Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları


Mövzu 9: Təhsil xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

 
 
Mövzu 9: Təhsil xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi. 
 
1.
 
Azərbaycan Respublikasının təhsil  sistemi. Təhsil üzrə büdcə xərclərinin sosial 
mahiyyəti. 
2.
 
Azərbaycan  Respublikasının  dövlət  büdcəsi    xərclərinin  funksional    təsnifatına 
uyğun olaraq təhsil xərcləri. 
3.
 
Ümumtəhsil  məktəblərinin    saxlanması  xərclərinin    maliyyələşdirilməsi. 
Məktəbin fondu və onun yaradılması mənbələri. 
4.
 
Məktəb  –  internat  və  məktəbəqədər  uşaq-  tərbiyə  müəssisələrinin  xərclərinin 
maliyyələşdirilməsi. 
5.
 
Peşə 
və 
orta 
ixtisas 
məktəblərində 
xərclərin 
hesablanması 
və 
maliyyələşdirilməsi. 
6.
 
Ali  məktəblərin  xərc  smetaları.  Ali  məktəb  müəllimlərinin  vəzifə  maaşlarının 
müəyyən edilməsi. 
7.
 
Elmi – tədqiqat işlərinə xərclər, onların maliyyələşdirilməsi. 
 
Ədəbiyyat 
 
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının  Qanunu 2002. 
2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011. 
3. “Təhsil haqqında” Azərbyacan Respublikasının Qanunu. 
4. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003. 
5. Z.Vəliyev .Büdcə.Bakı 2010. 
6. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
7. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
 
 
     Azərbaycan  Respublikasının  təhsil  sistemi    məktəbəqədər  müəssisələrdən 
başlayaraq diplomdan sonrakı təhsil də daxil olmaqla çox geniş sahəni əhatə edən 
fasiləsiz (ardıcıl) fəaliyyət göstərən bir sistemidir. 
     Təhsil  sisteminə  məktəbəqədər  tərbiyə  müəssisələri,  ümumtəhsil  məktəbləri,  
məktəbdənkənar  müəssisələr,  peşə  təhsili  müəssisələri,  orta  ixtisas  və  ali  təhsil 
təhsil  müəssisələri,  ixtisasartıma  institutları,  həmçinin  qeyd  edilən  müəssisələrə 
KitabYurdu.az 
96


 
 
müxtəlif  səpgidə,köməklik  göstərən  və  onlara  rəhbərlik  edən  idarə,  müəssisə  və 
təşkilatlar daxildir. 
     Respublikamızda  2000-  2001-  ci  tədris  ilində  fəaliyyət    göstərən  1790 
məktəbəqədər  müəssisədə  3  min  nəfərlik  uşağın  tərbiyə  ilə  32  min  işçi,  16  min 
pedaqoji işçi məşğul olmuşdur. 
     Azərbaycan  təhsil  sistemində  ümumtəhsil  məktəblərinin  xüsusi  yeri  vardır. 
Ümumtəhsil  məktəbləri  geniş  şəbəkəyə    malikdir.  2000-  2001-  ci  tədris  ilində 
respublikada  fəaliyyət    göstərən    4548  ümumtəhsil  məktəbində  təhsil  alan  1654 
min nəfər şagirdin təlim – tərbiyəsi ilə 165 min nəfər müəllim məşğul olub.  
     Ümumtəhsil  məktəbləri    ilə  yanaşı  respublikada  peşə  təhsili  müəssisələri    də 
fəaliyyət göstərir. 2000 – 2001 – ci tədris ilində 119 peşə təhsili müəssisəsində 25 
min  nəfər  gənc  müxtəlif  peşələr  üzrə  təhsillərini  davam  etdirmişlər.  Peşə 
məktəbləri və peşə liseylərində  gənclərin təlim- tərbiyəsi ilə 3,5 min nəfərə yaxın 
mühəndis – pedoqoji işçi məşğul olmuşdur. 
     2000-  2001-  c  tədris  ilində    respublikamızda  68  dövlət,  3  qeyri-  dövlət  (özəl) 
orta ixtisas məktəbi  fəaliyyət göstərmişdir. Dövlət orta ixtisas məktəblərində 41,2 
min nəfər tələbənin  təlim- tərbiyəsi ilə 5316 nəfər pedaqoji işçi məşğul olub. 
     Ali məktəb  müəssisələri də respublikamızın həyatında  mühüm  əhəmiyyət kəsb 
edir.  2000-  2001  –  ci  tədris  ilində    respublikamızda  25  dövlət  ,17  qeyri-  dövlət( 
özəl) ali təhsil müəssisəsi fəaliyyət göstərmişdir.  Ali təhsil müəssisələrində 119,7 
min  nəfərdən  çox  tələbə    təhsil  almış,həmin  tələbələrin    təhsili  ilə  13,3  min 
nəfərədək professor- müəllim heyəti məşğul olmuşdur.   
 
Təhsil üzrə büdcə xərclərinin sosial- mahiyyəti. 
     Müstəqil 
dövlət 
quruculuğu 
şəraitində 
müstəqil 
təhsil 
siyasəti 
yeridilməsinə,sovet təhsil sisteminin stereotiplərinidən uzaqlaşmaq ölkəmizin yeni 
müstəqil təhsil sisteminə keçilməsinə və bu məqsədlə yeni təhsil  konsepsiyasının 
hazırlanmasına  böyük ehtiyac vardır. 
     Təhsil  qeyri-  istehsal  sferasının  ən  mühüm  sahələrindən  biridir.  Azərbaycan 
Respublikası  Konstitusiyasının 42- ci maddəsində nəzərdə tutulduğu kimi, hər bir 
vətəndaşın  təhsil  almaq  hüququ  vardır.  Hazırki  dövlət  özəl  təhsil  sisteminin 
yaranması    ilə  əlaqədar  kadrların  ,  eyni  istiqamətlər  üzrə  mütəxəssislərin 
hazırlanması  ,  tədris  prosesinin  daim  təkmilləşdirilməsi    sahəsində  irəlliləyişlər  
baş vermişdir.  
KitabYurdu.az 
97


 
 
     Dövlət  təhsil  sisteminin  əsas  hissəsi    dövlət  büdcəsindən  ,  büdcə  təsnifatına 
uyğun  olaraq  maliyyələşdirilir.  Azərbaycan  Respublikasının    dövlət  büdcəsi 
xərclərinin    funksional  təsnifatına  uyğun  olaraq    təhsil  xərclərinə  məktəbəqədər 
uşaq  tərbiyə  müəssisələri  ,  məktəb-  uşaq  bağçaları,  ibtidai  əsas  və  orta  təhsil 
məktəbləri,  gimnaziyalar,  liseylər,  axşam  və  qiyabi  orta  ümumtəhsil  məktəbləri, 
internat  məktəbləri,  xüsusi  rejimli  internat  məktəbləri  ,  xüsusi  məktəblər,  texniki 
peşə məktəbləri və liseylər, xüsusi texniki peşə  məktəbləri və liseyləri, orta ixtisas 
təhsili  müəssisələri,  ali  təhsil  müəssisələri  ,  ixtisasartırma    institutları  ,  kadr 
hazırlığı üzrə  sair tədris müəssisələri, medodiki iş, texniki təbliqat tədbirləri, uşaq 
evləri , ümumi icbari təhsil fondu, mərkəzləşdirilmiş mühasibatlıqların saxlanması, 
mərkəzləşdirilmiş təsərrüfat xərcləri daxildir. 
     Təhsilin  maliyyələşdirilməsinə  2011-  ci  ildə  dövlət  büdcəsindən  təhsilə 
1.338.163  min  manat,  o  cümlədən  məktəbəqədər  və  ibtidai  təhsilə  95.345.5  min 
manat , natamam və orta təhsilə  758.12 min manat, internat və xüsusi  məktəblərə 
49.611.7 min manat,  texniki peşə məktəbləri və litseylərə 72.771.9 min manat, ali 
təhsilə  125.279.5  min  manat  ,  təhsil  sahəsində  tətbiqi  tədqiqatlara  5.019.9  min 
manat , təhsil sahəsində digər xidmətlərə  231.822.4 min manat vəsait ayrılmışdır. 
     Təhsilin  maliyyələşdirilməsində  yerli  büdcələrin  xüsusi  çəkisinin    yüksək 
olması,  ümumtəhsil  məktəblərinin  əsas  hissəsinin  yerli  dövlət  hakimiyyəti  
orqanlarının tabeçilində  olması ilə əlaqədardır. 
     Təhsil  müəssisələrinin  maliyyələşdirilməsi    haqq-  hesab  vahidləri  üzrə  təyin 
edilən  xərc  normalarına  əsasən  həyata  keçirilir.  Xərc  normaları,  Dövlət 
Normativləri Nazirlər Kabineti tərəfindən Maliyyə Nazirliyinin təqdimatı əsasında 
təsdiq edilir. 
     Təhsil müəssisələrinin bir qisminin müxtəlif mülkiyyət formalarına  keçməsi ilə 
əlaqədar    olaraq  bu  sahənin    maliyyələşdirilməsi  üçün  əlavə  vəsait  cəlb  edilməsi 
imkanını  genişləndirmişdir.  Özəl  təhsil  müəssisələri  mövcud  qanunvericilik  
çərçivəsində  əlavə  ödənişli  təhsil  haqqı,  hüquqi  və  fiziki  şəxslər    tərəfindən 
məqsədli  ödənişlər,  müxtəlif  ianələr  cəlb  edə  bilərlər.  Təhsil  sisteminə  maliyyə 
vəsaitlərini cəlb edilməsi onların normativlərindəki stabilliyə təsir etmir, büdcədən 
maliyyələşdirilən hissə müəyyən düzəlişlərə məruz qalır. 
Əhaliyə əlavə ödənişli xidmətlərə aiddir: 
-
 
əlavə təhsil proqramları üzrə təhsil 
-
 
xüsusi kursların və fənlərin tədrisi 
KitabYurdu.az 
98


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə