Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
b)
 
Vəsait həcminə görə məhdudlaşma. 
    Dövlət  büdcəsi  müəyyən  zaman  kəsiyi  ilə  bağlıdır.  Bir  qayda  olaraq 
büdcə  müddəti  bir  ili  əhatə  edir  və  dünya  təcrübəsində    maliyyə  ili 
adlanır. Bəzi ölkələrdə  maliyyə ili təqvim  ili ilə eyni olmasa da, onları 
eyniləşdirmək o qədər də çətin deyil. 
    Demokratik  idarəçilik  sistemi  olan  ölkələrdə  qanunverici    orqan  icra 
hakimiyyətinin  fəaliyyətinə  nəzarət  edərək  dövlət  xərclərinin  və 
gəlirlərinin  kəmiyyət  və  keyfiyyət  parametrləri    üzrə  hüdudlarını 
müəyyən  edir.  Onu  da  yaddan  çıxarmaq  olmaz  ki,  kəmiyyətə  və 
qiymətlərə    tətbiq  edilən  məhdudlaşdırma  təkcə  nəzarət  məqsədi 
daşımır.  Məsələn,  belə  məhdudlaşdırmadan  müxtəlif  iqtisadi 
məqsədlərlə  ,  iqtisadi  inkişaf  istiqamətini  müəyyənləşdirərkən,  siyasi 
proqramları  həyata keçirərkən də istifadə olunur. 
Dövlət büdcəsinin əsas əlamətləri. 
    Dövlət büdcəsi bütün milli iqtisadiyyatla bağlıdır və  onun çoxanlamlı 
əlamətləri  var.  Büdcə  ilk  növbədə    dövlətin  mərkəzləşdirilmiş  , 
təsdiqlənən  pul  fondu  ,  onun  idarəetmə  aləti  ,  maliyyə  planıdır.  Eyni 
zamanda dövlət büdcəsi maliyyə sisteminin tərkib hissəsidir. 
    Dövlət  büdcəsinin  gerçəkləşdirilməsinin  ən  mühüm  şərtlərindən  biri  
parametrin,  yaxud  başqa  dövlət  orqanlarının  onu  mərkəzləşdirilmiş  pul 
fondu  kimi  təsdiqləməsidir.  Belə  təsdiqləmə  xalqın,əhalinin  büdcə 
hüququnun    təbii  nəticəsi  kimi  çıxış  edir.  Büdcəni  əhaliyə  anlaşıqlı 
şəkildə  izah  etmək    və  onu  aydın,  hamının  başa düşdüyü  şəkildə  tərtib 
etmək    çox  vacibdir.  Bu  halda  dövlət  xərclərinin  və  gəlirlərinin 
kəmiyyətini və dəyərini müəyyən etmək də asan olur. 
    Büdcənin  təsdiqi  dövlətin  iqtisadi  həyatında  çox  önəmli  və  həlledici 
mərhələdir.  Büdcə  hüququnun  inkişafını    3  aspektdən  nəzərdən 
keçirmək  olar.  Bunlar  vergi  hüququ,  xərc  hüququ  və  büdcənin  təsdiq 
edilməsi  hüququdur.  Büdcə  hüququ  məsələsində  ilk  növbədə    ali 
qanunvericilik  orqanının  vergiləri  təqdiqləməsi  nəzərdə  keçirilir.  Tarixi 
baxımdan  vergi  hüququ  maliyyə-  iqtisadiyyat  leksikonunda  3  əsrdən 
çoxdur  işlədilir.  Vergiqoyma  hüququ  ilk  dəfə  böyük  Azərbaycan  
mütəfəkkiri N. Tusi tərəfindən XII əsrdə, 1688- ci ildə İngiltərədə, 1789- 
cu ildə Fransada, 1786- cı ildə Türkiyədə təsdiqlənib. Bu qanunvericilik  
KitabYurdu.az 
7


 
 
aktlarına  qədər  vergi  hüququ  tamam  ayrı,  daha  primitiv    formada 
fəaliyyət göstərirdi.  Vergi  hüququ  təsdiqlənəndən    və  yığılan  vergilərin 
həcmi  imkanları,  aşkarlandırdan  sonra  büdcə  dərəcələrinin  müəyyən 
edilmə və təsdiqlənmə hüququnun təşəkkül mərhələsi başlanır. 
    Büdcə  dövlət  idarəçiliyinin  ən  nüfuzlu  siyasi  vasitələrindən  biri 
iqtisadi  siyasətin  tərkib  hissəsi  olan  maliyyə  siyasətinin  ən  mühüm 
alətidir.  Dövlət  xərcləri,  gəlirləri  və  borcları  siyasətindən  çıxış  edərək 
biz  dövlət  büdcəsini,  müxtəlif  siyasi  məqsədlərə  çatmağın(  gəlir 
mənbələrindən  səmərəli  istifadə,  gəlirin  bölüşdürülməsində  ədalətlilik  , 
iqtisadi  sabitlik,  iqtisadi  artım  və  inkişaf)  siyasi  vasitəsi  kimi 
qiymətləndirə bilərik. Dövlət büdcəsi idarəetmə vasitəsi kimi də kimi rol 
oynayır.  Büdcənin  xərc  və  gəlir  ölçülərinə  təsiri  iqtisadiyyatın  bütün 
sahələrində özünü göstərir. 
    Büdcə iqtisadi siyasətin çox vacib  və zəruri bir alətidir. Bütün iqtisadi 
baxışlar    tam  məşğulluğa  ,  pul  siyasəti  əvəzinə  maliyyə  siyasətinin 
səmərəliliyinə, özəlliklə də  iqtisadi sabitliyə nail olunmasında bir vasitə 
kimi büdcədən istifadə olunmasına üstünlük verir. 
     Gəlirlərin  ədalətli  bölgüsü,  iqtisadi  artım  və  inkişaf  baxımından 
büdcənin xərc və gəlir  hissələrinin ( vergilər, transfert və investisiyalar , 
borclar) mütənasibliyi çox böyük əhəmiyyətə malikdir. 
    Büdcə  olmadan  dövlət  idarəçiliyinin  fəaliyyət  göstərməsi  mümkün 
deyil. 
    Büdcə  həm  planlaşdırma  vasitəsi,  həm  də  dövlətin  mərkəzləşdirilmiş  
maliyyə planıdır. Onun ilk keyfiyyətini ( planlaşdırma vasitəsi olmasını) 
aşağıdakı iki məqamla izah etmək olar: 
1.Proqnozlaşdırma.  Büdcə  formaca  elə  bir  plandır  ki,  orada  pul 
vəsaitlərinin və dövlət sektoru  xərclərinin necə və hansı həcmdə olacağı 
qarşıdakı müəyyən müddət üçün proqnozlaşdırılır. Bundan başqa büdcə 
proqnozları müxtəlif mənbələrdən  gələn və dövlətin fəaliyyət sahələrini  
təmin etməli olan  pul vəsaitlərinin  qiymətləndirilməsidir. Bununla belə, 
proqnozlaşdırma fiziki kəmiyyət  aspektində də aparıla bilər: 
Plan qismində olan büdcənin aşağıdakı əsas xüsusiyyətləri var: 
-büdcə dövlət  gəlirləri və xərcləri ilə bağlı  maliyyə əməliyyatını təmin 
edən plandır; 
KitabYurdu.az 
8


 
 
-büdcə  müxtəlif  mənbələrdən  təsirli  şəkildə  istifadəni  təmin  edən 
plandır; 
-büdcə  dövlət  təşkilatlarının    məqsədlərinə  nail  olmasını,  onların 
qarşıdakı  müəyyən  müddət  üçün  nəzərdə  tutulmuş  siyasətinin  və 
proqnozlarının  reallaşdırılmasını təmin edən plandır. 
    Beləliklə, dövlət büdcəsi vasitəsilə  çoxlu proqnozlar verilir və bunlar 
dövlət  proqnozlarının  necə,  hansı  vəsait  və  mənbələr  hesabına 
maliyyələşdirilməsinin mənzərəsini cızır.  
2.Tarazlıq.  Büdcənin  tarazlığı  büdcə  xərclərinin  və  gəlirlərinin 
mütənasibliyi  deməkdir.  Bu  prinsip  özünü  ilk  növbədə  büdcənin 
proqnozlaşdırılmasında  göstərir,  lakin  dövlət  büdcəsi  sonralar  da 
iqtisadiyyatın  ümumi balansına uyğun olaraq tənzimlənə bilər. 
    Dövlət  büdcəsi  iqtisadiyyatın  və  sosial  sferanın  inkişafının  təmin 
edilməsində  mühüm  alətdir.  Onun  köməyi  ilə  dövlət  milli  gəlirin 
bölüşdürülməsini  təmin  etməklə,  ictimai  istehsalın  strukturunu 
dəyişdirir,  təsərrüfatçılığın  nəticələrinə    təsir  edir,  sosial  dəyişiklikləri 
həyata  keçirir.  Bu  məqsədlə  dövlət  iqtisadiyyata  birbaşa    və  dolayı 
təsirin 
müxtəlif 
formalarını 
– 
müəssisə 
və 
təşkilatların 
subsidiyalaşdırılması,  dövlət  investisiyaları,  elmi-  texniki  tərəqqini 
müəyyən  edən    sahələrin  büdcə  maliyyələşdirilməsi    tətbiq  edir və  son 
nəticədə xalq təsərrüfatı proporsiyalarının dəyişilməsinə nail olur. 
    Iqtisadi  proseslərin  tənzimlənməsində  dövlətin  rolunun  artması 
təsərrüfatçılığın  müasir  mərhələsində    büdcə  vəsaitini  iqtisadiyyatın 
inkişafının  strateji  istiqamətlərini,  zəruri  istehsal  infrastrukturlarının  
müəyyən  edən  layihələrdə    cəmlənməsi  olduqca  əhəmiyyətlidir.  Vergi 
siyasəti və büdcə maliyyələşdirilməsi vasitəsilə təsərrüfatçılığın müxtəlif 
tərəflərinə  təsir  etmək    mümkün  olur  ki,    bu  da  istehsal  fondlarının  
surətləndirilmiş  bərpasına,  elmi-  texniki  tərəqqinin  istehsala  daha  tez 
tətbiq edilməsinə kömək etmiş olur. 
    Dövlət  büdcəsi  sosial  sferanın  –  maarif,  səhiyyə,  sosial  təminat- 
maliyyələşdirilməsi  mexanizmlərinin  yaxşılaşdırılması  əsasında    sosial 
problemlərin  həllində əhəmiyyətli rol oynayır. 
    Müasir  mərhələdə  büdcə  siyasətinin  əsas  parametrləri  istehsalın 
səviyyəsinin  aşağı  düşməsinin  qarşısını  almaqdan  və  ölkədə  maliyyə 
KitabYurdu.az 
9


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə