını   yerli büdcə gəlirləri hesabına 
maliyyələşdirmək  mümkün  olmadıqda    yerli  büdcə  kəsirini  ödəmək  üçün  
dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrini müəyyən 
etmək  və ya dövlət büdcəsindən  dotasiya və subvensiya ayırmaq; 
3) yerli büdcənin gəlirlərini azalması və ya xərclərinin artması baş verdikdə 
uyğun  azalma  və  artma  məbləğlərinin  müvafiq  qərar  qəbul  edən  orqan 
tərəfindən  kompensasiya edilməsi. 
     Büdcə  ili  yanvarın  2-  də  başlanır  və  dekabrın  31-  də  qurtarır.  Yerli 
büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır: 
1. Yerli vergilər və ödənişlər. Azərbaycan Respublikasının “ vergi məcəlləsi” 
ndə  nəzərdə tutulmuş yerli vergilər ( bələdiyyə vergiləri) bunlardır: 
- fiziki şəxslərin torpaq vergisi
- fiziki şəxslərin əmlak vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; 
- bələdiyyə mülkiyyətində  olan müəssisə və təşkilatların mənfəət vergisi; 
2.  Yerli  ödənişlərin    tərkibi(  reklamlar  yerləşdirilməsi,  bələdiyyə 
torpaqlarında  stasionar  və  ya  səyyar  ticarət,  ictimai    iaşə  və  ya  digər 
xidmətlərə görə ödəniş , bələdiyyə ərazisində mehmanxana, stasionar- kurort 
və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş). 
Yerli büdcələrin  xərclərini aşağıdakı  maddələr təşkil edir: 
KitabYurdu.az 
19


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə