Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə29/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

     Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun  olaraq  “  Bələdiyyələrin 
statusu haqqında” Azərbaycan Respublikasının   qanunu  yerli  özünüidarəetməni 
həyata keçirmək üçün yerli dövlət təminatlarını müəyyənləşdirmişdir.  
     Yerli  sosial  müdafiə  və  sosial  inkişaf  proqramlarının  məqsədi  dövlətin  həyata 
keçirdiyi  sosial  inkişaf  proqramlarında  nəzərdə  tutulmayan  məqsədləri  və  yerli 
əhəmiyyətli  sosial  inkişaf  məsələlərini  həll  etməkdir.  Həmin  proqramlar  təhsil, 
səhiyyə,  mədəniyyət,  yaşayış  və  qeyri-  yaşayış  binalarının  saxlanması  və  istifadə 
edilməsi,  mənzil  tikintisi,  su  təchizatının  və  kanalizasiya  təsərrüfatının  təşkili, 
informasiya  xidmətini  təşkili  ,  KYV  fəaliyyəti  üçün  şərait  yaradılması  və  yerli 
infrastrukturunun digər sahələrini əhatə edir.  
 
Mənzil- kommunal təsərrüfatının maliyyələşdirilməsi. 
 
      Müasir  cəmiyyətdə  insan  fəaliyyətinin  əsas  sahələrindən  biri  mənzil  – 
kommunal  təsərrüfatıdır.  Şəhər  insanların  məskunlaşdığı  əsas  yaşayış  yerli 
olmuşdur.  Müasir  şəhərlərdə  insanlar  kommunal  təsərrüfatının  müxtəlif 
xidmətlərindən  istifadə  edirlər.  Müasir  istehsal  da  MKT  –  nin  xidməti  olmadan 
fəaliyyət  göstərə  bilmir.  MKT  işçilərə  həyat  şəraiti  yaradır,  sənaye  və  tikinti 
müəssisələrini qaz , su , istilik və  elektrik enerjisi ilə təmin edir və bununla belə 
istehsal prosesində iştirak edir. 
     Əhalinin  normal  həyat  fəaliyyətini  təmin  edilməsi  üçün  şəhərlərin 
abadlaşdırılmasını  (  yollar,  işıqlandırma,  yaşıllaşdırma,ərazinin  təmizlənməsi, 
zibillərin  tullanması)  mühüm  əhəmiyyəti  vardır.  MKT-  nin  xidmətləri  –  maddi 
istehsal və işçi qüvvəsinin işlə təminatının əsas amilidir.  
     Ölkənin  xalq  təsərrüfatının  mühüm  hissəsi  olmaqla  MKT  özünün  fəaliyyəti  və 
inkişafı  üçün  müəyyən  həcmdə  maliyyə  vəsaiti  tələb  edir.  Bu  sahə  büdcə  ilə 
münasibətdədir.  
Mənzil- kommunal təsərrüfatına aşağıdakılar daxildir: 
- mənzil təsərrüfatı; 
- su kəməri; 
- kanalizasiya təsərrüfatı. 
- istilik- enerji təsərrüfatı; 
- yaşıllaşdırma; 
-yaşayış yerlərinin abadlaşdırlması. 
KitabYurdu.az 
93


MKT-  nin  saxlanması  və  inkişafı  ilə  xərclərin  maliyyələşdirilməsi  mənbələri 
aşağıdakılardır: 
- büdcə vəsaitləri
- öz xidmət və məhsullarının satışı nəticəsində əldə edilən vəsait
- mənzil kommunal obyektlərinin saxlanması ilə əlaqədar müəssisələrin vəsaitləri. 
     1991-  ci  ilədək  mənzil  təsərrüfatının  təxminən  60  %-  i  ,  qaz  kəmərinin  30  %- 
dən çoxu , su kanalizasiya müəssisələrini gücünün 30 % - i baş idarə tabeçiliyində 
idi.  Müəssisələrin  mənzil  təsərrüfatının  maliyyələşdirilməsi  ayrıldığı  vəsaitin 
xüsusi  çəkisi  75%-  dən  çox,  kommunal  təsərrüfatda  25%-  ə  qədər  idi.  Bazar 
münasibətlərinə  keçidlə  əlaqədar  olaraq  müəssisələr  maliyyə  vəsaitlərinin 
çatışmazlığı  nəticəsində  mənzil-  kommunal  obyektlərindən  imtina  edib  onların 
yerli  icra  orqanlarının  səlahiyyətlərinə  verdilər,  yəni  bu  obyektlər  büdcədən 
maliyyələşdirilməyə başlandı. 
     Islahatlara qədər MKT- nin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin demək 
olar ki hamısı dövlət büdcəsindən həyata keçirilirdi. 
     Hazırda MKT- na sərf edilən vəsaitin 5- 10%- i mərkəzləşdirilmiş xərclər, 90- 
95%-  i  yerli  xərclər  hesabına  formalaşır.  Yerli  xərclərdə  MKT-  in  saxlanmasına 
sərf edilən xərclər 6- 7%- dən çox təşkil edir. Bu o deməkdir ki, MKT- in xərcləri 
əsasən göstərdikləri xidmət və satdıqları məhsul hesabına formalaşır. 
     MKT-  nin  ayrı-  ayrı  sahələrini  maliyyələşdirilməsində  büdcə  vəsaitlərini  rolu 
müxtəlifdir. Yol təsərrüfatının , yaşıllaşdırmanın, yaşayış yerlərini işıqlandırılması 
və təmizləndirilməsi büdcə vəsaitləri hesabına həyata keçirilir. 
     MKT-  nin  xidmətləri  əhalinin  həyatının  əsas  elementlərindən  biridir.  Əgər  bu 
xidmətlərdə tariflər artırılarsa, istehlak xərcləri də artmı olacaq. Bu artım ya əmək 
haqqının artırılması, ya da mərkəzləşdirilmiş büdcə vəsaiti hesabına ödənilməlidir. 
     MKT- nin iqtisadiyyatında başlıca vəzifə bu sahədə vəsaitlərin səmərəli istifadə 
edilməsi  yolu  ilə  istismar  xərclərinin  artım  tempinin  aşağı  düşməsinə  şərait 
yaratmaqdan ibarətdir.  
     Mənzil  təsərrüfatının  istismar  sisteminin  təkmilləşdirilməsinin  istismar 
xərclərinin səviyyəsinin aşağı salınmasının yolları aşağıdakılardır: 
- istehsal prosesinin mexanikləşdirilməsi  və avtomatlaşdırıması. 
-  binadaxili  mühəndis    qurğularının  və  binaların    təmirinin  həyata  keçirilməsi 
məqsədilə yüksək  texniki səviyyəli  ixtisaslaşdırımış  təşkilatların yaradılması. 
- bu sahəyə ayrılmış maddi və maliyyə  vəsaitlərinin cəmlənməsi. 
- əmək haqqı sisteminin təkmilləşdirilməsi. 
KitabYurdu.az 
94


     Mənzil təsərrüfatının  maliyyə vəziyyətinin  yaxşılaşdırılması həmin  sahələrin 
gəlirlərindən asılıdır. Mənzil təsərrüfatının  gəlir mənbələri isə aşağıdakılardır: 
-
 
mənzil haqqı; 
-
 
icarə haqqı; 
-
 
icarədarlardan istismar xərclərinə yığım; 
-
 
digər gəlirlər. 
     Gəlirlərin əsas mənbəyini  mənzil haqqı və icarə haqqı təşkil edir.  
     Yaşayış yerlərini su ilə təmin edilməsi  və çirkab suların təmizlənməsi problemi  
şəhərin,  xüsusilə  sıx  yaşayış  yerlərinin  və  sənaye  rayonlarının  inkişafı  üçün 
mühüm əhəmiyyət kəsbn edir. 
     Su 
ilə  təminat,  çirkab  suların  təmizlənməsi  yaşayış  rayonlarının 
abadlaşdırılması    nöqteyi-  nəzərdən  zəruridir,  çünki  gələcəkdə  sənayenin  inkişafı 
və ətraf mühitin mühafizəsi bunsuz mümkün deyil. Su mənbələrini olması və su ilə 
təminat  vasitələrini  mövcudluğu  sənaye  istehsalına  və  onunla    bağlı  mənzil- 
kommunal  təsərrüfatının  inkişafına  şərait  yaradır.  Mərkəzləşdirimiş  su  təminatı 
təkcə  suyun  keyfiyyətinə  nəzarəti  deyil,  eyni  zamanda  suyun  insan  sağlamlığına  
zəruri  olan  mikroelementlərlə    zənginləşdirilməsini  həyata  keçirir.  Su  kəmərinin 
yeniləşdirilməsi    və  təmizlənmə  qurğularının  tikilməsi    ətraf  mühitin  ekoloji 
tarazlığını, ölkənin su ehtiyatını qoruyur. 
     Mənzil tikintisinin, yaşayış və ictimai binaların, şəhərlərin abadlıq səviyyəsinin 
yüksəldilməsi,  sənayenin  inkişafı  və  onun  su  təchizatı    ilə  təmin  olunması  ,  su 
kanalizasiya sisteminin  yenidən qurulmasını tələb edir. Bunlar həmin təsərrüfatda 
gəlirlərin artırılmasına səbəb ola bilər. 
KitabYurdu.az 
95


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə