Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix14.09.2018
ölçüsü3,74 Mb.
#68441
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
16 
3.  Ş.Ş.Bədəlov,  P.B.Məhərrəmov,  F.Ə.Qurbanov.  Büdcə  sistemi.Bakı 
2003. 
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
 
KitabYurdu.az 
76



 
Mövzu 7: Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların 
xərclərinin planlaşdırılması və maliyyələşdirilməsi. 
Plan 
1. Büdcə xərclərinin mahiyyəti və təsnifatı. 
2. Büdcənin əsaslı və cari xərcləri. 
3. Dövlət büdcəsindən maliyyələşdirilən funksional xərclər. 
4. Yerli büdcələrdən maliyyələşdirilən funksional xərclər. 
5.Büdcədən 
maliyyələşdirilən 
xərclərin 
planlaşdırılması 
və 
maliyyələşdirilməsi. 
6. Büdcədən maliyyələşən idarə və təşkilatların  xərc smetaları. 
7.  Büdcədən  maliyyələşdirmənin  forma  və  metodları  .  Büdcə  xərclərinin 
formaları
Ədəbiyyat 
 
 1. Azərbaycan Respublikasının 2009- 2013 – cü illərdə sosial-iqtisadi inkişafı 
dövlət proqramı. 
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının  Qanunu 2002. 
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı 2011. 
4. Ş.Ş.Bədəlov, P.B.Məhərrəmov, F.Ə.Qurbanov. Büdcə sistemi.Bakı 2003. 
4. N.A.Novruzov, X. Ə.Hüseynov.Maliyyə. Bakı 2007. 
5. M.M.Sadıqov, S.M. Məmmədov .Maliyyə sistemi. Gəncə 2010. 
6. Z.Vəliyev .Büdcə.bakı 2010. 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
77



 
     “  Büdcə  sistemi  haqqında”  Azərbaycan  Respublikasının    qanununda 
deyildiyi  kimi  büdcə  xərcləri  dövlətin  və  yerli  özünüidarəetmə  orqanlarının  
vəzifə və funksiyalarının  yerinə yetirilməsinə yönəldilən pul vəsaitidir. 
     Dövlət  büdcəsinin  xərcləri  dövlətin  pul  vəsaiti  fondunun    yaradılması  və 
onun  onun  sahə,  məqsədli  və  ərazi  təyinatı  üzrə  istifadəsi  ilə  əlaqədar  əmələ 
gələn iqtisadi münasibətləri ifadə edir. 
     Büdcə  xərclərinin  iqtisadi    mahiyyəti  onun  növlərində  təzahür  edir. 
Xərclərin hər bir növü keyfiyyət və miqdar xarakteristikasına malikdir. 
     Büdcə xərclərinin növləri bir sıra amillərlə - dövlətin təbiəti və funksiyaları 
ilə,  ölkənin  sosial-  iqtisadi    inkişaf  siyasəti  ilə,  büdcənin  xalq  təsərrüfatı  ilə 
əlaqəsinin    genişliyi,  dövlətin  inzibati-  ərazi    quruculuğu  və  s.  ilə  müəyyən 
edilir.    Bu  amillərin    əlaqələndirilməsi    sosial-  iqtisadi  inkişaf    müəyyən 
mərhələsində bu və ya digər dövlətin büdcə xərcləri sistemini doğurur.  
     Bütün  səviyyələrdə  büdcə  xərclərinin  formalaşması  Azərbaycan  hökuməti 
tərəfindən  müəyyən  edilən    vahid  metodoloji  əsaslara,  minimum  büdcə 
təminatlığı normativlərinə və s. əsaslanır. 
 
Büdcə xərclərinin təsnifatı. 
     Büdcə  xərcləri  müəyyən  əlamətlərinə  görə  təsnifləşdirilir.  Azərbaycan 
Respublikasının dövlət büdcəsinin xərcləri aşağıdakı kimi təsnifləşdirilir: 
-  təkrar  istehsal  prosesindəki  roluna  görə  -  maddi  istehsal  sahəsinin 
maliyyələşdirilməsi  və  qeyri-  istehsal  sferasının  saxlanması  ilə  əlaqədar  olan 
xərclər; 
-  funksional  təyinatına  görə  -  xalq  təsərrüfatının,  sosial-  mədəni  tədbirlərin, 
ölkənin  müdafiəsinin  maliyyələşdirilməsi,  idarəetmə  aparatının  saxlanması, 
hüquq-  mühafizə  fəaliyyəti  və  təhlükəsizliyin  təmin  edilməsi,  əsaslı  tədqiqat, 
elmi-  texniki  tərəqqiyə  kömək  və  dövlət  borclarına  xidmət  üzrə  xərclər.  Bu 
xərclərin hər bir qrupu inzibati əlamətlərə görə bölünür.  
     Iqtisadi  mahiyyətindən  asılı  olaraq  büdcənin  ümumi  xərcləri  əsaslı  və  cari 
xərclərə bölünür. 
KitabYurdu.az 
78



 
     Büdcənin əsaslı xərcləri – büdcə xərclərinin bir hissəsi olmaqla innovasiya 
və  investisiya  fəaliyyətini  təmin  edir.  Buraya  əsas  vəsaitlərin  satın  alınması 
əsaslı  tikinti,  əsaslı  təmir,  dövlət  ehtiyatlarının  yaradılması,  torpaq  və  qeyri- 
maddi  aktivlərin  satın  alınması,  əsaslı  ödənişlər,  ölkə  daxilində  kreditlərin 
verilməsi,  xaricə  kreditlərin  verilməsi,  xaricdən  kreditlərin  qaytarılması  və  s. 
daxildir. 
     Büdcənin  əsaslı  xərclərinin  tərkibində  inkişaf  büdcəsi  formalaşdırıla  bilər. 
Inkişaf  büdcəsinin  formalaşdırılmasının  qaydası  və  şərtləri  qanunla  müəyyən 
olunur. 
     Büdcənin  cari  xərcləri  –  Azərbaycan  Respublikası  büdcəsinin  iqtisadi 
təsnifatı  ilə  əlaqədar  əsası  xərclər  daxil  edilməyən  dövlət  hakimiyyəti 
orqanlarının  ,  yerli  özünüidarəetmə  orqanlarının  ,  büdcə  idarələrinin  cari 
xərclərini  təşkil  edir.  Buraya  əməyin  ödəniş  fondu,  əmək  haqqına  üstəlik, 
malların  alınması  və  xidmətlərin  haqqının  ödənilməsi,  faizlər  üzrə  ödənişlər, 
daxili  borc  üzrə  ödənişlər,  subsidiyalar,  transfertlər,  mənfəətsiz  işləyən 
müəssisələrə  ödənişlər,  əhaliyə  ödənişlər.  Xarici  ölkələrə  cari  ödənişlər  və  s. 
daxildir. 
     Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir: 
-  Azərbaycan  Respublikası  Prezident  aparatının,  Azərbaycan  Respublikası 
Milli Məclisinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan 
Respublikasının  Mərkəzi  Seçki  Komissiyasının,  Mərkəzi  İcra  Hakimiyyətinin  
və onların ərazi orqanlarının fəaliyyətinin təmin edilməsi, növbəti maliyyə ilinə 
dövlət büdcəsi haqqında qanun təsdiq edilən zaman müəyyən edilən siyahı üzrə 
ümumdövlət idarəetməsinə çəkilən xərclər
- Məhkəmə sisteminin  fəaliyyət göstərilməsinə çəkilən xərclər; 
-  Dövlət  maraqlarına  uyğun  beynəlxalq  fəaliyyətin  həyata  keçirilməsi  ( 
dövlətlərarası  müqavilələrin  və  beynəlxalq  maliyyə  təşkilatlarının,  beynəlxalq 
mədəni, elmi əməkdaşlıq üzrə müqavilələrin maliyyə təminatı ) xərcləri
- milli müdafiə və dövlətin təhlükəsizliyinin təmin edilməsi, sənayenin müdafiə 
sahələrinin konversiyasının həyata keçirilməsi
- əsaslı tədqiqatlar və elmi- texniki inkişafa yardım; 
KitabYurdu.az 
79


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə