Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 5,1 Kb.

səhifə21/57
tarix14.09.2018
ölçüsü5,1 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 

     I  Xosovun  dövründə  əmlakın  xarakterindən  asılı  olaraq  20-  50  yaşlı 
kişilərdən  12,8,6  və  4  drahma  can  vergisi  müəyyən  edilmişdir.  Kubar 
nəsillər,  əyanlar  ,  döyüşçülər,  katiblər,  kahinlər  və  məmurlar  can 
vergisindən azad idilər. Vegilərin ödənilməsi çətin olduğundan 4 aydan 
bir, ildə 3 dəfə alınırdı. Torpaq və can vergisi ilə yanaşı əhalidən başqa 
vergilər də tutulurdu.  
     VIII  əsrdə  müsəlman  qanunvericiliyinə  -  şəriətə  görə  cizyə  hər  il 
ancaq  kişilərdən,  ancaq  onların  sənətə  və  ya  ticarətdən  əldə  etdikləri 
qazancdan asılı olaraq alınırdı. Varlılar 48, ortabablar 24, yoxsullar isə 
12  dirəhm  ödəyirdilər.  Əgər  can  vergisi  cizyə  ancaq  qeyri- 
müsəlmanlardan  alınırdısa, torpaq  vegisi-  xərrac   həm  müsəlmanlardan 
həm  də  başqa  dinlərə  etiqad  edənlərdən  alınırdı,  ancaq  qeyri- 
müsəlmanlar bu vergini ikiqat həcmdə ödəyirdilər. 
     Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini 
təşkil edirdisə,  Abbasilər dövründə  vergilər ancaq  bir hissəsi  natura  ilə 
ödənilirdi.  Özü  də  bu  natura  içərisində  zinət  şeyləri  və  Ərəblərdə  az 
tapılan  mallar  üstünlük  təşkil  edirdi.  Bu  sistem  II  Abbası  Xəlifəsi  Əl- 
Mənsurun  dövründə  (  745-  775)  xüsusən  geniş  tətbiq  edilməyə 
başlamışdır. 
     Əl Mənsurun varisi Xəlifə Əl- Mehdinin dövründə ( 775- 785) onun 
sərəncamına görə xəracalma sistemi dəyişdirili.  
     Misahə  xəracc-  torpağın  sahəsinə  görə  alınan  vergi  əvəzinə 
,Müqasəmə xəracı- məhsula görə alınan vergi qoyuldu, özü də suvarılan 
torpaqlardan məhsulun yarısı dəliyə və kirdə  ilə suvarılan torpaqlardan 
məhsulun  1/3  ,  diləblə  suvarılan  torpaqlardan  məhsulun  ¼-  i  alınırdı. 
Lakin  Əl  –  Mehdinin  dövründə  meyvə  ağaclarına,  zeytun  və  üzüm 
bağlarına  xərac  qoyulurdu.  Torpaq  vergisi  və  can  vergilərindən  əlavə 
aşağıdakı  vergiər  alınırdı:  Xüms-  mülkiyyətdən  və  əmlakdan  alınan  , 
gəlirin  1/5  –  nə  bərabər  olan  vergi;  Zəkat-  yoxsulların  xeyrinə  varlı 
müsəlmanların  əmlakından  tutulan  vergi;    Zəkat  -əl-  fitir  –  orucluğun 
başa çatması münasibəti ilə verilən pay – fitrə; Sədəqə- yoxsullara verilə 
ianə; Üşr – məhsulun 1/ 10- nə bərabər evrgi. 
     Xüms  –  pul  və  natura  şəklində  dinc  yolla  ələ  keçirilmiş  əmlakdan  , 
əmək  haqqından,  mədən  və  dəfinələrdən,  kafir  və  ya  zimminin 
müsəlmanlardan  satın  alıdığı  torpaqlardan,  əsirlər  də  daxil  hərbi 
qənimətlərdən alınırdı.  
KitabYurdu.az 
66


 

     Zəkat  –  ildə  bir  dəfə  alınırdı.  Bu  vergi  dənli  bitkilər  (  düyü  və 
buğdadan  başqa)  ,  giləmeyvələr,  daş-  qaş  və  ev  heyvanları  üzrinə 
qoyulurdu. Buğda və apradan zəkat yetişəndən sonra ilə alınırdı. Üzüm 
üçün isə qora dövründə müəyyənləşdirilir.  
     Zəkat  -  əl-  fitrə  -  ildə  bir  dəfə,  orucluq  ayının  başa  çatması 
münasibətilə  varlı  müsəlman  ailələrinin  yetkinlik  yaşına  çatmış  hər  bir 
üzvünə  görə ödənilirdi.  Firə  məhsul    və  ya  pulla  ödənilə  bilərdi.  Onun 
qədəri 3 kq buğdaya,arpaya və ya çəltiyə, xurmaya, kişmişə,qarğıdalıya 
başqa məhsullara bərabər idi 
Üşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün 
nəzərdə  tutulan    və  qiyməti  200  dirəhmdən  artıq  olan  başqa 
məhsullardan natura ilə natura ilə alınan onda bir vergisi idi. 
     IX – XI əsrlərdə Azərbaycanda feodal münasibətləri  inkişaf etmişdir. 
Torpaq  mülkiyyəti  forması    olan  mülk(  və  yaəmlak  torpaqları)  xüsusi 
mülkiyyət  olub,  onu  almaq,  satmaq,irs  vermək,bağışlamaq,girov 
qoymaq olurdu. Mülk sahibi( malik) və ya mülkədar dövlətə xərac, yəni  
yeni torpaq vergisi verirdi. 
     Torpaqdan  istifadəyə  görə    kəndlidən  alınan  vergi  üşr  və  ya  üşur  ( 
onda bir), sonralar isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı  – ayrı 
adamlara  verilən  icazə  kağızına  qəbalə  deyilirdi.  Xəac  əvvəllər  əsasən 
məhsulla  alınırdı.  Azərbaycan  kəndliləri  X-  XI  əsrlərdə  xəracın 
müəyyən hissəsini pulla ödəyirdilər. Bu hələ  o zamanda Azərbaycanda 
əmtəə- pul münasibətlərininin inkişaf etdiyini göstərir.  
     XI  –  XIII  əsrin  əvvəllərində  əhalinin  müxtəlif  təqəbələrinin  xərac, 
üşr, cizyə, haqq, alaf, avariz, qismən və bir çox başqa vergi , rüsum və 
mükəlləfiyyətlər ödədiyi məlumdur. 
     Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 cür vergi və 
rüsum  verirdi.  Torpaq  vergisi    “  xərac”  natura  ilə  alınırdı  və  ilk 
Hülakilər    dövründə  taxıl  məhsullarının  70  %-  ni  təşkil  edirdi.  Can 
vergisi    “  qopçur”  adlanırdı.  Oturaq  əhali  bu  vergini  1-  7  dinaradək 
pulla,  köçərilər  isə  mal-  qara  ilə    verirdilər.  Monqol  ordusunun 
saxlanması  üçün əhali üzərinə xüsusi vergi- tacar qoyulmuşdu. 
       XV  əsrdə  Azərbaycanda  Ağqoyunlu  və  Qaraqoyunlu  dövlətlərinin  
mövcud  olduğu  bir  dövrdə    otuzdan  çox  adda  vergi    və  mükəlləfiyyət 
KitabYurdu.az 
67


 

mövcud  idi  və  bu  ağır  vergi  sistemi    əhalini  əzirdi.  Malcəhət  (  və  ya 
bəhrə) əsas vergi olmuşdur. 
     XVI-  XVII  əsrdə  Azərbaycan  kəndlisi  aşağıdakı  vergiləri  və 
mükəlləfiyytləri  ödəyirdi:  torpaq  və  gəlir  vergisini-  malcəhət, 
bəhrə,xərac- natura ilə  ümumi məhsulun 1/5, 1/3 hissəsini təşkil edirdi. 
Bu vergi sahibkar ilə dövlət arasında bölünürdü. Birinciyə 1/10, ikinciyə 
2/10 hissə çatırdı. Bağbaşı – məhsulun 1/10 bərabər idi. Çobanbəyi, çol 
pulu örüşdə heyvanları otarmaq üçün alınırdı. 
     1699-  1702  –  ci  illərdə  əhalinin  yeni  siyahıyaalınması  keçirildi.  Bu 
siyahıyaalınma zamanı vergilər 3 dəfə artırıldı.  
     XVIII  əsrin  birinci  yarısında  vergi  və  mükəlləfiyyətlərin  ağırlıq 
rəiyyət  və  elatalların  boynuna  düşürdü.  Iranda  mövcud  olan  vergilər 
Azərbaycanda  da  tətbiq  olunurdu:  torpaq  vergiləri(  malcəhət, 
üşr,çobanbəyi),  adambaşına  alınana  vergi(  sərşomari,  cizyə),  qoşunları 
saxlamaq üçün ( ulufa, sursat, əsbə çapor) , hərbi qulluq mükəlləfiyyəti ( 
çərik),  şah  və  dövlət  məmurlarının  xeyrinə  toplanan  vergi(  ruşmat, 
təhzilat,  peşkəş,  xərc-  e  təyin  mütərəddin)  ,  dövlət  və  feodal  üçün 
görüləcək işlər ( bikar və əvazir), torpaqbasdı vergisi( rahdari) və s. 
     XVIII  əsrin  ikinci  yarısında  Azərbaycanda    xanlıqlar  dövründə  əsas 
vergini  malcəhət(  Naxçıvan  və  Şirvan  xanlıqlarında  bu  vergi  bəhrə 
adlanırdı)  təşkil  edirdi.  Müxtəlif  xanlıqlarda  onun  həcmi  1/10  –  lə  1/3 
arasında  tərəddüd  edirdi.  Feodallar  otlaqlardan  istifadə  müqabilində 
rəiyyətdən  çopbaşı  adlı  əlavə  vergi  alırdı.  Kəndli  bağlarından  toplanan 
bağbaşı adlı vergi məhsulun 1/10 – ni təşkil edirdi. 
     Mirzə Camal Qarabağ xanlığında vergi və mükəlləfiyyətlər haqqında 
maraqlı  məlumatlar  verir.  O,  yazır  ki,  hər  il  Novruz  bayramında 
sərkərdələrə  xanın  adından  müxtəlif  hədiyyələr-  xələtlər,  atlar,  silahlar  
bağışlanırdı.  Feodallar  da  bunun  müqabilində  xana  öz  adlarına  layiq 
hədiyyələr gətirirdilər. İbrahimxəlil xan səfərdə olarkən və ya hər hansı 
yerdə  düşərgə  qurarkən  minbaşıların,  yüzbaşıların,  bəylərin,  ağaların 
əksəriyyəti  ,  bəzi  döyüşçülər  katiblər,  eşikağası,  darğalar  və  yolçular 
xanın  mətbəxindən    yemək  alırdılar.  Çox  vaxt  xanın  mətbəxinin  bir 
günlük  xərci  onlarla  qoyundan,  qırx  puddan  artıq  düyüdən  və  s.  ibarət 
olurdu.  Bütün  bunlar  çoxlu  xərc  tələb  edirdi  və  əsasən  istehlakçıların 
istismarı hesabına ödənilirdi. 
KitabYurdu.az 
68




Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə