Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   9   10   11   12   13   14   15   16   ...   57


 
     Büdcə  layihəsinin  tərtib  edilməsi  üçün  Azərbaycan  Respublikasının  , 
Naxçıvan  Muxtar  Respublikasının  ,  bələdiyyələrin  və  iqtisadiyyatın    müxtəlif 
sahələrinin  sosial-  iqtisadi    inkişaf  proqnozları  işlənib  hazırlanır.    Icra 
hakimiyyəti  orqanlarında  büdcə  layihəsinin  işlənməsi  üçün    əsas  sayılan  icmal 
maliyyə  balansı hazırlanır.  
     Büdcə 
layihəsinin 
tərtib 
edilməsi 
Azərbaycan 
Respublikası 
hökumətinin,Naxçıvan  Muxtar  Respublikasının    və  yerli  özünüidarəetmə 
orqanlarının , müvafiq icra hakimiyyəti orqanlarının  mühüm vəzifəsidir. 
Büdcə  layihəsinin  tərtib  edilməsi  vasitəsilə    Azərbaycan  Respublikasının  
Maliyyə  Nazirliyi,  Naxçıvan  Muxtar  Respublikasının    Maliyyə  Nazirliyi  və 
bələdiyyələrin maliyyə orqanları  həyata keçirirlər. 
     Büdcə  layihəsinin    vaxtında  və  keyfiyyətlə    tərtib  edilməsi  üçün    müvafiq 
orqanlardan və hüquqi şəxslərdən  lazımi məlumatlar alınmalıdır. 
     Büdcə layihəsinin tərtib edilməsi üçün  vacib olan məlumatlar  bunlardır: 
- qüvvədə olan mövcud vergi qanunvericiliyi
- büdcə sisteminin müxtəlif səviyyələrinin  tənzimləyici normativləri
-  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin    digər  büdcələrlə  verəcəyi 
maliyyə yardımının nəzərdə tutulan həcmi
-  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  digər  büdcələrə  verəcəyi  xərclərin 
növü və həcmi
-  dövlət  və  bələdiyyə  xidmətlərinin    göstərilməsinə  maliyyə    məsrəflərinin 
normativləri; 
- minimum maliyyə təminatı normativləri. 
Büdcə layihəsinin tərtibi aşağıdakılara əsaslanır: 
- Azərbaycan Respublikası Prezidentinin büdcəyə göstərişinə; 
-  növbəti  maliyyə  ilinin  müvafiq    inzibati  ərazinin  sosial-  iqtisadi  inkişaf 
proqnozuna; 
-  növbəti  maliyyə  ilinə  müvafiq    ərazinin  büdcə  və  vergi    siyasətinin  əsas 
istiqamətlərinə; 
-  növbəti  maliyyə  ilinə  müvafiq    inzibati  ərazinin  iqtisadiyyatının    dövlət  və  ya 
bələdiyyə  bölməsinin inkişaf planına. 
KitabYurdu.az 
40



 
     Büdcə  layihəsinin  tərtib  edilməsi    mövcud  büdcə  qanunvericiliyi  əsasında  
həyata keçirilir. 
     Əhaliyə  ödəməli  olan  müavinət,  pensiya,  kompensasiya,  dotasiya  və  digər  
ödəniş  növlərinin    hesablanması  üçün  qüvvədə  olan  hüququ  aktlara  edilmiş 
dəyişiliklər və əlavələr nəzərə alınır. 
     Büdcə  haqqında  qanun    layihəsində  büdcənin    əsas  xarakteristikası  öz  əksini 
tapmalıdır. 
     Büdcə  layihəsinin  tərtib  edilməsi  üçün    ilkin  makroiqtisadi    göstəricilər 
bunlardır: 
-  növbəti  maliyyə  ilinə  ÜDM-  un    həcmi  və  növbəti  maliyyə  ilində  ÜDM-  un 
artım sürəti; 
- inflyasiyanın səviyyəsi ( qiymətlərin artım sürəti) 
     Dövlət  büdcəsi  layihəsinin    tərtibi  prosesi  növbəti    büdcə  ilinə  11  ay  qalmış  
başlanır  və  büdcə  layihəsinin    Azərbyacna  Respublikasının  Milli  Məclisinə  
təqdim edildiyi günədək  olan dövrü əhatə edir. 
     Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə  dövlət büdcəsinin layihəsi ölkənin 
iqtisadi  və  sosial  inkişafının    makroiqtisadi  proqnozları,  məqsədli  proqnozlar, 
iqtisadiyyatın  sahələrinin,  inzibati  rayonların  ,  mülkiyyət  formasından  asılı 
olmayaraq    bütün  müəssisələrin  cari  və  növbəti  il  üzrə    maliyyə  fəaliyyətinin 
nəticələrinin  qiymətləndirilməsi əsasında hazırlanır. 
     Növbəti  büdcə  ili  üzrə  dövlət  büdcəsi    layihəsinin  tərtibi  üçün    lazım  olan 
iqtisadi  və  sosial    proqnozların  hazırlanması  barədə    əsaslandırılmış  sənədlər 
müvafiq  icra hakimiyyəti orqanı tərəfindən  müəyyən edilmiş müddət ərzində  və 
qaydada ona təqdim edilir. 
     Dövlət  büdcəsinin  formalaşdırılmasının    birinci  mərhələsində  Azərbaycan 
Respublikasının    hökuməti  və  mərkəzi  icra  hakimiyyəti    orqanları  tərəfindən 
iqtisadiyyatın    vəziyyətini  əks  etdirən  makroiqtisadi    göstəricilər  əsasında  
növbəti  maliyyə  ilinə  Azərbaycan  Respublikasının  iqtisadiyyatının  fəaliyyət  
proqnoz- planı işlənib hazırlanır. 
KitabYurdu.az 
41



 
     Proqnoz-  plan  əsasında  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi 
növbəti  maliyyə  ilinə    dövlət  büdcəsinin  gəlirlər  və  xərclər    üzrə  əsas 
göstəricilərinin  layihələrini hazırlayır. 
     Azərbaycan  Respublikası  dövlət  büdcəsi    xərclərinin  funksional    təsnifatına 
uyğun  olaraq    növbəti  maliyyə  ili  üçün    dövlət  büdcəsi  xərclərinin    bölgüsünü 
müəyyən edir. 
     Növbəti  maliyyə  ilinə  dövlət  büdcəsinin  əsas  xarakteristikası  və  Azərbaycan 
Respublikasının  büdcə  xərclərinin  funksional  təsnifatına  uyğun  olaraq    növbəti 
maliyyə  ilinə  dövlət  büdcəsi    xərclərinin  bölgüsü    Azərbaycan  Respublikası 
hökuməti  tərəfindən  qəbul  edildiyi  gündən  sonra    iki  həftə  ərzində  Azərbaycan 
Respublikasının  Maliyyə Nazirliyi: 
-  dövlət  büdcəsi  vəsaitlərinin    büdcədən  maliyyələşən    təşkilatlar  arasında  
bölüşdürülməsi  üçün  büdcə  layihəsini  mərkəzi  icra  hakimiyyəti    orqanlarına 
göndərir; 
-  növbəti  maliyyə  ilinə  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 
müəyyən  edilən    orta  müddətli  perspektivə  Azərbaycan  Respublikası 
hökumətinin  Naxçıvan  Muxtar  Respublikası  icra  hakimiyyəti  orqanına 
münasibətini bildirir. 
     Dövlət  büdcəsinin  formalaşmasının  ikinci  mərhələsində  -  mərkəzi  icra 
hakimiyyəti orqanları tərəfindən  büdcə vəsaitini büdcə təsnifatına uyöun olaraq 
bölüşdürülməsi,  həmçinin  büdcə  vəsaitinin  sərəncamçıları  arasında    ünvanlı 
maliyyələşdirilməsi( bölgüsü) nəzərdə tutulur. 
     Növbəti  ildə  və  orta  müddətli    perspektivdə  büdcə  layihəsi    üzrə 
razılaşdırılmış    məsələlər  Maliyyə  Nazirliyinin  rəhbərlik  etdiyi  xüsusi  dövlət  
komissiyasında baxılır. 
     Azərbaycan  Respublikasının  hökuməti  Azərbaycan  Respublikasının  müvafiq 
icra  hakimiyyəti orqanları  tərəfindən növbəti maliyyə ili  üçün  təqdim edilmiş 
sosial-  iqtisadi  inkişaf    proqnozunun  və  büdcə  layihəsinin    əsas  göstəricilərinin 
uyğunluğunu    müəyyən  edir,  dövlət  büdcəsinin    və  büdcədənkənar  dövlər 
fondları  büdcələrin layihələrini, növbəti maliyyə ili və orta müddətli  perspektiv 
üçün büdcə maliyyə  siyasətini xarakterizə edən  digər sənədləri və  materialları 
KitabYurdu.az 
42


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə